Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

42 
Eritrositlərdə  aqqlütinləşən  maddə  (A  və  B  aqqlütinogenlər), 
plazmada isə (
 
- və β-aqqlütininlər) vardır. 
Əgər eritrositlərdə A aqqlütinogen və plazmada 
 
-aqqlütinin 
olsa,  o  zaman  bunların  rastlaşmasından  qanda  aqqlütinasiya  baş 
verəcəkdir.  Demək,  eritorsitlərində  A  aqqlütinogen  olan  qanın 
plazmasında 
 
-aqqlütinin,  eritorsitlərində  B  aqqlütinogen  olan 
qanın  plazmasında  isə  β-aqqlütinin  ola  bilməz.  Bu  amillərin 
olmasına  görə  insanda  qan  dörd  qrupa  bölünür.  İnsanların  40%-i 
birinci  qrupa,  39%-i  ikinci  qrupa,  15%-i  üçüncü  qrupa,  6%-i 
dördüncü  qrupa  mənsubdur.  Qanın  neçənci  qrup  olmasının,  оnun 
kəmiyyətinə,  keyfiyyətinə,  funksiyalarına  heç  bir  təsiri  yoxdur. 
Qanın  hansı  qrupa  mənsub  olması  insаnın  xasiyyətinə,  sağlam-
lığına,  qabiliyyətinə  də  təsir  göstərmir.Qanın  qruplara  ayrılması 
əsas qan köçürmədə əhəmiyyətə malikdir. Qan qrupları irsidir və 
insanın bütün ömrü boyu dəyişilməz qalır. 
İnsanda  qruplarda  olan  aqqlütinogen  və  aqqlütininlər  aşağı-
dakı cədvəldə (cədvəl 6) göstərilir.  
Cədvəl 6.  
Insаnlаrdа qаn qruplаrı. 
Qan qrupları 
Plazmada olan 
aqqlütinin 
Eritrositlərdə olan 
aqqlütinogen 
I (0) 
 
-, β- 
yoxdur 
II (A) 
β

III (B) 
 


IV (AB) 
Yoxdur 
AB 
 
Əgər donorla (qan verən) resipientin (qan qəbul edənin) qanı 
qarışdırıldıqda A aqqlütinogenlə 
 
-aqqlütinin və B aqqlütinogenlə 
β-aqqlütinin  rastlaşarsa,  o  zaman  aqqlütinasiya  reaksiyası  baş 
verər- eritrositlər komlaşar. 
Qan  köçürən  zaman  donorun  eritrositlərinin,  resipientin  isə 
zərdabının xassəsi nəzərə alınmalıdır (şəkil 11). Donorun zərdabı-
nın xassəsi nəzərə alınmır, ona görə ki, o resipentin qanı ilə qarış-
dıqda  hədsiz  dərəcədə  durulduğundan  öz  yapışdırıcı-  aqqlütinin-


43 
ləşdirici xassəsini İtirir. Qan qruplarını təyİn etmək üçün iki üsul 
vardır. Birinci vasitəli, ikinci isə vasitəsiz üsul adlanır.  
Laboratoriyalarda  vasitəsiz  üsuldan  ancaq  standart  zərdab 
olmadıqda istifadə edilir. Bu üsulla əşya şüşəsi üzərinə bir damcı 
10%-li natrium-sitrat məhlulu tökülür və bunun üzərinə bir damcı 
donorun  və  bir  damcı  da  resipentin  qanından  əlavə  edilir.  Əgər 
aqqlütinasiya baş verərsə, o zaman duru mayenin içərisində kom-
laşmış  eritrositlərin  olması  adi  gözlə  görünür.  Bu  üsul  ilə  ancaq 
həmin  heyvanların  qanının  bir-birinə  köçürülməsinin  mümkün 
olub-olmamasını təyin etmək olar. 
 
Şəkil 11. Qаn qruplаrının xаssələri 
 
Qanın  qruplarını  vasitəli  üsulla  təyin  etmək  üçün  II  və  III 
qrup qanın standart zərdablarından istifadə edilir. 
ĠĢ  üçün  lazımdır:  II,  III  qrup  standart  qan  zərdabı,  2  ədəd 
steril  şüşə  çubuq,  əşya  şüşəsİ, qan almaq  üçün  skаrifikаtоr,  spirt, 
efir, yod, 10%-li limon turşusunun natrium duzu məhlulu. 
ĠĢin gediĢi. Əşya şüşəsi üzərinə damcı ilə bir-birindən aralı II 
və  III  qrup  qan  zərdabı  tökülür.  Damcıların  dəyişik  düşməməsi 


44 
üçün şüşənin üzərində zərdabların qrupları qeyd olunur. Sonra adi 
qaydada insanın barmağından, atın isə qulağından qan alınır. Hər 
dəfə  təmiz  şüşə  çubuqla  azca  qan  götürülüb  standart  zərdabla 
qarışdırılır. 
Əgər  birinci  beş  dəqiqədə  qanla  zərdabın  qarışığında  hər  iki 
zərdabla  aqqlütinasiya  alınmazsa  bu  qan  I  –ci  qrupa  aid  olur. 
Nümunələrin hər ikisində aqqlütinasiya alınarsa bu qan IV qrupa, 
ancaq  III  qrup  zərdabla  aqqlütinasiya  olursa  qan  II  qrupa  aiddir. 
Əgər qan ancaq II qrup zərdabla aqqlütinasiya olursa III qrupa aid 
edilir. Təcübənin nəticəsi dəftərə yazılır. 
Qanı  I  (0)  qrupa  mənsub  olanlar  universal  donor  adlanırlar, 
yəni onların qanını bütün qruplara köçürmək olar. 
I  qrup qanda 
 
-  və β-  aqqlütininlər  olduğundan,  həmin  qana 
ancaq I qrup qanı köçürmək olar. 
IV qrup qanı olanlara universal resipient deyilir. Bu qrupun 
eritrositləri  qalan  qrupların  zərdabı  ilə  aqqlütininləşdirilir.  Buna 
görə də bu qan ancaq öz qrupuna köçürülə bilər. II və III qrup qan 
ancaq öz qruplarına və IV qrupa köçürülə bilər. Qanı isə ancaq öz 
qruplarından və I qrupdan ala bilər. 
Bir  orqanizmin  qanının  başqa  orqanizmə  köçürülməsinə 
qanın  transfuziyası  deyilir.  Müxtəlif  qruplar  arasında  qan 
transfuziyası aşağıdakı cədvələ (cədvəl 7) əsasən aparılır. 
Cədvəl 7.  
Müxtəlif qruplаr аrаsındа qаnın trаnsfuziyаsı. 
Plаzmа- 
аqlütini

Еritrоsitlər-аqlütnоgеn 
Qеyd 
I (0) 
II (А) 
III (B) 
IV 
(АB) 





«+» аqqlütinаsiyаnın 
оlmаsını göstərir 
«-» аqqlütinаsiyаnın 
оlmаmаsıdır 
II 




III 




IV 




 
Kənd  təsərrüfatı  heyvanlarının  və  quşların  eritrositlərində 
çoxlu  miqdar  aqqlütinogen  (antigen)  faktorlar  müəyyən  edil-
mişdir. 


45 
Hal-hazırda  heyvanlarda  aşağıda  göstərilən  qədər  aqqlüti-
nogen və qan qrupu sistemi müəyyən edilmişdir (cədvəl 8). 
Heyvandarlıqda qan qruplarının təyini:  heyvanını  mənşəyini, 
əslini təyin etmək üçün, eyni zamanda seleksİya üçün əsas verir. 
Ən yaxşı iri buynuzlu heyvanların qan qrupları öyrənilib. 
 
Cədvəl 8.  
Müxtəlif hеyvаnlаrdа qаn qruplаrının miqdаrı 
Heyvanın növü 
Aqqlütinogenlərin miqdarı 
Qan qruplarının miqdarı 
İri buynuzlu mal 
100 
12 
Donuz 
70 
16 
Qoyun 
30 

At 
30 

Camış 
15 

İt 
15 
11 
Toyuq 
60 
14 
Hind quşu 
12 

Balıq 
40 
14 
 
Qan köçürmə zamanı qan xəstəyə tədricən damcı-damcı vuru-
lur. Bu vaxt  donorun qanının plazmasında olan 
 
-  və β-  aqqlüti-
ninlər  resipiyentin  qanında  durulaşmağa  başlayır  və  nəticədə  öz 
yapışdırıcı xassəsini itirir. 
Orqanizmdə  olan  qanın  1/3-2/3  hissəsinin  itirilməsi  ölümə 
səbəb olur. Müalicəsi qan köçürmədir. 
Çoxlu  miqdar qan itirən insanın  taleyi  onun qohum  və dost-
larından asılıdır. Əgər dost və qohumlar müalicə məqsədi ilə qan 
versələr, xəstəni ölümdən xilas etmiş olarlar. Qan vermək - donor 
olmaq şərəfli işdir. 
Donorluq  orqanizmə  necə  təsir  göstərir?-  Dоnоrluğun 
zərərsiz və hətta xeyirli olduğu sübut edilmişdir. İnsanda təxminən 
5-6  litr  qan  olur.  Ondan  alınan  200-400  ml  qan  çox  tez  bərpa 
olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə