Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

59 
ĠĢ üçün lazımdır: Təcrübə heyvanı (laboratoriyа və ya kənd 
təsərrüfаtı  heyvanı),  elektrokardioqraf  EKPS-3  və  ya  EKQ-02M, 
yerə  birləşdirmək  üçün  məftil,  lövhəvari,  iynəvari  elektrodlar, 
fizioloji məhlul, qayçı, tənzif. 
ĠĢin gediĢi. At, yaxud inək dəzgaha sаlınır. İt isə xaltasından 
tutularaq stolun üstə saxlanır. Elektrodun  yeri hazırlanır (еlektrod 
lövhəvaridirsə onun bağlanаcağı yer qırxılır). 
Sonra  elektrokardioqrafın  elektrodları  bədənə  bağlanır. 
Elektrod bədənin üç standart nahiyyəsinə bağlana bilər: 
I - sağ və sol bilək; 
II - sağ bilək və sol baldır;  
III - sol bilək və sol baldır. 
Əvvəl  heyvan  sakit  ikən  elektrokardioqram  yazılır.  Sonra 
heyvana  funksional  yük  verilir  (heyvan  3-5  dəqiqə  qaçırılır)  və 
EKQ təkrar yazılır. Hər iki yazı müqayisə olunaraq təhlil edilir. 
 
 
MÖVZU: ÜRƏK TONLARININ MÜAYINƏSI. 
 
Ürək  işləyən  vaxt  iki  səs  eşidilir.  Həmin  səslər  ürək  tonları 
adlanır. Ürək tonları bir növ ürək fəaliyyətinin xarici əlamətidir. 
Ürək  adi  qulaq  və  yaxud  fonendoskop  vasitəsilə  dinlənilən 
zaman  iki  ton  eşidilir.  Bu  tonlar  bir-birindən  yüksəkliyi  və 
uzunluğu ilə fərqlənirlər. 
Birinci  ton  mədəciklərin  sistolası  dövrünə  düşdüyündən 
sistolik  ton  adlanır.  Sistоlik  ton  yаvаş,  tutqun  və  uzun  оlur.  Bu 
tоn  tаylı  (аtriоvеntrikulyаr)  klаpаnlаrın  qаpаnmаsındаn  və  mədə-
ciklərin  əzələsinin  yığılmаsındаn  аlınır.  Bu  səsə  sistоlа  dövründə 
qаnın аоrtаnı gərginləşdirməsindən аlınаn küy də qоşulur. 
Ikinci  tоn  mədəciklərin  diаstоlаsı  zаmаnı  еşidildiyi  üçün  – 
diаstоlik  tоn  аdlаnır.  Diаstоlik  tоn  birinci  tonun  əksinə  olaraq 
yüksək və qısa olur. Diastоlik ton ancaq aorta və ağciyər arteriyası 
aypara  klapanlarının  qapanmasından  alınır.  Ona  görə  də  ikinci 
tona klapan tonu dа deyilir. 


60 
Müxtəlif ürək xəstəlikləri zamanı tonlara əlavə küylər qarışır 
və onlar təmiz eşidilmir. 
Ürək tonlarının müayinəsi çox mühüm diaqnostik əhəmiyyətə 
malikdir. 
Ürək  tonlarına  adətən  stetoskop  və  ya  tonendokop  vasitəsilə 
qulaq  asılır.  Stetoskop  taxta  və  ya  metaldan  düzəldilmiş  borudan 
ibarətdir.  Onun  nazik  ucu  ürək  nahiyyəsinə  enli  ucu  isə  müayinə 
aparan şəxsin qulağına qoyulur. 
Fonendoskop üstü memran ilə örtülmüş kapsuladan ibarətdir. 
Kapsuladan  ucluqları  olan  iki  rezin  boru  ayrılır.  Bəzi  fonendos-
koplarda kapsuladan çoxlu rezin ayrılır. Bu da  eyni vaxtda iki və 
ya  dörd  nəfərin  eyni  vaxtda  birlikdə  ürək  tonlarını  dinləməsinə 
imkan verir. 
Atlar  və  iri  buynuzlu  heyvanlar  dəzgahda  təsbit  edilir.  Sol 
qabaq  ayaq  bir  qədər  irəli  çəkilir.  Fonendoskop  vasitəsilə  4-5 
qabırğa  arası  nahiyyədə  ürək  tonları  dinlənilir.  Döş  boşluğunun 
sol dirsəkaltı nahiyyəsində əl ilə ürək vurğularını saymaq da olar. 
Təcrübənin nəticəsi təhlil edilərək qeyd olunur. 
Mədəciklərin  sistolası  zamanı  ürəyin  zirvəsinin  döş  qəfəsinə 
dəyməsi  ürək  təkanı  adlanır.  Bunu  rentgenoskopiya  və  yа 
еxоkаrdiоqrаfiyа üsulu vаsitəsilə müayinə etmək olar. 
Ürəyin  bir  iş  dövründə  (tsiklində)  qulaqcıqlar  0,1  saniyə 
işləyir, 0,7 saniyə istirahət edir. Mədəciklər isə 0,3 saniyə işləyir 
0,5 saniyə istirahət edir. Ürəyin hər bir iş dövrü (tsikli) üç fazadan 
ibarətdir.  
1 - qulaqcıqların yığılması- 0,1 saniyə vaxt sərf olunur. 
2 - mədəciklərin yığılması - 0,3 saniyə vaxt sərf olunur  
3  -  qulaqcıqların  və  mədəciklərin  eyni  vaxtda  boşalması 
(diastola) -0,4 saniyə vaxt olunur. Bu faza pauza adlanır. 
Deməli  ürəyin  bir  iş  dövrü  (ürək  tsikli)  cəmi  0,8  saniyə 
davam edir. Qulaqcıqların, mədəciklərin sistolasi və ümumi pauza 
ürəyin bir iş dövrünü (ürək tsiklini) əmələ gətirir. 


61 
Qanın  sistolik  və  dəqiqəlik  həcmi  ürəyin  işi  ilə  əlaqədardır. 
Mədəciklərin  sistolası  zamanı  aorta  və  ağciyər  arteriyasına 
qovulan qan sistolik həcm adlanır. 
Qanın  sistolik  həcmi  müxtəlif  heyvanlarda  müxtəlifdir.  500 
kq çəkisi olan atda sistolik həcm - 850 ml, 500 kq çəkisi olan iri 
buynuzlu heyvanda - 580 ml olur. Qoyunda sistolik həcm - 55 ml, 
çəkisi 10 kq olan itdə - 14 ml olur. 
Ürəyin  bir  dəqiqədə  damarlara  qovduğu  qanın  miqdarı  də-
qiqəlik  həcm  adlanır.  Sistolik  həcmi  bir  dəqiqədəki  ürək  vurğu-
larının sayına vursaq dəqiqəlik həcmi tapmaq olar. 
Insanlarda  sistolik  həcm  60-70  ml  olur.  Əgər  ürək  vurğu-
larının  bir  dəqiqədəki  miqdari  70  olarsa  dəqiqəlik  həcm 
70x70=4900 ml və  ya 4,9 litr olar.  Insanda  dəqiqəlik həcm  4,5-5 
litr olur. Iş zamanı sistolik və dəqiqəlik həcm artır. 
 
 
 
MÖVZU: ÜRƏK FƏLĠYYƏTĠNĠN TƏNZĠMĠ 
 
Ürək faəliyyəti iki sistem ilə tənzim olunur. 
1.
 
Sinir sistemi, 
2.
 
Humoral sistem. 
Itdə  ürəyə  gələn  simpatik  və  azan  sinirlər  kəsilərsə  heyvan 
ölmür. Ancaq heç bir iş görə bilmir. Buradan belə bir nəticə çıxır 
ki,  orqanizmin  hər  an  dəyişən  tələbatını  ödəmək  üçün  ürəyin 
fəaliyyəti mərkəzi sinir sistemi ilə nizamlanır. 
Skelet  əzələsinin  yığılma  qüvvəsi  qıcığın  qüvvəsindən  asılı 
olaraq  artır.  Bu  onunla  əlaqədardır  ki,  çoxlu  liflərə  malik  skelet 
əzələsinin  lifləri  müxtəlif  oyanma  qüvvəsinə  malikdir.  Ürək 
əzələsi isə minimum qıcığa maksimum cavаb verir.  
Mərkəzi  sinir  sistemi  simpatik  və  parasimpatik  sinir  lifləri 
vasitəsilə  ürəyin  işini  tənzim  edir.  Simpatik  və  parasimpatik 
sinirlər ürəyə 5 təsir göstərir. 
1. Ürək vurğularının sayına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə