Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27


MÖVZU: CANLI TOXUMANIN ƏSAS XASSƏLƏRI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

10 
MÖVZU: CANLI TOXUMANIN ƏSAS XASSƏLƏRI.  
FIZIOLOJI FUNKSIYALARIN SINIR-HUMORAL 
TƏNZIMI 
 
Canlı  toxumanın  müxtəlif  qıcıq  faktorlarının  təsirinə  qarşı 
oyanma  xassəsi  vardır.  Canlı  toxumanın  sakit  haldan  göz  ilə 
görünən  fəaliyyət  halına  keçməsinə  oyanma  deyilir.  Məsələn, 
əzələ  toxuması  oyandıqda  yığılır,  vəzi  toxuması  oyandıqda  şirə 
ifraz  edir.  Fizioloji  təcrübələrdə  ən  çox  fiziki  və  kimyəvi 
qıcıqlardan istifadə edilir. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Qıcıqların növləri; 
2. Oyanma nəyə deyilir? 
3.Fizioloji  funksiyaların  sinir  tənzimi:  refleks  və  refleks 
qövsü haqqında anlayış; 
4. Fizioloji funksiyaların humoral tənzimi; 
5.Ləngimə  nəyə  deyilir?  Fizioloji  proseslərin  koordinasiya-
sında ləngimənin rolu
6. Homeostaz haqqında anlayış; 
7. Fizioloji proseslərin öyrənilməsində istifadə edilən üsullar; 
8. Sinir lifinin xassələri; 
9. Əzələ toxumasının xassələri;  
10. Əzələnin yığılması və onun növləri;  
11. Parabioz və onun mərhələləri;  
12. Əzələnin yığılmasının mexanizmi. 
 
 
Laboratoriya iĢi 1.  
Müxtəlif növ qıcıqların təsirinə qarĢı sinir-əzələ 
preparatının reaksiyası. 
Sinir  və  əzələ  toxumasının  bir  sıra  xassələri  vardır.  Həmin 
xassələri  öyrənmək  üçün  sinir-əzələ  preparatından  istifadə  edilir. 
Sinir və əzələ toxumasının oyanma, yığılma, oyanmanı nəql etmə 
və sair xassələri vardır. 


11 
ĠĢ  üçün  lazımdır:  qurbağa,  elektrostimulyator  və  ya  induk-
sion  cihaz,  natrium-xlor  kristalı,  soyuqqanlılаr  üçün  Ringer 
məhlulu, petri fincanı, toxumaları aralamaq üçün alətlər. 
ĠĢin  gediĢi:  Qurbağanın  arxa  pəncəsindən  və  oturaq  sini-
rindən ibarət iki sinir pəncəsi (fizioloji reoskop) hazırlanır. 
1.
 
Sinir  induksion  cihazın  elektrodu  üzərinə  qoyulur  və  tək-
tək induksion cərayan impulsları ilə qıcıqlanır; 
2.
 
Sinir anatomik pinsetlə sıxılır; 
3.
 
Sinirin  üzərinə  natrium-xlor  kristalı  qoyulur.  Hər  bir 
qıcıqlanmadan sonra pəncənin reaksiyası müşahidə edilir. 
Sonra  digər  reoskop  pəncə  üzərində  yuxarıda  izah  edilən 
ardıcıllıqla  təcrübə  aparılır,  lakin  bu  dəfə  sinir  deyil,  əzələ 
qıcıqlanmalıdır.  Təcrübədən  alınan  reaksiyalar  təhlil  edilib 
onlardan  nəticə  çıxarılır.  Canlı  toxumaların  quruluşu  müxtəlif 
olduğu üçün, onların qıcığa cavab reaksiyaları da müxtəlifdir. 
Müasir fiziologiya belə hesab edir ki, sinir və əzələ toxuması 
əsas  üç  vəziyyətdə  ola  bilər:  1)  Fizioloji  sakit  hal;  2)  Oyanma; 
3)Tormozlanma  (ləngimə).  Bir  vəziyyət  digərinə  çox  tez  keçir. 
Fizioloji sakit halda toxuma və orqanda onun fəaliyyətinə aid heç 
bir  əlamət  görünmür.  Oyanma  canlı  toxumanın  fəaliyyətdə 
olmasıdır. 
 
 
Laboratoriya iĢi 2.  
Onurğa beyin refleksləri. 
Onurğa  beyn  onurğa  kanalında  yerləşir  və  onun  reflektor  və 
keçirici  funksiyaları  vardır.  Reseptorların  qıcıqlanmasına  qarşı 
orqanizmin  mərkəzi  sinir  sisteminin  iştiraki  ilə  verdiyi  cavab 
reaksiyasına refleks deyilir. Mərkəzi sinir sisteminin əsas fəaliyyət 
forması refleksdir. Reflekslər 2 növ olur: 
1. Şərtsİz reflekslər - anadan gəlmə. 
2. Şərti reflekslər - həyatda qazanılan.  
Refleksin  alınması  üçün  refleks  qövsünün  hissələri  bütöv 
olmalıdır. 


12 
ĠĢ  üçün  lazımdır:  ştativ,  tıxac,  sancaq,  sıxıcı,  1%-li  sulfat 
turşusu  məhlulu  olan  stəkan,  su  olan  stəkan,  toxuma  aralayan 
alətlər, qurbağa, süzgəc kağızı. 
ĠĢin gediĢi. Qurbağa dəsmala bükülür. Baş beyin kəsilib atılır 
(bunun  üçün  qayçının  bir  tiyəsi  köndələninə  qurbağanın  ağzına, 
ikincisi  isə  iki  gözün  arxasına  salınaraq  üst  çənə  kəsilib  atılır) 
onurğa beyin isə saxlanılır. Belə qurbağaya    s p i n a l   q u r b a- 
ğ a deyilir. 
Spinal  qurbağa  alt  çənəsindən  tıxaca  sancılmaqla  ştativdən 
asılır.  Qurbağa  2-3  dəqiqədən  sonra  sakitləşir  və  bundan  sonra 
onun üzərində təcrübə aparılır. 
Qurbağanın  arxa  ərtafında  baldırın  və  ya  pəncənin  dərisi 
üzərinə  1%-li  sulfat  turşusu  məhlulu  ilə  islanmış  süzgəc  kağızı 
yapışdırılır. Qurbağanın verilən qıcığa reaksiyası müşahidə edilir. 
Qıcığa cavab alandan sonra pəncə su olan stəkana salınıb yuyulur. 
Nəticə dəftərə qeyd olunur. 
 
 
Laboratoriya iĢi 3.  
Onurğa beyin refleksinin ləngiməsi. 
ĠĢ  üçün  lazımdır:  sıxıcı  və  tıxac  ilə  birlikdə  ştativ,  süzgəc 
kağızı,  0,5%-li  sulfat  turşusu  məhlulu  olan  stəkan,  qalın  sap, 
toxuma aralayan alətlər, qurbağa. 
ĠĢin gediĢi: Spinal qurbağa alt çənəsindən tıxaca sancılmaqla 
ştativdən asılır. Arxa ətrafının birinin dərisi üzərinə 0,5%-li sulfat 
turşusu ilə islanmış süzgəc kağızı qoyulur və refleksin vaxtı təyin 
edilir. 
Sonra o biri ətraf diz nahiyədən qalın sapla möhkəm bağlanır. 
Bu sıxılmadan baş verən hərəkət sakitləşdikdən sonra yenə birinci 
ətrafın pəncəsini yenidən qıcıqlandırıb refleks vaxtı yenidən təyin 
edilir. 
Axırda təcrübədən nəticə çıxarılır. 
 


13 
Laboratoriya iĢi 4.  
Ürək fəaliyyətinin humoral tənzimi. 
Müxtəlif  humoral  faktorların  təsiri  altında  ürəyin  işi  də 
dəyişir. Ürəyin işinin humoral tənzimi qana və limfaya daxil olan 
kimyəvi, bioloji aktiv maddələrlə təmin olunur. H u m o r - maye 
deməkdir.  Ürək  fəaliyyətinə  təsir  göstərən  maddələr  iki  qrupa 
ayrılır:  1)  Ürək  fəaliyyətini  qüvvətləndirən  maddələr  (adrenalin, 
tiroksin,  simpatin,  Ca-ionlari  -  CaCl
2
  və  s.);  2)  Ürək  fəaliyyətini 
zəiflədən maddələr (asetilxolin, K-ionlari - KCl və s.). 
Ürəyin işi 3 tarazdan ibarətdir: 
1.
 
 Qulaqcıqların yığılması. 
2.
 
 Mədəciklərin yığılması. 
3.
 
 Qulaqcıqların və mədəciklərin eyni vaxtda boşalması. 
ĠĢ  üçün  lazımdır:  2  saat  şüşəsi,  mantar  lövhə,  sancaq, 
soyuqqanlılar  üçün  Ringer  məhlulu,  adrenalin  məhlulu  (1:1000), 
asetilxolin  məhlulu  (1:1000),  1%-li  KCl  məhlulu,  üç  ədəd  göz 
pipeti, toxuma aralayan alətlər, qurbağa. 
ĠĢin  gediĢi.  Qurbağa  tənzifə  bükülür  və  üst  çənəsi  gözlərin 
arxasından  qayçı  ilə  köndələninə  kəsilir.  Onurğa  beyin  kanalına 
iynə  salınaraq  onurğa  beyin  pozulur.  Qurbağa  arxası  üstə  mantar 
lövhə  üzərinə  təsbit  olunur,  döş  və  qarın  boşluğu  açılır:  ürəyin 
üzəri açılaraq kəsilib götürülür. 
Ürək  saat  şüşəsinə  qoyulub,  üzərinə  Ringer  məhlulu  tökülür 
və  bir  dəqiqədə  ürək  vurğularının  miqdarı  sayılır.  Sonra  Ringer 
məhluluna  1-2  damcı  (1:1000)  adrenalin  əlavə  edilir,  yenə  ürək 
vurğuları bir dəqiqə müddətində sayılır. 
Ürək başqa saat şüşəsinə keçilir, Ringer məhlulu ilə yuyulur, 
vurğuların  miqdarı  bir  dəqiqədə  sayılır.  Ringer  məhluluna  1-2 
damcı  (1:1000)  asetilxolin  və  ya  1%-li  KCl  əlavə  edib  ürək 
vurğuları yenidən sayılır. Nəticə qeyd olunur. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə