Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

 
 
 
 
123 
FƏSİL 7. BANKLARIN QİYMƏTLİ KAĞIZLAR 
BAZARINDA FƏALİYYƏT NÖVLƏRİ 
 
7.1 Bankların qiymətli kağızlar bazarında əməliyyatları 
 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  kom-
mersiya  banklarının  fond  və  inam  əməliyyatları  həyata  keçirmək 
hüququ var. Bu əməliyyatların obyekti qiymətli kağızlardır.  
Qiymətli kağızlar qiymətli kağız sahibinin emitent barəsində 
əmlak  hüquqlarını  və  ya  borc  münasibətlərini  təsdiqləyən  pul 
sənədidir.  Qiymətli  kağızın  emitenti  dedikdə  qiymətli  kağızı 
buraxan (emissiya edən) və qiymətli kağıza görə onların sahibləri 
qarşısında  öz  adından  məsuliyyət  daşıyan  hüquqi  şəxs  başa 
düşülür. Emitent kimi dövlət, yerli hakimiyyət orqanları, müəssisə 
və  təşkilatlar,  respublika  ərazisində  qeydiyyata  alınmış  digər 
hüquqi şəxslər, o cümlədən, birgə müəssisələr, xarici müəssisələr 
çıxış edə bilər.  
Qiymətli  kağızlar  kağızda  çap  edilmiş  sertifikat  blankları 
şəklində  və  ya  hesablardakı  qeyd  formasında  ola  bilər.  Qiymətli 
kağızların  hesablardakı  qeydlər  formasında  tədavülü  zamanı 
qiymətli  kağızın  sahibi  emitent  barəsində  öz  əmlak  hüquqlarını 
qiymətli 
kağızların  saxlanması,  uçotu  və  hesablanması 
əməliyyatlarını  həyata  keçirən  ixtisaslaşmış  təşkilatlar  vasitəsilə 
gerçəkləşdirə bilər.  
Sahibliklə bağlı əmlak hüquqlarının gerçəkləşdirilməsi üzrə 
qiymətli  kağızlar  təqdim  edilən  və  adlı  olur.  Adlı  qiymətli 
kağızlar  onlarda  adı  göstərilən  investora,  təqdim  edilən  qiymətli 
kağız  isə  onu  bilavasitə  təqdim  edənə  sahibliklə  bağlı  əmlak 
hüquqları  var.  Adlı  qiymətli  kağızın  bir  sahibdən  başqasına 
verilməsi  qiymətli  kağız  blankının  arxasındakı  (indossament)  və 
uçotdakı qeydlərin dəyişdirilməsi vasitəsilə həyata keçirilir.  
Hal-hazırda  müxtəlif  mənbələrdə  “birja  əməliyyatları”  və 
“birja əqdləri” anlayışları çox vaxt paralel işlənilir. Bu anlayışlar 


 
 
 
 
124 
oxşar  olsa  da  fərqlidir.  Daha  doğrusu,  “birja  əməliyyatları” 
anlayışı daha genişdir.  
Ümumiyyətlə,  əmtəə,  yaxud  fond  birjasından  asılı  olma-
yaraq,  birja  əməliyyatları  dedikdə,  birja  əmtəəsi  ilə  (qiymətli 
kağızlar və  ya digər maliyyə  aktivləri, əmtəələr) birjada aparılan 
müxtəlif  əməliyyatlar  başa  düşülməlidir.  Bu  əməliyyatları  birja 
əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və 
fyüçers  kontraktlarının  bağlanması,  əmtəənin  qiymətləndirilməsi 
(kotirovkası),  girov,  hesablaşma,  klirinq,  konsaltinq,  qiymətli 
kağızların saxlanması və təqdim edilməsi kimi fəaliyyət növlərini 
aid  etmək  olar.  Bütün  bu  əməliyyatların  keçirilməsi  üzrə 
qaydalaşdırılmış  fəaliyyət  birja  əməliyyatları  mexanizmini 
müəyyən edir.  
Birja əqdləri –  birja əmtəələrinə  dair hüquq və  öhdəliklərin 
yaradılmasına,  tərtib  edilməsinə,  xitam  verilməsinə,  yaxud 
dəyişdirilməsinə  istiqamətlənmiş  və  birjanın  binasında  onun 
müəyyən  edilmiş  iş  saatlarında  satış  iştirakçılarının  həyata 
keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərin məcmusudur.  
Dünya  təcrübəsinin  inkişafı  birja  əqdlərinin  əsas  növləri 
kimi aşağıdakıları müəyyən etmişdir: 
-
 
Əmtəə  (daha  doğrusu,  onun  nümunələri)  təqdim  olun-
maqla edilən əqdlər; 
-
 
Fərdi forvard əqdləri
-
 
Vahid fyüçers (müddətli) əqdləri; 
-
 
Opsion əqdləri.  
Brija  əqdləri  əmtəə və  fond aktivləri üzrə  bağlanılır. Əqdin 
bağlanmasının  qaydası  birja  tərəfindən  müəyyən  edilir.  Birja 
əqdləri  üzrə  qaydaların  ümumi  tələblərinə  əqdin  yazılı  şəkildə 
bağlanması tələbi aiddir.  
Standart  alqı-satqı  müqaviləsində  malın  təqdim  edilməsi 
tarixi,  birja  əmtəəsinin  miqdarı,  keyfiyyət  göstəriciləri,  növü, 
ödəmənin  vaxtı,  həcmi  və  forması,  təqdim  edilmənin  şərtləri  və 
tərəflərinin  məsuliyyəti  əks  olunur.  Bununla  belə,  forvard 
müqavilələri  əmtəənin  gələcəkdə  təqdim  edilməsinə  dair  fərdi 


 
 
 
 
125 
öhdəlikləri  ilə  seçilir.  Bu  cür  birja  əməliyyatı  üzrə  sifarişdə 
əmtəənin  (qiymətli  kağızın)  dəqiq  adı,  əqdin  növü  (alqı-satqı), 
əqd  üçün  təklif  olunan  qiymətli  kağızların  miqdarı,  əqdin 
keçirilməli  olduğu  qiymət,  əqdin  müddəti  (bu  gün,  həftənin, 
yaxud ayın sonuna qədər) və növü göstərilməlidir.  
Birja  əməliyyatları  bir  sıra  fərqləndirici  xüsusiyyətlərə 
malikdir. Onlar: 
-
 
Xüsusi yerlərdə keçirilir
-
 
Brija  əmtəələri  üzrə  standart  kütlələrlə  (partiyalar,  lotlar, 
dəstlər) keçirilir; 
-
 
Əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir; 
-
 
Daimi keçirilir; 
-
 
Aşkar keçirilir; 
-
 
Qiymətqoyma sərbəstdir; 
-
 
Dövlət tərəfindən birbaşa tənzimlənir
-
 
Vasitəçilər tərəfindən keçirilir
-
 
Qanunlarda və birjanın nizamnaməsində göstərilmiş vahid 
qaydalarla keçirilir; 
-
 
Əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilir; 
-
 
İxtisaslaşmaya malikdir.  
Bununla birja əməliyyatlarının (fəaliyyətinin, işinin) keçiril-
məsinin aşağıdakı prinsipləri müəyyən olunur: 
-
 
Vasitəçi (broker) ilə müştəri arasında etibarlılıq; 
-
 
Aşkarlıq; 
-
 
Daimilik; 
-
 
Sərt qaydalar əsasında tənzimlənmə.  
Birja əməliyyatlarının (ticarətinin) mühüm tərkib hissələrin-
dən (mərhələlərindən) biri listinqdir.  
 Listinq  –  qiymətli  kağızların  fond  birjasının  xüsusi  qiy-
mətləndirmə  siyahısına  (listinə)  daxil  edilməsidir.  Listə  daxil 
olunan  qiymətli  kağızlar  satışa  buraxılır.  Hər  bir  emitent  özünün 
qiymətli  kağızlarını  fond  aktivlərinin  birja  siyahısına  daxil 
edilməsinə  meyl  edir,  çünki  siyahıya  daxil  edilmiş  qiymətli 
kağızlara investorlar daha böyük maraq göstərir. Birja hesabatının 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə