Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

 
 
 
 
129 
Müddətli  əməliyyatların  növləri  kimi  fyuçers  və  opsionlar 
geniş yayılmışdır.  
Fyuçers  –  əməliyyatları  satıcı  və  alıcı  arasında  bağlanan, 
gələcəkdə  müəyyən  edilmiş  məzənnə  ilə  qiymətli  kağızların 
müəyyən  miqdarını  müvafiq  olaraq  satmaq  və  almaq  öhdəlikli, 
standart müddətli müqavilədir.  
Opsion  –  alıcıya  müəyyən  müddət  ərzində  müəyyən 
qiymətlə  əmtəənin  standart  miqdarını  almaq  hüququ  (öhdəliyi 
yox!), satıcıya isə satmaq hüququ verən əqddir (müqavlədir).  
Müddətli  əməliyyatların  qəti,  şərtli  və  uzadılmış  növləri 
məlumdur.  
Qəti  əqdlərin  iştirakçıları  qiymətli  kağızların  müəyyən 
edilmiş  müddətdə  çatdırılması  (satıcının  öhdəliyi)  və  alqısı 
(alıcının  öhdəliyi)  üzrə  öhdəliklər  götürür  və  şərtlər  dəyişdirilə 
bilməz.  
Şərtli  əqdlər  zamanı  iştirakçılardan  biri  digərinə  müəyyən 
mükafat  ödəməklə  öz  öhdəliklərindən  imtina  etmək  hüququna 
malikdir. Əsas məqsəd məzənnə tərəddüdləri nəticəsindəki itkiləri 
məhdudlaşdırmaqdır.  Əqd  şərtlərinin  hansı  iştirakçının  və  necə 
dəyişmək  hüququna  malik  olmasından  asılı  olaraq  şərtli  əqdlərin 
ilkin  mükafatlı,  əks  mükafatlı,  stellaj  və  tam  bölünən  növlərini 
fərqləndirirlər.  
İlkin  mükafatlı  əqdlərdə  qiymətli  kağızları  almaq  hü-
ququna satıcıya müəyyən edilmiş mükafatı ödəyən alıcı malikdir. 
Belə  əqdlərdən  məzənnənin  qalxmasına  ümid  edən,  lakin  buna 
şübhə ilə yanaşan və böyük itkilərdən ehtiyatlanan müraciət edir. 
Məsələn,  əgər  alıcı  2%  ilkin  mükafat  şərtilə  ödəməni  17  martda 
etməklə 1 martda 300 manat vahidinə səhm alırsa, 17 martda isə 
məzənnə  292  manat  vahidi  səviyyəsinə  enirsə  onda  alıcıya 
məzənnədə  8  manat  vahidi  itirməkdənsə,  6  manat  vahidi  (2%  X 
300) həcmində mükafatlar ödəmək daha sərfəlidir.  
Əks mükafatlı əqdlər ilkin mükafatlı əqdlərlə eynidir, lakin 
imtina  hüququ  satıcıya  məxsusdur.  Əgər  17  martda  səhmlərin 
məzənnəsi 308 manat vahidi olarsa, satıcıya hər bir səhmə görə 6 


 
 
 
 
130 
manat  vahidi  məbləğində  mükafat  ödəmək  məzənnədə  8  manat 
vahidi itirməkdən daha sərfəlidir.  
Stellaj  əqdi  iştirakçılardan  birinin  səhmləri  əvvəlcədən 
müəyyən  edilmiş  məzənnə  ilə  almağı,  yaxud  satmağı  seçmək 
hüququnun  kombinasiyasıdır.  Stellaj  əməliyyatının  müddəti  6-9 
aya  qədər  ola  bilər.  Məsələn,  stellaj  əqdi  1  martda  səhim 
məzənnəsi  300  manat  vahidi  səviyyəsində  olduqda  bağlanılıb, 
onun  icrası  isə  17  martda  296-304  manat  vahidi  məzənnəsi  ilə 
edilməlidir.  Bu,  o  deməkdir  ki,  iştirakçı  səhmləri  ya  304  manat 
vahidi məzənnəsi ilə almalıdır, ya da 296 manat vahidi məzənnəsi 
ilə satmalıdır. Əgər 17 marta qədər məzənnə 304 manat vahidin-
dən  yüksək  osla,  iştirakçı  səhmləri  alacaq,  məzənnə  296  manat 
vahidindən  aşağı  olsa  səhmləri  satacaq.  Hər  iki  halda  iştirakçı 
udacaq.  Məzənnə  artsa,  lakin  304  manat  vahidi  səviyyəsinə 
çatmasa,  yaxud  azalsa,  lakin  296  manat  vahidi  səviyyəsinə 
çatmasa onda iştirakçı mənfəət əldə edə bilməyəcək.  
Beləliklə,  stellaj  əqdi  zamanı  seçim  hüququ  olan  iştirakçı 
səhmin  məzənnəsinin  əvvəlcədən  müəyyən  edilmiş  hüdudlardan 
kənarlaşmasında 
mənfəət 
əldə  edir.  Əksinə,  məzənnə 
dəyişiklikləri  müəyyən  edilmiş  hüdudlardan  kənara  çıxmadıqda 
iştirakçı mənfəəti itirəcəkdir və mümkün qədər az itki verməkdən 
ötrü alıcı, yaxud satıcı rolunu seçməlidir.  
Tam bölünən - əqdlər alıcıya və satıcıya qiymətli kağızların 
tam bölünən həcmlərdə satılmasını, yaxud alınmasını tələb etmək 
hüququ  verir.  Müəyyən  edilmiş  məzənnənin  arması  alıcıya, 
azalması isə satıcı üçün əlverişlidir.  
Müddəti  artırılmış  əqdlər  ondan  ibarətdir  ki,  qiymətli 
kağızın  alıcısı,  yaxud  satıcısı  məzənnənin  dəyişməsindən  asılı 
olaraq  əməliyyatın  müddətini  artıra,  yaxud  son  hesablaşmanı 
təxirə  sala  bilər.  O,  itkilərini  örtməyə  imkan  verən  məzənnə 
dəyişikliyinə ümid edir.  
Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların report 
və deport növləri məlumdur.  


 
 
 
 
131 
Report – qiymətli kağızın satış gününün məzənnəsi ilə onun 
müəyyən müddətdən sonra artıq məzənnə ilə geri alınması şərtilə 
banka satılmasıdır. Məsələn, möhtəkir səhmləri 305 manat vahidi 
məzənnəsi  ilə  onların  iki  həftədən  sonra  307  manat  vahidi 
məzənnəsi ilə (2 manat vahidlik əlavə report adlanır) məcburi geri 
alınması  şərti  ilə  satır.  Bank  bütün  hallarda  mənfəət  əldə  edir, 
möhtəkir isə yalnız o vaxt mənfəət əldə edir ki, geri alınma anına 
səhmlərin məzənnəsi 307 manat vahidindən artıq olsun.  
Deport  əqdləri  müəyyən  müddətdən  sonra  aşağı  məzənnə 
ilə  geri  satılması  şərtilə  qiymətli  kağızın  cari  məzənnə  ilə 
alınmasıdır. Möhtəkir səhmləri bankdan 305  manat  vahidinə  alır 
və  şərtləşir  ki,  onları  iki  həftədən  sonra  303  manat  vahidi 
məzənnəsi  ilə  (2  manat  vahidlik  güzəşt  deport  adlanır)  mütləq 
geri satacaq.  
Birja  əməliyyatlarının  bir  növü  də  qiymətli  kağızların 
arbitajıdır. Arbitajın mahiyyəti ucuz alıb baha satmaqdır.  
 
 


 
 
 
 
132 
7.2. Bankların depozit və əmanət qiymətli kağızları  
 
Banklar bazar struktur sisteminin mərkəzi halqalarından biri 
olmaqla,  onların  fəaliyyətinin  inkişafı  bazar  mexanizminin 
yaradılmasının  əsas  şərtidir.  İqtisadiyyatın  dəyişdirilməsi  prosesi 
bank sisteminin islahatından başlamışdır.  
Banklar  uzun  müddət  dövlət  təşkilatları  kimi  iqtisadiyyatın 
idarə  olunmasında  inzibati  amirlik  sisteminin  bir  hissəsi  kimi 
çıxış  edirdi.  Son  illərin  islahatı  nəticəsində  mövcud  qa-
nunvericiliyə  uyğun  olaraq  banklar  müxtəlif  əməliyyatları  yerinə 
yetirir.  
Müxtəlif banklar arasındakı fərqlərin aradan qaldırılması ilə 
bağlı universal bankların əksəriyyəti bu gün bank fəaliyyətinin və 
maliyyə xidmətlərinin, demək olar ki, bütün tərəflərini əhatə edən 
xidmətlərin böyük çeşidini təklif edir.  
Eyni  zamanda,  bəzi  banklar  rəqabət  üstünlüyünə  malik 
olaraq və onu qoruyub saxlamaq məqsədilə qəti müəyyən edilmiş 
xidmət növləri üzrə ixtisaslaşır.  
Ayrı-ayrı  xidmət  növlərinin  araşdırılmasının  sadəliyi  üçün 
onların təsnifatından istifadə edirlər.  
 
 
 
 
 
 
 
 
 
Sxem 1. Bank xidmətinin təsnifatı. 
 
Qeyd etdiyimiz kimi,  depozitlər bankın  pul  vəsaitlərinin  ən 
mühüm mənbələrindən biridir. Bununla belə vəsait mənbəyi kimi 
bankın cəlb etdiyi borc vəsaitləri də böyük əhəmiyyət kəsb edir.  
Bank 
xidməti
 
Sair 
xidmətlər 
Kredit 
xidmətləri 
Depozit 
xidmətləri 
İnvestisiya 
əməliyyatları 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə