Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

55 
IĢin  gediĢi:  Təzəcə  öldürülmüş  dovşanın  ürəyi  kəsilib 
çıxarılır. Bu zaman aorta ürəkdən 3-4 sm kənardan kəsilməlidir. 
Ürək  içərisində  isti  fizioloji  məhlul  olan  ləyənə  qoyulur  və 
yüngülcə  massaj  etməklə  yuyulur.  Aortanın  ucuna  konyul  salınır 
və sapla bağlanır. Konyul ürəyə fizioloji məhlul verən şüşə qabla 
birləşdirilir. 
Ürəyə verilən məhlulun temperaturunun sabitliyi ciddi gözlə-
nilməlidir.  Ürəyin  zirvəsi  serfinlə  yazan  lingə  birləşdirilir  və 
kimoqraf üzərində kardioqram yazılır. 
Kardioqram  ürəyə  gedən  məhlulun  temperaturu  38
0
C  bir 
qədər  ondan  yuxarı  və  aşağı  olduqda,  eləcə  də  ürəyə  gedən 
məhlula adrenalin, asetilxolin, kalsium xlorid, kalium xlorid, əlavə 
edilərək  yazılır. Göstərilən faktorların ürək fəaliyyətinə necə təsir 
etməsi haqqında nəticə çıxarılır və dəftərə yazılır. 
Təcrübə üçün ət kombinatında kəsilən inəyin dölünün ürəyin-
dən də istifadə etmək olar.  
Müxtəlif  hеyvаnlаrdа  ürək  vurğulаrının  sаyı  аşаğıdаkı 
cədvəldə göstərilmişdir. 
Cədvəl 9.  
Müxtəlif hеyvаnlаrdа ürək vurğulаrının bir dəqiqədə sаyı 
Hеyvаnın növü 
Ürək 
vurğulаrının sаyı 
Hеyvаnın növü 
Ürək 
vurğulаrının sаyı 
Fil 
25-28 
Dоnuz 
60-80 
Аt 
24-42 
It 
70-80 
Dəvə 
32-52 
Dоvşаn 
120-140 
Cаmış 
60-80 
Tоyuq 
300-ə qədər 
Qаrаmаl 
50-80 
Оxuyаn quşlаr 
700-1000 
Dаvаr 
70-80 
 
 
 
 


56 
Lаbоrаtоriyа iĢi 21.  
Ürəyin nəqlеdici sistemi (Stannius təcrübəsi) 
 Ürək üç qаtdаn ibarətdir: 
1. Xarici qаt (epikarD);  
2. Orta qаt (mİokarD); 
3. Daxili qаt (endorkarD). 
Ürəyin  əsasında  epikard  ürək  kisəsinə  perikarda  keçir.  Pе-
rikаrd  ürəyi  və  оnun  iri  qаn  dаmаrlаrını  təsbit  еdərək  оnа  müəy-
yən  vəziyyət  vеrir,  diastola  zamanı  miokardı  çox  genişlənməyə 
qoymur.  Beləliklə,  ürəyin  diastоlik  dolmasının  tənzimində  iştirak 
edir. 
Refleksogen  zonadır.  Perikardda  ürəyin  işinin  tənzimində 
iştirak  edən  reseptorlar  vardır.  Perikardın  boşluğundakı  maye, 
ürəyi sürüşkən edərək onun hərəkətini asanlaşdırır. 
ĠĢ  üçün  lazımdır:  qurbağa,  mantar  lövhə,  alətlər  dəsti,  sap, 
qurbağa  üçün  ringer  məhlulu,  göz  pinseti,  sancaq,  serfin,  ling, 
universal ştativ. 
 
Şəkil 17. Strаnnius təcrübəsinin sxеmi 
 
ĠĢin  gediĢi.  Qurbağa  hərəkətsizləşdirilir  (18-ci  lаbоrаtоriyа 
işinə bax). Arxası üstə mantar lövhədə təsbit olunur. Döş və qarın 
boşluğu yarılaraq, ürəyin üzəri açılır. 
Ürək  zirvəsindən  sap  bağlanmış  serfinlə  lingə  birləşdirilir 
(şəkil 17). 


57 
Ürəyin  şöbələrinin:  venoz  cibciyin,  qulaqcıqların  və 
mədəciyin yığılmaları bir dəqiqə müddətində sayılır. 
Aortanın şaxələri altından sap keçirilib ürəkdən aşağıda ilgək 
salınır, ürək zirvəsindən tutulub aortanın üzərinə çevrilir. Salınmış 
ilgəyin  sapları  çəkilib  qulaqcıqlarla  venoz  cibcik  sərhədində 
möhkəm bağlanır. 
Buna Stanniusun birinci   liqaturası  (sapı)  deyilir.  1-ci  liqatu-
radan sonra ürək fəaliyyətində baş verən dəyişikliyə fikir verilir və 
ürəyin şöbələrinin yığılmaları sayılır. 
1-ci liqaturanı çıxarmadan qulaqcıqlarla mədəcik arasına 2-ci 
liqatura  salınır  və  1  dəqiqədə  ürəyin  şöbələrinin  yığılmaları 
sayılır. Nəticə çıxarılır. 
 
 
MÖVZU: ÜRƏK ƏZƏLƏSĠNĠN OYANMA  
VƏ NƏQL ETMƏ XASSƏSĠ 
Ürək  əzələsinin  oyanma,  yığılma,  oyanmаnı  nəql  etmə,  ref-
rakterlik,  avtomatizm  və  s.  xassələri  vardır.  Ürək  əzələsi  mexa-
niki,  kimyəvi,  termiki  və  elektrik  qıcıqlarına  qarşı  oyanır.  Ürək 
ona verilən qıcığa  yığılmalarla cavab  verir. Fizioloji təcrübələrdə 
ən  çox  elektrik  qıcığından  istifadə  olunur.  Bu  növ  qıcıq  canlı 
toxumanı  zədələmir,  təsir  qisa  olur  və  onun  dozasını  dəqiq  təyin 
etmək mümkün olur. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Ürək əzələsinin fizioloji xassələri. 
2. Ürək fəaliyyətində refrakter fazanın əhəmiyyəti. 
3. Ekstrasistola. 
4. Elektrokardioqram ürəyin hansı keyfiyyətini əks etdirir? 
5.  Elektrokardioqram  hansı  elementlərdən  təşkil  olunur  və 
ürək tskli əsasında necə yaranır? 
6.  Elektrokardioqram  üzrə  ekstrasistolanı  necə  təyin  etmək 
olar? 
7.Teleektrokardioqrafiya  və  fonokardioqrafiya  haqqında 
anlayış. 


58 
Lаbоrаtоriyа iĢi 22. 
Ürəyin refrakter dövrü. Ekstrasistola 
ĠĢ  üçün  lazımdır:  qurbağa,  cərrahi  alətlər,  kimoqraf,  ştativ, 
induksion cihaz və ya elektrostimulyator, mantar lövhə, yazı lingi, 
serfin, soyuqqanlılаr üçün Ringer məhlulu, sancaqlar, göz pipeti. 
ĠĢin gediĢi. Qurbağa (18-ci lаbоrаtоriyа işində olduğu qayda 
üzrə) hərəklətsizləşdirilir, mantar lövhə üzərində arxası üstə təsbit 
edilir. 
Ürək  zirvəsindən  serfinlə  tutulur  və  sapla  yazan  lingə 
bitləşdirilir.  İnduksion  cihazın  elektrodları  ürəyin  mədəciyinin 
üzərinə  qoyulur  (elektrodların  hərəkət  etməməsi  üçün  metal 
çəngəllə qurbağanın yaxınlığına tıxac taxtaya bərkidilir). 
Kimoqarfın barabanı üzərində ürəyin yazısı alınır. 
Dövrə  ürəyə  induksion  cərəyandan  tək  impuls  göndərmək 
üçün düzəldilir. İnduksion cərəyanın elə bir həddi tapılır ki, ancaq 
elektrik dövrəsi açılan zaman oyanmayа səbəb olsun. 
İnduksion  cərəyanın  dövrəsini  qapamaq  və  açmaqla  ürək 
sistola  dövründə  və  diastolanın  başlanğıcında  qıcıqlandırılır.  Bu 
hallarda  da  ürək  yığılmalarının  kimoqrafın  üzərində  yazısı  alınır. 
Ürək induksion cərəyanla qıcıqlanan zaman ona cavab olaraq ürək 
tsiklinin  hansı  dövründə  ekstrasistola  müşahidə  edildiyi 
müəyyənləşdirilir. Nəticə dəftərə yazılır.  
 
Lаbоrаtоriyа iĢi 23.  
Elektrokardioqrafiya (EKQ). 
Ürəkdə elektrik onun oyanmış və oynmamış sahəsi аrasındakı 
potensial  fərqinə  əsasən  baş  verir.  Oyanmış  sahə  müsbət,  oyan-
mamış sahə isə mənfi  yüklü olur.  İki sahə arasındakı potensiallar 
fərqi - bioloji cərəyanın baş verməsinə səbəb olur. Orqan oyanan 
zaman  onda  əmələ  qələn  cərəyan  fəaliyyət  cərəyanı  adlanır. 
Ürəkdə oyanma sinus  düyünündə  əmələ  gəlir, sonra qulaqcıqlara 
və mədəciklərə yayılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə