129
Şəkil 37. Müxtəlif hеyvаnlаrdа bədən tеmpеrаturunun xаrici mühitin
tеmpеrаturundаn аsılılığı. а-istiqаnlı hеyvаn; b-istiqаnlı və sоyuqqаnlı
hеyvаnlаr аrаsındа аrаlıq vəziyyəti tutаn hеyvаnlаr – milçəkquşu (isti ölkələrdə
yаşаyаn əlvаn tüklü kiçik quş); B- sоyuqqаnlı hеyvаn.
İstiliyin əmələ gəlməsi kimyəvi, xaricə verilməsi isə fiziki
prosesdir. Insanlar üçün temperaturun 35
0
C-dən aşağı olması –
hipotermiya, temperaturun 37
0
C-dən yuxarı olması – hipеrtеr-
miyа, 36,5-36,9
0
C аrаsındа оlmаsı - izotermiya аdlаnır (şəkil 38).
Bədən temperaturuna bir sıra faktorlar təsir edir: temperatur
gecə az, gündüz çox olur (şəkil 39). Aclıq zamanı temperatıır
aşağı düşür. Temperaturun +24
0
C-dən aşağı düşməsi və ya +44
0
C-dən yuxarı qalxması hüceyrələrdə zülalların normal halının
(kolloidal) pozulmasına səbəb olur və ölümlə nəticələnə bilir.
130
Şəkil 38. Insаnın bədən səthində tеmpеrаturun tоpоqrаfiyаsı.
Şəkil 39. Insаnın bədən tеmpеrаturunun sutkаnın vаxtındаn аsılılığı
Temperaturun sabitliyi - temperaturun əmələ gəlməsi və
xaricə verilməsi yolu ilə nizamlanır. Deməli, maddələr mübadiləsi
prosesində daim temperatura əmələ gəlir və xaricə verilir.
Müxtəlif hеyvаnlаrdа bədən tеmpеrаturu müxtəlif оlur. Nоrmаdа
inəkdə – 37,5-39,5
0
C, dоnuzlаrdа – 38-40
0
C оlur.
İstilik oksidləşmə prosesi zamanı hücevrənin mitoxondi-
rilərində əmələ gəlir. Canlı toxumaların çox hissəsini əzələlər və
vəzilər təşkil etməklə, istilik ən çox onlarda əmələ gəlir.
İstiliyin əmələ gəlməsinə görə 2-ci yeri qara ciyər tutur. Rus
dilində qara ciyər «peçen» deməkdir. Peçen «peç» sözündən
götürülmüşdür. Qara ciyər canlı orqanizmin ən isti orqanıdır.
Maddələr və enerji mübadiləsinə xarici mühitin temperaturu təsir
göstərir.
131
Xarici mühitin temperaturu aşağı düşdükdə maddələr müba-
diləsi sürətlənir. Xarici mühitin temperaturu yüksəldikdə maddələr
mübadiləsi zəifləyir. Bu da orqanizmin normadan çox isinməsinin
qarşısını alır.
Orqanizmin temperaturunu tənzim edən əsas mərkəz hipota-
lamusda yerləşir. Onun arxa hissəsində istiliyın yaranması, ön
hissəsində isə istiliyin xaricə verilməsi mərkəzi yerləşir.
Dəri reseptorları istinin və ya soyuğun təsirindən qıcıqlanır.
Oyanma əmələ gəlir. Əmələ gəlmiş oyanma temperatur tənzimi
mərkəzinə verilir. Nəticədə vegetativ sinır sisteminin və daxili
sekresiya vəzilərinın vasitəsi ilə oksidləşmə prosesı, əzələlərin
vəziyyəti, tər vəzilərinin sekretor fəaliyyəti dəyişir və bu da
temperaturun dəyişməsinə səbəb olur.
Orqanizmin temperaturu 2 yolla tənzim olunur:
1. Dövran edən qanın temperaturu (hipotalamusu yuyan qan).
Qanın temperaturundan asılı olaraq müvafıq mərkəz oyanır. Bu da
istilik yaranmasına və yaxud istiliyin xarıc olunmasına təsir edır.
2. Reflektor və şərti reflektor yol.
Temperaturun şərti reflektor tənzimində beyin qabığının rolu
böyükdür. Məməlilərdə beyin qabığının kəsilib çıxarılması zamanı
temperaturun sabitliyi pozulur.
Ümumiyyətlə, orqanizmin temperaturu sinir-humoral sistem-
lər ilə nizamlanır.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Maddələr və enerji mübadiləsinin bioloji əhəmiyyəti
2. Vasitəsiz və vasitəli kalorimetriya üsullarının mahiyyəti
3. Ümumi, əsas, aralıq və məhsuldar mübadilə
4. İzotermiya, hipotermiya və hipertermiya
5. Qida maddələrinin enerji dəyəri.
6.Tənəffüs əmsalı (TƏ) və onun dəyişməsi.
7. Enerji mübadiləsinin tənzimi.
132
Lаbоrаtоriyа iĢi 53.
Atda qazlar mübadiləsinə görə vasitəli kalorimetriya
üsulu ilə enerji mübadiləsinin təyini.
ĠĢ üçün lazımdır: at və ya keçi, tənəffüs maskası, hava
keçirməyən kisə, qaz analizator, qaz saatı, dəyişdirici açar.
ĠĢin gediĢi. Tənəffüs maskası heyvanın üzünə geydirilir.
Maskada nəfəsalma və nəfəsvermə klapanları vardır. Hava
keçirməyən kisənin açarının köməyi ilə nəfəsalma klapanı geniş
büzməli rezin boru ilə birləşdirilir. Açar elə vəziyyətdə qoyulur ki,
nəfəsvermə havası rezin kisəyə daxil olsun. Beləliklə, atın
nəfəsvermə havası 5 dəqiqə müddətində kisəyə toplanır. Sоnrа
kisə sıxıcı ilə möhkəm bаğlаnır və mаskа çıxаrılır. Hаvа ilə dоlu
kisə lаbоrаtоriyаyа gətirilir və аşаğıdаkı işlər icrа оlunur:
1. Analiz üçün kisədən hava nümunəsi götürülür və qaz
analizatorda nəfəsvermə havasında oksigenin eləcə də karbon
qazının miqdarı təyin edilir. (Qaz analizatorun qurulması üçün
tənəffüs bölməsinə baxın).
2. Havanın temperaturu və barometrik təzyiqi qeyd olunur.
3. Kisədə qaz saatının köməyi ilə havanın həcmi ölçülür.
4. Atda enerji sərfi hesabalanır.
Nəfəsalma havasının tərkibi:
Karbon qazı - 0,03%
Oksigen - 20,94%
Azot - 79,03%
Nəfəsvermə havasının tərkibi:
Karbon qazı – 3,31%
Oksigen – 17,41%
Azot - 79,28%
Atda 1 dəqiqədə nəfəsvermə havasının həcmi 70,5 litrdir.
Havanın temperaturu 15,4
0
C, barometrik təzyiq 765 mm.
133
15,4
0
C
temperatur üçün 3 nömrəli cədvəldə «B» işarəsi
tapılır. B 13-ə bərabərdir, onda P- B = 765 -13 = 752 mm.
5 №-li cədvəldə hesablama faktoru tapılır və bu 0,9380-ə
bərabərdir. Beləliklə, 1 dəqiqədə nəfəsalma havasının normal
həcmi – 0,9380x70,5=66,13 litrə bərabərdir. Nəfəsvermə hava-
sında qazların faizlə tərkibini bildikdən sonra, həmin qazların litr
ilə miqdarını təyn etmək olar.
CО
2
=
= 2,19 l
О
2
=
= 11,51 l
N
2
=
= 52,43 l
Azot tənəffüs prosesində iştirak etmir. Buna görə də nəfəs-
alma və nəfəsvermə havasında onun miqdarı dəyişmir və 5243
litrə bərabər olur ki, bu da nəfəsalma havasının 79,04%-ni təşkil
edir.
Y =
= 66,33 l
66,3 litr nəfəsalma havasında 0,02 l CO
2
(CО
2
=
= 0,02 l) və 13,88 l О
2
(О
2
=
= 13,88
l) vаrdır.
Bu göstəricilər əsasında 1 dəqiqədə xaric olan karbon qazının
və qəbul edilən oksigenin miqdarının təyin etmək olar.
CO
2
= 2,19 - 0,02 = 2,17 l
O
2
= 13,88 -11,51 = 2,37 l
Dostları ilə paylaş: |