Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

 
 
 
 
139 
edilməsidir.  Bu  yenilikləri  kommersiya  banklarının  iri  maliyyə 
firmalarına  qarşı  əks  tədbirləri  kimi  də  qiymətləndirmək  olar. 
Çünki  maliyyə  firmaları  qısamüddətli  gəlirli  qiymətli  kağızlar  olan 
investisiya fondlarını inkişaf etdirməyə başlamışlar.  
İnvestisiya fondlarının xüsusiyyətləri:  
-
 
Hesab  üzrə  faiz  dərəcəsi  pul  bazarının  digər  alətlərinin 
dərəcəsindən asılı olaraq hər həftə dəyişir
-
 
Əmanətin  müddəti  əvvəlcədən  razılaşdırılmış  şərt  və 
əmanətin  götürülməsi  zamanı  banklar  7  gün  əvvəlcədən  xəbər-
darlıq tələb edə bilərlər
-
 
Əvvəllər  2500  ABŞ  dolları  həcmində  minimal  qalıq,  bir 
qədər  sonra  1000  ABŞ  dollarI  qalıq  saxlanılması  qərarı  qüvvədə 
olmuş və nəhayət 1986-cı ildə bu məhdudiyyət ləğv edilmişdir
-
 
Əmanətlər  depozitlərin  sığortalanması  üzrə  federal 
korporasiya tərəfindən sığortalanır; 
-
 
Hesabın  sahibi  üçüncü  şəxslərin  adına  1  ay  ərzində  altı 
köçürmə,  yəni  üç  dəfə  çek  yazılışı  və  üç  dəfə  telefon  vasitəsilə 
əməliyyat  edə  bilər.  Bununla  belə  hesab  sahibinin  şəxsən  banka 
gəldiyi zaman pulun götürülməsində heç bir məhdudiyyətlərə yol 
verilmir.  
İndi  isə  ABŞ  –  da  müddətli  əmanətlərin  bankdan  verilməsini 
nəzərdən keçirək. Bu növ fərdi əmanətlər, ilk növbədə, kiçik nominal 
əmanət və depozit sertifikatları ilə təmsil olunmuşdur.  
 ABŞ  –  da  əmanət  sertifikatları  500,  1000,  2500  dollar 
məbləgində  standart  normalarla  buraxılır.  Sertifikatlar  sabit 
ödəniş müddətinə və möhkəm məzənnəyə malikdir.  
Depozitlərin müddətləri 1, 2, 3, 5 illikdır. Əmanətlərin vax-
tından əvvəl götürülməsi cərimə sanksiyası ilə nəticələnir.  
Banklarda  fərdi  əmanətçilər  üçün  nəzərdə  tutulmuş  “pəra-
kəndə”  depozitlər  hesabı  açılmışdır.  Uzunmüddətli  əmanətlərə 
gəldikdə isə bunlar başlıca olaraq işgüzar firmalar və nəhəng fərdi 
əmlaklara  sahib  olan  mülkiyyətçilərə  məxsus  olub  depozit 
sertifikatları formasındadır.  


 
 
 
 
140 
Depozit sertifikatı – banka sabit faiz dərəcəsi ilə müddətli 
əmanət qoyulması haqqında sənəddir. Depozit sertifikatlarının iki 
müxtəlif növü vardır: 
1)
 
Ötürülməyən,  yəni  əmanətçidə  saxlanılan  və  müddət 
başa çatdıqda banka təqdim edilir; 
2)
 
Ötürülən,  yəni  ikinci  bazarda  satılaraq  digər  sahibinə 
keçir.  
Ötən  əsrin  60-cı  illərinin  əvvəllərinə  qədər  depozit 
sertifikatlarının  birinci  forması  mövcud  idi  və  banklar 
korporasiyalardan müddətli əmanətləri zəif qəbul edirdi. Banklar 
faiz  ödənilməyən  cari  hesablar  cəlb  etməkdə  daha  maraqlı  idi. 
Korporasiyalar  qısamüddətli  likvidlik  aktivlərə  öz  ehtiyaclarını, 
ikinci bazarı olan xəzinə vekselləri vasitəsilə ödəyirdilər.  
1961-ci  ildə  Nyu-Yorkdakı  “Fast  National  Bank”  ilk  dəfə 
olaraq  bazara  nominalı  100  min  dollardan  yuxarı  vəsait  verən 
şəxsə  ötürülən  depozit  sertifikatları  təqdim  etmişdir.  Eyni 
zamanda  qiymətli  kağızlarla  əməliyyatlar  aparan  iri  broker 
firmaları  ikinci  bazar  yaradaraq  burada  ötürülən  depozit 
sertifikatlarının  ödəniş  müddəti  başa  çatana  qədər  alqı-satqısını 
təşkil etdi.  
Bunun  nəticəsində  pul  bazarında  işgüzar  firmaların  ehti-
yaclarına  cavab  verən  çevik  likvid  alətlər  meydana  gəldi.  Kor-
porasiyalar və fiziki şəxslər ötürülən depozit sertifikatlarını alaraq 
istədikləri  miqdarda  kapitalı  sərfəli  şəkildə  investisiya  edib 
zərurət  yarandıqda  isə  sertifikatları  nağd  vəsaitələrə  çevirmək 
imkanına malik oldu.  
Ötürülən  depozit  sertifikatlarını  emissiya  edən  banklar  bir 
neçə qrupa ayrılır: 
Birinci  qrupa  işgüzar  alətdə  öz  nüfuzu  və  geniş  şöhrəti  ilə 
tanınan  10  ən  iri  bank  daxildir.  Bu  bankların  sertifikatları  aktiv 
ikinci bazara malik olub və onların kağızlarına daim yüksək tələb 
mövcuddur.  
İkinci  qrupa  nüfuzlu  10-20  bank  daxil  olsa  da,  bunlar 
haqqında əmanətçilərin məlümatı kifayət qədər deyildir. Təbii ki, 


 
 
 
 
141 
bu  bankların  qiymətli  kağızlara  tələbi  az  olduğundan  onlar 
əmanətçiləri  cəlb  etmək  üçün  kağızlara  10-20  bənd  artıq  faiz 
dərəcəsi ödəyir.  
Üçüncü  qrupa  regional  və  xarici  banklar  daxildir  ki, 
bunların  da  sertifikatlarının  faiz  dərəcəsi  20-50  bənd  artıq 
ödənilir.  Ötürülən  depozit  sertifikatlarının  başlıca  bazarı  Nyu-
Yorkda  yerləşir.  Bazarın  fəaliyyəti  30  broker  firması  ilə  təmin 
edilir ki, bunların da bir hissəsi kommersiya banklarıdır.  
Broker  rolunda  çıxış  edən  banklara  xüsusi  depozit  serti-
fikatlarını almaq qadağan olunur.  
Banklar depozit hesablarının aparılması ilə yanaşı kapitalın 
cəlb  olunmasının  digər  metodlarından  istifadə  edərək  pul 
bazarından  borc  alırlar.  Bu  əməliyyatların  əsas  məqsədi  bankın 
likvid  mövqeyinin  yaxşılaşdırılmasıdır.  Vəsaitlərin  ən  geniş 
yayılmış formalarına aşağıdakılar aiddir: 
-
 
Banklararası bazardan borcların alınması; 
-
 
Qiymətli  kağızların  satışı  və  sonradan  geri  alınması 
haqqında razılaşma; 
-
 
Veksellərin  uçotu  və  Mərkəzi  Bankdan  ssudaların 
alınması; 
-
 
Bank akseptlərinin satışı; 
-
 
Kommersiya kağızlarının buraxılışı; 
-
 
Avrodollar bazarından borcların alınması; 
-
 
Notların və istiqrazların buraxılışı; 
-
 
Banklararası bazardan borcların alınması.  
ABŞ-da  bu  bazar  federal  bazar  adlanır.  Burada  Mərkəzi 
Bankın  ehtiyat  hesabında  saxlanılan  depozitlər  alınıb-satılır. 
Ehtiyat  hesabında  izafi  vəsaitlərə  malik  olan  bir  sıra  banklar  bu 
vəsaitləri qısa müddətə borca verilən (çox vaxt bir işgüzargün) bu 
əməliyyat onlara əlavə mənfəət əldə etməyə imkan verir.  
Federal  fondların  vəsaitləri  borcların  sərəncamına  tez  bir 
zamanda  daxil  olduğundan  fondlar  onun  üçün  münasib  sayılır. 
Belə ki, çek yazılışında vəsaitlər bank hesabına yalnız 2-3 gündən 
sonra yazılır.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə