Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

 
 
 
 
126 
dövrü, kütləvi və işgüzar mətbuatda dərc olunması qiymətli kağız 
məzənnələrinin  və  onların  gəlirliliyinin  dəyişməsi  haqqında  daha 
yaxşı məlumatlandırmağa imkan verir, yeni alıcıları (investorları) 
cəlb  edir,  siyahıdakı  qiymətli  kağızların  likvidliyini  artırır. 
Qiymətli  kağızların  rəsmi  vərəqə  daxil  edilməsinin  müsbət 
cəhətləri  ilə  yanaşı  qeydiyyat  və  dövrü  (qiymətli  kağızların 
siyahısının  lazımi  vəziyyətdə  saxlanılması  üzrə)  rüsumların 
ödənilməsi ilə bağlı əlavə xərclərin edilməsi, həmçinin, emitentin 
durumu  haqqında  informasiyanın  açıqlanması  zərurəti  kimi 
məqamlar da mövcuddur.  
Hər bir fond birjası qiymətli kağızların satışa buraxılmasının 
ciddi qaydalarına malikdir və müştərilərə zəmanət verir. Siyahıya 
daxil edilənlərin meyarları kimi emitentin xalis gəliri, aktivlərinin 
qiyməti,  qiymətli  kağız  buraxılışının  həcmi  çıxış  edə  bilər. 
Məsələn,  dünyanin  ən  böyük  fond  birjası  olan  Nyu-York  fond 
birjasının emitent şirkətlərə qarşı minimal tələbləri bunlardır: 
-
 
Səhm sahiblərinin ümumi sayı – 2200, o cümlədən, 100 və 
daha çox səhm sahibinin sayı – 2000; 
-
 
 Aktivlərin dəyəri - 18 mln. ABŞ dollarI
-
 
Şirkət son üç ildə mənfəətlə işləməlidir.  
-
 
Son ilin balans mənfəətinin həcmi 2 mln. ABŞ dollarI; 
-
 
Buraxılmış səhmlərin miqdarı – 1100 min olmalıdır.  
-
 
Son 6 ayda şirkətin 100 min səhmi satılmalıdır.  
Aydındır ki, Nyu-York fond birjası yalnız böyük və maliyyə 
cəhətdən  sabit  emitentlərin  qiymətli  kağızları  ilə  işləyir.  Burada 
qeydə  alınmış  korporasiyaların  aktivləri  ABŞ-da  dövr  edən 
kapitalın 80%-dən çoxunu təşkil edir.  
Minimal  göstəricilərlə  yanaşı  emitentin  fəaliyyət  göstərici-
ləri də  nəzərə  alınır.  Bu  zaman emitent şirkətdə  dövlətin iştirakı, 
şirkət məhsulunun bazarı, sabitliyi və sahədəki mövqeyi, şirkətin 
və  bütövlükdə  sahənin  inkişaf  perspektivləri  təhlil  olunur.  Nyu-
York  fond  birjası  yeni,  kiçik  və  orta  müəssisələrin  inkiçafını 
daima  həvəsləndirir.  Bu  cür  şirkətlər  üçün  sabit  artım 
qısamüddətli  mənfəətdən  üstün  olduğundan  o,  inkişaf  etməkdə 


 
 
 
 
127 
olan  şirkətlərin  mənfəətliliyi  üzrə  tələblərini  endirmişdir.  Müasir 
dünyada  hər  hansı  bir  şirkətin  Nyu-York  fond  birjasının 
siyahılarına  daxil  edilməsi  korporasiyanın  püxtələşdiyinin  və  öz 
sahəsinin qabaqcılına çevrilməsinin təsdiqi kimi qəbul edilir.  
Dövlət  qiymətli  kağızları  birja  satışlarına  rəsmi  emissiya 
şərtlərinə  əsasən  buraxılır.  Birja  şurası  qiymətli  kağızları  satışa 
buraxdıqda emitentin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini, 
həmçinin, potensial investorların ona olan marağını nəzərə alır.  
Birja  satışına  buraxıldıqdan  sonra  qiymətli  kağızların 
qiymətləndirilməsi  (kotirovkası)  keçirilir.  Birja  qiymətləndiril-
məsi  (kotirovkası) birjanın  hər iş  günü  ərzində birja bülletenində 
(qiymətləndirmə  vərəqində)  dərc  olunmasını  bildirir.  Qiymət-
ləndirmə  (kotirovka)  zamanı  satıcı  və  alıcının  qiymətləri  elan 
olunur. Lakin satışa buraxılmış qiymətli kağızların heç də hamısı 
qiymətləndirilmir,  çünki  qiymətləndirilmə  buraxılışı  tələbləri 
daha sərtdir. Buna görə də, birja siyahısındakı qiymətli kağızların 
bir  qismi  “gözləmə  ərazisini”  yaradır,  onların  əksəriyyəti  isə 
qiymətləndirmə vərəqinə daxil edilir. Qiymətləndirmə (kotirovka) 
vərəqində  emitentin  adı,  qiymətli  kağızın  nominalı,  alıcının, 
satıcının  və  bağlanış  qiymətləri,  satışın  həcmi,  son  əqdin  tarixi, 
dividend, əqd qiymətinin mütləq və nisbi dəyişməsi göstərilir.  
Göstəricilər  birjada  qeydə  alınmış  son  əqdin  əsasında  əks 
olunur.  Hər  hansı  bir  emitentin  iflasına  görə  birja  öz  üzvləri 
qarşısında  maddi  məsuliyyət  daşımasa  da,  birjanın  nüfuzunun 
qorunub  saxlanması  zərurətindən  qiymətləndirilmə  siyahısına 
daxil edilmiş səhmlər kifayət qədər etibarlı olur. Birjada müəyyən 
dövr  (adətən,  bir  iş  günü)  ərzində  bağlanmış  bütün  əqdlərin 
qiymətləri  əsasında  birja  əqdləri  üzrə  orta  qiymət  hesablanır  və 
hər  gün  elan  olunur.  O,  əqdlərin  bağlanmasında  səmt  göstərən 
kimi  çixiş  edir,  həmçinin,  bazar  konyukturasına  ciddi  təsir 
göstərir.  Müasir  birja  açıq  təsisat  olduğundan  burada  keçirilən 
bütün  əməliyyatlar  (əqdlər)  açıq  şəkildə  edilir  və  məxfi  ola 
bilməz. Birjanın iş vaxtının hər bir anında birjadan qeydiyyatdan 


 
 
 
 
128 
keçmiş  qiymətli  kağızların  cari  qiymətləri  haqqında  məlumat 
almaq olar.  
Bütün  birja  əməliyyatları  (əqdləri)  ödəmə  şərtlərinə  görə 
kassa və müddətli əməliyyatlara ayrılır.  
Kassa  əməliyyatları  -  əsasən  investisiyaların  edilməsi  ilə 
əlaqədardır.  Kassa  əməliyyatlarında  qiymətli  kağızların 
ödənilməsi  əqd  bağlanan  kimi  dərhal  edilir  (əslində  isə  1-2  iş 
günü  ərzində).  Dünya  təcrübəsində  kassa  əməliyyatları  üzrə 
hesablaşmanın əqd günündə edilməsi qaydası qəbul olunub. Çox 
vaxt  hesablaşma  əqddən  sonra  ikinci,  üçüncü  yaxud  beşinci  iş 
günü  (əqd  günü  hesaba  alınmır)  keçirilir.  Məsələn,  Nyu-York 
fond birjasında bu cür əqdlər üzrə hesablaşmalar beşinci iş günü, 
Rusiya  fond  bazarında  ikinci  iş  günü  keçirilir.  Alınıb-satılan 
qiymətli  kağızlar  dəsti  böyük  olduqda  hesablaşma  müddəti  artıq 
olur.  Əgər  dəst  ən  az  səhmdən  ibarətdirsə  Nyu-York  fond 
birjasında hesablaşma on dördüncü gün keçirilir.  
Müddətli  əməliyyatlar  –  üzrə  isə  hesablaşmalar  tərəflərin 
əvvəlcədən  müəyyən  etdiyi  müddətdən  sonra  əqd  bağlanan  ana 
olan  məzənnə  ilə  keçirilir.  Deməli,  müddətli  əqdlər  üzrə 
kontraktın  bağlandığı,  qiymətin  müəyyən  etdiyi,  hesablaşmanın 
aparılacağı  müddətlər  əvvəlcədən  dəqiq  müəyyən  olunur. 
Müddətli əqdlər üzrə hesablaşmalar ya ayın ortasında (buna “per 
medio” deyilir), ya da ayın sonunda (per ultimu) keçirilir.  
Müddətli  əqdlərdən  çox  vaxt  alqı-satqı  zamanı  məzənnələr 
arasında  yaranan  fərq  şəklində  möhtəkir  mənfəətin  əldə 
edilməsindən  ötrü  istifadə  olunur.  Lakin  bütün  aktivlərlə,  o 
cümlədən,  fond  aktivləri  ilə  müddətli  əməliyyatların  keçirildiyi 
hər  bir  konkret  halda  sırf  möhtəkirlik  məqsədləri  üstünlük  təşkil 
etməyə  də  bilər,  yəni  bu  cür  əməliyyatlara  qeyri-möhtəkir 
məqsədlərdən  ötrü  də  müraciət  oluna  bilər.  Məsələn,  Məzən-
nələrin mümkün ola bilən enməsi nəticəsində yaranan zərərlərdən 
qiymətli 
kağızlara  edilmiş  investisiyaların  sığortalanması 
məqsədilə də müddətli əməliyyatlara müraciət oluna bilər.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə