68
siloslayırlar. Siloslanmış һalda o karotini uzun müddət saxlayır və
һeyvanlar tərəfindən iştaһa ilə yeyilir.
Botaniki təsviri. Yerkökü ( Daucus carota L.) Apiaceae
(kərəviz) fəsiləsinə daxil olan ikiillik bitkidir. Yerkökü birinci ili
uzadılmış konusşəkilli kökümeyvə və rozet şəkilli yarpaqlar əmələ
gətirir. Toxumu cücərərkən torpaq səthinə qısa xətşəkilli ləpə
yarpaqları çıxarır. Əsil yarpaqları isə 3-5 qat lələkşəkilli olmaqla
çoxlu qısa dilimlidir. Həyatının ikinci ili əmələ gətirdiyi gövdə
yarpaqları da həmçinin lələkşəkillidir
(Şəkil 6-8, s.114-116).
Çiçək qrupu çoxlu sayda xırda ağ çiçəklərdən təşkil olunmuş
mürəkkəb çətirdir. Həşəratlar vasitəsilə çarpaz tozlanır. Meyvəsi
iki toxumlu olur, yetişdikdə iki hissəyə ayrılır. Toxumunun səthi
xırda tikancıqlarla örtülüdür ki, bu da onun səpin vaxtı çətin
səpilməsinə səbəb olur. Yerkökü toxumlarının üzərindəki qabır-
ğalara toplanan efir yağları patogen mikrofloradan təbii mühafizə
vasitəsi hesab edilir.
Səpin zamanı toxumlar tikancıqlardan təmizlənir ki, yaxşı
səpilsin. 1000 ədəd tikanlı toxumunun kütləsi 2 qrama yaxın,
tikansız təmiz toxumlarınınkı isə 1,2-1,3 qr-a bərabərdir.
Bioloji xüsusiyyətləri. Yerkökü soyuğadavamlı bitkidir.
Toxumları 2-4
0
C temperaturda cücərməyə başlayır ancaq çox
yavaş cücərirlər. Toxumlarının cücərməsi üçün optimal tempe-
ratur 18-20
0
C hesab edilir. Cücərtiləri – 6
0
C şaxtalara dözə bilir.
Yaşlı bitkilər isə birinci ili və yaxud toxumluq saxlandıqda - 4
0
C-
yə dözürlər. Yerkökü eyni zamanda havanın temperaturunun
yüksəlməsinə də yaxşı dözür, çünki onun yaxşı inkişaf edən kök
sistemi vardır.
Yerkökü başqa kökümeyvəlilərə nisbətən quraqlığa davam-
lıdır. Yerkökü toxumlarının şişməsi dövründə, cücərtiləri əmələ
gələnə qədər və kökün böyüməsi dövründə nəmliyə daha çox tə-
ləbat göstərir. Toxumluq sahələr isə kökbağlama dövründə tor-
paqda optimal nəmliyin olmasına tələbkardırlar.
Yerkökü u
zun gün bitkisidir. Müxtəlif qranulometrik tərkibli
torpaqlarda bitir. Qumlu torpaqlarda da becərilə bilər. Ancaq
yumşaq, qumsal torpaqlarda daha yüksək məhsul verir. Ondan
69
qurudul
ub yaxşılaşdırılmış, mədəni şəklə salınmış torpaqlarda da
məhsul götürmək olar. Torpağın reaksiyası (pH) 5,5-7,0 olduqda
daha yaxşı inkişaf edir.
Yerkökünün torpaqdan apardığı qida maddələrinin miqdarı
şəkər çuğunduruna yaxındır. Belə ki, 1 ton kökümeyvə və ona
müvafiq yerüstü kütlə ilə yerkökü torpaqdan 3,5 kq N, 1,5 kq
P
2
O
5
, 7 kq K
2
O, 1,6 kq CaO çıxarır.
Yerkökünün vegetasiya müddəti birinci ili 110-120 gün,
ikinci ili 110-
130 gün çəkir. Birinci ili, cücərtiləri alındıqdan 80-
90 gün sonra yerkökü texniki yetişkənliyə çatmış olur.
Yerkökünün çiçəkləmə fazasına keçməsi üçün ona uzun
müddət (100-140 gün) təsir edən aşağı temperatur olmalıdır. Ona
görə də onun əkinlərində hətta erkən əkinlərində hətta erkən əkin-
lərində belə birinci ili çiçəkləyən bitkilərə rast gəlinir. Yerkökü
hətta qışqabağı əkildikdə belə birinci ili çiçəkləmir.
Sortları. Mətbəx yerkökünün yüksək məhsuldar sortları yem
üçün becərilir. Onlardan ən çox yayılanlarına misal olaraq Biryu-
çekutski - 415, Vitaminli - 6, Losinoostrovskaya -13, Nesravnen-
naya, Şantane -2461 və s. göstərmək olar. Bu sortların kökümey-
vəsinin ətli hissəsi qırmızı rənglidir. Asanlıqla alınan һibrid to-
xum
ları һər һektardan 25-30% artıq kök məһsulu götürməyə və
bununla da һibrid toxumlarını istehsalat səpinlərində geniş miq-
yasda tətbiq etməyə imkan verir.
Aqrotexniki xüsus
iyyətləri. Yem və tərəvəz növbəli əkin-
lərində yemlik yerkökü özündən sonra az alaq qoyan cərgəaraları
becərilən və tərəvəz bitkilərindən sonra yerləşdirilməlidir. Tarla
növbəli əkinlərində isə ən yaxşı sələflər payızlıqlar, dənli-paxla-
lılar və kartofdur.
Torpağın əsas və səpinqabağı becərilməsi işləri yem çu-
ğundurunda olduğu kimidir.
Səpin üçün yüngül, dərin becərmə
aparılmış torpaqlar ayrılmalıdır.
Yerkökü erkən səpilən bitkilər qrupuna aiddir. Onun toxum-
larını torpaq səpinə һazır olan kimi səpirlər. Bəzi rayonların toz-
laşmayan torpaqlarında və şiddətli yaz şaxtaları olmadıqda,
yerkökünün cüzi don vurmuş torpaqlara qış qabağı səpinlərindən
70
də yaxşı nəticələr alınır. Səpin müddəti elə seçilməlidir ki, toxum-
lar şaxtalar düşənə qədər boy ata bilməsin. Bu cür əkinlər faraş və
yüksək kök məһsulu əldə etməyə imkan verir.
Səpindən qabaq cücərtilərin alınmasını tezləşdirmək üçün
yer
kökü toxumlarını 1,5-2 gün ərzində dövrü olaraq isladırlar.
Çox vaxt dəqiq səpin aparmaq və cərgədə müntəzəm çıxışlara
nail olunması üçün toxumları noğullaşdırırlar. Noğullaşdırmaq
üçün çürüntüdən, torfdan, mineral gübrələrdən və s. qarışıq
hazırlayırlar. Toxumlar səpindən qabaq çeşidlənir və dərmanla-
nır.
Səpin adətən adi tərəvəz toxumu səpən aparatlarla (СОН-
2,8А)
gencərgəli (45 sm) iki xətli (xətlər arası 15-20 sm) üsulla,
lent üsulu ilə (lentarası 45-50 sm) və enli zolaq üsulu ilə
(zolaqlararası 40-60 sm) aparılır. Enli zolaq üsulu ilə səpin apa-
rıldıqda selkaya xüsusi səpicilər quraşdırılır. Həddən artıq nəm-
liyi olan və əkin qatı nazik olan torpaqlarda yerkökünü ləklərdə
və ya tirələrdə becərirlər. Bunun üçün xüsusi selkalar və
tirədüzəldənlərdən (ГС-1,4) istifadə olunur.
Toxumunun hektara səpin norması səpin üsulundan asılı
olaraq 1,5-4,0 milyon toxum ara
sındadır. Gencərgəli tək xətli
üsulda hektara 1,5-
2,0 milyon, iki xətli üsulda 2,0-3,0 milyon,
enli zolaq üsulunda 4 milyon ədəd toxum səpilir.
Toxumların basdırılma dərinliyi 1,0-2,0 sm-dir.
Əkinə qulluq işləri səpindən sonra kipləşdirmədən, səpindən
5-
6 gün sonra cücərtilər alınana qədər malalamadan və cücərtilər
alınandan sonra mala çəkilməsindən ibarətdir. Alaqlarla mübarizə
məqsədilə prometrin herbisidi (50% s.t) 2-3 kq/ha norması ilə
tətbiq edilir. Herbisid torpağa səpindən sonra cücərtilər alınana
qədər səpilir və malalanır.
Yerkökünün seyrəldilməsi 4-5 yarpaq fazasında aparılır.
Buketləmə kultivatorlarda aparılır. 27-30 sm-dən bir kəsilib 30
sm-
lik buket saxlanır. Hər buketdə 6-8 bitki olur. Seyrəltməni
başqa cərgəkəsən maşınlarda da aparmaq olar. Çalışmaq lazımdır
ki, yığım vaxtı hektarda 300-350 min bitki olsun. Bu sıxlığı az
Dostları ilə paylaş: |