Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

 
 
 
 
151 
-
 
Makroiqtisadi  səviyyədə  “düzgün  tərtib”  olunmaması 
(fond  bazarında  iştirakçılar  arasında  düzgün  proporsiyaların 
müəyyənləşdirilməsi və s. )  
-
 
Maddi  bazanın,  ticarət  texnologiyalarının,  tənzim  olunan 
və məlumatlanma infrastrukturlarının inkişaf etməməsi
-
 
Dövlət  tənzimləmə  sisteminin  parçalanması,  bir  çox  tən-
zimləmə 
funksiyalarının  ayrı-ayrı  idarəetmə  orqanlarında 
təkrarlanması,  vahid  tənzimləmə  konsepsiyasının  hazırlanma-
ması; 
-
 
Qiymətli  kağızlarla  bağlı  olan  bütün  risklərin  yüksək 
səviyyədə olması; 
-
 
İnvestisiya böhranının bərqərarlaşması; 
-
 
Spekulyativ dövriyyənin aradan qaldırılmaması və s.  
İnvestisiya  məqsədilə  maliyyə  resurslarının  əsas  hissəsi 
qiymətli  kağızlar  bazarında  əsasən  korporativ  qiymətli  kağızlar 
sektorunda formalaşır. Bu gün isə qiymətli kağızlar bazarının çox 
hissəsi  dövlət  qısamüddətli  istiqrazların  payına  düşür.  Bu  isə,  öz 
növbəsində,  maliyyə  vəsaitlərinin  lazımi  səviyyədə  və  düzgün 
yerləşdirilməsini qeyri-mümkün edir.  
Qiymətli  kagızlar  bazarının  inkişafı  müxtəlif  növ  kapital 
bazarının  fəaliyyətinin  birləşməsi  ilə  səciyyələnir.  Bir  tərəfdən, 
QKB  kapitalları  özünə  cəlb  edir,  digər  tərəfdən  isə  qiymətli 
kağızlar  mexanizmi  vasitəsilə  kapitalları  digər  tərəfə  yönəldir, 
beləliklə də, onların inkişafına şərait yaradır.  
Lakin  bütün  bu  problemlərin  mövcudluğuna  baxmayaraq 
ölkəmiz  üçün  zəruri  olan  bu  bazar  strukturu  gələcəkdə  yüksək 
templərlə  inkişaf  edəcəkdir.  Belə  ki,  özəlləşdirmə  prosesinin 
davam  etməsi,  iri  korporasiyaların,  holdinq  strukturlarının 
yaranması, bununla da iri səhmdar cəmiyyətlərinin formalaşması 
qiymətli kagızlar bazarının lazımi səviyyədə bərqərar olmasına və 
milli  şirkətlərimizin  səhmlərinin  dünya  birjalarında  iştirakına 
şərait yaradacaq.  
 
 


 
 
 
 
152 
 
 


 
 
 
 
153 
FƏSİL 8. BANKLARIN VEKSELLƏRLƏ 
ƏMƏLİYYATLARI 
 
8.1. Veksellərlə bank əməliyyatları 
  
Veksel  hesabı.  Bu,  xüsusi  bank  əməliyyatıdır.  Veksel 
saxlayan  ödəniş  müddətinə  kimi  vekselləri  indossament  üzrə 
banka  verir  və  bu  veksel  məbləğinə  görə  hesablanmış  müəyyən 
faiz alır. Bu faiz diskont adlandırılır.  
 
Ancaq  mal  və  kommersiya  sövdələşmələrinə  əsaslanan 
veksellər  hesaba  alınır.  Tunc,  dostluq,  qarşılıqlı  veksellər  hesaba 
qəbul  olunmur.  Nəzərdə  tutulan  veksellərdə  ən  azı  iki  imza 
olmalıdır.  Keçirici  qeydlərin  sayı  veksellərin  etibarlılığını  təsdiq 
edir.  Veksellərin  müddətinə  gəldikdə  isə  müştərinin  iqtisadi 
vəziyyətinin və ümumi bazar konyukturasının dəyişməsindən asılı 
olaraq  qısamüddətli  veksellərə  üstünlük  verilir.  Təşkilatlar  və 
şəxslər  tərəfindən  verilmiş,  müəyyən  müddətə  kimi  buraxılmış 
veksellər hesaba alınmır.  
 
Diskontun  faizi  hesablanan  zaman  əvvəlcə  vekselin 
ödənilmə  müddətinə  kimi  günlərin  sayını  onun  məbləğinə 
vurmaqla  və  100-ə  bölməklə  hesablanan  faiz  ədədi  müəyyən 
olunur.  Müxtəlif  veksellər  üzrə  müəyyən  günlərdə  hesablanaraq 
alınmış  faiz  ədədi  cəmlənir  və  məbləğ  hesab  faizi  ilə  360-a 
bölünür. Diskont hesabı üçün düstur belədir: 
C = P * T * Y: 360 
Burada: C – diskontun məbləği,  
 T – ödənişə qədər müddət,  
 P – vekselin məbləği,  
 Y – faiz hesabı.  
Belə  ki,  500  manat  məbləğində,  30  gün  ödəniş  müddətli  veksel 
üzrə diskontun məbləği 20 faiz hesabı ilə:  
(500x30x20): 360 = 8, 33 manat təşkil edir.  
 
Banklar  müəssisələr  üçün  xüsusi  ssuda  hesabları  aça  və 
təminat  qismində  vekselləri  qəbul  etməklə  həmin  hesablarla 


 
 
 
 
154 
kreditlər  verə  bilər.  Ssudalar  müddət  müəyyən  edilmədən  və 
təminat  qismində  qəbul  edilmiş  vekselin  ödəmə  müddəti  başa 
çatan  kimi  rəsmiləşdirilir.  Veksellər  xüsusi  ssuda  hesabının 
təminatı  qismində  tam  dəyərində  deyil,  adətən  konkret  bank 
tərəfindən  müəyyən  edilmiş  ölçüdən,  həmçinin  vekseli  təqdim 
edən müştərinin kredit qabiliyyətindən asılı olaraq məbləğin 60-90% 
dəyərində qəbul edilir.  
 
Vekselli  hesab  üzrə  kreditin  ödənilməsi  adətən  kredit 
verən  müəssisə  ilə  həyata  keçirilir,  sonra  ona  vekselin  təminatı 
qismində  borca  görə  ödənilmiş  məbləğ  geri  qaytarılır.  Əgər 
müştəridən xüsusi hesab üzrə borcun ödənilməsi üçün vəsait daxil 
olmursa,  onda  o,  vekselin  ödənişinə  daxil  olmuş  məbləğə 
yönəldilir.  
 
8. 2. Sadə vekselin mahiyyəti 
 
Sadə veksel müəyyən müddət ərzində müəyyənləşdirilmiş 
yerdə  veksel  verənin  müvafiq  pul  məbləğini  veksel  saxlayana 
ödəmə öhdəliyinin və ya onun əmrinin göstərilmədiyi adi qiymətli 
kağızdır.  Adi  vekselin  iki  iştirakçısı  var:  verilmiş  veksel  üzrə 
ödəniş  etməli  olan  ilk  vekseli  əldə  edən  və  həmin  veksel  üzrə 
ödənişi qəbuletmə hüququna malik olan şəxs.  
 
Sadə veksel təminatı olmayan abstrakt pul sənədidir. Onun 
fərqləndirici xüsusiyyətlərinə aiddir: 

 
ötürülmə imkanlarının olması;  

 
dövriyyəsiz  yazıları  həyata  keçirmiş  şəxslərdən  başqa, 
orada iştirak edən şəxslərin birgə məsuliyyəti; 

 
yazıların notarial təsdiqi zəruriyyətinin mövcud olmaması; 

 
müəyyən  olunmuş  müddətə  vekselə  görə  ödəniş 
edilmədikdə notarial qaydada etiraz.  
 
Ödəniş  müddəti  göstərilməyən  sadə  veksel  tələb  üzrə 
ödənilməli olan veksel hesab olunur. Vekselin tərtibat yeri barədə 
xüsusi göstərişin olmaması ödəniş  yeri və veksel verənin  yaşayış 
yeri  kimi  hesab  olunur.  Tərtibedilmə  yeri  göstərilməyən  sadə 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə