Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə37/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

 
118 
I  Əlaəddin  Keyqubad  böyük  siyasətçi 
və hərbçi olmaqla yanaşı, həm də böyük elm 
adamı idi. O, alimləri sarayında toplayar, on-
ları  mühafizə  edərdi.  Nəcməddin  Dayə,  Əh-
məd  ibn  Mahmudi  Tusi  əl-Kani,  Axi  Ervən 
kimi dövrün görkəmli simaları yaşamaq üçün 
Andoluya 
köçürülmüşdülər.  Bəharəddin 
Vələd  və  oğlu  Mövlana  Cəlaləddin  Rumi, 
dövrün  görkəmli  ziyalısı  Sədrəddin  Konəvi 
Anadolunun  mədəni  həyatında  fəal  iştirak 
etmişdilər.  Tarixi  çox  sevdiyindən  “Səlcuq 
Şahnaməsi” yazdırmış, lakin təəssüflər olsun ki, bu əsər hələlik əldə edil-
məmişdir. 
Əlaəddin  Keyqubadı  yüksək  qiymətləndirən  Prof.  Dr.  Laszlo 
Rasoni  göstərir  ki,  Sultan I  Ələddin  Keyqubad  zamanında  Anadolu  Səl-
cuqlu dövləti böyük  əraziyə sahib olmuş, Krımın bir hissəsi fəth edilmiş, 
İznik  və  Trabzon  imperatorluqları  və  digər  xristian  dövlətləri    xərac 
vermiş, Misir Əyyubiləri Anadoludan çıxarılmış, Konya, Sivas və s. kimi 
yerlərdə möhtəşəm abidələr tikilmiş, çiniçilik və toxuculuq inkişaf etmiş, 
Cenova, Venesiya, Krım və Şərq ölkələri ilə ticarət əlaqələri yaradılmışdır. 
I Əlaəddin Keyqubadı türkmənlər «Ulu Sultan» adlandırmış, döv-
rün qaynaqlarında «Ulu Keyqubad» adı ilə anılmışdır. 
Sultan Əlaəddin Keyqubadın əzəməti onun inşa etdirdiyi möhtəşəm 
camilərdə,  mədrəsələrdə,  karvansaraylarda,  möhkəm  qala  və  surlarda, 
saldırdığı şəhərlərdə bu günə qədər yaşamaqdadır. 
Əlaəddin Keyqubad çox yaxşı təhsil almışdır. Türk-islam qaydaları-
na görə Əmir Seyfəddin, Ayaba və Əmir Bədrəddin Gövhərtaş ona atabəy 
təyin olunmuşdur. Ana dili olan türkcə ilə yanaşı ərəb, fars və rum dilini, 
yüksək islam elmlərini və astronomiyanı öyrənmişdir. 
Sultan Əlaəddin Keyqubadla şəxsən görüşüb onun dünyagörüşü ilə 
yaxından tanış olan məşhur Azərbaycan mütəsəvvifi, filosof Şəhabəddin 
Sührəverdi  öz  tələbəsi  Nəcməddin  Raziyə  məsləhət  verərək:  “Ey  gənc! 
Dindar,  elm  və  təsəvvüfə  bağlı  alim  və  mütəsəvvifləri  və  sənətkarları 
qoruyan Əlaəddin Keyqubadın himayəsinə gir. Onu və xalqı faydalandır” 
tövsiyəsi  ilə  Səlcuqlu  dövlətinə  və  ölkəyə  mənəvi  yardım  etməyə  dəvət 
etmişdir. 
Anadolu  Səlcuqluları  dövrünün  məşhur  tarixçisi  Aksarayi:  “Key-
qubadın heyrət doğuran maddi və mənəvi əsərləri zamanın səhifələri üzə-


 
119 
rində  və  cahanın  hər  tərəfində  günəş  kimi  parlaqdır”  –  deyərkən  onun 
böyük quruculuq fəaliyyətlərini və möhtəşəm abidələrini anlatmışdı. 
I  Əlaəddin  Keyqubad  1205-ci  ildə  Tokat  məliyi  (valisi)  olar-
kən  dövlət  idarəsi  sahəsində  təcrübə  toplamışdı.  Atası  öldükdən 
sonra  I  İzzəddin  Keykavus  ona  atabəyi  təyin  olunmuşdur.  Lakin 
taxta  çıxmaq  istəyən  Keyqubad  Ərzurum  məliyi  Toğrul  şahla  ra-
zılığa gələrək Kayseridəki atabəyinin üzərinə hücum etdi. Ancaq tə-
rəfdarlarının  atabəylə  birləşməsi  səbəbli  Ankara  qalasına  sığındı. 
Keykavus Ankara qalasını və Keyqubadı ələ keçirərək Malatyadakı 
Minşar qalasına hücum etdi. 
1226-cı  ildə  Kilikya  və  Anamuru  fəth  edən  Anadolu  səlcuq 
ordusu Qacaçay ilə Göksu arasındakı bütün Aralıq dənizi sahillərini 
Anadolu  Səlcuqlu  dövlətinə  birləşdirdi,  az  bir  zamanda  Bizansı 
qərbə,  digər  xristianları  isə  şərqə  sıxışdıraraq  Anadolunun  Aralıq 
dənizi sahillərini ələ keçirdi, bağlanan müqaviləyə əsasən xrisianla-
rın Anadolu Səlcuqlu dövlətinə tabeçilik şərtləri ağırlaşdırıldı, bun-
dan sonra zəbt edilən pullar Sultan Əlaəddin Keyqubadın adına ba-
sıldı, Kilikiyanın ən böyük şəhəri olan Sisdə bir cami tikildi. 
Kilikiyanın fəthindən sonra Sultan Əlaəddin Keyqubad Əyyu-
bi sultanı Adilin qızı ilə evlənərək Yaxın Şərqə hakim olan iki türk 
imperatorluğu arasında yaxınlaşmanı təmin etdi. 
Ərzincan  və  Şəbinqarahisardakı  Məngücoğulları  bu  ərazilər-
dən çıxarılaraq mərkəzdən valilər təyin olundu, Məngüc taxtına və-
liəhd  şahzadə  Məlik  Keyxosrov  çıxarıldı,  kiçik  yaşda  olduğu  üçün 
yanına  vali  və  ordu  komandanı  olan  Ərtokuş  bəy  ona  «Atabəy» 
təyin olundu. 
Anadolu  Səlcuqlu  sultanı  Əlaəddin  Keyqubad  şərqi  Qara  də-
niz sahillərindən bizanslıları çıxarmaq məqsədilə 1228-ci ildə Trab-
zon  səfərinə  çıxdı,  lakin  Ərtokuş  bəyin  komandanlığı  altında  türk 
əsgərləri  Trabzon  qalasının  bürclərinə  dırmaşarkən  birdən-birə  baş 
verən  şiddətli  fırtına  mühasirəni  müvəffəqiyyətsizliyə  uğratdı  və 
Trabzonun fəthini iki əsr yarım gecikdirdi. Bu səfər Trabzon impe-
ratorluğunu ortadan qaldırmasa da onu Anadolu Səlcuqlu dövlətinə 
əvvəlkindən daha çox birləşdirdi, Trabzon imperatoru Səlcuqlu Sul-


 
120 
tanı istədiyi  zaman ona tam  təchizatlı  min  əsgər  göndərməyə, illik 
vergi verməyə məcbur oldu. 
Sultan  Əlaəddin  Keyqubadın  1228-ci  ildəki  Trabzon  səfərin-
dən sonra Şərqdə böhran başladı. Böhrana səbəb Çingiz xan tərəfin-
dən  qovulan  Cəlaləddin  Xarəzmşahın  Azərbaycan  və  Yaxın  Şərqə 
gəlməsi,  Anadolu  sərhədlərində  görünməsi  oldu.  Əlaəddin 
Keyqubadın  məqsədi Xarəzmşahlar və  Əyyubilərlə müttəfiq olaraq 
3 böyük Türk-İslam dövlətinin birləşmiş qüvvələri ilə Çingiz xanın 
ordularının  Yaxın  Şərqə  müdaxiləsinə  yol  verməmək  idi.  Lakin  si-
yasi  cəhətdən  zəif  olan  Cəlaləddin  Xarəzmşahın  təkəbbürü  nəticə-
sində bu ittifaq baş tutmadı, əksinə, Cəlaləddin Xarəzmşahın dövrün 
mədəniyyət  mərkəzlərindən  biri  olan  Əhləti  zəbt  edərək  qarət  et-
məsi İslam dünyasında çox pis qarşılandı. Buna baxmayaraq Əlaəd-
din  Keyqubad  Cəlaləddin  Xarəzmşahı  son  dəfə  xəbərdar  etmək 
məqsədilə  ona  yazdığı  məktubda  vəliəhdi  Məlik  Keyxosrovun  qızı 
ilə  evlənməsini  və  bununla  iki  türk  imperatorluğunun  yaxınlaşma-
sını təklif etdi. 
Cəlaləddin  Xarəzmşahın  səhvi  nəticəsində  iki  qüdrətli  türk 
dövlət orduları qarşı-qarşıya gəldi. Yassıçəmən meydan müharibəsin-
də  Cəlaləddin  Xarəzmşah  məğlub  oldu,  Xarəzmşah  ordusu  bu  məğ-
lubiyyətdən sonra Malazqirtdən Əhlətə, oradan Azərbaycana döndü. 
Yassıçəmən  qələbəsindən  sonra  Sultan  Əlaəddin  Keyqubad 
Səlcuqlulara qarşı çıxan Ərzurum məliki, əmisi oğlu Rüknəddin Ca-
han  şahı  əsir  tutaraq  Ərzuruma  başqa  bir  vali  təyin  etdi.  Siyasi 
başarıqsızlığını  anlayan  Cəlaləddin  Xarəzmşah  Anadolu  Səlcuqlu 
sultanı Əlaəddin Keyqubada, Misir Türk Əyyubilərə və Abbasi Xəli-
fəsinə müraciət edərək yardım istədi, lakin ona etimad qalmadığından 
yardım göstərilmədi, nəticədə Çingizoğulları Cəlaləddin Xarəzmşahı 
asanlıqla məğlub edərək Anadolu Səlcuqlu dövlətinə qonşu oldular. 
Anadolu  Səlcuqlu  imperatorluğunun  Sultan  Əlaəddin  Keyqu-
bad sayəsində qazandığı güc Misir Əyyubilərini narahat etməyə baş-
ladı. 1234-cü ildə Misir Əyyubi türk hökmdarı Sultan Kamil 16 Əy-
yubi  məliyi  ilə  Anadolunun  Toroslar  və  Fərat  çayının  şərqində  olan 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə