Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə29/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

 
92 
onu çox yaxşı qəbul etdi. Bizansın paytaxtı Arapın o qədər xoşuna 
gəldi ki, o burada ömrünün sonuna qədər yaşadı. 
Məsud Konyada yerləşdi. Danişməndli II Qazinin ölümündən 
sonra Ankara və Çankara yenidən Səlcuqların əlinə keçdi. 
Bizansın Məsuda köməyi uzun sürmədi və o, 1147-ci ildə im-
peratorun  xeyir-duası  ilə  II  Konrada  qarşı  hərbi  əməliyyatlara  baş-
ladı.  Döyüşdə  səlibçilərin  orduları  məğlubiyyətlə  üzləşdilər.  Növ-
bəti il Məsud Fransa kralı II Lüdoviki məğlub etdi, kral bütün dəstə-
si  ilə  əvvəlcə  Adalyaya  (Antolyaya),  oradan  da  öz  ölkəsinə  üzdü. 
Sülh barışığına əsasən Məsud Maraşa çəkildi. 
1156-cı ildə Məsud vəfat etdi. Artıq dövlət şərqdə çiçəklənən 
və təsir gücünə malik bir dövlət idi. Şərqdə Böyük Səlcuqlardan ay-
rılmış xırda mülklər və II Qazinin ölümüdən sonra Daişməndlilərin 
əraziləri bu dövlətin tərkibində idi. 
Xaç yürüşləri Qərbi Avropa feo-
dallarının  Aralıq  dənizinin  şərqindəki 
ölkələrdə  200  il  ərzində-1096-1270-ci 
illərdə  davam  edən  qəsbkarlıq  müha-
ribələri idi. Bu müharibənin təşkilatçsı 
katoliklər  idi.  Katolik  kilsəsi  həmin 
müharibələrə  dini  müharibələr-xristianlığın  islam  dünyasına  qarşı 
mübarizəsi xarakteri verdi. 
Xaç  yürüşləri  ilk  növbədə  Qərbi  Avropa  feodallarının  təca-
vüzkarlığının artması, onların Şərqdə zəngin torpaqlar ələ keçirmək, 
öz gəlir və sərvətlərini artırmaq cəhdləri XI əsrin sonlarında xüsusi-
lə güclənməyə başladı. Çünki bu zaman feodallar sinfinin maddi tə-
ləbatı artmışdı. Bu ümumi iqtisadi yüksəliş, şəhərlərin meydana gəl-
məsi, müntəzəm ticarət əlaqələrinin bərqərar olması ilə əlaqədar idi.
 
İstehsalın nisbətən aşağı olduğu bir zamanda feodallar özlərinin art-
mış tələbatını silah gücü ilə daha asan ödəyə bilərdilər. 
Xaç yürüşlərində katolik kilsəsinin marağı var idi. Kilsə Şərq 
torpaqlarını asılı hala salmaq  yolu ilə öz təsir dairəsini genişləndir-
məyə  çalışırdı. Ümumiyyətlə,  xaç  yürüşlərinin baş  vermə  səbəbləri 
sırasında Papa hakimiyyətinin güclənməsi, katolik kilsəsinin Bizans 
Anadolu Səlcuq 
dövlətinin xaçlılara 
qarĢı mübarizəsi 


 
93 
imperiyasını öz nüfuz dairəsinə və pravoslav  yunanları apostol tax-
tına tabe etmək istəyi, Şərq xristian kilsəsi ilə Qərb xristian kilsəsini 
birləşdirmək  məqsədi,  həmçinin  ruhanilərin  yüksək  nüfuzu,  xalq 
kütləsinin iqtisadi və sosial çətinliyi dayanırdı. Cəngavərlərin müha-
ribə üçün «qəribsəmələri», macəra həvəsində olması da hərəkata tə-
kan verdi. 
XI  əsrin  sonunda  Şərqdə  yaranmış  vəziyyət  Qərbi  Avropa 
feodallarının  qəsbkarlıq  planlarının  həyata  keçirilməsinə  əlverişli 
şərait yaratdı. XI əsrin ortalarında türklər-səlcuqlar Bağdadı tutdular. 
1071-ci  ildə  Bizans  qoşunları  Malazgird  yaxınlığında  baş  vermiş 
vuruşmalarda  ağır  məğlubiyyətə  uğradılar.  Bundan  sonra  səlcuqlar 
demək olar ki, bütün Kiçik Asiyanın sahibi oldular. Onlar xristian-
ların müqəddəs şəhər hesab edikləri Qüdsü (Yerusəlim) tutdular. Bu 
papalara Qərblə müsəlman Şərqinə qarşı geniş müharibə təbliğatına 
başlamaq  üçün  bir  bahanə  oldu.  «Şərqdəki  dindarlara  kömək»  və 
«Xudavəndənin  qəbrinə  (yeni  kilsə  əfsanələrinə  görə  İsa  peyğəm-
bərin Qüdsdə olan qəbrinə) azadlıq» şüarları irəli sürüldü. «Kafirlə-
rin»  Fələstində  xristianları  təqib  etmələri,  xristian ziyarətgahlarının 
təhqir olunması, xüsusən Qərb ziyarətçilərinin Qüdsdə təqib edilmə-
ləri  haqqında  uydurmalar  işə  salındı.  Papaların  çağırışları  feodal 
dünyasında böyük rəğbətlə qarşılandı. 
Bizansdakı vəziyyət də səlibçilərə kömək etdi. Şimaldan Balka-
na  soxulan  peçeneqlər  Bizans  imperatoru  I  Aleksey  Komnini  ağır 
məğlubiyyətə  uğradıb  Konstantinopolun  həndəvərinə  qədər  irəliləyə 
bildilər. Türklər-səlcuqlar Bizansa qarşı donanma yaradıb peçenqlərlə 
danışığa başladılar. I Aleksey kömək üçün bəzi Qərbi Avropa hökm-
darlarına müraciət  etdi,  papa II  Urbanın  yanına səfirlər  göndərdi.  I 
Alekseyin  xahişləri  Qərbi  Avropa  feodallarına  və  kilsəyə  özlərinin 
qəsbkarlıq niyyətlərini həyata keçirmək üçün əlverişli bir bəhanə oldu. 
Papa öz siyasi məqsədlərini həyata keçirmək üçün aşkar surətdə mü-
səlman Şərqinə silahlı basqın etmək çağırışı ilə çıxış etdi. 
Xaç  yürüşlərinin  ümumi  xarakteri,  bilavasitə  hərbi-strateji 
məqsədləri və  həmin  yürüşlərin  iştirakçılarının tərkibi  müxtəlif idi. 
İlk xaç yürüşləri avropalıların Yaxın Şərqə geniş hərbi-müstəmləkə-


 
94 
çilik hərəkatı idi. Bu yürüşlərdə iri və xırda feoldallarla yanaşı kən-
dlilər  də  iştirak  edirdilər.  Xaç  yürüşündə  feodalların  və  kəndlilərin 
məqsədləri müxtəlif idi. XI əsrin sonlarında torpağa kəskin ehtiyacı 
olan  və  pul  vəsaiti  sarıdan  korluq  çəkən  xırda cəngavərlər Şərq  öl-
kələrində mülklər ələ keçirməyə can atırdılar. Öz gəlirlərini təhkim-
çi  kəndlilər  hesabına  əhəmiyyətli  dərəcədə  artırmaq  imkanı  məh-
dudlaşmış iri feodallar belə hesab edirdilər ki, Şərqdə yeni, özlərinin 
hakimiyyəti  altında  olan  dövlətlər  yaratmaq  yolu  ilə  öz  mülklərini 
artırmaqla siyasi nüfuzlarını gücləndirəcəklər. Əksinə, hədsiz zülm-
dən  ümidsizliyə  düçar  olmuş  kəndlilər  «dənizin  o  tayına»  yola  dü-
şərkən ümid edirdilər ki, uzaq ölkələrdə təhkimçilik zülmündən qur-
tulacaq və maddi cəhətdən təmin olunacaqlar. 
Xaç yürüşlərində Şimali İtaliya şəhər respublikalarının-Vene-
siya, Genuya, Pizanın tacirləri fəal iştirak etdilər. Onlar Leven (Ara-
lıq  dənizinin  şərqindəki  ölkələr)  ticarətində  öz  mövqelərini  geniş-
ləndirmək və mökəmləndirmək niyyətində idilər. 
Kəndlilərin Şərqə ilk yürüşləri XII əsrin ortalarınadək kortəbii 
xarakterdə idi. Bu yürüşlərə kəndlilər kilsə təbliğatı nəticəsində qo-
şuldular. XII əsrin ortalarında kəndlilər tədricən hərəkatdan uzaqlaş-
dılar.  Xaç  yürüşləri  başlıca  olaraq  feodal  yürüşünə  çevrildi.  Əsrin 
sonunda  Qərbi  Avropa  feodalları  Asiyanın  müsəlman  dövlətləri, 
Kiçik Asiya əhalisi ilə mübarizəyə başlamağı önə çəkdi. Dini fərq-
lər formal olaraq xaç yürüşünə səbəb oldu. 
Xaç yürüşünün ilhamçısı, təşkilatçısı və fəal iştirakçısı papalar, 
din  xadimləri  olmaqla  katolik  kilsəsi  idi.  O,  Qərb  feodallarını  vahid 
qüvvə  halında  birləşdirir,  xaç  yürüşünün  məfkurə  cəhətdən  vacibli-
yini  əsaslandırırdı.  Papalıq  bir  tərəfdən  kilsə  torpaq  sahibliyi  üçün 
daimi  təhlükə  olan  cəngavərlərin  özbaşınalığını  Avropadan  uzaqlaş-
dırmaq istəyir, digər tərəfdən isə bütün xristian dünyası üzərində öz 
hökmranlıqlarını bərqərar etmək və Şərqdə yeni mülklər yaratmaqla, 
cəngavərlərin hərbi gücündən istifadə etməyə çalışırdılar. 
1095-ci ilin noyabr ayında II Urban Fransa şəhəri Kilermonda 
kilsə məclisini topladı, xalqın geniş kütlələri, cəngavərlər və ruhani-
lər qarşısında geniş nitq söyləyərək onları  «Xudavəndənin qəbrini» 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə