Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

 
57
cilalayır, təlimsiz ağıl sərt və qabadır – pardaxlanmamış daş kimi kobuddur. Buna 
görə də təlim hamı üçün zəruridir. Təlim insanı həmişə təkmilləşdirməlidir, həm də 
təlimə kiçik yaşlardan başlamaq daha səmərəlidir. Qızların təlim-tərbiyəsinin həm 
birlikdə kiçik yaşlardan, həm də ayrılıqda böyük yaşlarda həyata keçirmək olar. 
Təlimin məzmunu və  nəzəriyyə ilə praktikanın uyğunluğuna dair Nizaminin irəli 
sürdüyü fikirlər, mülahizələr XV-XVI əsrlərdə  Qərbi Avropada intibah dövrünün 
humanistərinin (Vittorino, Rable, Rotterdamlı Erazm və başqaları), həmçinin XVIII 
əsr maarifpərvərlərinin ideyaları ilə müəyyən dərəcədə səsləşir. 
Nizami Gəncəvinin  əsərlərində  əxlaq tərbiyəsinə  də geniş yer verilmişdir. 
Bunun hamısı  şairin dərin insanpərvərliyindən,  şəxsiyyətə  və xalqa olan sonsuz 
məhəbbətindən irəli gəlir. O, həyatın məqsədini xeyirxahlıqda görürdü, insan 
xeyirxah olmalıdır. Lakin belə adamlar başqalarına qarşı münasibətini düzgün 
müəyyən etməyi, xeyirxahlığı tətbiq edərkən səhvə yol verməməyi də bacarmalıdır. 
Bütün adamlara, daha doğrusu, düşmənə xeyirxahlıq göstərmək olmaz, əksinə 
xeyirxahlıq düşməni, şər qüvvələri məhv etməyi tələb edir. Əxlaq tərbiyəsi və əxlaq 
məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq da mühüm cəhətlərdən biri kimi 
nəzərə çarpır.  Şair dönə-dönə qeyd etmişdir ki, adam-adama gərək olur. Dostu, 
yoldaşı olmaq insanı fərəhləndirir, sadiq dost adamın sevincinə, kədərinə şərik olur, 
dostsuz, yoldaşsız keçinmək, bəşər cəmiyyətindən uzaq düşmək adamı yazıq 
vəziyyətə salır və s. 
Yüksək  əxlaqi keyfiyyətlərin formalaşmasında qarşılıqlı yardımı, 
xeyirxahlığı, böyüklərə və həmyaşıdlarına hörməti həqiqi insanın ilkin əlamətlərindən 
biri kimi hesab edir. O, təlim-tərbiyədə tərbiyəçinin roluna böyük əhəmiyyət verərək 
göstərmişdir ki, müəllim, tərbiyəçi geniş biliyə, saf əxlaqa, iti zehnə malik olmalıdır. 
Onun fikrincə  tərbiyəçi həm dünyagörüşü, həm yüksək mənəvi keyfiyyətləri ilə 
tərbiyə edilənə nümunə olmalıdır. Hər bir tərbiyəçi tərbiyə etdiyi şəxsə qayğı ilə 
yanaşmalıdır. Tərbiyə verənlə  tərbiyə olunan arasında səmimi dostluq münasibəti 
olmalıdır (38, səh.11-18).  
Nizaminin əsərlərində antik dövrün filosofu Aristotelin bölgüsü ilə səsləşən 
fikirlər də diqqəti cəlb edir. Bunu oğlu Məhəmmədə yazdığı  nəsihətlərdən aydın 
görürük. Birinci nəsihət yazılanda oğlu Məhəmmədin 7 yaşı, ikinci nəsihət yazılanda 


 
58
14 yaşı, üçüncü nəsihət yazılanda 21 yaşı vardı. Hər yaş bölgüsündə o, oğluna yaşa 
uyğun işlər görməyi məsləhət görürdü. Nizami təlimə 7 yaşdan başlamağı tövsiyə 
edir. Bu yaşda uşağa əslinə görə hörmət edirlər. 7 yaşına qədər uşaqların qayğısına 
qalmağı, onlarda gözəl keyfiyyətlər tərbiyə etməyi zəruri sayırdı. Erkən yaşdan uşağı 
elə böyütmək lazımdır ki, atasına layiq övlaq olsun:  
                      Uşaqkən əslini sorsalar bir az 
                      Ağac bar verəndə cinsi sorulmaz. 
                      7 yaşlı balam, gözümün nuru, 
                      Ey dilim əzbəri, qəlbim qüruru. 
                      Bu Hilal dövründə gəl eyləmə qəm. 
                      Bədr olan zamanda gözəl Hilalın, 
                      Göyə nur saçacaq sənin kamalın. 
                      Biliyə raqib ol, dünyanı qazan. 
                     Vaxtı boş keçirmə, qələm al ələ, 
                     Elə namuslu ol, desin hər görən, 
                     Ağıllı oğluna Nizami əhsən. 
Deyən Nizami oğlunun gələcəyinə böyük ümid bəsləyir. Ikinci nəsihətində, 
insanın elmlə ucaldığına işarə edir: 
                      Ucalmaq istəsən bir kamala çat
                      Kamala ehtiram göstərər həyat. 
Üçüncü nəsihətində  oğlunun  əxlaqı  məsələlərinə diqqət yetirir. Oğlundan 
xalqa fayda verməyi, əsl kişi olmağı, yaxşı dost tapmağı məsləhət görür: 
                      Bir dostun olsa da eyibli əgər,  
                      Yüzünün adına ləkə gətirər. 
                      Hünər ardınca qaç, xalqa hünər saç, 
                      Qapılar bağlama, ər ol, qapı aç. 
                      Hər kim öyrənməyi bilməyirsə ar, 
                      Sudan dürr, daşdan gövhər çıxarar.  
 Artıq  5  yaş  olanda  uşaq  hər  şeyi  dərk  edir, yaxşını pisdən seçir. Gördüyü 
hər şeydən ibrət götürür. 6 yaşda ətrafı dərk edir. 7 yaşa çatanda ona müəllim tuturlar 
ki, ona dərs desin. Lakin 9 yaşa kimi oynamaq olar. Bundan sonra ciddi iş başlayır.  


 
59
Nizami elmə, biliyə yüksək qiymət verir. Insan elmlə ucalır. Sən çalış yaxşıca 
öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı deyəndə, dünyəvi fənlərin öyrənilməsini 
nəzərdə tutur. O, insanı yer üzünün əşrəfi hesab edirmiş. Bu əşrəfin yetişməsində 
irsiyyətlə yanaşı ictimai mühitin, tərbiyənin rolunu yüksək qiymətləndirmişdi.  
                             Şahana tərbiyə, hünər, nəzakət, 
                              Ağıla nur verər, ürəyə qüvvət. 
Gəncləri ata şöhrətinə arxalanmamağa, zəhmət çəkməyə, elm öyrənməyə, 
əməklə məşğul olmağa çağırır. Ata müəyyən vaxta qədər övladına kömək edə bilər.  
Sədi  Şirazi  (1189-1291) yardıcılığında insan şəxsiyyətinin formalaşmasına 
təsir edən amillər – irsiyyət, tərbiyə  və mühit eyni dərəcədə  dəyərləndirilir, hər 
üçünün də  həlledici olmasının qənaətinə  gəlinir. O, ayrı-ayrı hekayətlərdə  və  şer 
parçalarında hər üçünün fəzilətlərindən bəhs edir. Şərq klassikləri kimi o da hər 
şeydən öncə şəxsiyyətin təşəkkülündə irsiyyəti aparıcı amil kimi tərənnüm edir: 
                          Heç seyqəl götürməz zatı pis dəmir, 
                          Nə qədər çalışsan bədgöhər olar. 
Və yaxud o belə bir maraqlı əhvalatı təsvir edir: Bir dəstə quldur dağ başında 
məskən salıb, gəlib-gedən karvana hücum edir, onların var-yoxlarını alırdı. Ona görə 
yerli adamlar onları tutmağı qərara alırlar. Onlar pusqu təşkil edir və quldurları əsir 
alırlar. Şah quldurların hamısını öldürməyi əmr edir. Onların sırasında gənc bir oğlan 
da vardı. O, çox gözəl idi. Vəzirlərdən birinin ona rəhmi gəldi və onun 
bağışlanmasını xahiş etdi. Vəzirin sözündən xoşlanmayan şah dedi:  
                          Yaxşı ibrət götürməz, zatı bəd, nacins olan 
        Necə ki, günbəz başında qoz dayanmaz heç zaman. 
Belə yaramazların kökünü kəsmək lazımdır. Odu söndürüb, qorunu saxlamaq, 
əfini öldürüb balasına rəhm etmək ağıllı  iş deyildir. Vəzir  şahın dediklərini təsdiq 
edib deyir ki, onun buyuruqları həqiqətdir. Lakin oğlanı yaxşı tərbiyə etsək o düzələr. 
Şah oğlanın günahından keçdi və dedi: - Məsləhət bilmirəm, lakin bağışlayıram. 
Oğlanı bir müəllimə verdilər. Vəzir oğlanı şaha təriflədikcə hökmdar vəzirin 
sözünə gülümsəyib deyirdi:  
                             Insanla qalmağa etsə də adət, 
                             Qurd oğlu qurd olar yenə nəhayət. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə