Dövlətin investisiya-innovasiya siyasəti
121
1.Cəmiyyətin maraqlarının təmin olunması. Məsələn,
istehsal sahəsinə cəlb olunan investisiyalar bütövlükdə ölkə
iqtisadiyyatının inkişafına zəmin yaradır;
2.
Azad və açıq bazarın formalaşması. Tələb və
təklifin nisbətinə əsasan qiymətli kağızların qiymətlərinin azad
(sərbəst) formalaşmasını nəzərdə tutur. Tənzimlənmə sistemi
fond bazarında inhisarçı qiymətin olmasının qarşısını alır;
3.
Ə
dalətli və nizamlı bazarın formalaşması.
Bazarın bütün iştirakçılarını ayrı-ayrı şəxslər və təşkilatların
ə
dalətsizliyi və fırıldaqçılıqlından müdafiə edir.
Fond bazarının tənzimlənməsinin əsas prinsipi – onun
bütün iştirakçılarını – emitentləri, investorları, peşəkar fond
vasitəçiləri, infrastruktur təşkilatları – əhatə etməkdir. Bu
tənzimlənmə daxili və xarici ola bilər. Daxili tənzimlənmə
təşkilatın normativ sənədlərinə (bütövlükdə təşkilatın, onun ayrı
bölmələrinin və işçilərinin fəaliyyətinin müəyyən edən
nizamnamə, qaydalar, daxili sənədlər) tabeçiliyi nəzərdə
tutulur. Xarici tənzimlənmə fond bazarının dövlətin normativ
aktlarına, beynəlxalq təşkilatların sazişinə tabeçiliyini nəzərdə
tutur. Fond bazarının tənzimlənməsini ona səlahəti olan təşkilat
və qurumlar həyata keçirə bilər. Beləliklə, fond bazarının
tənzimlənməsi 3 istiqamətdə həyata keçirilə bilər:
- dövlət tərəfindən qanunverici, normativ aktlar, lisenziya
və nəzarətin həyata keçirilməsi yolu ilə. Əsas məqsəd bu
sahədə vahid dövlət siyasətini təmin etməkdir;
- özünə nəzarət prosesi vasitəsi ilə fond bazarının özü-
özünü tənzimləməsi;
- ictimai rəy vasitəsi ilə fond bazarının tənzimlənməsi.
Qeyd etmək lazımdır ki, fond bazarında baş verən
proseslər və dəyişikliklər ictimai rəydən asılıdır və onunla
müəyyən olunur. Digər dəyişikliklər dövlət və müstəqil
mütəxəssislərin vasitəsi ilə tənzimlənir. Fond bazarının
tənzimlənməsini bir neçə istiqamətə ayırmaq olar:
Dövlətin investisiya-innovasiya siyasəti
122
- fond bazarının iştirakçılarının - peşəkar vasitəçilərinin
seçilməsi;
- fond bazarının normal fəaliyyəti üçün normativ sənədlər
bazasının yaradılması. Bura qanun, sərəncam, təlimat, metodik
göstəriş və digər normativ aktlar daxildir.
- bazarda təyin olunan norma və qanunlara riayət
olunmayan halda tətbiq olunan sanksiyalar sistemi. Sanksiyalar
ş
ifahi və yazılı xəbərdarlıq, cərimə, iştirakçılar sırasından təcrid
olunma və cinayət məsuliyyətinə cəlb olunması formasında
həyata keçirilir.
3. Fond bazarının dövlət tənzimlənməsi
Fond bazarında dövlətin rolu bunlardan ibarətdir:
- bazar iştirakçıları arasında mübahisə yaranarsa dövlət
ali arbitr (münsif) rolunda çıxış edir;
- fond bazarı üçün qanun və qanun-alt sənədlərin
yazılmasında iştirak edir;
- özəlləşdirmə hərraclarında səhmlərin satışının iştirakçı
kimi çıxış edir;
- dövlətin qiymətli kağızların emitenti kimi çıxış edir;
- sənaye müəssisələrinin iri səhm portfelinin idarə
edilməsində investor qismində çıxış edir.
Fond bazarının tənzimlənməsi dövlətin sərəncamında
olan kapital və iqtisadi alətlər vasitəsi ilə həyata keçirilir. Bura:
- vergi sistemi – müxtəlif vergi normaları və güzəştləri,
vergidən azad olunma;
- pul siyasəti – faiz dərəcəsi, valyuta kursu və s.;
- dövlətdə cəmləşən kapital – maliyyə resursları, qeyri-
büdcə fondları, dövlət büdcəsi, büdcə fondları;
- dövlət mülkiyyəti, təbii resurslar və müəssisələr
daxildir.
Fond bazarının tənzimlənməsində dövlət bir neçə
metoddan istifadə edir.
Birinci metod – funksional tənzimlənmədir. Bu metod
bazarın bütün iştirakçıları üçün ümumi qayda və standartların
Dövlətin investisiya-innovasiya siyasəti
123
müəyyən olunmasındadır. Bu metod ilkin və əsaslı metoddur,
ona görə ki, onun mövcudluğu dövlət və onun tənzimləyici
fəaliyyətinə, fond bazarının professional iştirakçılarına,
infrastruktur qurumlara, vergi və hüquq sisteminin etibalı
olmasını təmin edir, potensial investorların inamını artırır. Bu
metodun ziddiyyəti ondadır ki, burada dövlət tək tənzimlənmə
subyekti olmaqla yanaşı tənzimlənmə obyekti kimi də çıxış
edir.
kinci metod – maliyyə tənzimlənməsi metodudur. Onun
mahiyyəti makroiqtisadiyyata faiz dərəcələri, valyuta kursu,
dövlət qiymətli kağızların alğı-satqısı və digər vasitələrlə xarici
investisiyaların cəlb edilməsini stimullaşdırmaq, əlavə kapitalın
cəlb edilməsindən ibarətdir.
Üçüncü metod – institusional metoddur, hansı ki,
qiymətli kağızlar bazarda fəaliyyət göstərən institutlara
müəyyən tələblərin qoyulması və onların yerinə yetirilməsinə
monitorinqi nəzərdə tutur. Belə ki, fond bazarında fəaliyyət
göstərən institutların xüsusi kapitalının həcminin müəyyən
(tələb olunan) səviyyədə olması investorlarıın etibarını artırır.
Lakin bu sahədə dövlət siyasəti çevrik olmalıdır və fond
birjasının iştirakçılarının kapitallaşması prosesi müntəzəm
olaraq bazarın inkişaf səviyyəsini nəzərə almaqla həyata
keçirilməlidir.
Dördüncü metod – texniki tənzimlənmə metodudur.
Texniki tənzimlənmə metodu vasitəsi ilə bazarda inhisarçılığın,
saxtakarlığın, bir qrup iştirakçılar tərəfindən qiymətlərlə
manipulyasiyaların qarşısını alır. Texniki tənzimlənmə
metodları səmərəli bazarın formalaşmasını, hər bir iştirakçının
bərabər hüquqa malik olmasını, bu və ya digər maliyyə
vasitələrinin qiyməti haqqında informasiyanın bütün
iştirakçıları üçün əlçatan olmasını təmin etməlidir.
Beşinci metod – anti-böhranlı tənzimlənmə metodu –
daxili və qlobal böhranların baş verdiyi halda dövlətin
böhrandan çıxması siyasəti olmalıdır. Bəzi hallarda müxtəlif
Dövlətin investisiya-innovasiya siyasəti
124
nazirlik və qurumların razılaşdırılmamış siyasəti böhranı daha
da dərinləşdirə bilər. Bundan başqa, fond bazarının daimi
monitorinqi böhranın yan keçməsi və ya fəsadlarının
yumşaldılmasına imkan verir.
Altıncı metod – kollektiv investorların tənzimlənməsidir.
Bu metodun xüsusiyyəti orta və kiçik investorların cəlb
edilməsindən ibarətdir. Orta və kiçik investorların cəlb
olunması daxili bazarın dayanaqlığını təmin edir. Lakin bu
tənzimlənmə metodu bir sıra hüquqi, idarələrarası, vergi və s.
problemlərin həllini tələb edir.
Yeddinci metod – özünü tənzimlənmə metodudur ki,
burada bazarın iştirakçıları bazarda davranış qaydalarına riayət
etməkdə özləri maraqlıdırlar. Bilavasitə fond bazarının
iştirakçıları olaraq onlar yaranan problemləri daxildən, birjadan
kənar tənzimləyəcək qurumdan daha yaxşı görürlər. Bu
səbəbdən inkişaf etmiş ölkələrdə fond bazarının iştirakçıları
tənzimlənmə funksiyalarının bir hissəsini öz üzərilərinə
götürürlər.
Səkkizinci metod – antiinhisar tənzimlənmədir. Bu metod
antiinhisar qanunvericiliyə riayət olunmasına investisiya
prosesinin bütün mərhələlərində - müəssisənin yaradılmasından
başlayaraq – qiymətli kağızların alğı-satqısınadək nəzarəti
nəzərdə tutur. Digər tərəfdən isə antiinhisar tənzimlənmə
maliyyə bazarlarında, o cümlədən qiymətli kağızlar bazarında
inhisarçılığın qarşısının alınmasına, rəqabətin artırılmasına
istiqamətləndirilməlidir.
ABŞ dünyanın maliyyə paytaxtı Nyu-York hesab olunur.
Dünyanın səhmlərinin 1/3 hissəsi və fyuçers ticarətin
ə
həmiyyətli hissəsi Nyu-Yorkun payına düşür. Nyu-Yorkun ən
iri birjaları: NYSE, NASDAQ, AMEX-dir. Bazarın
kapitalizasiyası $10 trln., gündəlik dövriyyə isə $70 mlrd.
təşkil edir. ABŞ ən iri fyuçers birjalarına CME, CBOT və
NYMEX aiddirlər. Yalnız valyuta fyuçerslərinə görə gündəlik
dövriyyə $40 mlrd. təşkil edir.
Dostları ilə paylaş: |