Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

46 
Qan vermək –orqanizmin həyat fəaliyyətini yaxşılaşdırır, qan 
əmələ gətirən orqanların fəaliyyətini artırır.Orqanizm gümrahlaşır 
və s. 
Hazırda  respublikamızda  çoxlu  donorlar  vardır.  18  yaşından 
60 yaşa qədər sağlam insanlar donor ola bilərlər. 
Tacik  həkimi  Ibn  Sina  iki  it  üzərində  təcrübə  aparıb.  Birinci 
itdən müəyyən vaxtdan bir qan alıb. İkinci itdən isə qan almayıb. 
Müəyyən  vaxtdan  sonra  hər  iki  itin  qan  damarını  kəsib.  Nəticə 
olaraq qan alınmayan ikinci it tez ölüb. 
Hazırda qan köçürmə üçün qan ehtiyatı (qаn bаnkı) yaratmaq 
əsas problemlərdən biridir. 
 
 
MÖVZU: REZUS (pH) FAKTOR VƏ ONUN TƏYINI 
 
1940-ildə K.Landşteyner və İ.Viner insanlarin eritrositlərində 
daha  bir  aqqlütinogen  müəyyən  etmişlər.  Həmin  aqqlütinogeni 
Rezus-faktor adlandırmışlar. Aqqlütinogenin Rezus-faktor adlan-
masının  səbəbi  onun  birinci  dəfə  əntər  meymunun  (Macacus 
Rhesus) qanında tapılmasıdır. 
Alimlər  meymunun  qanını  dovşana  vurmuşlar  və  plazma  al-
mışlar. Həmin plazmada meymunun aqqlütinogeninə qarşı antinel 
(aqqlütinin)  müəyyən  edilmişdir.  Müəyyən  edilmiş  antitel  müa-
yinə  olunan  bir  çox  insanlarin  eritrositlərinin  aqqlütinasiyasına 
səbəb olmuşdur. 
Müəyyən olunub ki, insanlarin 86%-nin qanında Rezus-faktor 
vardır və həmin insanlar müsbət rezuslu (Rh+), 14%-nin qanında 
isə  rezus-faktor  yoxdur,  həmin  insanlar  isə  mənfi  rezuslu  (RH-) 
hesab olunurlar (şəkil 12). 
Müsbət  rezuslu  insanın  qanını  mənfi  rezuslu  insana  köçür-
dükdə  mənfi  rezuslu  insanda  rezus-antigenə  qarşı  spesifik  antitel 
əmələ  gəlir.  Əmələ  gəlmiş  həmin  antitel  illərlə  orqanizmdə  qala 
bilir.  Ona  görə  də  müsbət  rezuslu  qan  təkrarən  həmin  insana 


47 
(antitel  əmələ  gəlmiş)  vurularsa,  bu  zaman  eritrositlərin  aqqlü-
tinasiyası ola bilir. 
Deməli,  mənfi–rezuslu  insanın  qanina  təkrar,  müsbət  rezuslu 
insanın  qanı  vurulduqda  qan  qruplarinin  uyğun  olmasina  baxma-
yaraq  aqqlütinasiya  əmələ  gəlir.  Aqqlütinasiyanın  əmələ  gəlmə-
sinə  səbəb  mənfi  rezuslu  insanda  xüsusi  anti-rezus  aqqlütinin 
olmasıdır. 
 
Şəkil 12. Rеzus fаktоr 
 
 


48 
Müsbət  rezuslu  dölü  olan,  mənfi  rezuslu  analarada  rezus-
antitelin  əmələ  gəlməsinin  xüsusi  əhəmiyyəti vardır. Dölün  rezus 
–faktoru plasentadan (cift) diffuziya  yolu  ilə ananın  qanınа keçir 
və  xarakterik  antirezus  maddənin  yəni  antitelin  əmələ  gəlməsinə 
səbəb  olur.  Həmin  antirezus  maddə  plasenta  vasitəsi  ilə  dölün 
qanına  keçərək  aqqlütinasiyaya  və  həmçinin  onun  eritrositlərinin 
hemolizinə səbəb olur. Nəticədə uşaqda ağır hemolitik xəstəliklər 
baş verir. Əvvələr uşağın qanını təmiz dəyişdirməklə onu ölümdən 
xilas etmək mümkün olurdu. Hazırda tibb elminin müasir metod-
larlı ilə uşaqları müalİcə etmək asandır. 
Qаndа  rezus-faktoru  təyin  etmək  üçün  Rezus-2  cihazından 
(cihazda  standart  zərdablar  olur)  və  yа  stаndаrt  аntirеzuz  zərdа-
bındаn istifadə edilir.  
IĢ üçün lаzımdır: аntirеzus zərdаbı, əşyа şüşəsi, skаrifikаtоr, 
yоd. 
IĢin  gеdiĢi.  Rezus-faktorun  sadə  üsul  ilə  təyini:  Bir  damcı 
аntirеzus  zərdabı  əşyа  şüşəsinin  üzərinə  tökülür.  Sonra  onun 
üzərinə bir damcı yоxlаnılаn qan əlavə olunur və qarışdırılır. 3-5 
dəqiqədən sonra nəticə yoxlanır. Əgər aqqlütinasiya getmişsə, qan 
müsbət rezusludur (RH
+
), getməsə mənfi rezusludur (RH
-
).  
Hazırda  qan  köçürmə  zamanı  qan  qrupları  ilə  bərabər  rezus 
faktor da təyin olunur.  
 
 
Lаbоrаtоriyа iĢi 17.  
Faqositoz. 
Qanda çoxlu miqdardа leykositlər vardır. Onlar nüvəli, rəng-
siz  hüceyrələrdirlər.  Ölçüləri  eritrositlərə  nisbətən  çox  böyükdür, 
lakin  miqdarı  eritrositlərdən  azdır.  Quruluşunа  və  funksiyalarına 
görə  leykositlər  bir-birindən  fərqələnən  bir  neçə  növü  vardır. 
Faqositoz-orqanizmin  müdafiə  reaksiyasıdır.  Leykositlər  orqaniz-
mə daxil olmuş mikrobları udurlаr və həzm edirlər. Leykositlərin 
bu  xassəsini  1883-cü  ildə  rus  alımı  I.I.Meçnikov  kəşf  etmişdir. 


49 
Leykositlərin  mikrobları  və  bаşqа  yаd  mənşəli  zülаllаrı  məhf 
etməsi foqositoz adlanır.  
IĢ  üçün  lаzımdır:  kаrmin  bоyаsı,  həvəng,  şpiris,  qurbаğа, 
mikroskоp, əşyа şüşəsi, örtük şüşəsi. 
IĢin gеdiĢi. Karmin boyası fizioloji məhlul içərisində həvəgdə 
yaxşı  əzilir,  sonra  şprislə  qurbağanın  qarın  boşluğuna,  yaxud  bel 
limfatik kisəsinə yeridilir. 24 saatdan sonra həmin kisənin möhtə-
viyatından mikroskopik preparat hazırlanır. 
Mikroskop  altında  preparata  baxdıqda  leykositlərin  karmin 
boyasını udması müşahidə edilir. 
 
 
QAN DÖVRANI SĠSTEMĠ 
Qan dövranı sisteminin vəzifəsi hüceyrə və toxumların həyat 
fəaliyyəti  üçün  lazım  olan  qаnı  orqanizmin  bütün  nahiyyələrinə 
aparmaqdan ibarətdir. Qan  dövranı  sisteminə ürək, qan damarları 
və kapillyarlar aiddir (şəkil 13, 14, 15). Bu sistemin mərkəzi üzvü 
ürəkdir.  Ürək  eninə,  zolaqlı  əzələdən  təşkil  olunub.  Ürəyin 
fəaliyyətini öyrənmək üçün bir sıra üsullardan istifadə olunur. 
1.Auskultasiya.  
2.Rentgenoskopiya.  
3. Elektrokardioqrafiya- EKQ.  
4.Teleelektrokardioqrafiya –TEQ. 
5.Fonokardioqrafiya FKQ. 
6.Vektorelektrokardioqrafiya –VKQ və s. 
 
 
MÖVZÜ: ÜRƏYĠN FUNKSĠYASI VƏ ONUN 
MEXANĠZMĠ 
Orqanizmdə  qanın  hərəkətini  təmin  edən  əsas  оrqаn  ürəkdir. 
Ürəyin  funksiyası  onun  əzələlərinin  mütəmadi  olaraq  növbə  ilə 
yığılması və boşalması ilə əlaqədardır. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə