Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

38 
2.  Əks  laxtalandırıcı  sistem  –  bu  sistemə  antitromboplastin, 
antitrobinlər,  fibrinolitik  fermentlər  (fibrinolizin  və  ya  plazmin) 
aiddir. 
Normada  damar  daxilində  qan  laxtalanmır.  Ona  görə  ki,  üs-
tünlük  əks  laxtalandırıcı  sistemdə  olur.  Damarın  daxili  qışası  zə-
dələndikdə,  qana  yabancı  maddələr  düşdükdə,  qanda  trombosit-
lərin  dağılmasına  səbəb  olan  faktorlar  olduqda  qan  damar  daxi-
lində laxtalana bilər. 
 
 
Lаbоrаtоriyа iĢi 14.  
Eritrositlərin çökmə sürətinin (EÇS) təyini. 
Eritrositlərin  çökmə  sürəti  onların  bir-birinə  yapışma  tezli-
yindən  asılıdır.  Eritrositlər  bir-birinə  yapışan  zaman  ağırlaşaraq 
daha  tez  çökür.  Eritrositlərin  aqqlütinasiyası  (yapılması)  onların 
mənfi  yükünün  müsbətə  dəyişməsindən  asılıdır.  EÇS-nin  artması 
qanda  qlobulin  zülalının  artması  ilə  əlaqədardır.  Plazmanın 
qlobulini  və  fibrinogeni  müsbət  yüklüdür.  Qlobulin  qanda 
çoxalanda eritrositlərin mənfi yükünü neytralaşdırır. 
 Eritrositlərin  çökmə  sürəti,  qanın  iki  hissəyə  ayrılmasının 
göstəricisidir,  bu  şərtlə  ki,  qan  laxtalanma  prosesinə  uğramasın. 
Laxtalanmasının qarşısı alınmış qan sakit vəziyyətdə qalan zaman 
onun aşağı təbəqəsi xüsusi çəkisi ağır olan eritrositlərdən üst qatı 
isə maye hissəsindən - plazmadan ibarət olur. Deməli, qan iki his-
səyə  ayrılır.  Heyvanlarda  EÇS  оnlаrın  növündən,  cinsindən  və 
yaşından asılı olaraq müxtəlif olur (cədvəl 5). Atlarda, donuzlarda 
eritrositlər tez, iri buynuzlu heyvanlarda və qoyunlarda isə nisbə-
tən  yavaş  çökür.  Eritrositlərin  çökmə  sürətinin  təyini  diaqnostik 
əhəmiyyətə malikdir.  
Eritrositlərin  çökməsi  böyük  sərhəd  içərisində  tərəddüd  edə 
bilər.  Bu,  orqanizmin  vəziyyətindən  və  xüsusən  də  qanın  fiziki-
kimyəvi  xassəsindən  asılıdır.  Bİr  sıra  xəstəliklərdə  eritrosilərin 
çökməsi  sürətləndiyi  kimi  bəzən  yavaşıya  da  bilər.  Heyvanlarda 


39 
boğazlıq, xroniki iltihabi proseslər, yolxucu xəstəliklər (vərəm və 
s.) zamanı EÇS artır. 
Cədvəl 5.  
Müxtəlif heyvanlarda eritrositlərin çökmə sürəti (norma). 
Eritrositlərin mm-lə, çökmə sürəti 
Vaxt 
Atda 
Qaramalda 
Qoyunda  Donuzda 
İtdə  Dovşanda 
15 dəqiqə 
35 
0,15 
0,2 

0,2 

30 dəqiqə 
54 
0,35 
0,4 

0,9 
0,3 
45 dəqiqə 
58 
0,5 
0,6 

1,7 
0,9 
60 dəqiqə 
64 
0,7 
0,8 

2,5 
1,5 
 
Eritrositlərin  çökmə  sürətini  təyin  etmək  üçün,  ən  çox  Pan-
çenkovun mikro üsulundan istifadə edilir. Pançenkov cihazı ştativ 
üzərində bərkidilmiş kapillyar pipetlərdən ibarətdir (şəkil 10). 
Diametrləri  1  mm  olan  bu  kapillyarlar  0-dan  100-ə  qədər 
dərəcələrə bölünmüşdür. Cihazın kapillyarlarında iki işarə vardır. 
«K» işarəsi 0 bölgüsünün yanında, «R» işarəsi isə 50 bölgüsünün 
yanında  yerləşir.  Bu  işarələrdən  «K»  rus  dilində  «кровь»  (qan), 
«R» isə «раствор» (məhlul) mənasını verir. 
 
 
Şəkil 10. Еritrоsitlərin çökmə sürətini təyin еtmək üçün Pаnçеnkоv аpаrаtı.  
А- Pаnçеnkоv аppаrаtı kаpilyаrlа birlikdə; B- Nеvоdоv еritrоsеdiоmеtri 
 


40 
ĠĢ üçün lazımır: Pançenkov cihazı, 5%-li natrium-sitrat məh-
lulu,  saat  şüşəsi,  skаrifikаtоr,  spirt,  efir,  pambıq  və  təcrübə 
heyvanı. 
ĠĢin gediĢi. Cihazın pipetləri 5%-li natrium-sitrat məhlulu ilə 
yuyulur.  Sonra  natrium-sitrat  məhlulundan  pipetin  R  (50)  bölgü-
sünə  qədər  bir  dəfə  çəkilib  saat  şüşəsinə  tökülür.  Bundan  sonra 
həmin  pipetin  K  bölgüsünə  qədər  2  dəfə  qan  çəkilib  saat  şüşə-
sindəki  natirum-sitrat  məhlulunun  üzərinə  tökülür  və  həmin 
pipetin ucu ilə yaxşı qarışdırılır.  
Natrium-sitrat  məhlulu  ilə  qanın  qarışdırılma  nisbəti  1:4 
bərabər olur. Bu qarışığa sitrat qan deyilir. 
Pipetlər  “0”  bölgüsünə  qədər  sitrat  qanla  dondurulub  şaquli 
vəziyyətdə  ştativdə  bərkidilir.  Bir  saat  sonra  eritrositlərin  çökmə 
sürəti təyin edilir. 
 
 
Lаbоrаtоriyа iĢi 15.  
Qan plazmasınınvə zərdabının alınması. 
Qan maye  hissədən-  plazmadan və  formalı  elemetlərdən iba-
rətdir.  Plazma  və  formalı  elemetlərin  nisbəti  heyvanın  növündən 
yaşından  funksional  vəziyyətindən  və  bəzi  xəstəliklərdən  asılı 
olaraq dəyişir. 
ĠĢ üçün lazımdır: 5%-li natrium-sitrat məhlulu, kolba sentri-
fuqa, pipet, təzə qan, sınaq şüşələri və təcrübə heyvanı. 
IĢin gediĢi. Kolbaya 1 ml 5%-li natrium-sitrat məhlulu tökü-
lüb,  üzərinə  10  ml  təzə  qan  alınır  və  yaxşı  qarışdırılır.  Belə  qan 
sitrat  qan  adlanır.  Sitrat  qandan  bir  qədər  sınaq  şüşələrinə 
tökülüb sentrifuqada 15 dəqiqə fırladılır. Nəticədə qan iki hissəyə 
ayrılır.  Üst  qat  qanın  plazması,  alt  qat  isə  formalı  elementlərdən 
ibarət  olur.  Bu  qatların  ayrılmasına  səbəb  plazmaya  nisbətən 
formalı  elementlərin  xüsusi  çəkilərinin  ağır  olmasıdır.  Formalı 
elementlərə  baxdıqda,  onların  da  iki  təbəyə  ayrılmış  olduğu 
görünür.  Aşağı  təbəqəni  eritrositlər,  üst  nazik  təbəqəni  isə 


41 
leykositlər təşkil edir. Plazma  pipet vasitəsilə  çəkilərək  ayrı qaba 
toplanır. Plazma qanın 55-60%-ni formalı elemetlər isə 45-40%-ni 
təşkil  edir.  Deməli  qan  plazmadan  və  formalı  elementlərdən 
ibarətdir. Qanin plazmasının 90-92%-ni su, 8-10%-ni quru maddə 
təşkil  edir.  Qanın  formalı  elemetlərinə  eritrositlər,  leykositlər  və 
trombositlər aiddir. 
Zərdab  almaq  üçün  37
0
C  istilikdə  suya  salınmış  sınaq  şüşə-
sinə  qan  alınır  və  ağzı  tıxac  ilə  bağlanır.  Laxtalanmanı  sürətlən-
dirmək  üçün  qan  həmin  istilikdə  xeyli  saxlanılır.  Qan  laxtasının 
üzərində əmələ gələn şəffaf sarımtıl maye pipetlə çəkilib başqa bir 
sınaq  şüşəsinə  tökülür.  Bu  maye  qan  zərdabı  -serum  adlanır
Plazmanın  tərkibində  fibrinogen  zülalı  olur,  zərdabın  tərkibində 
isə olmur. Təcrübənin nəticəsi dəftərə qeyd olunur. 
 
 
Lаbоrаtоriyа iĢi 16.  
Qan qruplarının təyini. 
Qan  itirmə  zamanı  və  eləcə  də  bir  sıra  xəstəliklərdə  müalicə 
məqsədi  ilə  xəstələrə  qan  köçürülməsinin  böyük  əhəmiyyəti 
vardır.  Əvvəllər  bir  insandan  digərinə  qan  köçürmə  çox  vaxt 
xəstənin  ölməsi  ilə  nəticələnirdi.  Qan  köçürmə  zamanı  ölümün 
səbəbini 1901-ci ildə Avstraliya alimi Karl Landşteyner müəyyən 
etdi.  K.Landşteyner  (1868-1943)  qan  qruplarının  kəşfinə  görə 
1930-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Ölümün səbəbi 
qanı  qəbul  edənin  plazması  ilə,  köçürülmüş  qanın  eritrositlərinin 
bir-birinə yapışması idi. 
Belə  hallarda  eritrositlər  yapışaraq  adı  gözlə  görünə  bilən 
komalar  əmələ  gətirir.  Bu  hala  eritrositlərin  aqqlütinləĢməsi 
(aqlütinasiya) deyilir.  
Hazırda  müəyyən  edilmişdir  ki,  eritrositlərin  aqqlütinləşmə-
sinin səbəbi donorla (qan verən) resipientin (qan qəbul edən) qan 
qruplarının bir-birinə uyğun gəlməməsidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə