İsvecli Jak Pikar və amerikalı Don Uolsi 1961-ci ildə ilk dəfə olaraq dunyanın ən dərin Marian cokəkliyinə
enmişlər.
Boyuk alman coğrafiyacısı Haydelberq Universitetinin professoru Alfred Hetner (1859-1941) «Coğrafiya,
onun tarixi, mahiyyəti və metodları» əsərini yazmışdır. Bu kitabda coğrafiya elminin mustəqil metodları və
coğrafiyanın bir sıra başqa nəzəri məsələləri haqqında cox maraqlı məlumatlar toplanmışdır.
Hetner Humboltun bir sıra materialist ideyalarını, xususilə landşaftın obyektiv varlığı ideyasını qəbul etmişdir. Onun umumi
coğrafiyanın butovluyu, vahid elmiliyi ideyası, Kantın və Ritterin ideyalarına cox yaxın idi. Alimin vahid coğrafiyasında əsas
yeri diyarşunaslıq və landşaftşunaslıq tuturdu. O, həm də insana təbii landşaftın bir komponenti kimi baxırdı. Coğrafiyada
butovluyun itməsindən narahat olan Hetner coğrafi tədqiqatların digər elmlər, yəni geologiya, fizika, zoologiya, botanika və
ictimai elmlər tərəfindən aparılmasına razı deyildi. O, muxtəlif tərəflərə parcalanmayan, ozunəməxsus mahiyyəti və məzmunu
olan coğrafiya yaratmağa calışırdı. Bunun ucun o, Ritterin «yer cisimləri ilə doldurulmuş məkan» konsepsiyasını əsas goturərək
qeyd edirdi ki, coğrafiya muxtəlif boyuklukdə olan əraziləri, məkanı doldurmuş obyektlərin, əşyaların ərazi munasibətlərini
oyrənir. Coğrafiyanın mahiyyətini sahə-ərazi munasibətlərində gorən Hetner iddia edirdi ki, təbiətdə rayon, landşaft xususiyyəti
yoxdur, onlar tədqiqatcının təfəkkurunun məhsuludur. Buna baxmayaraq, ozu landşaft və rayon haqqında xeyli zəngin
məlumatlar vermişdir. Beləliklə, Hetner də coğrafiya elmi ucun duzgun konsepsiya tapa bilməmişdir. Onun xronoloji
konsepsiyasının ən boyuk noqsanı aşağıdakılar idi.
1. O, amillərin mənşəyi, inkişaf tarixini nəzərə carpan, məkanı dolduran obyektlərin qarşılıqlı əlaqələrini
oyrənməyi soyləməklə coğrafiyada xronoloji konsepsiyanı əsas goturmuşdur.
2. Həqiqi varlıq saydığı tədqiqat obyektinin rayona və landşafta subyektiv munasibətini gostərərək, onu
təfəkkurun inikası hesab etmişdir.
Onun ideyasının quvvətli tərəfi hadisələrin və obyektlərin qarşılıqlı əlaqələrinə boyuk diqqət verməsində idi.
Ərazi aspekti coğrafiya elmlərinin ana xəttini təşkil edir və bu elmin butun sahələrini bir-birilə əlaqələndirir. Hetnerin
fikrincə, bu aspekt coğrafiyanı vahid elmə cevirir. Lakin o, səhvə də yol verirdi, belə ki, ərazi aspekti coğrafiyanın vahid
elmə cevrilməsinə deyil, onların birliyinə səbəb olur. Bir sozlə, Hetnerin vahid coğrafiyası geosiyasətin təsirini daha da
gucləndirir və onu daha cox sosial elmə cevirir, beləliklə də cəmiyyət təbiətdən təcrid edilmiş şəkildə oyrənilirdi.
Bunu biz ABŞ coğrafiyaşunası İsay Baumanın (1878-1955) fəaliyyətində daha aydın goruruk. O, coğrafiyaya
gorkəmli fiziki coğrafiyacı, geomorfoloq, biocoğrafiyacı kimi gəlmiş, And dağlarının Atakama səhrasının, Şimali Amerika
meşələrinin fiziki coğrafiyasını dərindən oyrənmişdir. Lakin Birinci Dunya muharibəsindən sonra siyasi və sosial
coğrafiya ilə məşğul olmuş, «Pioner sərhədləri», «Coğrafiyanın sosial munasibəti» və s. əsərlərini yazmışdır. İ.Baumana
gorə, insan mutərəqqi yaradıcı və təcrubəcidir. Ən muhum təcrubə insanın ozudur. O, dunyanı dəyişdirdikcə ozu də
dəyişir.
İ.Bauman coğrafiyada təsvirciliyin əleyhinə idi. O, hesab edirdi ki, coğrafiyanın vəzifəsi inkişaf prosesini
oyrənməkdir. Onun belə mutərəqqi fikirləri ilə yanaşı, ziddiyyətli fikirləri də var. O, ABŞ prezidenti Vilsonun yaxın
məsləhətcisi olmuş, 20 ildən artıq ABŞ-ın coğrafiya cəmiyyətinə rəhbərlik etmişdir.
İ. Baumanın muasirləri Harlan Barrouz (1877-1960) və Karl Zauer (1889-1975) kimi ABŞ-ın gorkəmli fiziki
coğrafiyacıları ilk dəfə insan ekologiyası məsələləri ilə məşğul olmuşlar. Bu məsələnin qoyuluşu ilə onlar
coğrafiyanın vəhdəti fikrinə əsaslanmış və İ.Bauman kimi coğrafiyanın vəzifəsini insan və təbiət arasındakı
qarşılıqlı əlaqələrin oyrənilməsində gormuşlər.
K. Zauer coğrafiyanın inkişafında cox boyuk rol oynamışdır. O, «Landşaftın morfologiyası», «Mədəni coğrafiya», «Mədəni
bitkilərin mənşəyi», və s. kimi qiymətli əsərlər yazmışdır. O, elə hesab edirdi ki, coğrafiyanın əsas vəzifələrindən biri də təbii
landşaftların mədəni landşaftlara cevrilməsini oyrənməkdir. Alim coğrafiyada tarixiliyə cox fikir verərək gostərir ki, yalnız
kecmişi yaxşı oyrənməklə insanın landşaftlara təsiri prosesini başa duşmək olar. K.Zauerin fikrincə, coğrafiyanın ən muhum
vəzifələrindən biri də insanın canlı və cansız aləmdən, butovlukdə muhitdən istifadə etmək vərdişlərini oyrənməkdir. Coğrafiya
movcud həyat tipləri, onların bir-birilə əlaqəsi və bu əlaqələrdən yaranan mədəni areallarla maraqlanmalıdır. Əhalinin
vərdişlərini oyrənməklə insanların mədəni və təbii muhitlə munasibətlərini təyin etmək olar. O, coğrafiyada təbii muhitə ictimai
həyat baxımından yanaşmaqla ilk dəfə olaraq fiziki coğrafiyanı sosial istiqamətə yonəltmişdir.
Edvard Teyfomun rəhbərliyi ilə yazılan «Coğrafiya» kitabında coğrafiya sosial elm hesab edilir və gostərilir
ki, bu elm ərazilərin təşkili, həmin ərazilərdə olan şəhərlər, ətraf muhit və regional inkişaf, bizi əhatə edən muhitə
nəzarət və s. problemlərlə məşğul olmalıdır.
ABŞ-da nəşr edilən «Sahə təşkili coğrafiyasından dunyaya baxış» əsəri bir qrup alimlər tərəfindən yazılmışdır.
Bu əsərin ana xəttini sosial-coğrafiya təşkil edir.
Ricard Morilla (1934-cu ildə anadan olub) «Cəmiyyətin ərazi təşkili» kitabında coğrafiya aşağıdakı uc
baxımdan yanaşmışdır:
1. Ənənəvi regional baxım, yaxud məhəlli baxım;
2. Ekoloji, yəni ərazi ilə insanın qarşılıqlı munasibətinə baxım;
3. Bixevioristik, yəni insanın ərazidə davranışına baxım.
Bu baxımlar da coğrafiyanın əsas obyekti olmalıdır. O, coğrafiyanın vəzifəsinə sahə-məkan, ərazi
munasibətləri, sahədə-məkanda, ərazidə baş verən dəyişikliklər, fiziki sahənin tərkibi, insanların sahə vasitəsi ilə
əlaqələri, cəmiyyətin sahələr uzrə təşkili, sahə dəyişikliklərindən istifadə zamanı biliklərimiz və s. kimi məsələləri
daxil edir.
Bixeviorizm: insanın gundəlik həyat kutləvi rəftarından, yaxud kutləvi davranışından danışan ən yeni metoddur.
Muasir amerikan, ingilis və isvecli bixeviorist coğrafiya ədəbiyyatında insanların məkanda kutləvi hərəkəti, gundəlik
miqrasiyası, piyada marşrutları, insanlar arasında informasiya mubadilələri, poct gondərişlərinin məkan analizləri,
beynəlxalq telefon danışıqları və s. kimi problemlərdən bəhs olunur. Bixeviorizm bu və ya digər obyektin sahədə