Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
141
c)  portfel  strategiyasının  seçilməsi,  aktivlərin  seçilməsi, 
investisiyaların  səmərəliliyinin  qiymətləndirilməsi,  investisiya 
məqsədlərinin müəyyən edilməsi 
d)  aktivlərin  seçilməsi,  investisiyaların  səmərəliliyinin 
qiymətləndirilməsi, 
investisiya 
məqsədlərinin 
müəyyən 
edilməsi, portfel strategiyasının seçilməsi 
e)  investisiyaların  səmərəliliyinin  qiymətləndirilməsi, 
investisiya 
məqsədlərinin 
müəyyən 
edilməsi, 
portfel 
strategiyasının seçilməsi, aktivlərin seçilməsi 
Test 4. Səmərəli investisiya portfeli dedikdə nə başa 
düşülür? 
a) riskin səviyyəsi az olan 
b) gəlir səviyyəsi yüksək olan 
c) tələb olunan gəlirə görə minimal risk səviyyəsi  
d) Az gəlir və yüksək risk səviyyəsi 
e) Düz cavab yoxdur   
Test 5.  stiqrazların investisiya cəlb ediciliyi nə ilə 
bağlıdır? 
a) kurs dəyərinin artması ilə 
b) dividentlərin alınması ilə 
c) mülkiyyət hüququnun təmin olunması ilə 
d) etibarlığı ilə 
e) yüksək gəlir əldə etmək ehtimalı ilə   
 
Mövzu 12.  ntellektual kapitalın və intellektual 
mülkiyyətin idarə olunması. 
                                  Plan: 
1.  nsan kapitalının dünya ölkələrinin tarixi inkişafında 
rolu.  
2.  ntellektual kapital idarə etmə obyekti kimi  
3.  ntellektual kapitalın təsnifatı  
4.  ntellektual kapitalın dövretmə mərhələləri 
                        Əsas anlayışlar:  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
142
nsan kapitalı, insan kapitalı elementləri, kadr kapitalı, 
intellektual mülkiyyət, müəllif hüquqları, insan kapitalının 
təsnifatı.  
1.  nsan kapitalının dünya ölkələrinin tarixi inkişafında 
rolu. 
Ötən  əsrlərdə  sivilizasiyaların  və  ölkələrin  inkişafının 
tədqiqi  göstərir  ki,      insan  kapitalı,  hər  bir  ölkənin  uğuru, 
digərlərinin  isə  uğursuzluğunu  müəyyənləşdirən  əsas  inkişaf 
amillərindən biri idi. Qərb sivilizasiyası orta əsrlərdə, müəyyən 
tarixi mərhələdə, daha qədim olan sivilizasiyalarla qlobal tarixi 
yarışı  məhz  insan  kapitalının  (təhsil  daxil  olmaqla)  surətli 
artımı  hesabına  udmuşdur.  XVІІІ-ci  əsrin  sonunda  Qərbi 
Avropa - Çin və Hindistanı adambaşına düşən ÜDM-la görə 1,5 
dəfə,  əhalinin  savadlılığına  görə  isə  2  dəfə  qabaqlamışdır.  Bu 
son  şərtin  üstünə  iqtisadi  azadlıq  və  demokratiya  şəraitini  də 
gələndə,  avropalıların,  eləcə  də  ABŞ  və  digər  ingilis-sakson 
ölkələrin iqtisadi uğurlarının əsas amili  olduğunu görürük. 
nsan  kapitalının  iqtisadiyyatın  artımına  təsiri,  xüsusilə 
Yaponiyanın  timsalında  daha  parlaqdır.  Əsrlərlə  izolyasiya 
siyasəti  aparan  bu  ölkədə,  təhsil  və  ömür  uzunluğu  da  daxil 
olmaqla, insan kapitalı hər zaman yüksək səviyyədə olmuşdur. 
Buna  görə  də,  Yaponiya,  insan  kapitalının  start  səviyyəsinə 
görə,  XX  əsrdə  texnoloji  sıçrayış  edib,  dünyanın  qabaqcıl 
ölkələri sırasına daxil olmağa hazır idi.  nsan kapitalı müstəqil 
iqtisadi  resurs  olmaqla,  müasir  şəraitdə  ETT-qi  ilə 
uzlaşdırdıqda,  ÜDM  –  in  artımının  əsasıdır.  Bu  resursun  təbii 
resurslardan,  klassik  əməkdən  və  adi  kapitaldan  fərqi  ondan 
ibarətdir  ki,  burada  daimi  yüksək  investisiya  qoyuluşları  tələb 
olunur,  və  bu  investisiyaların  geri  qaytarılması  müəyyən  vaxt 
tələb  edir.  1990-cı  illərin  sonlarında,  inkişaf  etmiş  ölkələrdə 
insan  kapitalına  bütün  vəsaitlərin  70%,  fiziki  kapitala  isə  – 
yalnız  30%-ə  yaxın  vəsait  qoyulurdu.  Dünyanın  qabaqcıl 
ölkələrində  insan  kapitalına  investisiyaların  əsas  hissəsini 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
143
dövlət  həyata  keçirir.  qtisadiyyatın  dövlət  tənzimlənməsinin 
ə
sas funksiyalarından biri məhz bundan ibarətdir. 
nsan  kapitalı  aşağı  səviyyəli  və  aşağı  keyfiyyətli 
olduqda,  yüksək  texnologiyalı  sahələrə  investisiya  qoyuluşları 
heç  bir  səmərə  vermir.  Finlərin,  rlandiyalıların,  Yaponların, 
Çinlilərin  (Tayvan,  Hon-Konq,  Sinqapur,  Çin  və  s.), 
Koreyalıların,  inkişaf  etmiş  yeni  Avropa  ölkələrinin 
(Yunanıstan,  spaniya,  Portuqaliya)  nisbətən  surətli  uğurları 
belə  nəticəni  təsdiqləyir  ki,  insan  kapitalının  formalaşmasının 
ə
sasını  bu  ölkələrin  əsas  əhali  kütləsinin  yüksək  mədəniyyəti 
təşkil edir. 
nsan kapitallarının milli sərvətin əsas tərkib hissəsi, onun 
aparıcı qüvvəsidir.    nsan kapitalı – əhalinin həyat səviyyəsi və 
keyfiyyətinə,  o  cümlədən,  tərbiyə,  təhsil,  sağlamlıq,  bilik, 
sahibkarlıq  qabiliyyəti,  informasiya  təminatı,  təhlükəsizlik  və 
iqtisadi  azadlığa,  eləcə  də  elm,  mədəniyyət  və  incəsənətə 
qoyulan  investisiyalar  hesabına  formalaşır.  Bir  bilik,  bacarıq, 
adət, təcrübə ehtiyatı kimi, insan kapitalı investisiya prosesində 
nəinki  yığılmaq  qabiliyyətinə  malikdir,  eləcə  də,  maddi  və 
mədəni  aşılanmaya  məruz  qalır.  Zaman  keçdikcə,  insan 
kapitalına qoyulan investisiyalardan alınan gəlirlər artır.  
Beynəlxalq  iqtisadiyyat  və  maliyyə  institutları  insan 
kapitalı  probleminə  daim  maraq  göstərirlər.  BMT-nin  iqtisadi 
və  sosial  şurası  hələ  1970-ci  illərdə  bəşəriyyətin  davamlı 
inkişafı  strategiyası  üzrə  sənəd  hazırlamışdır.
 
Bu  sənəddə, 
qlobal  iqtisadi  inkişafda  insan  amilinin  rolu  və  əhəmiyyəti 
problemi  qoyulmuşdur.  Bu  tədqiqatda  insan  kapitalının  bəzi 
tərkib  hissələrinin  hesablanma  metodikaları  yaradılmışdır:  bir 
nəslin  orta  ömür  müddəti,  aktiv  əmək  qabiliyyəti  dövrü,  iş 
qüvvəsinin təmiz balansı
.
  nsan kapitalının dəyərinə tərbiyəyə, 
təhsilə  və  yeni  işçilərin  hazırlanmasına  çəkilən  xərclər, 
ixtisasartırma  xərcləri,  əmək  fəaliyyəti  dövrünün  uzadılmasına 
çəkilən xərclər, xəstəliyə görə itkilər, ölüm və sair daxildir.  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
144
nsan  kapitalı  elementlərinin  toplanma  mənbələri:  elm, 
təhsil,  səhiyyə,  informasiya  xidməti,  mədəniyyət  və 
incəsənətdir.  Bu  mənbələri  aşağıdakılarla  tamamlamaq 
lazımdır: 
-  əhalinin  və  sahibkarların  təhlükəsizliyinə  qoyulan 
investisiyalar  –  insan  kapitalının  digər  tərkib  hissələrinin 
toplanmasını  təmin  edirlər,  insanın  yaradıcı  və  peşəkar 
potensialının  həyata  keçməsini  təmin  edirlər,  həyat 
keyfiyyətinin dəstəklənməsini və artımını təmin edirlər; 

cəmiyyətin 
elitasının 
hazırlanmasına 
qoyulan 
investisiyalar; 
        -  sahibkarlıq  fəaliyyəti  və  sahibkarlıq  iqliminə 
qoyulan  investisiyalar  –  kiçik  biznes  və  vençur  biznesinə 
qoyulan dövlət və özəl investisiyalar.  
 
-  sahibkarlıq  qabiliyyətinin  dəstəklənməsi  və  inkişafı 
üçün  şəraitin  yaradılmasına  qoyulan  investisiyalar  ölkənin 
iqtisadi istehsal resursu kimi onun reallaşmasını təmin edirlər;
 
- uşaqların tərbiyəsinə qoyulan investisiyalar; 
-  müsbət  səmtdə  əhalinin  mentalitetinin  dəyişməsinə 
qoyulan investisiyalar – bunlar əhalinin mədəniyyətinə qoyulan 
və 
insan 
kapitalının 
səmərəliliyini 
müəyyən 
edən 
investisiyalardır; 
-  əhalinin  institusional  xidmətlə  təmin  olunmasına 
qoyulan investisiyalar – ölkə institutları əhalinin yaradıcılıq və 
peşəkar  qabiliyyətinin  açılması  və  reallaşmasına  çalışmalı, 
ə
halinin həyat keyfiyyətini artırmalı, xüsusən də ona bürokratik 
maneələri azaltmağa köməklik etməlidirlər; 
-  insan  kapitalını  əhəmiyyətli  dərəcədə  artıran  –  digər 
ölkələrdən mütəxəssis, yaradıcı insanların və digər istedadlı və 
yüksək dərəcədə peşəkar insanların dəvət olunması ilə əlaqədar, 
biliyə qoyulan investisiyalar; 
- əmək miqrasiyasının azadlığı da daxil olmaqla, iqtisadi 
azadlığın inkişafına qoyulan investisiyalar. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə