Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

 
 
 
 
133 
Bank  vəsaitlərinin  mənbəyi  kimi  səhmdar  kapitalın  rolu 
daha  çox  bankın  mənfəətliyinə  və  maliyyə  sabitliyinə  zaminlik 
etməkdən ibarətdir. Bunu sistemləşdirək:  
 
 
 
 
 
 
 
 
 
Sxem 2. Bank vəsaitlərinin mənbəyi. 
 
Depozitlər və kommersiya banklarının depozit əməliyyatları 
haqqında  müəyyən  bir  sxemin  olması  zəruridir.  Bununla  belə, 
bank  resurslarının  yaradılmasının  əsas  mənbələrindən  biri  kimi 
depozitlərin  rolu  böyükdür.  Belə  ki,  beynəlxalq  təcrübədə 
bankların  xüsusi  vəsaiti  onun  cəlb  etdiyi  vəsaitlərinin  yalnız  10-
15%  hüdudunda  müəyyən  edilir.  Onu  da  qeyd  edək  ki, 
kommersiya  banklarının  cəlb  olunmuş  vəsaitlərinin  məbləği 
onların xüsusi kapitalının 25 misli hüdudunda qəbul olunur.  
Bank  qanunvericiliyinə  əsasən  bankların  cəlb  etdikləri 
vəsaitlər  ilə  onun  xüsusi  kapitalı  arasındakı  nisbət  normativlərə 
əsasən müəyyənləşdirilir.  
Belə ki, əhalidən cəlb edilmiş əmanətlərin kredit təşkilatının 
xüsusi  vəsaitinə  olan  nisbətinin  maksimum  miqdarı  aşağıdakı 
kimidir: 
K
1
 = (E
ə
/S) 

100 
 
 
Burada:  
E
ə 
-  əhalinin  manat  və  ya  xarici  valyutada  əmanətlərinin 
məcmusu məbləği;  
Pul vəsaitlərinin 
mənbələri 
Səhmdar 
kapital 
Bankın aldığı 
borclar 
Depozitlər 


 
 
 
 
134 
S – xüsusi kapitaldır.  
Bir  kreditor  (əmanətçi)  üçün  riskin  maksimum  miqdarı, 
depozitin  və  ya  alınmış  kreditin,  həmçinin,  kredit  təşkilatının  bu 
kreditor  üçün  verdiyi  təminat  və  tapşırıqlarının  bir  və  ya  öz 
aralarında  əlaqələri  olan  kreditorun  hesabları  üzrə  qalıqlarının 
kredit  təşkilatının  xüsusi  vəsaitinə  olan  nisbətinin  faizi  ilə 
müəyyən edilir:  
K
2
 = (İRD/S) 

100 
Burada:  
 İRD  –  bir  və  ya  öz  aralarında  əlaqədə  olan  kreditorların 
öhdəlikləri  üzrə  depozit,  hesablaşma,  cari  hesabların  bu 
kreditorun adından verilmiş təminat və tapşırıqlarının 50%-i əlavə 
edilməklə  və  ya  kredit  təşkilatının  aldığı  banklararası  depozitlər 
üzrə manat və xarici valyutada məcmu məbləğidir.  
 S – bankın xüsusi kapitalıdır.  
 K

– normativin  maksimum qiyməti aşağıdakı  kimi  müəy-
yən edilir.  
 Depozitlər  bank  vəsaitlərinin  başlıca  mənbəyidir.  Lakin 
onun bəzi çatışmazlıqları da mövcuddur.  
1. Əmanətlərin cəlb edilməsi banklardan böyük səylər tələb 
edir; 
2.  Depozit  əməliyyatında  iştirak  edən  əsas  şəxs  müştəridir. 
Bu  səbəbdən  də  lazım  olduğu  halda  depozitlər  vasitəsilə  əlavə 
vəsait cəlb etmək banklar üçün çox çətin olur
3.  Yığıma  və  ya  investisiyaya  ayrılan  vəsaitlərin  hər  hansı 
bir bölgə üzrə ümumi həcmi məhduddur
4.  Banklar  depozit  hesablardakı  vəsaitlər  üzrə  məcburi 
ehtiyat saxlamalı və depozitlərin sığorta haqqını ödəməlidir.  
Yuxarıda deyilənlərlə əlaqədar tələb olunan əlavə vəsaitlərin 
cəlb  edilməsi  üsulu  kimi  banklar  idarə  olunan  passivlər  adlanan 
maliyyə  alətləri  vasitəsilə  kapitallar  alır.  İdarə  edilən  passivlərin 
başlıca üstünlüyü tələb olunan pul vəsaitlərini qısa zamanda əldə 
etməkdən  ibarətdir.  Məsələn,  ABŞ-da  idarə  edilən  passivlərin 
formalaşdırılması yolları aşağıdakılardır: 


 
 
 
 
135 
-
 
İrihəcmli depozit sertifikatlarının satılması; 
-
 
Geri  almaq  haqqında  müqaviləli  qiymətli  kağızların 
satılması; 
-
 
Federal ehtiyat sistemindən kreditlərin alınması; 
-
 
Avrodollar borcları; 
-
 
Federal fondların açılması.  
Depozit əməliyyatları təşkil olunduqda bank səy göstərməlidir 
ki, depozit hesablarındakı sərbəst vəsaitlərin (aktiv və əməliyyatlara 
cəlb edilməyən) ehtiyatları minimum həddə olsun.  
Sərbəst bank resurslarının həcmi hesablaşma, cari, büdcə və 
digər  depozit-əmanət  hesablarındakı  vəsaitin  qalığı  ilə  ssuda 
borcunun  həcmi  arasındakı  fərq  kimi  müəyyən  edilir.  Bu  fərqin 
minimum səviyyədə olması bank üçün səmərəli hesab edilir.  
Hazırda banklar arasında rəqabət mübarizəsinin genişləndiyi 
bir şəraitdə əhalinin pul əmanətlərinə sabit və ehtiyat bank vəsaiti 
kimi  baxmaq  banklar  üçün  əlverişli  deyil,  çünki  əhalinin  böyük 
əksəriyyətində əmanət yaratmaq imkanı aşağıdır.  
 
 
Aktivlərin həcmi üzrə Azərbaycan bankları  
(01. 01. 2007, mln. man) 
№ 
Banklar 
Aktivlər 
İl ərzində artımı, %-lə 
Bazarın 
payı, %-lə 

Beynəlxalq Bank 
1145, 279 
35, 3 
50, 8 

Bank Standart 
99, 051 
11, 2 
4, 4 

Kapitalbank 
97, 417 
46, 7 
4, 3 

Unibank 
66, 107 
57 
2, 93 

Texnikabank 
65, 04 
54, 7 
2, 89 

Azəriqazbank 
59, 473 
54, 1 
2, 64 

Respublikabank 
58, 156 
92, 2 
2, 58 

Bank Of Baku 
54, 599 
2, 7 
2, 42 

Koçbank Azərbaycan 
53, 405 
59, 8 
2, 37 
10 
Azərdəmiryolbank 
50, 335 
74, 8 
2, 23 
11 
Rabitəbank 
32, 411 
11, 3 
1, 44 
12 
Atabank 
31, 887 
11, 6 
1, 41 
13 
Turanbank 
30, 575 
44, 5 
1, 35 
14 
Bank of Azerbaijan 
29, 163 
31, 2 
1, 29 
15 
Muğan Bank 
21, 717 
24, 2 
0, 96 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə