Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

 
 
 
 
158 
edilməyə dair vekselə qadağa qoya bilər: veksel üçüncü şəxsin və 
ya digər şəxsin yanında ödənilməlidir; veksel təqdim edilmə üzrə 
müəyyən müddətdən sonra ödənilməlidir. Veksel verən həmçinin 
təyin  edilmiş  vaxtdan  əvvəl  akseptə  təqdim  edilməməsini 
şərtləndirə bilər.  
 
Hər  bir  indossant  müəyyən  edə  bilər  ki,  veksel  müddəti 
müəyyən  edilməklə  və  ya  müəyyən  edilmədən  akseptə  təqdim 
edilməlidir;  əgər  veksel  verən  tərəfindən  elan  edilməmişdirsə, 
onda akseptə təqdim edilə bilməz.  
 
Ödəyici  ilk  tələbdən  sonra  növbəti  günü  də  ikinci  dəfə 
olaraq vekselin təqdim edilməsini tələb edə bilər, maraqlı şəxs isə 
protestdə  xatırladıldığına  görə  bu  tələbin  yerinə  yetirilməməsinə 
istinad  edə  bilər.  Vekseldən  protest  səlahiyyətli  orqanların  – 
notariusun,  məhkəmə  icraçılarının  hərəkətləri,  qanunvericiliyin 
müəyyən  hüquqi  nəticələrin  başlaması  ilə  əlaqələndirdiyi  rəsmi 
təsdiqlənən  faktlardır.  Protest  aktla  rəsmiləşdirilir.  Aktla  protest 
təsdiqlənir  ki,  ödəyicinin  akseptdən  və  ya  vekseli  ödəməkdən 
imtinası  –  qeyri-akseptdə  və  ya  ödəniş  olmadıqda  protest; 
vekselin  sahibinə  qaytarılmasından  veksel  depozitariyanın 
imtinası – təhvil verməməyə görə protest. Protest üçün daha geniş 
yayılmış  əsas  vekselin  akseptsiz  olması  və  ödənilməməsidir. 
Veksel  saxlayan  akseptə  təqdim  edilmiş  vekseli  ödəyiciyə 
verməyə borclu deyil.  
 
Aksept köçürmə vekseldə qeyd olunur. O, «aksept etmək» 
kimi  ifadə  olunur,  ödəyici  tərəfindən  imzalanır.  Bu  zaman 
maliyyəçi bilməlidir ki, vekselin üz səhifəsində ödəyici tərəfindən 
edilmiş sadə imza aksept qüvvəsinə malikdir.  
 
Əgər  veksel  təqdim  edildikdən  sonra  müəyyən  müddətə 
ödənilməlidirsə  və  ya  əgər  o,  xüsusi  şərtlərə  görə  müəyyən 
müddətdə  akseptə  təqdim  edilməlidirsə,  onda  aksept  verildiyi 
andan tarixlə qeyd olunmalıdır. Belə ki, veksel saxlayan akseptin 
təqdim  edildiyi  gündən  qeyd  edilməsini  tələb  edə  bilər.  Tarix 
göstərilmədiyi halda veksel saxlayan vaxtında protest verməlidir.  


 
 
 
 
159 
 
Veksel  üzrə  aksept  sadədir  və  heç  nə  ilə  şərtləndirilmir, 
lakin  o  ödəyici  veksel  məbləğinin  müəyyən  hissəsi  ilə 
məhdudlaşdıra bilər. Köçürmə vekselin mətnində akseptlə edilmiş 
digər  düzəlişlər  akseptdən  imtina  hesab  edilir.  Eyni  zamanda  öz 
akseptinin mahiyyətinə görə akseptant cavabdehdir.  
 
Əgər  veksel  verən  köçürmə  vekseldə  ödəyicinin  yaşayış 
yerindən  daha  yaxşı  ödəniş  yerini  göstərmişsə,  lakin  ödənişi 
etməli  olan  üçüncü  şəxsi  göstərməmişdirsə,  onda  ödəyici  belə 
şəxsi aksept zamanı göstərə bilər. Belə göstəriş-qeydin olmaması 
bildirir  ki,  akseptant  ödənişi  özü  ödəniş  yerində  etməli  idi.  Əgər 
veksel  ödəyicinin  yaşayış  yerində  ödənilməlidirsə,  onda  ödəyici 
akseptdə ödənişin həyata keçirilməli olan ünvanını göstərməlidir.  
 
Aksept  vasitəsilə  ödəyici  köçürmə  vekseli  müəyyən 
edilmiş  müddətə  ödəmək  öhdəliyini  üzərinə  götürür.  Ödəniş 
edilmədiyi  halda  veksel  saxlayan,  hətta  o,  veksel  alan  olduqda 
belə  tələbin  təqdim  edilmə  ehtimalına  baxmayaraq  köçürmə 
vekselə əsasən akseptanta qarşı birbaşa iddia qaldıra bilər.  
  
 
 


 
 
 
 
160 
8.5. Veksel zaminliyi – aval 
 
Veksel  dövriyyəsində  aval  -  veksel  zaminliyi  xüsusi  rol 
oynayır. Avalın köməyi ilə köçürmə veksel üzrə ödəniş tam və ya 
veksel  məbləğinin  bir  hissəsi  ilə  təmin  oluna  bilər.  Bu  təminat 
üçüncü şəxslərə və ya vekseli imzalamış şəxslərdən birinə verilir. 
Aval köçürmə vekseldə, alloncda və ya verilmə yeri göstərilməklə 
ayrı  vərəqədə  verilir.  O,  bir  qayda  olaraq,  «aval  hesab  etmək» 
sözləri  ilə  ifadə  olunur  və  avalı  verən  şəxs  tərəfindən  imzalanır. 
Aval  üçün  ancaq  avalist  tərəfindən  köçürmə  vekselin  üst 
səhifəsində edilmiş bir imzanın olması kifayət edir. Lakin bu imza 
ancaq  ödəyici  və  ya  veksel  verən  tərəfindən  edilməlidir.  Avalda 
onun  kimin  hesabına  verilməsi  göstərilməlidir.  Avalda  belə  bir 
göstərişin  olmaması  onun  veksel  verən  tərəfindən  verilməsi  hesab 
edilir.  
 
Köçürmə  veksel  ödənildikdən  sonra  avalist  zəmanətin 
kimə  verilməsi  və  ona  görə  borclu  olan  şəxslərə  münasibətdə 
köçürmə vekseldən irəli gələn hüquqları əldə edir.  
 
8. 6. Veksel üzrə ödəniş müddəti 
 
Veksel üzrə ödəniş müddəti xüsusi əhəmiyyət kəsb edir və 
aşağıdakı hallarda müəyyən olunur: 

 
Təqdim edilməklə; 

 
Təqdim edildikdən sonra müəyyən vaxta qədər; 

 
Tərtib edildikdən sonra müəyyən vaxta qədər; 

 
Müəyyən gündə.  
Köçürmə  vekseldə  digər  hər  hansı  bir  müddət,  eyni 
zamanda ödənişin ardıcıl müddətləri göstərilə bilməz.  
Təqdim  edilməklə  ödəniş  olunduğu  halda  təqdim  edilmə 
günü  ödəniş  günü  hesab  olunur.  Bu  üsul  həmişə  müəyyən  pul 
məbləğinə  malik  olmaq  istəyən  ödəyici  üçün  əlverişli  deyil.  Bu 
zaman veksel tərtib edildiyi gündən bir il ərzində ödənişə təqdim 
edilməlidir.  Veksel  verən  bu  müddəti  qısalda  və  ya  daha 


 
 
 
 
161 
uzunmüddətli  edə  bilər.  Veksel  verən  müəyyənləşdirə  bilər  ki, 
təqdimetmə  müddəti  üzrə  köçürmə  veksel  müəyyən  edilmiş 
müddətdən  əvvəl  ödənişə  təqdim  edilə  bilməz.  Belə  halda 
təqdimetmə üçün müddət bu müddətdən başlayır.  
 
Təqdim  edildiyi  gündən  sonrakı  dövrə  görə  köçürmə 
veksel  üzrə  ödəniş  müddəti  ya akseptin,  ya da protestin  tarixi  ilə 
müəyyən  olunur.  Protest  mövcud  olmadıqda  akseptanta 
münasibətdə tarix göstərilməmiş aksept akseptə təqdimetmə üçün 
nəzərdə  tutulmuş  müddətin  son  günü  edilmiş  hesab  olunur. 
Təqdim  edildikdən  sonrakı  gün  göstərilməklə  olan  vekselödəyici 
üçün  əlverişlidir,  ona  ödənişə  hazırlaşmağa  imkan  yaradır. 
Göstərilən müddətin istifadəsi təqdim edilmənin mühüm günüdür, 
həmin 
vaxtdan 
ödəniş  müddəti  hesablanmağa  başlanır. 
Təqdimedilmə  günü  vekseldə  ödəyicinin  ödənişə  razılığı  və  ya 
protestin tarixi barədə qeydləri hesab edilir.  
 
Tərtib  edildiyi  andan  bir  ay  və  ya  bir  neçə  ay  müddətinə 
verilmiş köçürmə veksel üzrə ödəniş müddəti ödəniş edilməli olan 
ayın  müvafiq  günündən  başlayır.  Belə  bir  ayın  müvafiq  günü 
olmadıqda,  ödəniş  müddəti  həmin  ayın  sonuncu  günü  başa  çatır. 
Əgər köçürmə veksel tərtib edildiyi və  ya təqdim edildiyi  andan 
yarımaya  və  ya  bir  neçə  ayın  yarısına  kimi  olan  müddətə 
verilmişdirsə,  onda  əvvəlcədən  tam  ay  hesablanır.  Əgər  ödəniş 
müddəti ayın əvvəlinə, ortalarına və ya sonuna təyin edilmişdirsə, 
onda  bu  ifadələrlə  ayın  biri,  onbeşi  və  son  günü  hesab  olunur. 
«Səkkiz gün» və ya «on beş gün» ifadələrində bir və ya iki həftə 
deyil,  məhz  tam  səkkiz  və  ya  onbeş  gün  olan  müddəti  bildirir. 
«Yarımay» ifadəsi onbeş günlük müddət kimi başa düşülür.  
 
Vekselin  əsas  təyinatı  –  ödənişin  alınmasıdır.  Müəyyən 
gündə,  tərtib  edildiyi  və  ya  təqdim  olunduğu  gündən  sonrakı 
müddətə olan köçürmə vekseli saxlayan ya ödənilməli olan günü, 
ya da növbəti iki gündən birində köçürmə vekseli ödənişə təqdim 
edilir.  
 
Maliyyəçi  xatırlamalıdır  ki,  ödəyici  köçürmə  vekseli 
ödəyən  zaman  ödənişin  alınmasına  dair  veksel  saxlayan  tərə-


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə