10
MÖVZU: CANLI TOXUMANIN ƏSAS XASSƏLƏRI.
FIZIOLOJI FUNKSIYALARIN SINIR-HUMORAL
TƏNZIMI
Canlı toxumanın müxtəlif qıcıq faktorlarının təsirinə qarşı
oyanma xassəsi vardır. Canlı toxumanın sakit haldan göz ilə
görünən fəaliyyət halına keçməsinə oyanma deyilir. Məsələn,
əzələ toxuması oyandıqda yığılır, vəzi toxuması oyandıqda şirə
ifraz edir. Fizioloji təcrübələrdə ən çox fiziki və kimyəvi
qıcıqlardan istifadə edilir.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Qıcıqların növləri;
2. Oyanma nəyə deyilir?
3.Fizioloji funksiyaların sinir tənzimi: refleks və refleks
qövsü haqqında anlayış;
4. Fizioloji funksiyaların humoral tənzimi;
5.Ləngimə nəyə deyilir? Fizioloji proseslərin koordinasiya-
sında ləngimənin rolu;
6. Homeostaz haqqında anlayış;
7. Fizioloji proseslərin öyrənilməsində istifadə edilən üsullar;
8. Sinir lifinin xassələri;
9. Əzələ toxumasının xassələri;
10. Əzələnin yığılması və onun növləri;
11. Parabioz və onun mərhələləri;
12. Əzələnin yığılmasının mexanizmi.
Laboratoriya iĢi 1.
Müxtəlif növ qıcıqların təsirinə qarĢı sinir-əzələ
preparatının reaksiyası.
Sinir və əzələ toxumasının bir sıra xassələri vardır. Həmin
xassələri öyrənmək üçün sinir-əzələ preparatından istifadə edilir.
Sinir və əzələ toxumasının oyanma, yığılma, oyanmanı nəql etmə
və sair xassələri vardır.
11
ĠĢ üçün lazımdır: qurbağa, elektrostimulyator və ya induk-
sion cihaz, natrium-xlor kristalı, soyuqqanlılаr üçün Ringer
məhlulu, petri fincanı, toxumaları aralamaq üçün alətlər.
ĠĢin gediĢi: Qurbağanın arxa pəncəsindən və oturaq sini-
rindən ibarət iki sinir pəncəsi (fizioloji reoskop) hazırlanır.
1.
Sinir induksion cihazın elektrodu üzərinə qoyulur və tək-
tək induksion cərayan impulsları ilə qıcıqlanır;
2.
Sinir anatomik pinsetlə sıxılır;
3.
Sinirin üzərinə natrium-xlor kristalı qoyulur. Hər bir
qıcıqlanmadan sonra pəncənin reaksiyası müşahidə edilir.
Sonra digər reoskop pəncə üzərində yuxarıda izah edilən
ardıcıllıqla təcrübə aparılır, lakin bu dəfə sinir deyil, əzələ
qıcıqlanmalıdır. Təcrübədən alınan reaksiyalar təhlil edilib
onlardan nəticə çıxarılır. Canlı toxumaların quruluşu müxtəlif
olduğu üçün, onların qıcığa cavab reaksiyaları da müxtəlifdir.
Müasir fiziologiya belə hesab edir ki, sinir və əzələ toxuması
əsas üç vəziyyətdə ola bilər: 1) Fizioloji sakit hal; 2) Oyanma;
3)Tormozlanma (ləngimə). Bir vəziyyət digərinə çox tez keçir.
Fizioloji sakit halda toxuma və orqanda onun fəaliyyətinə aid heç
bir əlamət görünmür. Oyanma canlı toxumanın fəaliyyətdə
olmasıdır.
Laboratoriya iĢi 2.
Onurğa beyin refleksləri.
Onurğa beyn onurğa kanalında yerləşir və onun reflektor və
keçirici funksiyaları vardır. Reseptorların qıcıqlanmasına qarşı
orqanizmin mərkəzi sinir sisteminin iştiraki ilə verdiyi cavab
reaksiyasına refleks deyilir. Mərkəzi sinir sisteminin əsas fəaliyyət
forması refleksdir. Reflekslər 2 növ olur:
1. Şərtsİz reflekslər - anadan gəlmə.
2. Şərti reflekslər - həyatda qazanılan.
Refleksin alınması üçün refleks qövsünün hissələri bütöv
olmalıdır.
12
ĠĢ üçün lazımdır: ştativ, tıxac, sancaq, sıxıcı, 1%-li sulfat
turşusu məhlulu olan stəkan, su olan stəkan, toxuma aralayan
alətlər, qurbağa, süzgəc kağızı.
ĠĢin gediĢi. Qurbağa dəsmala bükülür. Baş beyin kəsilib atılır
(bunun üçün qayçının bir tiyəsi köndələninə qurbağanın ağzına,
ikincisi isə iki gözün arxasına salınaraq üst çənə kəsilib atılır)
onurğa beyin isə saxlanılır. Belə qurbağaya s p i n a l q u r b a-
ğ a deyilir.
Spinal qurbağa alt çənəsindən tıxaca sancılmaqla ştativdən
asılır. Qurbağa 2-3 dəqiqədən sonra sakitləşir və bundan sonra
onun üzərində təcrübə aparılır.
Qurbağanın arxa ərtafında baldırın və ya pəncənin dərisi
üzərinə 1%-li sulfat turşusu məhlulu ilə islanmış süzgəc kağızı
yapışdırılır. Qurbağanın verilən qıcığa reaksiyası müşahidə edilir.
Qıcığa cavab alandan sonra pəncə su olan stəkana salınıb yuyulur.
Nəticə dəftərə qeyd olunur.
Laboratoriya iĢi 3.
Onurğa beyin refleksinin ləngiməsi.
ĠĢ üçün lazımdır: sıxıcı və tıxac ilə birlikdə ştativ, süzgəc
kağızı, 0,5%-li sulfat turşusu məhlulu olan stəkan, qalın sap,
toxuma aralayan alətlər, qurbağa.
ĠĢin gediĢi: Spinal qurbağa alt çənəsindən tıxaca sancılmaqla
ştativdən asılır. Arxa ətrafının birinin dərisi üzərinə 0,5%-li sulfat
turşusu ilə islanmış süzgəc kağızı qoyulur və refleksin vaxtı təyin
edilir.
Sonra o biri ətraf diz nahiyədən qalın sapla möhkəm bağlanır.
Bu sıxılmadan baş verən hərəkət sakitləşdikdən sonra yenə birinci
ətrafın pəncəsini yenidən qıcıqlandırıb refleks vaxtı yenidən təyin
edilir.
Axırda təcrübədən nəticə çıxarılır.
13
Laboratoriya iĢi 4.
Ürək fəaliyyətinin humoral tənzimi.
Müxtəlif humoral faktorların təsiri altında ürəyin işi də
dəyişir. Ürəyin işinin humoral tənzimi qana və limfaya daxil olan
kimyəvi, bioloji aktiv maddələrlə təmin olunur. H u m o r - maye
deməkdir. Ürək fəaliyyətinə təsir göstərən maddələr iki qrupa
ayrılır: 1) Ürək fəaliyyətini qüvvətləndirən maddələr (adrenalin,
tiroksin, simpatin, Ca-ionlari - CaCl
2
və s.); 2) Ürək fəaliyyətini
zəiflədən maddələr (asetilxolin, K-ionlari - KCl və s.).
Ürəyin işi 3 tarazdan ibarətdir:
1.
Qulaqcıqların yığılması.
2.
Mədəciklərin yığılması.
3.
Qulaqcıqların və mədəciklərin eyni vaxtda boşalması.
ĠĢ üçün lazımdır: 2 saat şüşəsi, mantar lövhə, sancaq,
soyuqqanlılar üçün Ringer məhlulu, adrenalin məhlulu (1:1000),
asetilxolin məhlulu (1:1000), 1%-li KCl məhlulu, üç ədəd göz
pipeti, toxuma aralayan alətlər, qurbağa.
ĠĢin gediĢi. Qurbağa tənzifə bükülür və üst çənəsi gözlərin
arxasından qayçı ilə köndələninə kəsilir. Onurğa beyin kanalına
iynə salınaraq onurğa beyin pozulur. Qurbağa arxası üstə mantar
lövhə üzərinə təsbit olunur, döş və qarın boşluğu açılır: ürəyin
üzəri açılaraq kəsilib götürülür.
Ürək saat şüşəsinə qoyulub, üzərinə Ringer məhlulu tökülür
və bir dəqiqədə ürək vurğularının miqdarı sayılır. Sonra Ringer
məhluluna 1-2 damcı (1:1000) adrenalin əlavə edilir, yenə ürək
vurğuları bir dəqiqə müddətində sayılır.
Ürək başqa saat şüşəsinə keçilir, Ringer məhlulu ilə yuyulur,
vurğuların miqdarı bir dəqiqədə sayılır. Ringer məhluluna 1-2
damcı (1:1000) asetilxolin və ya 1%-li KCl əlavə edib ürək
vurğuları yenidən sayılır. Nəticə qeyd olunur.
Dostları ilə paylaş: |