Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

 
 
 
 
142 
Bundan  əlavə,  fondlar  tərəfindən  ehtiyat  təminatı  tələb 
olunmur.  Federal  fondlarla  sövdələşmələr  telefon  vasitəsilə 
həyata  keçirilir.  İzafi  ehtiyat  vəsaitlərinə  malik  olan  və  ya  borc 
almaq istəyən banklar bir qayda olaraq brokerlərin xidmətlərindən 
istifadə edirlər.  
Böyük  Britaniyada  banklararası  kreditlər  bazarı  “paralel” 
pul  bazarının  bir  hissəsidir.  Banklararası  kreditlər  1971-ci  ildən 
sonra yeni məcburi ehtiyatlar normasının kəskin artımından sonra 
inkişaf etməyə başlamışdır. Belə olan halda bir çox banklar digər 
kredit  müəssisələrindən  qısamüddətli  borclar  almaq  yolu  ilə 
ehtiyat mövqeyini dəyişməyə cəlb olunurdu.  
Banklararası bazarda depozitlər 100 min funt sterlinqdən az 
olmayan  lotlarla  təşkil  edilir.  Müddətlər  və  faiz  stavkaları 
sövdələşmələr  bağlanan  gün  qeydə  alınır.  Müxtəlif  müddətli 
depozitlər  üzrə  faiz  dərəcəsinin  əsasını  banklararası  London 
bazarında formalaşan LİBOR dərəcəsi təşkil edir.  
ABŞ-da  olduğu  kimi,  burada  da  sövdələşmələrin  xeyli 
hissəsi bir gün üçün bağlanılır. Lakin bununla belə 1, 2, 3, 6, 9 ay 
və 1 il müddətinə verilən kreditlər də olduqca geniş yayılmışdır.  
Qiymətli  kağızın  satışı  və  sonradan  geri  alınması  haq-
qında  razılaşma.  Bu  sövdələşmənin  əsasını  qiymətli  kağızların 
təminatına  verilən  qısamüddətli  borclar  təşkil  edir  ki,  burada  da 
təminat üzərində sərəncam hüququ kreditora keçir.  
Əməliyyatın  əsas  şərti  ondan  ibarətdir  ki,  borclu  müəyyən 
olunmuş  müddətə  və  əvvəlcədən  müəyyən  edilmiş  qiymətlə 
qiymətli kağızı geri almaq öhdəliyini götürür.  
Sövdələşmənin  təminatı  kimi,  adətən  agentliklər  tərəfindən 
buraxılmış  dövlət  istiqrazları  və  ya  qiymətli  kağızlar  çıxış  edir. 
Bundan  əlavə,  təminat  qismində  depozit  sertifikatları,  girov 
kağızları və digər öhdəliklər də qəbul edilə bilər.  
“Pero” sövdələşmələri pul bazarında vəsaitləri qısa müddətə 
cəlb  etmək  üçün  ən  münasib  və  əlverişli  alət  sayılır.  Qiymətli 
kağız  növündə  təminatın  mövcudluğu  risk  dərəcəsini  xeyli 
azaldır. Daha sonra bu hər iki tərəf üçün çox çevik  alət  olub  bir 


 
 
 
 
143 
gündən başlayaraq istənilən müddətə təyin etmək olar. Təcrübədə 
bir  neçə  günlük  və  ya  bərpa  olunan  “pero”lar  da  tətbiq  olunur. 
“Pero”  sövdələşməsinin  daha  bir  üstünlüyü  onun  bankın  ehtiyat 
hesabına  tez  bir  zamanda  daxil  olmasıdır  ki,  bu  da  ehtiyat 
mövqeyinin  tarazlaşdırılması  üçün  ən  əlverişli  vasitəsidir. 
Nəhayət  ayrıca,  alıcı  tərəf  qiymətli  kağız  üzərində  sərəncam 
hüququ  qazandığından  bunları  müddət  başa  çatana  qədər  fond 
birjasında sata bilər.  
Banklar  “pero”  əməliyyatlarından  öz  likvidliyini  təmin  et-
mək üçün geniş istifadə edirdi. İri sənaye şirkətləri və digər inves-
torlar  üçün  “pero”  əməliyyatları  öz  vəsaitlərini  qısa  müddətə 
mənfəətlə yerləşdirilmənin ən rahat formasıdır.  
Veksellərin  uçotu  və  federal  ehtiyat  banklarından 
kreditlərin alınması. Kommersiya bankları federal ehtiyat bank-
larından kreditlər ala bilər. Bir qayda olaraq bunlar qısamüddətli 
ssudalardır.  Kreditlərin  təyinatı  mövsümü  də  fövqəladə  şəraitlə 
əlaqədar bankların resurs çatışmazlığının aradan qaldırılmasıdır.  
ABŞ-ın  Federal  Ehtiyat  Sistemi  kreditlərin  kommersiya 
bankları  üçün  daimi  vəsait  mənbəyinə  çevrilməsinə  qarşı  çıxır. 
Məhz bu səbəbdən də FES-in rəhbərliyi bankların kredit almaları 
üçün  müntəzəm  müraciətlərini  qəbul  etmir  .  Kreditin  alınması 
üçün  təminat  formasında  qiymətli  xəzinə  kağızlarının  federal 
müəssisə öhdəliklərinin təqdim olunması  tələb  edilir. 1980-cı  ilə 
qədər  yalnız  FES  üzvü  olan  banklar  Mərkəzi  Bankdan  ssuda  ala 
bilərdi. Hazırda bu hüquq bütün kredit təşkilatlarına verilmişdir.  
Bank  akseptlərinin  uçotu.  Bank  aksepti  müddətli  tratta 
olub,  ixtisara  və  yaxud  mal  alan  tərəfindən  banka  təqdim  olunan 
və xarici ticarət sövdələşməsinin müəyyənləşdirilməsində istifadə 
edilən sənəddir.  
Bank  tərəfindən  akseptləşdirilmiş  tratta  etibarlı  maliyyə 
alətidir.  Onun  müddəti  30  gündən  180  günə  qədər  olub  ikili 
təminata malikdir: 
-
 
Müddət  başa  çatdıqdan  sonra  trattanı  ödəməli  olan 
malalan; 


 
 
 
 
144 
-
 
Ödənişə təminat verən bank.  
FES  akseptlər  bazarına  nəzarət  edərək  federal  ehtiyat 
banklarında bunlar üçün məqbul standartlar müəyyənləşdirir.  
Məqbul akseptlər o akseptlər hesab edilir ki, ölkə daxilində 
idxal-ixrac  əməliyyatları  və  əmtəə  sövdələşmələri  üzrə  bunların 
müddəti 60 aya qədərdir.  
Kommersiya  kağızlarının  buraxılışı.  Kommersiya  ka-
ğızları qısamüddətli təminatsız öhdəliklər olub yüksək qabiliyyətli 
şirkətlər  tərəfindən  buraxılır.  Kağızların  buraxılmasında  məqsəd 
dövriyyə  kapitalına  yaranan  ehtiyacları  maliyyələşdirmək  üçün 
qısamüddətli  vəsaitlərin  əldə  olunmasıdır.  Kağızların  nominalı 
1000 ABŞ dolları olub müddəti 30 gündən 270 günə qədərdir. Bu 
öhdəliklərin ikinci bazarı praktiki olaraq mövcud deyildir.  
İnvestorlar  kommersiya  kağızlarını  ona  görə  alırlar  ki, 
bunlara  federal  fondların  kağızları  və  xəzinə  vekselləri  ilə 
müqayisədə  daha  çox  gəlir  ödənilir.  Emitentlərə  gəldikdə  isə, 
qeyd  etmək  lazımdır  ki,  bu  əməliyyat  onlar  üçün  də  əlverişlidir, 
çünki  kommersiya  kağızları  üzrə  faizlər  adi  bank  kreditlərindən 
xeyli aşağıdır.  
Banklar  kommersiya  kağızlarını  bank  holdinqləri  vasitəsilə 
buraxaraq  bazarda  satıldıqdan  sonra  digər  banklardan  kreditlə 
qiymətli kağızlar alırlar.  
Avro  dollar  bazarında  borclanma.  Avro  dollar  bazarı 
dollarla  ifadə  olunan  əmanətlər  bazarı  olub,  ABŞ-dan  kənarda 
banklara və digər şirkətlərə məxsusdur.  
Avro dolların başlıca bazarı Londonda yerləşir. Əsas ticarət 
obyekti  müəyyən  ödəniş  müddətli,  ötürülməyən  müddətli 
əmanətdir.  Diler  banklar  Avro  dollarla  müəyyən  edilmiş 
dərəcələrlə əmanətlərin qəbulunu təklif edir.  
Daha çox aşağıdakı əmanətlər geniş yayılmışdır: 
-
 
Gündəlik; 
-
 
Həftəlik; 
-
 
1-6 aylıq; 
-
 
1-5 illik.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə