Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

 
141
Komenski göstərir ki, uşaqlar zaman anlayışını çox çətin mənimsəyirlər. Bu 
yaşda uşaqlar hətta bu günlə sabahı qarışdırırlar. 
Komenskiyə görə  uşaqlar fəaliyyətlə, ağıl və dillə bağlı olan incəsənət, 
dialektika, riyaziyyat, musiqi, bir neçə əl işləri və fiziki təmrinləri bilirlər.  
Ilk altı ildə  uşaq sual verib, cavab almağı bacarmalıdır. Bu dövrdə 
riyaziyyatın əsaslarından çoxu, azı, enli, ensizi və digər ölçü vahidlərini sənətkarlıq 
və  əməkdən kəsməyi, tikməyi, sökməyi bilməlidir. Dillə  əlaqədar uşaqlarda 
qramatikaya, ritorikaya, poetikaya aid biliklər inkişaf edir.  
Beləliklə, 6 yaşlı  uşaqlarda  əşyaları tanımaq, fiziki əmək və  cəldlik, nitq 
mədəniyyəti,  əxlaq və xeyirxahlıq, mərhəmətlilik və  s.  kimi  anlayışlar 
formalaşdırılmalıdır.  
Komenski analara uşaqların qayğısına hələ  uşaq dünyaya gəlməzdən  əvvəl 
qalmağı  məsləhət görür, bunun üçün ilk növbədə hamilə qadınlar öz sağlamlıqları 
qayğısına qalmalıdırlar, hamilə qadınlara içki içmək, həyacanlanmaq,  əsəbiləşmək, 
əzab çəkmək olmaz. Ana bu mühüm məsələlərə  əhəmiyyət verməsə, onun gələcək 
övladı  əsəbi, narahat, qəmgin olacaq, bəzən isə ölü doğulacaqdır. Elə ki, bu zəif 
məxluq dünyaya gəldi, valideyn birinci növbədə onun qayğısına qalmalıdır. Uşağını 
ana özü əmizdirməlidir.  Ən dəhşətlisi odur ki, bəzi analar öz uşaqlarını başqa 
qadınlara əmizdirmək üçün verir. Bunun bir sıra ziyanı vardır. Ana xəstə deyilsə, heç 
vaxt belə etməməlidir. Uşağı başqası  əmizdirərsə, ana övlad arasında münasibətlər 
itir, uşaq böyüyərkən öz anasına hörmət etmir, ona yad bir qadın kimi baxır. 
Komenskiyə görə anaların uşaqlarını özləri əmizdirməsi onların əxlaqi saflığı üçün də 
faydalıdır. Komenski görkəmli filosof Favorinin apardığı maraqlı bir eksperimenti 
şərh edir. Favorin ana südünün körpə varlığın həyatında nə kimi əhəmiyyət kəsb 
etdiyini quzular və çəpişlər üzərində sınaqdan keçirir. Çəpişlər qoyunları, quzular isə 
keçiləri  əmirlər. Nəticədə keçiləri  əmmiş quzuların yunu cod, qoyunları  əmmiş 
çəpişlərin tükü nisbətən yumşaq olur. Komenski həmin təcrübədən belə nəticə çıxarır 
ki, ana südünün uşağın mənəvi təşəkkülündə böyük əhəmiyyəti vardır.  
Y.A.Komenski   deyirdi  ki,   uşaq  həyatı   oda   bənzəyir,  odun  yanması  və 
alovlanması üçün hava lazım olduğu kimi, uşağın da inkişafı üçün hərəkət lazımdır. 
Uşaq çox qaçıb oynayanda yaxşı yatır, mədəsi yaxşı  işləyir, tez böyüyür, fiziki və 


 
142
mənəvi cəhətdən möhkəm olur. O, belə bir atalar sözünü də misal gətirir ki, şən 
əhval- ruhiyyə sağlamlığın yarısıdır. 
Valideynlər təkcə 
uşaqlarının sağlamlığının qayğısına qalmaqla 
kifayətlənməməli, həm də uşaqların ağıllı böyümələrinə xüsusi diqqət verməlidirlər. 
Çünki müdriklik hər cür cəvahiratdan qiymətlidir. Ağıl, zəka sağ  əldir, dövlət və 
şöhrət isə müvəffəqiyyətdir.  Əqlin yolu işıqlı  və gözəldir. Uşaqlar  əvvəlcə anasını, 
atasını, suyu, yeməyi tanıyır. Odun, küləyin, soyuğun nə demək olduğunu bilir. Iti, 
pişiyi tanıyır. Dörd, altı yaşda uşaqlar qum, palçıq və s. nə olduğunu başa düşür, 
meyvələri tanıyırlar. Y.A.Komenski qeyd edir ki, uşaqlar yeddi yaşda hər hansı işlə 
məşğul olmağı çox sevirlər. Onların qan dövranı daim hərəkət tələb edir. o, deyirdi 
ki, qoy onlar qarışqa kimi səhərdən axşama kimi işləsinlər, oynasınlar, hərəkət 
etsinlər. Bu çox xeyirli və faydalıdır. Onların oyunlarının məzmunlu olması üçün 
onlara kömək göstərilməlidir. O, Afina sərkərdəsi Femstoklun balaca oğlu ilə 
meydançada qumun üzərində oynadığını misal gətirir. Bir gənc çox təəccüblə 
sərkərdəyə baxır. Sərkərdə  gəncə deyir ki, özünün övladın olana kimi burada 
gördüyünü heç kimə danışma. Bununla Komenski demək istəyirdi ki, valideynlik 
hissini, övlad məhəbbətini, övladın tərbiyəsini, nazını  çəkmək qayğısını yalnız 
valideyn olanlar bilərlər. 
Uşaq nə görürsə onunla maraqlanır, onu əllərinə götürür, dartır, sökür, 
qopardır. Onlar bıçağı, dəhrəni yerə döyür, bununla da özünə  zədə yetirirlər. Ona 
görə də uşaqlara müxtəlif oyuncaqlar almaq lazımdır. Çünki uşaqlar bu oyuncaqlarla 
oynadıqdaonların bədəni möhkəmlənir, əqli inkişaf edir, bədən üzvləri hərəkət edir. 
onlar çox həvəslə tikinti materialları ilə oynayır, ev düzəldirlər. Uşaqların bu işlərinə 
kömək etmək lazımdır. Işsizlik həm ağıl, həm mənəviyyat, həm də  bədən üçün 
zərərlidir. O, həmin işləri tədricən yerinə yetirməyi tövsiyə edirdi.  
Y.A.Komenski uşaqların nitq inkişafı  məsələlərinə  də böyük əhəmiyyət 
vermişdir. O, deyirdi ki, insanı heyvandan iki şey fərqləndirir. Bunlardan biri şüur
digəri isə nitqdir. Şüur insanın özü üçün, nitq isə bağqaları üçün lazımdır. Buna görə 
də bunların hər ikisinə eyni cür qayğı göstərmək lazımdır. Insan nitq mədəniyyətinə 
yüksəlmək üçün qrammatikanı, ritorikanı və poetikanı öyrənməlidir.  
Uşaq  qramatikanı  ən  uzağı  altı  aylıq  olanda  örənməyə  başlayır. Bir yaşda 


 
143
uşaqlar a, ba-ba, ma və s. səsləri deyirlər. Sonra uşaqlarda ən yaxın olan nə-nə, baba 
və s. sözlər yaranır. Bu yaşda çox zaman valideyn uşaqlarla guya danışır, əşyanın əsl 
adını qoyub uşağın verdiyi adı çox həvəslə deyirlər. Məsələn, pəpə, qaqqa, çay-ça və  
s. Bu uşaq nitqinin inkişafına mənfi təsir edir. Bu yaşda ata, ana, dayə, bacı – hamı 
uşağa sözü düzgün tələffüz etməyi öyrətməlidir. Bu yaşda qrammatika ancaq bundan 
ibarətdir. Bunu təqribi üç yaşa qədər davam etdirmək olar. Dörd, beş, altı yaşda uşaq 
nitqi ətraf mühitin təsiri ilə zənginləşir. Bu yaşda uşağın nə etdiyini, nə iş gördüyünü 
düzgün ifadə etmək üçün şərait yaratmaq lazımdır. Ona görə  də tez-tez onlara “nə 
edirsən?” , “nə  iş görürsən?” kimi suallar vermək lazımdır. Uşaqlara çətin sözləri 
tələffüz etdirmək, yanıltmaclar öyrətmək lazımdır.  
Ritorika da uşaqlarda bir yaşda başlayır. Biz çox zaman öz fikrimizi uşaqlara 
danışıqdan  çox  jestlərlə  çatdırırıq.  Uşağa əlimizin hərəkəti ilə, təbəssümlə müraciət 
edirik. Uşaq iki-üç yaşdan sifətdən qəmginliyi, sevinci duyur, başı  tərpətməklə, 
barmaq hədələməklə  uşaq yaxşı  və pis hərəkət etdiyini başa düşür. Təxminən üç 
yaşdan uşaq təəccüblənməyi, bəzən əl hərəkəti ilə danışmağı bacarır. 5-6 yaşdan uşaq 
öz yaşıdlarından və dayəsindən eşitdiyi sözləri mənimsəyir. Elmlərin əsası bu yaşda 
qoyulur. Uşaqla ağıllı davranmaq lazımdır. Təxminən elə bu yaşda poeziyadan da 
danışmaq olar. Ona görə ki, uşaq ahəngdarlıqla danışmağa başlayır, ifadəli  şer 
söyləyir.                   
Y.A.Komenski  əxlaq tərbiyəsinə  də böyük əhəmiyyət verirdi. Onun fikrincə 
nəcib, xeyirxah adamları kiçik yaşlardan tərbiyə etmək lazımdır. Kiçik ağacı tez 
böyütmək olur, eləcə  də  uşağı kiçik yaşdan xeyrixah tərbiyə etmək asandır. Bunun 
üçün daim xeyirxahlıq nümunəsi vaxtında ağıllı  nəsihətlər və  təmrinlər, mülayim 
intizam kimi şərtlər lazımdır. Uşaqlara həmişə yaxşı nümunə göstərmək zəruridir. O, 
dünyaya gələndə meymuna oxşayır, lakin qayğının, səyin nəticəsində dəyişib başqa 
cür olur. Uşaq gözündən heç bir şey yayınmır. Ona görə də uşağın yaşadığı mühitə 
həmişə diqqət yetirmək lazımdır. Burada mülayimlik, xeyirxahlıq, bir-birinə hörmət 
əsas yer tutmalıdır.  Əxlaq tərbiyəsində Komenski cəzaya da müraciət edir. O, 
döyməyi deyil, yeri gələndə bərkdən acıqlanmağı məsləhət görür. Komenski deyirdi 
ki, ailədə intizamın böyük əhəmiyyəti vardır. Intizamsız böyüyən uşaq xeyirxah ola 
bilməz.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə