Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə34/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
133
Səhm –  sahibinə  səhmdar  cəmiyyəti  mənfəətinin  bir 
hissəsini  dividentlər  şəklində  almaq,  səhmdar  cəmiyyəti 
işlərinin  idarə  olunmasında  iştirak  etmək  və  cəmiyyətin 
ləğvindən  sonra  qalan  əmlakın  bir  hissəsinə   malik  olmaq 
hüququ verən qiymətli kağızdır. 
Törəmə qiymətli kağızlara o maliyyə vəsaitləri aiddir ki, 
onların  dəyəri  digər  baza  vəsaitlərinin  qiymətindən  asılıdır. 
Baza vəsaitlərin ən yayılmış növü – səhmdir. Törəmə qiymətli 
kağızlara 
opsion 
və 
fyuçerslər 
aiddir.  
Opsion  (latın  dilində  seçim,  istək  deməkdir)  –  sazişdir.  Bu 
sazişə  əsasən  gələcəkdə  və  ya  müəyyən  vaxt  ərzində  sazişə 
ə
sasən  əvvəlcədən  müəyyən  olunmuş  qiymətə  potensial  alıcı, 
ya  potensial  satıcı  qiymətli  kağızın  alınması  və  satılması 
hüququnu  əldə  edir.  Bu  hüquq  heçdə  öhdəlik  demək  deyil. 
Opsionlar  satış,  alış  və  ikitərəfli  olurlar.  Fyuçers  –  törəmə 
maliyyə  vasitəsidir  ki,  onun  vasitəsi  ilə  aktivlərin  alğı-satqısı 
həyata  keçirilir.  Fyuçers  sazişə  əsasən  aktivlərin  qiyməti  və 
alğı-satqı müddəti müəyyən edilir. Aktivin digər parametrləri – 
məsələn,  miqdarı  qabaqcadan  birja  sazişində  müəyyən  edilib. 
Fyuçers  saziş  –  iki  tərəf  arasında  razılıqdır  ki,  ona  əsasən 
gələcəkdə  müəyyən  olunmuş  tarixdə  və  qabaqcadan  müəyyən 
edilmiş  qiymətlə  bir  tərəfin  əmtəə  satmaq,  digər  tərəfin  isə  bu 
malı  almaq  öhdəliyidir.  Fond  birjasında  əmtəə  kimi  valyuta, 
borc öhdəlikləri, fond indeksləri (S&P 500, Dow Jones, FTSE, 
DAX) istifadə olunur.         
Qiymətli  kağızların  cəlb  ediciliyi  müəyyən  meyarlara 
görə təyin olunur.  Qiymətli kağızların investisiya cəlb ediciliyi 
onların  növündən  asılıdır.  Belə  ki,  səhmlərin  cəlb  ediciliyi 
onların kurs dəyərinin artma ehtimalı, dividentlərin alınması və 
mülkiyyət  hüququnun  təmin  olunmasıdır.  stiqrazların  cəlb 
ediciliyi  onların  etibarlılığı  ilə  bağlıdır.  Bir  qayda  olaraq, 
istiqrazların gəlirlik səviyyəsi səhmlərdən alınan gəlirdən azdır, 
lakin  etibarlığı  daha  yüksəkdir.  Opsion  və  fyüçerslərin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
134
investisiya  cəlb  ediciliyi  yüksək  gəlir  əldə  edilməsi  imkanı  ilə 
bağlıdır. 
nvestisiya  portfelini  formalaşdıraraq  investor  elə 
qiymətli  kağızları  seçməlidir  ki,  onlardan  minimal  risklə 
maksimum  gəlir  əldə  etmək  imkanı  olsun.  nvestor  müəyyən 
etməlidir  ki,  hansı  emitentlərin  qiymətli  kağızlarına  vəsait 
qoymaq  daha  məqsədə  uyğun  olar.  nvestisiya  portfelini 
formalaşmasında  əsas  şərt  investorun  müxtəlif  qiymətli 
kağızlara  vəsait  qoymasıdır,  başqa  sözlə  desək,  portfelin 
diversifikasiyasıdır.  Diversifikasiya  risk  səviyyəsini  azaldır. 
Lakin  diversifikasiya  əsaslandırılmış  olmalıdır.  Əks  halda  çox 
sayda  müxtəlif  növ  qiymətli  kağızlara  qoyulan  vəsait  əsassız 
olaraq xərclərin artmasına gətirə bilər.    
 Səmərəli  investisiya  portfeli  deyərkən  mövcud  risk 
səviyyəsində maksimal gözlənilən gəlirliliyə malik olan portfel 
nəzərdə tutulur.  Və  yaxud əksinə: tələb olunan  gəlirliliyə  görə 
minimal riski təmin edən portfel başa düşülür. 
Hesablamalar  zamanı,  adətən,  belə  ehtimal  edirlər  ki, 
investor  –  artıq  riskdən  qaçır.  Yəni,  iki  eyni  gözlənilən  gəlirli 
portfeldən,  o  ən  aşağı  riskli  olanı  seçir.  Optimal  portfel  isə 
investor  üçün  bir  neçə  səmərəli  portfeldən  ən  yaxşısıdır. 
nvestisiya portfelinin formalaşma prinsipləri aşağıdakılardır: 
-  investisiya  məqsədlərinin,  portfelin  strategiya  və 
növünün müəyyən edilməsi; 
-  investor  üçün  əlverişli  gəlirlilik  səviyyəsinin  əldə 
edilməsi; 
- likvidliliyin təmin edilməsi; 
-  risklərdən  sığortalanması  və  gəlirin  əldə  edilməsində 
sabitlik; 
- gəlirlilik və risk arasında optimal nisbətin, o cümlədən, 
diversifikasiya  və  portfelin  strukturunun  yenilənməsi  yolu  ilə 
ə
ldə edilməsi. 
nvestisiya  portfelinin  restrukturizasiyası  (tərkibinin 
dəyişməsi) onun səmərəliliyinin artmasının daimi alətidir. Fond 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
135
bazarı  kifayət  qədər  dinamik  olduğu  üçün,  portfelə  daxil  olan 
qiymətli  kağızların  hal-hazırkı  və  gələcək  (proqnozlaşdırılan) 
dəyəri,  daim  dəyişir.  Buna  görə  də,  investor  tez-tez  portfelin 
strukturuna  düzəliş  edir  ki,  özünə  münasib  (optimal)  olan 
gəlirlilik və risk səviyyəsinin nisbətini əldə edə bilsin. 
nvestorun  məqsədi  –  kapitalını  artırmaqdır,  buna  görə 
də, 
vaxtaşırı 
olaraq, 
ona 
investisiya 
qoyuluşlarının 
səmərəliliyini qiymətləndirmək tələb olunur. 
2.  nvestisiya portfellərinin təsnifatı. 
nvestisiya  portfelləri  müxtəlif  növlərə  bölünür.  Təsnifat 
meyarı  kimi,  investorun  məqsədləri,  gəlirin  mənbələri  və  risk 
dərəcəsi götürülür. Gəlirin mənbəyindən asılı olaraq, portfellər 
artım portfeli və gəlir portfelinə ayrılırlar. Artım portfelləri elə 
qiymətli kağızlardan formalaşır ki, bunların dəyəri orta və uzun 
müddətdə  artır.  Bu  tip  portfelin  məqsədi  –  portfelin  dəyərinin 
artırılmasdır (investorun kapitalının artımıdır). 
Yüksək  artım  portfeli  –  kapitalın  maksimal  artımına 
istiqamətlənib. Portfelin tərkibinə surətlə artan kompaniyaların 
qiymətli  kağızları  daxil  edilir.  nvestisiyalar  kifayət  qədər 
risklidirlər,  lakin  bununla  belə,  onlar  gələcəkdə  yüksək  gəlir 
gətirə bilərlər. 
Mülayim  artım  portfeli  (konservativ  portfel)  –  ən  aşağı 
risklidir.  O,  əsasən,  tanınmış  kompaniyaların  qiymətli 
kağızlarından  ibarətdir.  Bu  kompaniyalar,  elə  də  yüksək 
olmayan,  lakin  dayanıqlı  artım  templəri  ilə  xarakterizə 
olunurlar.  Portfelin  tərkibi  uzun müddət  ərzində nisbətən  sabit 
olaraq 
qalır 
və 
kapitalın 
qorunub 
saxlanılmasına 
istiqamətlənmişdir. 
Orta  artım  portfeli  –  özündə  nisbətən  aşağı  və  yüksək 
artım portfellərinin investisiya xüsusiyyətlərini birləşdirir. Eyni 
zamanda  o,  kapitalın  orta  artımı  və  mülayim  risk  dərəcəsini 
təmin edir. Portfelin ən çox yayılmış modelidir. 
Cari  gəlirin  gəlir  portfeli  -  istiqrazlar  üzrə  faizlər  və 
səhmlər  üzrə  dividentlərin  əldə  edilməsinə  istiqamətlənib. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
136
Buraya, kurs dəyərinin mülayim artımı və yüksək dividentlərlə 
xarakterizə  olunan  səhmlər,  istiqrazlar,  eləcə  də,  kifayət  qədər 
yüksək cari ödəmələri təmin edən digər qiymətli kağızlar daxil 
edilməlidir.  Bu  portfelin  yaranmasında  məqsəd  –  ölçüsü 
minimal  risk  dərəcə  səviyyəsinə  uyğun  olan  gəlirin  müəyyən 
edilmiş cari səviyyəsinin əldə edilməsidir. Bu halda, investisiya 
portfelinin  obyekti  kimi  yüksək  etibarlılığa  malik  maliyyə 
aktivləri çıxış edir. 
Daimi  gəlir  portfeli  –  yüksək  etibarlılığa  malik  qiymətli 
kağızlardan ibarət olan və minimal risk səviyyəsində orta gəlir 
gətirən portfeldir. 
Yüksək  gəlir  portfeli  –  orta  risk  səviyyəsində,  yüksək 
gəlir gətirən qiymətli kağızları özündə birləşdirir. 
Kombinasiya  edilmiş  (qarışıq)  portfel
  –  fond  bazarında 
həm  kurs  dəyərinin  (məzənnənin)  düşməsindən,  həm  də  aşağı 
divident  və  faiz  ödəmələrindən  gələn  mümkün  itkilərdən 
qaçmaq  üçün  formalaşdırılır.  Kurs  dəyərinin  qalxması  ilə 
ə
laqədar  olaraq,  maliyyə  aktivlərinin  bir  hissəsi  öz  sahibinə 
kapital artımı gətirir. Digər hissə isə – investora uyğun olan cari 
gəlir gətirir. 
Riskli  kapital  portfelləri  –  riskli  kağızlara  və  yüksək 
gəlirə istiqamətləniblər. 
Xüsusiləşdirilmiş  portfellər  –  ayrıca  qrup  qiymətli 
kağızlara,  məsələn,  hansı  sa  bir  sahənin  qiymətli  kağızların 
istiqamətləniblər. 
3.  Maliyyə  aktivləri  portfelinin  idarə  olunma 
strategiyaları. 
Qiymətli  kağızlar  portfelinin  tənzimlənməsinin  əsas 
strateji  vəzifəsi  -  əsas  makroiqtisadi  funksiyanın  yerinə 
yetirilməsidir  –  iqtisadiyyatın  inkişafı  və  əhalinin  yığımlarının 
formalaşması  məqsədi  ilə  azad  maliyyə  resurslarının 
cəmləşməsidir. (səfərbər edilməsi)   
Bunu təmin etmək üçün dövlət bir neçə metoddan istifadə 
edir: 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə