Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə39/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
153
doğrultmaya  da  bilərlər.  nsan  kapitalı  özü  də,  həmin  konkret 
ölkənin dayanıqlı iqtisadi artım trayektoriyasına prinsipial çıxış 
imkanlarını müəyyən edir. 
Son  onilliklər  ərzində  inkişaf  etməkdə  olan  iqtisadiyyata 
malik  olan  ölkələrin  təcrübəsi  göstərir  ki,  bu  ölkələr  müxtəlif 
iqtisadi  inkişaf  modellərindən  uğurla  istifadə  etmişlər:  liberal 
model  (Sinqapur,  Hon-Konq),  qarışıq  model  (Yaponiya, 
Cənubi Koreya, Tayvan), 
 
lokal, yalnız azad iqtisadi zonalarda 
liberal
 
modelin  tətbiqi  (Çində).  Və,  mahiyyət  etibarilə,  yalnız 
inzibati  amirlik  iqtisadiyyatı  özünün  qeyri-səmərəli  olduğunu 
göstərdi. 
nkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələri üçün, 
iqtisadiyyatın  diversifikasiyası  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Yaponiya,  Çin,  Cənubi  Koreya  və  Hindistan  iqtisadiyyat 
strukturunun diversifikasiyasını uğurla həyata keçirmişlər. Eyni 
zamanda,  Yaponiya,  sənayesinin  müharibədən  sonra  bərpası 
məsələsini həll edirdi. Çin, Hindistan və Cənubi Koreya, aqrar 
ölkələr 
olduqları 
üçün, 
industriallaşma  (sənayeləşmə) 
məsələsini həll edirdilər. 
nkişaf  mərhələsindən  asılı  olaraq,  idarəetmənin  iki  tam 
ə
ks olan mövqeyi mövcuddur: 
1) bazar iqtisadiyyatının aktiv dövlət tənzimlənməsi; 
2) inzibati amirlik iqtisadiyyatının liberallaşdırılması. 
Bütün  ölkələrdə,  iqtisadiyyatın  struktur  diversifikasiyası 
zamanı,  prioritet  sahələrin  seçimi  aparılır,  və  bu  sahələrə 
investisiyalar  yönəldilirdi.  Prioritet  sahələrə  vergi  və  digər 
imtiyazlar verilirdi.  
Yaponiyada,  prioritet  sahələr,  əvvəlcə  –  metallurgiya  və 
kömür  sənayesi,  1950-ci  illərin  sonlarından  isə  –  avtomobil 
sənayesi seçilmişdi.   
Çində,  1978-ci  ildən  inzibati-amirlik  iqtisadiyyatının 
liberallaşdırılması  siyasəti  keçirilirdi:  liberal  kapitalist 
iqtisadiyyatının  nümünələri  yaradılır,  rejimin  liberallaşması, 
iqtisadi  idarəetmənin  qeyri-mərkəzləşməsi  aparılırdı.  Dövlət 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
154
planlaşdırılması sisteminin  və iqtisadiyyatda dövlət sektorunun 
rolu  azaldılır,  xarici  investisiyalar  cəlb  edilirdi.  Tədricən, 
prioritet  sahələrin  tərkibi  dəyişilirdi.  Çində,  islahatların  ilk 
mərhələsində,  istehlak  malları  istehsal  edən  kənd  təsərrüfatı, 
yeyinti  sənayesi  və  digər  sahələr  prioritet  hesab  edilirdilər, 
sonradan  isə  belə  sahələr  kimi  –  maşınqayırma,  tikinti 
materiallarının  istehsalı,  avtomobil  və  kimya  sənayesi  qəbul 
edildi. 1990-cı illərin ikinci yarısında mikrosxemlərin, personal 
kompyuterlərin,  telekommunikasiya  komponentlərinin  və  yeni 
materialların istehsalı prioritet sahə sayılmağa başladı. 
Hindistanda,  birinci  beşillik  çərçivəsində  (1951-1956-cı 
illər)  prioritet  sahələr  –  kənd  təsərrüfatı,  irriqasiya,  energetika 
və  nəqliyyat  sayılırdı,  yəni  infrastruktur  yaradılırdı.  kinci 
beşillik  çərçivəsində  (1956-1961  illər)  ağır  sənaye  sahələri 
prioritet  sahələr  oldular.    1960-1970-ci  illər  ərzində  ixrac 
ə
vəzolunma  və  strateji  sahələrin  (energetika,  banklar,  sığorta) 
milliləşdirilməsi  siyasəti  aparılırdı.  Bu  milliləşdirmə  və  dövlət 
sektorunun  artımı,  1980-ci  illərin  ortalarında  iqtisadiyyatda 
böhran vəziyyətinə gətirib çıxartdı. Buna görə də, 1991-ci ildə 
hökumət  iqtisadiyyatda  struktur  dəyişiklikləri  proqramını  – 
xarici  ticarətin  və  kapital  bazarlarının  liberallaşdırılması 
proqramını  qəbul  etdi.  stehsal  infrastrukturu  sahələrinə 
(energetika,  rabitə,  limanlar,  bütün  növ  maşınqayırma,  kimya 
sənayesi  və  əczaçılıq)  birbaşa  xarici  investisiyaların  cəlb 
edilməsi  prioritet  oldu.  Kənd  təsərrüfatı  ilə  əlaqəli  olan 
sahələrin inkişafı da stimullaşdırılırdı. 
Cənubi Koreyada mərkəzləşdirilmiş planlaşdırılma tətbiq 
edilirdi (orta və uzunmüddətli planlar və məqsədli proqramlar), 
istehsalat  tapşırıqları  və  onların  yerinə  yetirilmə  müddətləri 
təyin  edilirdi.  Hökumət,  beşillik  planlar  çərçivəsində, 
iqtisadiyyatın  hansı  sahələri  iri  müəssisələr  və  xarici  kapital 
üçün açıq, hansı isə bağlı olduğunu göstərirdi. 
Hal-hazırda Çində XXІ–ci əsrin ortalarına qədər nəzərdə 
tutulmuş  üç  mərhələli  plan  yerinə  yetirilir.  Birinci  mərhələdə 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
155
(1990-cı ilə qədər) ÜDM-in iki dəfə artırılması, əhalinin ərzaq 
və  geyimlə  təmin  edilməsi  planlaşdırılırdı.  kinci  mərhələdə 
(1991-2000-ci illər) məcmu milli məhsulun üç dəfə  artırılması 
planlaşdırılırdı  ki,  bu  da,  hesablamalara  görə,  ölkədə  «orta 
bolluq» cəmiyyəti  yaratmalıdır (islahatlar başlayandan 2000-ci 
ilə  qədər  ÜDM  6  dəfə  artmışdır).  Üçüncü  mərhələdə  (2050-ci 
ilə qədər) əhalinin adambaşına ÜDM həcminə görə orta inkişaf 
etmiş  ölkələr  səviyyəsinə  çatmaq,  iqtisadiyyatın  kompleks 
modernləşdirilməsini  başa  çatdırmaq,  dünyanın  qabaqcıl 
ölkələrinin texnoloji və elmi səviyyəsinə çatmaq planlaşdırılır. 
Yaponiya  və  Cənubi  Koreyada  bizneslə  məsləhətləşmə 
siyasəti  tətbiq  edilirdi.  Yaponiyada  müxtəlif  məsləhət  şuraları 
yaradılmış  və  buraya  işgüzar  dairələrin  nümayəndələri  daxil 
edilmişdir.  Biznesə  məsləhətlər  verilirdi,  və  o  bunları  nəzərə 
alırdı. 1997-ci ildə Asiyada baş verən böhrandan sonra, Cənubi 
Koreyanın  hökuməti  və  iri  biznes,  ən  iri  kompaniyaların 
maliyyə vəziyyətinin yaxşılaşdırılması və biznesin strukturunun 
yenidən  qurulması  haqqında  razılaşdırılmış  tədbirlər  haqqında 
müqavilə bağlamışlar.  
Xarici  investisiyalar  üçün  bəzi  ölkələrdə  ən  cəlbedici 
şə
rait  (Çin),  digərlərində  isə  məhdudiyyətlər  tətbiq  edilirdi. 
Cənubi  Koreyada  1970-ci  illərin  əvvəllərində  investisiya  axını 
çox  böyük  idi.  Buna  görə  də,  hökumət  həddən  artıq  çox  olan 
xarici  kapital  axınının  neqativ  nəticələrindən  ehtiyatlanaraq, 
məhdudiyyətlər tətbiq etmişdir. Üstünlük müştərək sahibkarlığa 
verilmişdir,  xarici  investisiya  layihəsinin  kifayət  qədər  sərt 
seçim  meyarları  təyin  edildi.  Bir  qayda  olaraq,  investisiya 
layihələrində  xarici  kapitalın  payı  50%-lə  məhdudlaşdırıldı. 
Lakin,  1980-ci  ildən,  hökumət,  birbaşa  xarici  investisiyalar 
üçün  əlverişli  şərait  yaratmağa  başladı.  Belə  ki,  birgə 
müəssisədə  xarici  kapitalın  payına  düşən  məhdudiyyət  aradan 
qaldırılmışdır. 
Hindistanda,  investisiya  layihəsində  xarici  investisiya 
payına  40%  məhdudiyyət  tətbiq  edilirdi.  stisnalar,  yeni 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
156
texnologiyaların cəlb edilməsi nöqteyi nəzərindən prioritet olan 
sahələr  üçün  edilirdi.  Çində  xarici  investorlar  üçün  əlverişli 
şə
rait yaradılmışdır. Əsas investisiyalar xüsusi iqtisadi zonalara 
daxil  olurlar.  Bir  qayda  olaraq,  müəssisələrə  vergi  tətilləri 
verilir,  onlar  xammal  və  komponentlərə,  istehsala  (aksizlərə) 
qoyulan vergilərdən  azad edilirlər.  Nəticədə, Çinə, son illərdə, 
ildə 50 mlrd. dollar birbaşa xarici investisiyalar daxil olur, və o, 
bu  göstərici  üzrə  dünyada  ikinci  yerə  çıxmışdı  (ABŞ-dan 
sonra). 
nkişaf  etməkdə  olan  ölkələrdə  xarici  ticarət  sahəsində 
proteksionist  siyasəti  aparılırdı,  o  cümlədən,  yüksək  rüsumlar, 
istehlak  və  sənaye  mallarının  ixracına  kvotalar  və  subsidiya, 
idxal  edilən  avadanlıq  və  texnologiyaların  rüsumlardan  azad 
edilməsi  və  s.  tətbiqi  olunur.  Belə  ki,  Cənubi  Koreyada  ilkin 
mərhələdə  dövlət,  müxtəlif  imtiyazlar  alan  milli  ixracatçıları 
subsidiyalaşdırıb,  idxal  və  ixraca  sərt  nəzarət  edirdi. 
Sahibkarların 
vergi 
yükünün 
azaldılmasına 
və 
real 
investisiyaların  artmasına  xüsusi  əhəmiyyət  verilirdi.  Cənubi 
Koreyada  dövlət  birləşmə  vasitəsi  ilə  iri  kompaniyaların 
yaradılmasını  stimullaşdırırdı.  O,  Cənubi  Koreyalı  ailəvi 
maliyyə-sənaye  qruplarının  -  çebulların  formalaşdırılmasını 
dəstəkləyirdi. 
Dövlət, 
prioritet 
sahələrdə 
rəqabəti 
məhdudlaşdırırdı. O, firmaları birləşməyə və  ya bazarın həmin 
seqmentini tərk etməyə məcbur edirdi. Ölkə hökuməti çox vaxt 
«seçilmiş  ixracatçıların»  itkilərinin  birbaşa  kompensasiyasına 
gedirdi.  Təbii  ki,  korrupsiya  artırdı.  Dövlət  imtiyazları  ona 
gətirib  çıxartmışdır  ki,  1980-ci  illərin  birinci  yarısında  emal 
sənayesində  30  iri  Cənubi  Koreya  konqlomeratının  payı  1/3 
çatmış,  ixracda  isə  1/3-ni  ötmüşdür.  Nəticədə,  ölkənin  sürətlə 
sənayeləşdirilməsi  məsələsi  həll  olunmuşdur.  Lakin,  səmərəli, 
özü  inkişaf  edən  sənayenin  yaradılması  problemi  həll 
edilməmişdir.  qtisadiyyatda  güclü  ailəvi  çebul-klanlarının 
mövcudluğu ölkə daxili bazarlarda rəqabəti azaldır, və müvafiq 
olaraq, əmtəə istehsalının səmərəliliyini və rəqabət qabiliyyətini 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə