Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

66 
Vaqo–simpatik sinir sütünu ətraf toxumalardan ayrılır, ürəklə 
bilavasitə  əlaqəsi  olan  sinirlər  kəsilir  və  sinir-damar  kələfinin  al-
tından sap salınır. Ürək zirvəsindən serfinlə tutularaq lingə birləş-
dirilir. 
Ürəyin  fəaliyyəti  1-2  dəqiqə  müddətində  kimoqrafda  yazılır. 
Sonra  azan  sinir  qıcıqlаndırılır  və  bu  zаmаn  ürək  fəаliyyəti  zəif-
ləyir və yığımlаrın amplitudları qısаlır. Bu da da azan sinirin ürək 
fəaliyyətinə  xarakterik  təsirini  göstərir.  Qıcıq  verilməsi  dayan-
dırılır və kardioqram üzərində aparılan müşahidə davam etdirilir.  
Təcrübə  bir  neçə  dəfə  təkrar  edilir  və  hər  dəfə  sinirin 
qıcıqlаndırılması ürək fəaliyyətinin ləngiməsi ilə nəticələnir. 
Azan  sinirin  qıcıqlаndırılmаsı  dayandırılan  kimi  ürək  fəaliy-
yəti bərpa olunur və bu dəfə ürək əvvəlkindən də bir qədər sürətlə 
işləyir.  Bu  isə  simpatik  sinirin  təsirinin  nəticəsidir.  Sonra  ürəyə 
verilən  cərəyan  qüvvətləndirilir,  ürək  dərhal  diastolа  fazasında 
dayanır.  Qıcıqlanma  dayanadırıldıqda  ürək  yenidən  işləməyə 
başlayır. 
Azan sinirin ürək fəaliyyətinə təsirinin müşahidəsi 1-2 dəqiqə 
davam  etdirilir.  Nəticədə  aydın  olur  ki,  azan  sinir  qıcıqlаndırı-
landa ürək fəaliyyəti ləngiyir, qıcıqlanma dayandırılanda isə ürək 
fəaliyyəti  yenidən  bərpa  olunur.  Bundan  sonra  ürəyin  fəaliyyəti 
əvvəl  yavaş, sonra bir qədər sürətlə, ondan sonra daha sürətlə və 
nəhayət  güclənərək  tədricən  normaya  çatır.  Alınmış  kardioqram 
analiz edilərək nəticə dəftərə yazılır. 
 
 
Lаbоrаtоriyа iĢi 26.  
Ürəyə reflektor təsir (Qols təcrübəsi). 
Ürək fəaliyyətinin reflektor tənzimi, onurğa və uzunsov beyin 
mərkəzləri, yarımkürələrın qabığı, həmçinin aralıq beyinin hipota-
lamus  nahiyyəsi  ilə  təmin  olunur.  Ürəyin  reflektor  təmzimi  mər-
kəzə  qaçan  sinirlərin  və  müxtəlif  refleksogen  zonaların  qıcıqlan-
ması zamanı müşahidə olunur. Refleksogen-refleks əmələ gətirən 


67 
deməkdir. Aorta qövsündə yuxu arteriyasında, boş venalarda ürə-
yin özündə  yerləşən baroreseptorlar və xemoreseptorlar reflekso-
gen  zonaları  əmələ  gətirir.  Refleksogen  zonaların  qıcıqlanması 
ürəyin işini və qan damarlarının mənfəzini dəyişir. Xemoreseptor-
lar qanın kimyəvi  tərkibi dəyişəndə  qıcıqlanır.  Isti,  soyuq, qorxu, 
həyəcan sevinc, kədər və s. reflektor olaraq ürək fəaliyyətinə təsir 
edir. 
IĢ  üçün  lazımdır:  qurbağa,  alətlər,  saniyə  ölçənlər,  mantar 
lövhə, sancaqlar, üç göz pipeti, soyuqqanlilar üçün Ringer məhlu-
lu,  0,5%-li  sulfat  turşusu  və  0,1%-li  atropin  məhlulu,  sücgəc 
kağızı. 
IĢin gediĢi. Qurbağa arxası üstə mantar lövhəyə təsbit olunur. 
Ürəyin üzəri açılır, ürək perikarddan azad edilərək Ringer məhlulu 
ilə isladılır və onun vurğuları bir dəqiqə müddətində sayılır. 
Pinsetlə  qurbağanın  qarnına  bərk  vurulur  və  ürək  vurğuları 
yenidən sayılır. 
Sonra  qurbağanın  baş  və  onurğa  beyni  pozularaq  yenidən 
qarnına  bərk  vurulur  və  ürək  vurğuları  yenidən  sayılır.  Təcrü-
bədən nəticə çıxаrılır dəftərə yazılır. 
 
 
MÖVZU: QAN DAMARLARINDA QANIN TƏZYIQI 
VƏ HƏRƏKƏTI. 
 
Qan damarlarının daxilindəki təzyiq qan təzyiqi adlanır. Qan 
təzyiqinin  yüksəlməsi  və  aşağı  düşməsi  ürəyin  işinin  fazalari  ilə 
əlaqədardır. Müxtəlif faktorlar qan təzyiqinə təsir edir. 
Qan  damarlarda  fasiləsiz  hərəkət  edir.  Baş  beyində  qan  döv-
ranının  bir  neçə  dəqiqə  müddətinə  dayanması  heyvanın  ölməsinə 
səbəb  olur.  Müxtəlif  damarlarda  qanın  hərəkət  sürəti  müxtəlifdir. 
Aortada  400-500  mm/san,  arteriyalarda  150-200  mm/san  olur. 
Kapilyarlarda  isə  qanın  hərəkət sürəti 0,5 mm/san olur.  Belə zəif 
sürət isə qan ilə hüceyrə və toxumalar arasında mübadilə prosesini 


68 
təmin edir. Qan təzyiqi ürəyə  yaxın olan damarlarda daha yüksək 
olur. Sistolik (maksimal) və diastolik (minimal) təzyiq vardır.  
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1.
 
Qan  təzyiqini  yaradan  faktorlar.  Müxtəlif  damarlarda 
qanın təzyiqi. 
2.
 
Damar  refleksogen  sahələr  və  onların  qan  təzyiqinin 
nizamlanmasında rolu. 
3.
 
Qan damarlarında qanın hərəkətini təmin edən faktorlar. 
4.
 
Müxtəlif damarlarda qanın hərəkət sürəti. 
5.
 
Nəbz, onun mənşəyi və təyini. 
6.
 
Arteriya və vena nəbzi. 
7.
 
Nəbz dalğasının qrafik qeydi. 
8.
 
Qanın damarlarda fasiləsiz axmasının səbəbi. 
9.
 
Hipertoniya, hipotoniya haqqında anlayış və qan təzyiqinin 
tənzimi. 
10.
 
Müxtəlif  heyvanlarda  (atda,  inəkdə,  camışda,  qoyunda, 
donuzda) nəbzin miqdarı. 
 
Lаbоrаtоriyа iĢi 27.  
Qan təzyiqinin təyini (vasitəli üsul). 
IĢ  üçün  lazımdır:  sfiqmomanometr  və  ya  tonometr,  fonen-
doskop, spirt, pamqbıq. 
IĢin  gediĢi.  Sfiqmomanometrin,  eləcə  də  tonometrin  boş 
manjeti, müayinə olunan insаnın bazu arteriyasi üzərinə bağlanır. 
Fonendoskop  isə  manjetdən  aşağıda  dirsəyin  bükücü  səthində 
arteriyanın üzərinə qoyulur. Monometrin rezin balonunu sıxmaqla 
manjetə, bazu arteriyasının sıxılması nəticəsində nəbz itənə qədər 
hava  örtülür.  Sonra  monometrin  vintlini  (klapanını)  açaraq 
manjetdən havanı  tədricən xaricə  buraxmaqla damara olan təzyiq 
tədricən  azaldılır.  Bu  zaman  həmin  damara  olan  təzyiqi  göstərən 
civə  sütununun  enmə  səviyyəsi  və  həm  də  dinlənən  damarda 
fasiləli “tup” səsi baş verməsi izlənir. Ilk “tup” səsi eşidilən anda 
civə sütununun göstəricisi qanın ən yüksək - maksimal təzyiqidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə