Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə29/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
113
Bu  göstərici  yeni  məhsulun  istehsalı,  yeni  müəssisənin 
yaranması  və  ya  istehsalın  modernləşməsi  ilə  əlaqədar 
hesablanır.  
Layihənin  həssaslığının  təhlili  ilkin  göstəricilərin 
dəyişməsi  ilə  bağlı  səmərəlilik  göstəricilərinin  dəyişməsini 
müəyyən  etmək  üçün  nəzərə  tutulub.  Belə  yanaşmada  hər 
səmərəlilik  göstəricisi  hansısa  göstəricinin  (məsələn,  satışın 
həcminin,  diskont  dərəcəsinin  qalxıb-enməsi  nəticəsində 
dəyişkən 
hesablanır. 
Layihənin 
həssaslığı 
səmərəlilik 
göstəricisinin  ilkin  parametrlərin  1  %  artıb-enməsinə  müvafiq 
dəyişməsini göstərir.   
Layihənin  inkişaf  ssenarilərinin  təhlili  –  layihənin 
səmərəliyinə  eyni  zamanda      bütün  əsas  parametrlərin 
dəyişilməsi  təsiri  göstərir.  Bir  qayda  olaraq  3  ssenari  təhlil 
olunur: nikbin, bədbin və ən çox ehtimal olunan. Burada xüsusi 
kompüter proqramları imitasiya modellərindən istifadə olunur.  
Risklərin idarə edilməsi sistemi, onun elementləri bir sıra 
proses və hərəkətləri nəzərdə tutur. Bura  
- risklərin identifikasiya və lokallaşdırılması; 
- risklərin təhlili və qiymətləndirilməsi;    
- risklərin aradan qaldırılması və minimum səviyyə 
endirilməsi; 
- risklərin monitorinqi aiddir.   
Riskləri sadələşdirilmiş sxem şəkilində belə təsvir etmək olar:  
1. 
 göstəricilərin toplanması və emalı; 
2. 
risklərin keyfiyyət təhlili; 
3. 
riskin kəmiyyət qiymətləndirilməsi; 
4. 
riskin qəbul olunmasının qiymətləndirilməsi; 
5. 
riskin azaldılması imkanlarının 
qiymətləndirilməsi  
6. 
riskin azaldılması metodlarının seçilməsi; 
7. 
riskin artırılması ehtimalın qiymətləndirilməsi; 
8. 
layihənin reallaşması (riskin qəbul edilməsi) 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
114
9. 
layihənin reallaşmasından imtina (riskin qəbul 
edilməməsi) 
Risklərin keyfiyyət təhlili risklərin mənbəyi və səbəbləri, 
risklərin  əmələ  gəlməsi  ilə  əlaqədar  iş  və  mərhələlərin  aşkar 
edilməsi,  potensial  risk  zonalarının  və  risklə  bağlı  qərarların 
reallaşması  ilə  bağlı  mənfi  nəticələrin  müəyyən  edilməsini 
nəzərdə  tutur.  Risklərin  keyfiyyət  təhlili  kəmiyyət  təhlil  üçün 
vacib  informasiya  bazasını  təşkil  edir.  Riskin  kəmiyyət  təhlili 
zamanı  ayrı-ayrı  və  ümumi  risklərin  miqdarı  hesablanır.  Bu 
mərhələdə  riskli  hadisənin  reallaşma  ehtimalı  və  onun  yol 
verilməli  səviyyəsi  hesablanır.  Keyfiyyət  və  kəmiyyət  təhlili 
nəticəsində  risklə  bağlı  hadisələrin  baş  verməsi  ehtimalı  və 
onun  nəticəsi  müəyyən  olunur.  Təhlil  nəticəsində  riskin  idarə 
olunması strategiyası işlənib hazırlanır və onun əsasında riskin 
qarşısının alınması və ya azaldılması tədbirləri hazırlanır.  
Riskin  aradan  qaldırılması  və  ya  minimuma  endirilməsi 
bir neçə mərhələdən ibarətdir: 
- riskin 
qəbil 
oluna 
biləcək 
səviyyəsinin 
qiymətləndirilməsi; 
- riskin  azaldılması  və  artırılması  (o  halda  ki,  riskin 
səviyyəsi  qəbil  oluna  biləcək  səviyyədən  azdır  və  onun 
artırılması gözlənilən gəliri artırır); 
- risklərin azaldılması və artırılması üsullarının seçilməsi;  
- risklərin 
azaldılması 
və 
artırılması 
üsullarınin 
seçilməsinin məqsədə uyğun olmasının qiymətləndirilməsi.  
Risklərin  azaldılması  və  minimuma  endirilməsinə  dair 
tədbirlər  müəyyən  olunandan  sonra  onların  kifayət  olması 
haqqında  qərar  qəbul  olunur.  Əgər  bu  tədbirlər  kifayətdirlərsə 
layihə  reallaşa  bilər,  əks  halda  ondan  imtina  etmək  daha 
məqsədə uyğun olar.   
Qeyd  etmək  lazımdır  ki,  burada  risklərin  idarə 
edilməsinin sadələşdirilmiş sxemi göstərilib. Reallıqda risklərin 
kəmiyyət  və  keyfiyyətinin  qiymətləndirilməsi  daha  mürəkkəb 
prosesdir və fəaliyyət dairəsinin xüsusiyyətindən asılıdır.    


Dövlətin investisiya-innovasiya siyasəti 
 
115
4  nvestisiya risklərin idarə edilməsi 
Risklərin  idarə  edilməsində  riskin  azaldılması,  qarşısının 
alınması  və  ya  olduğu  səviyyədə  saxlanması,  diversifikasiyası 
və  ötürülməsi  metodlarından  istifadə  olunur.  Risklərin 
azaldılması  tədbirlərinə  riskin  istisna  olunması,  riskin  əmələ 
gəlməsinin ehtimalının azaldılması, risk nəticəsində ola biləcək 
itkilərin  azaldılması  nəzərdə  tutulur.  Riskin  istisna  olunması 
gözlənilən  iqtisadi  səmərəliyinə  baxmayaraq  investisiya 
layihəsindən imtina etməsi deməkdir. Riskin əmələ gəlməsinin 
ehtimalının  azaldılması  üçün  investisiya  obyektinin  maliyyə 
vəziyyəti  dəqiq  öyrənilməlidir,  onun  borc  qaytarmaq 
qabiliyyəti,  işgüzar  imici,  idarə  etmə  heyətinin  peşəkarlığı  və 
digər  məlumatlarının  toplanması  zəruridir.  nformasiya  nə 
qədər dəqiq və dolğun olarsa – riskin səviyyəsi o qədər az olar. 
Risk    nəticəsində  ola  biləcək  itkilərin  azaldılması  risklərin 
lokallaşdırılması  vasitəsi  ilə  həyata  keçirilə  bilər.  Məsələn, 
vençur  bölmənin  yaradılması  itkilərin  yalnız  bu  bölmənin 
müflis  olması  ilə  nəticələnəcək  və  əsas  biznesə  xələl 
gətirməyəcək.    
Riskin 
olduğu 
səviyyədə 
saxlanılması 
onun 
maliyyələşdirməməsi, 
özünü 
sığortalaması 
və 
digər 
mənbələrdən  vəsaitin  cəlb  edilməsini  nəzərdə  tutur.  Risk 
maliyyələşdirilməsə  onun  nəticəsində  ola  biləcək  itkilər 
ödənilmir.  Özünü  sığortalama  prosesi  müəssisənin  öz  gəliri 
hesabına  ehtiyat  fondlarının  yaradılmasını  nəzərdə  tutur.  Bəzi 
hallarda  özünü  sığortalama  məqsədi  ilə  şirkət  öz  qız 
kompaniyasını  keptiv  sığorta  şirkətini  yaradır.  Ehtiyat 
fondundan  fərqli  olaraq  keptiv  sığorta  kompaniyası  təsisçi 
ş
irkətin ehtiyatlarını daha səmərəli idarə edir.       
Diversifikasiya 
kapitalın, 
satış 
bazarlarının 
və 
təchizatçıların  diversifikasiyasını  nəzərdə  tutur.  Maddi 
istehsalda  diversifikasiya  çox  vəsait  tələb  edirsə,  fond 
bazarında  investisiya  risklərinin  diversifikasiyası  çox  asan 
həyata  keçirilir.  Diversifikasiyanın  digər  istiqamətləri  –  satış 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
116
bazarlarının  və  mal  göndərənlərin  diversifikasiyası  investisiya 
layihəsinin  biznes-planının  tərtibi  mərhələsində  nəzərdə 
tutulmalıdır.     
Riskin  ötürülməsi  sığortalanma,  maliyyə  zəmanətinin 
alınması  və  d.  nəzərdə  tutur.  Risklərin  ötürülməsi  əsas  üsulu 
investisiya  risklərinin  sığortalanmasıdır.  Sığorta  şirkətlərinin 
fəaliyyətinin  əsas  prinsipləri:  sığorta  hadisəsinin  təsadüf  və 
gözlənilməz  olması;  itkinin  hesablanması  imkanı;  sığorta 
hadisəsi  haqqında  statistik  məlumatın  olması,  riskin  təkrar 
sığorta edilməsi imkanıdır. 
Suallar: 
1. 
“Risk” anlayışına dair hansı tərifləri bilirsiniz? 
2. 
Riskin hansı iqtisadi nəticələri ola bilər? 
3. 
Risk və qeyri-müəyyənlik arasında nə fərqi var? 
4. 
Riskləri necə təsnifləşdirmək olar? 
5. 
nvestisiya riskləri hansı üsullarla idarə edilir? 
Testlər: 
Test  1.  Adı  çəkilənlərdən  hansı  amillər  xarici  riskə  təsir 
edirlər? 
a) 
marketinq 
tədqiqatların 
səviyyəsi, 
innovasiyaların tətbiqi; 
b) 
xammal mənbəyi və heyətin peşəkarlığı; 
c) 
ş
irkətin maliyyə durumu, qiymət siyasəti; 
d) 
siyasi, sosial-iqtisadi və ekoloji durum;     
e) 
qiymət siyasəti, sosial-iqtisadi və ekoloji durum;     
Test  2.  Adı  çəkilənlərdən  hansı  amillər  daxili  riskə  təsir 
edirlər? 
a) siyasi, sosial-iqtisadi, ekoloji durum, qanunvericilik və 
vergi sistemi; 
b) siyasi, sosial-iqtisadi, ekoloji durum, qiymət siyasəti; 
c)  innovasiyaların  tətbiqi,  xammal  mənbəyi  və  heyətin 
peşəkarlığı, marketinq tədqiqatların səviyyəsi; 
d) siyasi, sosial-iqtisadi və ekoloji durum;     
e) qanunvericilik və vergi sistemi; 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə