Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

 
 
 
 
95 
olunub.  Bankın  kassasında  olan  pulun  bir  hissəsi  başqa  banklara 
satıla  bilər  və  bilavasitə  əhaliyə  ödənilə  bilər  (əmanətlərin  faizi, 
təqaüdlərin  ödənilməsi,  yardım  və  dividentlər  və  s.  ).  Bütün 
müəssisə,  təşkilat,  fərdi  sahibkarların  kassasından  əhaliyə  nağd 
pul ödənilir, bu da banklarda məqsədyönlü təyin olmuş pullardan 
ibarətdir. Müəssisə və təşkilatlar arasında hesablaşmaq üçün cüzi 
məbləğdə nağd puldan istifadə olunur.  
 Nağd pul hərəkətinin növbəti mərhələsi əhali tərəfindən mal 
alınmasına  xərclənmə  (istifadə  edilmə),  ödənişlərin  dövlət, 
hüquqi, fiziki şəxslərə verilməsidir.  
 Pul  hissəsinin  xərclənməsi  (əhalinin  əmanətləri)  təşkil 
olunmuş  və  təşkil  olunmamış  formalarda  qeyd  etmək  olar. 
Əhalidən  nağd  pullar  yenidən  müəssisə,  təşkilatların  kassalarına 
daxil  ola  bilər,  amma  bu  təşkilat  və  müəssisələr  bu  pullardan 
bankdan  kənar  hesablamalar  üçün  istifadə  edə  bilməzlər,  əksinə 
pullar  hesablara  daxil  edilməlidir.  Beləliklə,  bank  kassalarından 
öz  hərəkətlərinə  başlamış  nağd  pullar  bütün  tədavül  kanallarını 
keçərək yeni tədavülə başlamaq üçün geriyə, banklara qayıdırlar.  
 Nağd pulların tədavülünün (hərəkət) təqribi sxemi belədir:  
 
Şəkil. 1 Nağd pulların tədavülü 


 
 
 
 
96 
 
M
ə
rk
ə
zl
əş
m

 

ld
  
ax
ın
 
M
ə
rk
ə

 qaç
am
a
 ax
ın
ı 
M
ə
rk
ə
zi 
Б
ank
 
Kommersiya bankı
 
Müə
ssis
ə
l
ə
r, t
əş
kilatlar,  
Idar
ə
l
ə
r, sahibkarlar
 
Müə
ssis
ə
l
ə
r, t
əş
kilatlar,  
Idar
ə
l
ə
r, sahibkarlar
 
Ə
halinin g
ə
liri
 
Ə
halinin x
ə
rcl
ə
ri
 


 
 
 
 
97 
Eyni  pul  nişanları  bütün  mərhələdə  bir  vaxtda  dövr  edə 
bilərl.  Nağd  pulların  dövr  etməsi  fasiləsiz  davam  edir,  onun 
mərkəzində  isə  banklar  durur.  Nağd  pulların  bu  dövrdə  mövqeyi 
çox  (fövqalədə)  lazımdır.  Bu  nağd  pulların  banklarda 
toplanmasına (yığılmasına) şərait yaradır, bu isə pul dövriyyəsini 
sürətləndirir,  pul  dövriyyə  məsrəflərini  azaldır,  tədricən  pulsuz 
sferaya  keçid  yaradır  (qarşılıqsız  puldaşıma)  və  nağd  pulların 
xərclənməsinə  nəzarət  yaranır.  Müəssiəsənin  kassalarında  nağd 
pulların  ləngiməsinin  qarşısını  almaq  üçün  banklar  onlar  üçün 
məbləğ  həddini  təyin  edir,  həmin  pullar  kassada  günün  axırına 
qala bilər. Bir də onların banklara təhvil verilməsi üçün sərt vaxt 
qoyulur.  Bundan  əlavə,  daxil  olan  pul  mədaxilindən  (gəlirindən) 
müəssisə üçün xərclərin yerindəcə həcmi təyin olunur. 
 
 Pul dövriyyəsinin (tədavülünün) təşkili prossesində çox vacib 
iqtisadi məsələlər (məqsədlər) öz həllini tapır, belə ki: 
 ●  Nağd pul tədavülünün (dövriyyəsinin) həcmini, onun qu-
ruluşunu  təyin  etmək  və  toplanan  ənənələrin  öy-
rənilməsi; 
 ●  Pul axınının istiqamətləndirilməsi və tənzimlənməsi
 ●  Ölkənin ərazisində pul kütləsinin yerləşdirilməsi
 ●    Tədavüldə  nağd  formada  olan  pul  kütləsinin,  pul  aqre-
qatlarının həcmini təyin etmək
 ● İnkassasiya mədaxilinin, banklar tərəfindən nağd pulların 
cəlb  olunma  metodları  səviyyəsini  təyin  etmək 
(qurmaq); 
 ●    Müəyyən  olunmuş  dövr  üzrə  emissiya  hesablarının 
nəticəsini təhlil etmək.  
    Banklar nağd pula olan tələbatı təyin etmək üçün onların 
kassalarına  gözlənilən  mədaxilin,  mümkün  ola  bilən  nağd  pul 
ödənişlərinin proqnozunu tərtib edirlər. Kassa tədavülünün proqnozu 
aşağıdakı məlumatlar əsasında qurulur:  
1.  xidmət  olunacaq  müəssisələr  haqqında  məlumatın 
alınması; 
 2. sahibkarlar üzrə mədaxil mənbələri; 


 
 
 
 
98 
 3. pul verilmə istiqamətləri .  
Nağd  pul  tədavülünün  birləşmiş  proqnozu  bütövlükdə 
respubilkanın Mərkəzi Bankı tərəfindən edilir. Bunun üçün sosial 
inkişaf  istiqamətinin  əsas  proqnozu  müəssisənin  və  bankların 
kassa tədavül məlumatlarından istifadə olunur.  
 Bu  halda  Mərkəzi  Bank  əlavə  məlumatları  cəlb  edir: 
parakəndə  mal  dövriyyəsi  hesabının  proqnozu  (iaşə  müəssisələri 
daxil  olmaqla),  pullu  xidmətlərin  həcmi  haqqında  məlumatlar 
(nağd  yolla)  rabitə  müəssisələrinin  sığorta  statistika  təşkilatlarının 
məlumatları.  Respubilkada  nağd  pul  tədavülü  ilə  əlaqədar 
əməliyyatlarda bütün vergi təşkilatları, maliyyə idarələri və başqa 
təşkilatlar  bilavasitə  iştirak  edirlər.  Bank  müəssisələrində  olan 
nağd  pulun  qəbulu,  ödənilməsi,  saxlanılması,  emissiya  kassaları, 
kassa  əməliyyatı  normativ  sənəd  qaydalarına  əsasən  yerinə 
yetrilir.  
 Bu qaydalar aşağıdakıları əhatə edir: 
1) Kassa qovşağının yaratma qaydası: layihələndirmə, kassa 
qovşağının  texniki  möhkəmliyi;  bankda  kassa  işçilərinin  iş 
yerinin təchizatı; kassaların yaradılması və s; 
 2) Nağd milli valyuta ilə kassa əməliyyatı aparmaq; axşam 
kassalarının  mədaxil,  məxaric  işləri;əməliyyat  kassasının 
etibarlılıgı;  təsərüfatçılıq  subyektlərinin  mərkəzi  kassa  hesabları 
ilə  işləyərkən  bank  kassalarının  işləmə  qaydası,  bankomatlardan 
istifadə zamanı nağd pulla göstəriş verilmə; 
3)  Kassadaxili  dövriyyə  (tədavül)  və  nağd  pulun  hazırlan-
ması:  kassa  sənədlərinin  rəsmiləşdirilməsi;  sənədlər  qovluğunun 
formalaşdırılması;  nağd  pulla  işləməyin  təşkili  (formalaşdırma, 
pul  kağızlarının  yığma)  düzəldilməsi;  qəlp  pul  və  ya  şübhəli 
bankomatlarla işləmə; yenidən hesablaşma kassa işçiləri arasında 
qiymətli  əşyaların  ötrülməsi  üzərində  iş;  pul  biletlərinin 
bütövlüyünü (tamlığını) ödənilmə imkanını təyin etmək; 
4)  Nağd  pulun  inkasasiyası  və  Rabitə  Nazirliyinin  müəssi-
sələrinin qiymətli ötrülmələrinin daşınması, kommersiya banklarının 
inkasasiya xidməti ilə qiymətli əşyaların daşınması; 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə