Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 
 
 
 
112 
keçirilməsinə  görə  müştəri  müqavilədə  göstərilmiş  məbləğdə 
ödəniş edir, bu öz iqtisadi mahiyyətinə görə kreditə görə faizdir.  
Faktorinq  xidmətini  təklif  edən  maliyyə  idarələri  faktor 
firmaları  adlandırılır.  Onlar,  adətən  yüksək  etibarlı  faktorinq 
sövdələşmələrini  və  müştərilər  üçün  minimum  xərcləri  təmin 
edən  iri  bankların  nəzdində  törəmə  firmaları  və  ya  faktorinq 
şöbələridir.  
 
 
 
 
 


 
 
 
 
113 
FƏSİL 5. BANKLARIN BEYNƏLXALQ  
ƏMƏLİYYATLARI 
 
 
 
             5. 1. Beynəlxalq hesablaşmalar üzrə bank əməliyyatları 
 
 
Beynəlxalq  hesablaşmalar  –  iqtisadi,  siyasi  və  mədəni 
münasibətlər  əsasında  beynəlxalq  hüquqi  şəxslər  (dövlətlər, 
təşkilatlar) və müxtəlif ölkələrin vətəndaşları arasında yaranan pul 
tələbi 
və 
vəzifələri 
üzrə  ödənişlərin  tənzimlənməsidir. 
Hesablaşmalar  əsasən  nağdsız  üsulla  bank  hesablarında  qeydlər 
aparmaqla  həyata  keçirilir.  Bunun  üçün  xarici  banklarla  müxbir 
razılaşmalar əsasında müxbir hesablar:  
1. «Loro» (milli kredit təşkilatında xarici bankların hesabları):  
2. «Nostro» (xarici bankda mövcud bank hesabı) açılır.  
 Bütün  ölkələrdə  qəbul  edilmiş  dünyəvi  kredit  pulu  mövcud 
olmadığından beynəlxalq hesablaşmalarda xarici valyutada ödəniş 
vasitəsindən istifadə edilir. Onlara aiddir: 

 
Kommersiya köçürmə vekseli (tratta) – ixracatçının xarici 
idxalçılara müəyyən müddət ərzində məbləğin ödənilməsi 
barədə yazılı əmri; 

 
Adi (sadə) veksel – idxalçının borc öhdəliyi; 

 
Bank  vekseli  –  mövcud  ölkənin  bankları  tərəfindən  xarici 
müxbirlərinə  verilən  veksellərdir.  Bankların  reytinqindən 
asılı  olaraq  onların  veksellərinin  əhatə  dairəsi  kommersiya 
veksellərindən  genişdir.  Bank  veksellərini  alan  idxalçılar 
öz  öhdəliklərini  ödəmək  üçün  onları  ixraçatçılara 
göndərirlər; 

 
Bank  çekləri  –  bankın  bank-müxbirə  çeksaxlayanın  mö-
vcud  hesabına  müvafiq  məbləğin  köçürülməsi  barədə 
yazılı əmridir; 

 
Bank köçürmələri – xaricə poçt və teleqrafla köçürmə; 

 
Bank  kartları  (kredit,  plastik  və  s.  )  –  mal  və  xidmətlərin 
əldə  edilməsi  üçün  xaricdə  nağdsız  qaydada  istifadə 
olunan, sahibinə istifadə hüququ verən adlı pul sənədidir.  
           5. 2. Beynəlxalq hesablaşmaların əsas formaları 


 
 
 
 
114 
 
Beynəlxalq hesablaşmalar daxili hesablaşmarla oxşar olsa 
da, müəyyən xüsusiyyətlərə görə fərqlənir: 
1.
 
Nəzərdə  tutulan  müqavilə  sənədlərinin  rəsmiləşdiril-
məsi,  göndərilməsi,  işlənib-hazırlanması  və  ödənişinə 
dair xarici iqtisadi sövdələşmə iştirakçılarının və onların 
bankları arasında münasibətlərin müəyyən edilməsi.  
2.
 
Sənədlərə  qarşı  həyata  keçirilən  rəsmi  xarakterli  bey-
nəlxalq  hesablar:  maliyyə  (veksel,  çek, ödəniş  qeydləri) 
və  kommersiya  (hesab-faktura,  yüklənmiş  sənədlər  - 
konosament,  qaimələr,  qəbzlər,  sığorta  polisi,  müxtəlif 
şəhadətnamələr).  
3.
 
Beynəlxalq  hesablaşmaların  əsas  formalarının  qayda  və 
adətlərinin uygunlaşdırılması.  
Beynəlxalq hesablaşmaların əsas formalarına aiddir: 

 
İnkasso forması – müştərinin banka mal və xidmətə görə 
ödənişlərinin  idxalçıdan  alınmasını  və  həmin  vəsaitin 
ixracatçının  bankda  olan  hesabına  köçürülməsinə  dair 
tapşırığıdır.  Banklar  ixracatçının  verdiyi  təlimatdan 
istifadə etməklə və inkasso üzrə uyğunlaşma qaydalarına 
müvafiq olaraq inkasso əməliyyatlarını həyata keçirir;  

 
 Akkreditiv  forması  –  müştərinin  xahişi  ilə  bank  tərə-
findən  akkreditiv  açılmış  üçüncü  şəxsin  (benefisiar) 
hesabına sənədləri ödəmək, yaxud trattı aksept etmək və 
ya  hesablaşmaq  öhdəliyi  barədə  razılaşmadır.  Bu  hesab 
formasının  həyata  keçirilmə  qaydası  sənədli  akkreditiv 
üçün  uygunlaşdırma  qaydaları  və  adətləri  ilə 
tənzimlənir.  Akkreditiv  (xüsusilə  geri  qaytarılmayan  və 
təsdiq  edilmiş)  inkassoya  nisbətən  yüksək  dərəcədə 
ödənişin  vaxtında  həyata  keçirilməsinə  zəmanət  verir. 
Bununla  yanaşı  bu  forma  daha  mürəkkəb  və  bahalı 
hesab formasıdır; bu zaman idxalçı akkreditiv məbləğini 
ehtiyatda  saxlamaq  və  bank  kreditindən  istifadə  etmək 
məcburiyyətindədir; 


 
 
 
 
115 

 
Bank  köçürmələri  –  bir  bankın  digər  banka  müəyyən 
məbləğin 
köçürən 
şəxsə  ödənilməsi  tapşırığıdır. 
Beynəlxalq  hesablaşmalarda  köçürən  şəxs,  adətən 
bankın  müştəriləri  olur.  Köçürmə  forması  inkasso 
ödənişi,  avans  ödənişi,  yenidən  hesablaşma  ilə  həyata 
keçirilir.  Bank  köçürmələri  zəmanətlə,  hissə-hissə 
ödənildiyinə görə digər hesab formalarına uyğun gəlir; 

 
Avans ödənişi – mallar yüklənməmişdən əvvəl, bəzən də 
istehsalına  kimi  (məsələn,  bahalı  avadanlıqların, 
gəmilərin,  təyyarələrin  idxalı  zamanı)  idxalçı  tərəfdən 
malın avans ödənişi.  

 
Açıq  hesablar  üzrə  hesablaşmalar  –  idxalçının  ixracat-
çıya  daimi  mal  öndərməsinə  görə  müəyyən  edilmiş 
müddətdə  kreditlə  dövri  ödənişlərini  nəzərdə  tutan 
hesablaşmadır.  Bu  hesablaşma  idxalçı  üçün  daha 
əlverişli  və  etibarlıdır,  uzunmüddətli  münasibətlərdə 
xarici malgöndərənlər bu hesabdan istifadə edirlər; 

 
Veksellər, çeklər, bank kartları ilə hesablaşmalar – barat 
və  adi  veksellər  tətbiq  edildiyi  beynəlxalq  hesab-
laşmalardır.  Vekselin  ödənişinə  görə  məsuliyyəti 
ödənişinə razılıq vermiş akseptantın (idxalçı və ya bank) 
üzərinə  düşür.  Veksel  haqqında  qanun  (1930-cu  ildən) 
veksellərin buraxılma formasını, rekvizitlərini, şərtlərini 
və ödənişini tənzimləyir.  
 
Qeyri-ticarət  əməliyyatları  üzrə  iri  banklar  tərəfindən 
müxtəlif valyutalarda yazılan nəqliyyat (turist) çekləri istifadə 
edilir. Çek – göstərilən valyutanın onun sahibinə ödənilməsinə 
dair  bankın  əmrini  əks  etdirən  müəyyən  formada  pul 
sənədidir.  Çeklərin  forma  və  rekvizitləri  milli  və  beynəlxalq 
qanunvericiliklə  (1931-ci  il  tarixli  Çek  Konvensiyası  və  s.) 
tənzimlənir.  
 
Beynəlxalq hesablaşmalarda, xüsusilə amerikan mənşəli 
(Viza,  Masterkard,  Amerikan  Ekspress)  bank  kartları  daha 
çox istifadə edilir.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə