Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
137
1. 
nstitusional  metod.  Bu  metodun  vasitəsi  ilə 
investisiya  institutlarının  maliyyə  vəziyyəti  və  onların  idarə 
edilməsi  keyfiyyəti  tənzimlənir.  Bura  fond  bazarının 
professional  iştirakçılarının  xüsusi  vəsaitlərinin  miqdarı,  aktiv 
və 
passivlərinin 
strukturunun 
tənzimlənməsi, 
riskli 
ə
məliyyatların məhdudlaşdırılması və s.; 
2. 
Funksional  metod.  Bu  metod  vasitəsi  ilə 
ə
məliyyatların  aparılması  qaydaları  müəyyən  edilir,  məsələn, 
müştərilərin  qiymətli  kağızları  uçotunun  hansı  sa  maliyyə 
institutlarının vəsaitlərindən ayrı aparılması tələbi.      
  nvestisiya 
portfelinin 
idarə 
olunması 
deyəndə, 
aşağıdakıları təmin edən metodlar məcmusu başa düşülür: 
- ilkin qoyulan vəsaitlərin qorunub saxlanılması; 
- maksimal mümkün olan gəlirliliyin əldə edilməsi; 
- risk səviyyəsinin azaldılması.  
Adətən,  iki  idarəetmə  üsulunu  ayırırlar:  aktiv  və  passiv 
idarəetmə. 
Aktiv  idarəetmə  (aktiv  idarəetmə  strategiyaları)  – 
qiymətli  kağızlar  bazarının  daima  tədqiqi  (monitorinqi),  daha 
səmərəli qiymətli kağızların alınması və maksimal dərəcədə tez 
olaraq  azgəlirli  qiymətli  kağızlardan  azad  olma  ilə  əlaqəli 
idarəetmədir.  Belə  idarəetmə  növü  bazar  konyunkturasına  və 
investisiya  portfelinin  tərkibinin  dəyişməsinə  cəld  reaksiya 
verməni  nəzərdə  tutur.  Aktiv  idarəetmə  ilə  qiymətli  kağızlar 
bazarının  mütəxəssisləri  məşğul  olurlar.  Onlar  bazarın 
monitorinqi, təhlili, proqnozlaşdırılması və derivativlər (törəmə 
qiymətli kağızlar – opsionlar, fyuçerslər və s.) də daxil olmaqla, 
qiymətli  kağızlarla  əməliyyatlar  texnikası  metodlarını    istifadə 
edən yüksək peşəkarlığa malik mütəxəssislərdir . 
Passiv  idarəetmə  (passiv  portfel  strategiyaları)  –  bu, 
diversifikasiya olunmuş portfelin formalaşmasına və onun uzun 
müddət  qorunub  saxlanmasına  gətirib  çıxaran  investisiya 
portfelinin  idarə  olunmasıdır.  Bunun  əsasını  portelin 
gəlirliliyinin  seçilmiş  bazar  indeksinə  maksimal  uyğunluğunu 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
138
təmin edən   diversifikasiya təşkil edir. Bu halda, investor, fond 
bazarlarından gələn informasiyanın dürüstlüyünə, yəni qiymətli 
kağızların  bazar  qiymətləndirilməsinin  dürüstlüyünə,  əmindir 
və fond indekslərinə əsaslanır. 
Aktiv  –  passiv  idarəetmə  (aktiv-passiv  strategiyalar). 
Bu halda, passiv strategiyalar, məsələn, portfelin özəyinin idarə 
olunmasında,  aktiv  strategiyalar  isə  –  digər  qalan  aktivlərin 
idarə olunmasında istifadə olunur. 
Struktur  strateji  idarəetmə  (struktur  portfel 
investisiyaları).  Portfel  elə  qurulur  ki,  gələcəkdə  müəyyən 
ödənişlər axını alınsın. 
Bütün  investorlar  fərdi  investorlara  (fiziki  şəxslər), 
institusional investorlara (bank, sığorta kompaniyaları, pensiya 
fondları,  investisiya  kompaniya  və  fondları,  digərləri)  və 
korporativ investorlara (müəssisələr, banklar və s.) ayrılırlar. 
Portfel  investisiyalarının  idarəetmə  prosesini  beş 
mərhələyə bölmək olar: 
1. investisiya məqsədlərinin müəyyən edilməsi; 
2. investisiya siyasətinin formalaşması; 
3. portfel strategiyasının seçilməsi; 
4. aktivlərin seçilməsi; 
5. investisiyaların səmərəliliyinin qiymətləndirilməsi. 
nvestisiya  məqsədlərinin  seçimi  maliyyə  institutunun 
məqsədlərindən  irəli  gəlir.  Belə  ki,  sığorta  kompaniyası 
investisiyalardan  gəlirləri  elə  və  o  həcmdə  almalıdır  ki,  o, 
sığorta  ödəmələrini  verib  və  gəlir  əldə  edə  bilsin;  pensiya 
fondu,  ardı  kəsilmədən  pensiya  ödənişlərini  və  öz  xərclərini 
ödəyə  bilsin;  banklar  –  gəlirlərini  təmin  etsin.  Özəl  investor  – 
özünün  subyektiv  investisiya  məqsədlərinin  reallaşmasını  ön 
plana çəkir; firma isə qarşılarına gəlirlərinin alınması məqsədini 
qoyurlar. 
nvestisiya  siyasətinin  formalaşması  mərhələsində, 
investor və ya onun tapşırığı ilə hərəkət edən maliyyə institutu, 
aktivlərin  əsas  qrupları:  səhm,  istiqraz,  depozit,  veksel,  xarici 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
139
qiymətli  kağızlar  və  sair  arasında  öz  vəsaitlərini  bölüşdürmək 
haqqında  qərar  qəbul  edir.  Yəni,  investor,  qarşıda  duran 
məqsədi  həyata  keçirmək  üçün,  pulları  hara  qoymaq  haqqında 
qərar verir. 
Bu  zaman,  investor,  müştərilərin  və  tənzimləyən 
təşkilatların  qoyduğu  məhdudiyyətləri  nəzərə  almalıdır. 
Məsələn,  müştəri  diversifikasiya  və  müdafiə  səviyyəsini  təyin 
edə  bilər,  yəni,  riskli  aktivlərə  qoyulmuşları  məhdudlaşdıra 
bilər. 
nvestisiya  strategiyasının  seçimi  investorun  məqsəd  və 
vəzifələrindən  asılıdır.  Əgər  investisiyalar  cari  gəlirlərin  əldə 
edilməsinə istiqamətlənibsə, gəlir portfeli formalaşdırılır. Əgər 
investisiyalar  kapitalın  etibarlılığının  qorunub-saxlanılmasına 
və  bir  qədər  artırılmasına  istiqamətlənibsə,  bu  zaman,  artım 
portfeli  formalaşdırılır.  Məsələn,  yüksək  inflyasiya  şəraitində 
artım  portfelinin  formalaşdırılması  investora  onun  kapitalının 
qorunub  saxlanılmasını  təmin  edirlər.  Qiymətli  kağızlara 
yatırdığı vəsaitdən illik gəlir gözləyən investor üçün,  aparıcılar 
siyahısına  daxil  olmayan,  lakin,  müstəqil  ekspertlərin  fikrincə, 
sürətli  kapitallaşmaya  vəd  edən,  orta  və  iri  kompaniyaların 
qiymətli kağızlarına investisiyalar yatırmaq daha əlverişlidir.  
Aktivlərin  seçimi  mərhələsində,  investisiya  meneceri  və 
ya broker, özəl
 
şə
xsin tapşırığı ilə, mövcud risk səviyyəsində ən 
yüksək  gəlirliliyə  malik  olan  və  ya      gözlənilən  gəlirlilik 
səviyyəsində  ən  aşağı  risk  səviyyəsinə  malik  olan,  səmərəli 
portfel  formasıdır.  Yəni,  bu  mərhələdə,  səhmlərin  və 
istiqrazların  və  digər  qiymətli  kağızların  konkret  növləri  və 
onlara yatırımların nisbətləri seçilir. 
nvestisiyaların 
səmərəliyinin 
qiymətləndirilməsi 
mərhələsində portfelin satılmasından əldə edilmiş gəlir seçilmiş 
baza göstəricisi ilə müqayisə olunur.  
 Suallar: 
1. 
Portfel  investisiyaların  mahiyyəti  və  rolunu 
izah edin. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
140
2. 
Səmərəli  və  optimal  investisiya  portfeli  nə  ilə 
fərqlənir? 
3. 
Portfel  investisiyaların  formalaşma  prinsipləri 
hansılardır? 
4. 
Portfel investisiyaları necə qruplaşdırmaq olar? 
5. 
nvestisiya  portfelinin  idarə  edilməsi  prosesi 
hansı mərhələlərdən ibarətdir?  
Testlər: 
Test  1.  Adı  çəkilənlərdən  hansılar  törəmə  qiymətli 
kağızlara aiddir? 
a) 
səhm 
b) 
istiqraz 
c) 
istiqraz və səhm 
d) 
fyuçers və opsion 
e) 
opsion 
Test 2. Adı çəkilənlərdən hansılar yüksək artım portfelinə  
aiddir? 
a)  yüksək  gəlirə  və  riskli  kağızlara  istiqamətləndirilən 
portfel; 
b)  kapitalın  maksimum  artımına  istiqamətləndirilən 
portfel; 
c)  yüksək  etibarlılığa  malik  qiymətli  kağızlardan  ibarət 
olan və minimal risk səviyyəsində orta gəlir gətirən portfel; 
d)  düz cavab yoxdur. 
Test  3.    nvestisiya  portfelinin  idarə  edilməsi  prosesi 
mərhələlərinin düz ardıcıllığını müəyyən edin. 
a) 
investisiya 
məqsədlərinin 
müəyyən 
edilməsi, 
investisiya  siyasətinin  formalaşması,  portfel  strategiyasının 
seçilməsi,  aktivlərin  seçilməsi,  investisiyaların  səmərəliliyinin 
qiymətləndirilməsi. 
b)  investisiya  məqsədlərinin  müəyyən  edilməsi,  portfel 
strategiyasının  seçilməsi,  aktivlərin  seçilməsi,  investisiyaların 
səmərəliliyinin qiymətləndirilməsi. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə