Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
149
çəkir,  təcrübə  aparırdı.  Əvvəllər  Leonardo  da  Vinçi,  insanın 
ə
zələ  qüvvəsi  ilə  hərəkətə  gətirilən  qanadlı  aparat  üzərində 
işləyir,  bunun  müvəffəqiyyətsizliyini  görəndən  sonra  isə  o, 
prinsipcə tam başqa aparatın ideyasında dayanır. Onun fikrincə, 
uçan aparat insan bədəninə birləşməməlidir, insan uçan aparatın 
içində  sərbəst  hərəkət  edir  və  aparatı  idarə  etməli  idi.  Uçan 
aparat özü-özünü hərəkətə gətirməli idi. Beləliklə, Leonardo da 
Vinçi  XV-XVI  əsirlərdə  aeroplan  ideyasını  irəli  sürmüş  olur, 
lakin  burada  uçan  aparatı  qaldırmaq  gücünə  malik  motor 
çatmırdı.  Razılaşın  ki,  orta  əsirlərdə  uçmaq  ideyası  cəfəngiyat 
kimi  görünsə  də,  XX  əsrin  əvvəlində  bu  ideya  reallaşdı.   
Leonardo  da  V nçi  tərəfindən  paraşüt,  tank,  yüngül  səyyar 
körpü,  projektor,  robot,  iki  linzalı  teleskop  eskizləri 
hazırlanmışdır.  Bu  eskizlər  əsasında  hazırlanan  və  o  zaman 
tələb  olunan  materialların  olması  səbəbindən  göyə  qalxa 
bilmədilər paraşüt və deltaplanlar müasir dövrdə reallaşmışdır. 
Digər  zamanını  qabaqlayan  şəxs    Jyul  Vern  idi  (1828-
1905) 
Təyyarə,  vertolyot,  sualtı  gəmi,  kosmosa  uçuş  və 
planetlər arası uçuşların mümkünlüyü, telegörüntü, video əlaqə 
kimi ideyalar fransız yazıçısı və səyyahı Jyul Vernin fantaziyası 
olsa da, XX əsirdə bütün bu ideyalar reallaşmışdı.  
 Suallar: 
     1.  nsan  kapitalının  milli  sərvətin  tərkib  hissəsi  kimi      
xarakterizə edin. 
  2.  nsan kapitalının formalaşmasının əsas mənbələri  
hansılardı? 
   3.  ntellektual kapital hansı amillərə görə 
təsnifləşdirmək olar? 
4.  ntellektual kapitalın mərhələlərinin xarakterizə edin. 
5. Korporativ mədəniyyət deyərkən nə başa düşürsünüz?  
     
  Testlər: 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
150
Test 1. Adı çəkilənlərdən hansılarını insan kapitalı   
investisiyalar hesab etmək olar? 
a) 
təhsil və bilik; 
b)  sağlamlıq və tərbiyə; 
c) 
iqtisadi azadlıq və sahibkarlıq fəaliyyəti; 
d)  mədəniyyət və incəsənət  
e) 
bütün cavablar düzdür.  
Test 2. Müasir intellektual mülkiyyət bazarı nəyə əsasən 
formalaşır?       
A) tələb və təklifə görə 
B) dövlətin iqtisadi siyasətinə görə 
C) qiymətlərə görə 
D) bazanın rəqabət quruluşuna görə 
E) gəlir və xərclərin nisbətinə görə 
Test 3.  ntellektual mülkiyyətin idarə olunması aşağıdakı 
vəzifələrlə tənzimlənir:      
a)  ntellektual mülkiyyətin yaradılması və inkişaf 
prosesinin planlaşdırılması 
b)  nnovasiya qabiliyyətli atmosferin yaranması və 
intellektual aktivliyin inkişafı 
c) informasiya axınının idarə olunması 
d)  ntellektual mülkiyyətin obyektlər üzrə hüququ 
portfelinin formalaşması prosesinin planlaşdırılması 
e) bütün cavablar düzdür  
Test 4.  nsan kapitalına qoyulan investisiyaların əsas 
hissəsi kim tərəfdən həyata keçirir?      
A) hüquqi şəxslər 
 
B) fiziki şəxslər  
 
C) dövlət 
 
D) xarici vətəndaşlar   
 
E) bələdiyyələr 
Test 5. Milli sərvət deyərkən nə nəzərdə tutulur?  
A) Heç bir əlamət nəzərə alınmadan milli  müəssisələrdə 
istehsal olunan əmtəə və xidmətlərin dəyəri 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
151
B) Milli mənsubiyyət nəzərə alınaraq  mövcud ərazidə 
yerləşən müəssisələrdə istehsal olunan əmtəə və xidmətlərin 
dəyəri 
C) əsas və dövriyyə aktivlərinin məcmusu 
D) dəyər qiymətində yığılmış fiziki və insan kapitalının, 
ölkənin təbii kapitalının məcmusu 
E) maliyyə resurslarının məcmusu 
 
   Mövzu  13.  nvestisiya-innovasiya  fəaliyyətində  xarici 
ölkələrin təcrübəsi. 
                                    Plan: 
1. 
nkişaf edən ölkələrin investisiya strategiyaları  
2. 
nvestisiya-innovasiya 
strategiyasına 
görə 
ölkələrin təsnifatı. 
1. 
nkişaf  etməkdə  olan  ölkələrin  investisiya 
strategiyaları. 
qtisadi  inkişafın  dövlət  tənzimlənməsi  və  inkişaf 
prioritetlərinin seçimi nəzəriyyələri vasitəsi ilə müəyyən olunur 
ki,  dövlət,  iqtisadiyyatın  bütün  sahələrinin  və  ya  seçmə  olaraq 
bir  (bir  neçə)  sahənin  inkişafını    stimullaşdırmalıdır.  Bundan 
başqa,  müəyyən  olunmalıdır  ki,  iqtisadiyyatın  hansı  sahə  və 
istiqamətlərinin  iqtisadi  inkişafı  və  hansı  məqsədlə  dövlət 
tərəfindən  stimullaşdırılmalıdır.  Daha  sonra  araşdırılır  ki, 
müəyyən  olunan  sahə  və  istiqamətlərinin  inkişafı  üçün  dövlət 
tənzimlənməsi  tədbirləri  tələb  olunur  və  ya  bazar  mexanizmi 
kifayətdir.  Əgər  dövlət  tənzimlənməsinə  ehtiyac  varsa, 
müəyyən  olunur  ki,  hansı  metodlar  vasitəsi  ilə  tənzimlənmə 
həyata keçirilməlidir.    
qtisadi  inkişaf  və  artımın  dövlət  tənzimlənməsinin 
zəruriliyi, məqsəd və obyektləri haqqında bəzi suallara cavablar 
son  illərin  və  onilliklərin  dünya  təcrübəsi,  artım  və  inkişaf 
nəzəriyyələrindən irəli gəlir. 
Neoklassik  nəzəriyyələrin  tərəfdarları  hesab  edirlər  ki, 
zaman  keçdikcə,  azad  rəqabət  və  açıq  iqtisadiyyat  şəraitində 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
152
ölkələrin  iqtisadi  inkişaf  səviyyələri  bərabərləşəcək,  və  bu 
üzdən  də,  iqtisadiyyata  dövlət  müdaxiləsi  minimal  olmalıdır. 
Bununla  belə,  onlar,  iqtisadi  inkişafda  prioritetlərin 
qabardılmasının  faydasını  inkar  etmirlər  və  ölkənin  rəqabət 
üstünlüklərindən istifadənin lazım olduğunu qeyd edirlər. 
Kumulyativ  artım  nəzəriyyələrinin  tərəfdarları  ölkələrin 
iqtisadi inkişaf səviyyələrində disproporsiyaların artması və ya 
qalması  nöqteyi  nəzərindən  çıxış  edirlər.  Buna  görə  də,  onlar, 
aktiv  dövlət  iqtisadi  siyasətini  həyata  keçirməyi  təklif  edirlər. 
Onlar  hesab  edirlər  ki,  dövlət,  perspektiv  sahələrin  və 
ümumilikdə 
ölkə 
iqtisadiyyatının 
iqtisadi 
inkişafını 
stimullaşdırmalıdır. 
nkişafda olan ölkələr qarşısında, qabaqcıl ölkələrin artıq 
nail olduqları məqsədlər qoyulur: 
- bazar iqtisadiyyatında islahatlar keçirtməyə, onu inkişaf 
etməyə qadir olan güclü hakimiyyətin reallaşdırılması; 
- siyasi və sosial stabillik; 
-  ÜDM-in  yüksək  artım  templərinin  qorunub  saxlanması 
(6-7%-dən yuxarı); 
-  insan  kapitalının  səviyyəsinin  artımı  (ilk  növbədə  – 
ə
məyin keyfiyyət və intensivliyinin); 
- cəlbedici investisiya iqliminin yaradılması; 
- ÜDM-ə nisbətən, yüksək investisiyalar (ÜDM-in 40%-ə 
qədəri); 
- yeni texnologiyalara çıxışın əldə edilməsi; 
- iqtisadi sərbəstliyin artımı; 
- əhalinin həyat səviyyəsi və keyfiyyətinin stabil artımı. 
qtisadi  artım  templərini  yüksək  səviyyədə  saxlamaq 
üçün, inkişaf etməkdə olan ölkələr milli gəlirin böyük hissəsini 
investisiyalara  yönəltməli  olurlar.  Buna  görə  də,  belə  ölkələr, 
müvəqqəti  olaraq,  sosial  və  digər  proqramların  həyata 
keçirilməsində qənaət etməli olurlar ki, bu da strateji cəhətdən 
özünü doğruldur.  nkişaf etməkdə olan ölkələrdə investisiyalar, 
insan  kapitalı  aşağı  səviyyədə  olduqda,  tam  olaraq,  özlərini 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə