Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
129
14. 
SWX 
sveçrə fond birjası — $1,229 
15. 
Madrid fond birjası (BME Spanish 
Exchanges) — $1,171 
16. 
Koreya birjası — $1,091 
17. 
Moskva banklararası valyuta birjası — $0,949 
18. 
Yohannesburq fond birjası — $0,925 
Mənbə: World Federation of Stock Exchanges (dekabr 
2010)
 
 
Suallar: 
1. 
Müasir iqtisadiyyatda fond birjasının rolu və 
yerini müəyyən edin. 
2. 
Fond birjasının iştirakçılarını necə 
qruplaşdırmaq olar? 
3. 
 Fond bazarı və fond birjası arasındakı fərqi izah 
edin. 
4. 
Dünya maliyyə mərkəzləri haqqında məlumat 
verin. 
5. 
Fond bazarının tənzimlənməsi hansı metodlarla 
həyata keçirilir? 
Testlər: 
Test 1. Brokerin funksiyalarına adıçəkilənlərdən hansılar 
aid deyil? 
a) 
qiymətli kağızların alğı-satqısında vasitəçilik 
b) 
satış zamanı müştərinin maraqlarını təmsil etmək 
c) 
öz adından və öz vəsaiti hesabına qiymətli 
kağızları alıb-satır  
d) 
müştərilərə qiymətli kağızların alığı-satqısında 
məsləhət verir 
e) 
sazişlərin sənədləşdirilməsi və birjada 
qeydiyyatdan keçməsini həyata keçirilir     
Test 2. Adı çəkilənlərdən hansılar fond bazarının 
funksiyalarına aid deyil 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
130
a) 
resursların toplanması və istehsalın 
genişləndirilməsi, 
b) 
informasiya təminatı 
c) 
səmərəli iqtisadiyyatın formalaşması 
d) 
qiymət və maliyyə risklərinin sığortalanması 
e) 
sosial təminat 
Test 3.  Adı çəkilənlərdən hansılar fond bazarının 
iştirakçılarına aid deyil. 
a) həmkarlar ittifaqı 
b) emitentlər 
c) investorlar 
d) dilerlər 
e) brokerlər 
Test 4. Adı çəkilənlərdən hansılar dilerlərin gəlir 
mənbəyi ola bilməz? 
a) 
vasitəçilik əməliyyatları 
b) 
qiymətli kağızların alış və satış qiymətlərində 
olan fərq  
c) 
qiymətli kağızların kursunun dəyişməsi 
nəticəsində  
d) 
valyuta alış və satış qiymətlərində olan fərq  
e) 
müştəri ilə sazişlərdən alan gəlir 
Test 5. Fond bazarının tənzimlənməsinin əsas 
istiqamətləri hansılardır? 
a) 
dövlət qanunvericiliyi, öz-özünü tənzimlənmə və 
ictimai rəy 
b) 
dövlət qanunvericiliyi, ictimai rəy və 
proqnozlaşdırma 
c) 
dövlət qanunvericiliyi, ictimai rəy və strateji 
idarə etmə 
d) 
dövlət qanunvericiliyi, öz-özünü tənzimlənmə və 
bələdiyyə idarə etmə 
e) 
ictimai rəy öz-özünü tənzimlənmə və bələdiyyə 
idarə etmə   


Dövlətin investisiya-innovasiya siyasəti 
 
131
 
Mövzu 11.   Portfel  investisiyaların tənzimlənməsi. 
 
                             Plan:  
1. 
Portfel investisiyaların mahiyyəti  
2. 
nvestisiya portfellərinin təsnifatı.  
3. 
Maliyyə  aktivləri  portfelinin  idarə  olunma 
strategiyaları. 
 
                              Əsas anlayışlar:  
 
portfel  investisiyaları,  səmərəli  investisiya  portfeli, 
yüksək  investisiya  portfeli,  maliyyə  artım  portfeli,  orta  artım 
portfeli,  carı  gəlir  portfeli,  daimi,  yüksək  və  qarışıq  gəlir 
portfeli,  səhm,  istiqraz,  törəmə  qiymətli  kağızları,  opsion, 
fyuçers, maliyyə aktivlərinin aktiv və passiv idarə edilməsi.   
 
1.
 
Portfel investisiyaların mahiyyəti  
 
Portfel  investisiyası  deyəndə,  qiymətli  kağızlara  vəsait 
qoyuluşları  başa  düşülür. 
nvestisiya  portfeli  bir  neçə 
investisiya  obyektinin  məcmusudur,  bu  da  vahid  bütöv  obyekt 
kimi idarə olunur. Belə halda, investisiya portfeli – vahid birlik 
kimi  idarə  olunan  qiymətli  kağızlar  məcmusudur.  nvestisiya 
portfelinə real vəsait, maliyyə aktivləri, qeyri-maddi dəyərlər və 
qeyri-maliyyə vəsaiti daxil ola bilər. Lakin ən yayılmış tərkib – 
qiymətli  kağızlar  portfelidir.  Qiymətli  kağızlar  portfelinin 
təşkilində  məqsəd  –  gəlirlilik  və  risklərin  nisbətinin 
optimallaşmasıdır  (diversifikasiya,  müntəzəm  və  qeyri-
müntəzəm  risklərin  azalmasıdır).  Belə  ki,  gözlənilən  gəlirlik 
səviyyəsi  minimum  risklə  təmin  olunmalıdır.  Bundan  başqa, 
qiymətli  kağızlar  portfeli  kapitalın  qorunması  və  artırılmasına 
yönəlməlidir.   
Dövlətin investisiya-innovasiya siyasəti 
 
132
Portfel investisiyaların mahiyyəti ondan ibarətdir ki, tələb 
olunan  göstəricilərə  nail  olmaq  üçün,  investisiya  resursları 
maliyyə 
aktivlərinin 
müxtəlif 
qrupları 
arasında 
bölüşdürülməlidir. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  987.1-ci 
maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir: 
“Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla 
hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq 
bu  sənəd  olmadan  nə  həyata  keçirilə  bilər,  nə  də  başqa  şəxsə 
verilə  bilər.  Qiymətli  kağız  başqasına  verildikdə  onun 
təsdiqlədiyi  bütün  hüquqlar  da  keçir.”  nvestorlar  üçün 
investisiya  imkanlarından  asılı  olaraq  qiymətli  kağızlarının 
təsnifatı vacib əhəmiyyət kəsb edir. Bu səpkidən bütün qiymətli 
kağızları belə qruplaşdırmaq olar: 
1. 
gəliri qəti müəyyən olunmuş qiymətli kağızlar; 
2. 
səhmlər; 
3. 
törəmə qiymətli kağızlar. 
Gəliri  qəti  müəyyən  olunmuş  qiymətli  kağızlara  aşağıda 
adı çəkilən xüsusiyyətlərə cavab verən qiymətli kağızlar aiddir: 
- qiymətli  kağızlarda  borc  götürülən  məbləğ  və  faizin 
qaytarılması günü qeyd olunub – bu tarixdə borc alan investora 
borcu ödəməlidir; 
- qiymətli kağızlara görə qəti müəyyən olunmuş nominal 
ödəniş və faiz göstərilir;  
- qiymətli  kağızlarda  qiymətinin  kotirovkası  xüsusi  faiz 
məbləğində – gəlirlik səviyyəsi ödənişinə nisbətdə göstərilir. 
Bu  qiymətli  kağızlara  müddətli  və  müddətsiz  depozitlər, 
istiqrazlar  aiddir.        stiqraz –  onun  sahibinin  onu  buraxmış 
şə
xsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal 
dəyərini  və  ya  başqa  əmlak  ekvivalentini  almaq  hüququnu 
təsdiqləyən  qiymətli  kağızdır.  stiqraz  onun  sahibinə  həmçinin 
istiqrazın  nominal  dəyərindən  faiz  almaq  hüququ  və  ya  digər 
əş
ya hüquqları verə bilər. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə