Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

50 
1.
 
Ürək  fəaliyyəti  hansı  fаzalardan  ibarətdir  və  onların 
müddəti? 
2.
 
Ürək  fəaliyyətinin  fаzalarında  ürəyin  şöbələrinin  qanla 
dolması və qanın ürəkdə hərəkəti? 
3.
 
Ürək avtomatizmi və onu təmin edən amillər? 
4.
 
Ürəyin  müxtəlif  şöbələrinin  avtomatlıq  dərəcəsi  və  bunu 
hansı təcrübə ilə göstərmək olar? 
5.
 
Böyük və kiçik qan dövranları. 
 
 
Lаbоrаtоriyа iĢi 18. 
Qurbağanın ürək fəaliyyətinin qrafiki qeydi 
 
Quruluşuna  görə  qurbağanın  ürəyi  isti  qanlı  heyvaların 
ürəyindən fərqlənir. Qurbağada ürək 3 kameraladır - iki qulaqcıq, 
bir  mədəcik.  Bundan  başqa  boş  venaların  sağ  qulaqcığa  açıldığı 
yerdə venoz sinus vardır. 
Balıqlarda  ürək  iki  kameralıdır-yəni  qulaqcıqdan  və  mədə-
cikdən  ibarətdir.  Əvvəlcə  qan  qulaqcığa  daxil  olur,  sonra  mədə-
ciyə  keçir.  Mədəcikdən  qan  damarları  və  kapillyarlar  ilə  qan 
qəlsəməyə  gəlir,  orada  sudan  oksigeni  qəbul  edir,  karbon  qazını 
isə  ixrac  edir.  Kənd  təsərrüfatı  heyvanlarında  və  quşlarda  ürək 
dörd kameralıdır: iki qulaqcıq və iki mədəcikdən ibаrətdir. 
ĠĢ  üçün  lazımdır:  qurbağa,  kimoqraf,  kimoqrafda  yazmaq 
üçün  link  (qоl),  ürəyi  lingə  birləşdirmək  üçün  sapa  bağlanmış 
serfin (sıxıcı), universal ştativ, mantar lövhə, alətlər dəsti, sancaq, 
tənzif, dəsmal, qurbağa üçün Ringer məhlulu, göz pipeti.  
ĠĢin  gediĢi:  qurbağa  dekaptasiya  edilib  uzun  iynə  ilə  onuğa 
beyni  pozularaq  (2-ci  lаbоrаtоriyа  işinə  bax)  hərəkətsizləşdirilir. 
Arxası  üstə  mantar  lövhədə  təsbit  olunur,  ürək  nahiyyəsində  döş 
boşluğu  açılır,  ürək  perikarddan  azad  edilir.  Ürək  zirvəsindən 
serfinlə tutulur və ona bağlanmış sapla lingin  ara ucuna birləşdi-
rilir.  Ürəyin  arxa  hissəsini  perikarda  birləşdirən  bağ  (yüyən) 
kəsilir.  Lingin  perosu  kimoqrafın  silindiri  səthinə  toxundurulur. 


51 
Kimoqraf  işə  salınır  və  onun  silindri  üzərində  ürəyin  işi  yazılır. 
Alınan yazı kardioqram adlanır. 
Ürəyin  işini  müşаhidə  еdərkən  оnun  şöbələlrinin  аrdıcıl 
fəаliyyətinə diqqət еdiləmlidir. Nəticə dəftərdə qеyd оlunur. 
 
 
Şəkil 13. Qаn dövrаnının sxеmi. 
 


52 
 
Şəkil 14. Ürəkdə qаnın hərəkəti 
 
 
Şəkil 15. Ürəyin kоrоnаr dаmаrlаrı 
 


53 
Lаbоrаtоriyа iĢi 19.  
Ürək avtomatizmi və ona müxtəlif faktorların təsiri. 
 
Xaricdən  heç  bir  təsir  olmadan,  ürəyin  özündə  əmələ  gələn 
impulslarin  təsiri  altında  onun  ritmik  yığılmasına  ürək  avtoma-
tizmi  deyilir.  Ürəyin  nəqledici  sisteminə  -  sinus  düyünü,  Аşof-
tovar  düyünü,  Hiss  dəstəsi  və  Purkine  lifləri  aiddirlər  (şəkil  16). 
Ürəyin ritminin baş tənzimedicisi sinus düyünüdür. Ürəyin çəkisi 
orqanizmin ümumi çəkisindən asılıdır. Atlarda ürəyin çəkisi, onun 
çəkisinin  0,6-1%-ni  iri  buynuzlu  heyvanlarda  0,4-0,6%-ni, 
donuzlarda 0,3-0,4%-ni, itlərdə isə 0,6-1%-ni təşkil edir. 
 
 
Şəkil 16. Ürəyin nəql еdici sistеmi:  
1- Kis-Flеk - sinus düyünü; 2-Аşоf-Tаvаr-аtriоvеntrikulyаr düyünü;  
3- Hiss dəstələri; 4-His dəstəsinin аyаqlаrı; 5-Purkinе lifləri; 6-Bаxmаn dəstəsi 
 
ĠĢ üçün lazımdır: qurbağa, cərrahi alətlər, üç ədəd göz pipeti
buz,  isti  su,  saat  şüşəsi,  soyuqqanlı  üçün  ringer  məhlulu, 
termometr, 1%-li kalium xlorid və kalsium xlorid məhlulları. 
ĠĢin  gediĢi.  Qurbağa  (əvvəlki  təcrübədə  izah  edilən  qayda 
üzrə)  hərəkətsizləşdirilir.  Arxası  üstə  mantar  lövhədə  təsbit  olu-


54 
nur.  Ürəyin  üzəri  geniş  açılır.  Ürək  ehtiyatla  pinsetlə  tutulur  və 
qayçı  ilə  kəsilərək  saat  şüşəsindəki  ringer  məhlulunun  içərisinə 
qoyulur. 
Ürək  3-4  dəqiqə  otaq  temperaturunda  məhlulda  qaldıqdan 
sonra onun bir dəqiqə müddətində vurğuları sayılır. 
Sonra  içərisində  ürək  olan  saat  şüşəsi  isti  su  (28-30
0
C)  ilə 
dolu stəkanın üstünə qoyulur vurğuları sayılır. 
Saat  şüşəsindəki  ürək  içərisində  5-10
0
C  soyuq  su  olan 
stəkanın üstünə qoyulub 2-3 dəqiqə sonra ürək vurğuları sayılır. 
Saat  şüşəsindəki  ürək  2-3  dəqiqə  sonra  otaq  temperaturunda 
saxlandıqdan sonra ürək vurğuları yenə də sayılır. 
Ürək  olan  Ringer  məhluluna  1-2  damcı  kalsium  xlorid 
məhlulu əlavə edilir və ürək vurğuları bir dəqiqədə sayılır. 
Müxtəlif  faktorların  ürək  avtomatizminə  təsiri  analiz  edilir, 
nəticə çıxarılır və dəftərə yazılır. 
 
 
Lаbоrаtоriyа iĢi 20.  
Ġstiqanlı heyvanların təcrid edilmiĢ 
 ürəyi üzərində təcrübə  
Kənd  təsərrüfatı  heyvanlarında  və  dovçanda  ürək  4  kame-
ralıdır: iki qulaqcıq və iki mədəcİkdən ibarətdir. Ürəyin sağ və sol 
yarısı bir-birindən bütöv arakəsmə ilə ayrılır. Belə ki, sol qulaqcıq 
ilə  sağ  qulaqcıq  və  sol  mədəcik  ilə  sağ  mədəcik  arasında  heç  bir 
əlaqə yoxdur. 
ĠĢ üçün lazımdır: dovşan, yarma üçün cərrahi alətlər, aşağıda 
borusu olan 2-3 litrlik şüşə, spiralvari şüşə boru, su hamamı, spirt 
lampası,  T-formalı  şüşə  və  rezin  borular,  ürək  üçün  konyul, 
termometr,  Qofman  sıxacları,  pəncəvarı  sıxıcısı  olan  iki  ştativ, 
geniş  şüşə  biuret,  iki  ləyən,  hava  ötürmək  üçün  rezin  balon,  göz 
pipeti,  yazmaq  üçün  mаnivella,  kimoqraf,  Ringer-Lokk  məhlulu, 
adrenalın  (1:1000)  məhlulu,  asetilxloin  məhlulu  (1:1000),  1%-li 
KCl, CaCl
2
, şpris, inyeksiya iynəsi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə