Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə36/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

 
115 
Xaçlılar  1203-cü  ilin  yayında  Konstantinopolu  mühasirəyə  al-
dılar. Uzun sürən müharibədən sonra 1204-cü ilin aprelində şəhər təs-
lim oldu. 
Konstantinopol  xaçlılar  tərəfindən  yandırıldı.  Şəhər  sakinləri, 
habelə  Sofiya  məbədi  qarət  olundu.  Beləliklə,  Bizans  imperiyasının 
ərazisinin xeyli hissəsi, o cümlədən Balkan yarımadası xaçlıların əli-
nə  keçdi.  Burada  Latın  imperiyası  (1204-1261)  yaradıldı.  Balkan 
yarımadasının  Qərbində  olan  Kipr  hakimiyyəti,  Kiçik  Asiyanın 
şimal-qərbində  Nikeya  imperiyası  və  Qara  dənizin  cənub  sahillə-
rində olan Trabzon imperiyası öz müstəqilliklərini saxlaya bildilər. 
1204-cü ildə  Keyxosrovun  qardaşı  Süleyman şah  öldü.  Onun 
yerinə oğlu III Qılınc Arslan (1204)
 
keçdi. 
Xatırlatma: 
Rüknəddinin  ölümündən  sonra  əmirlər  vəfat  etmiş  sultanın  3 
yaşlı oğlu İzzəddin Qılınc Arslanı taxta gətirdilər. Hakimiyyət uğrunda 
gizli mübarizə davam etdi. Rüknəddin ölməzdən əvvəl Gürcüstanla mü-
haribə  apararaq  Abxaziyanın  bir  hissəsini  ələ  keçirmişdi.  Rüknəddinin 
sağlığında  hakimiyyətdən  uzaqlaşdırılmış  kiçik  qardaşı  I  Qiyasəddin 
Keyxosrov Konstantinopolda sürgündə idi. Bizansın paytaxtında o çoxlu 
dostlar  tapmış,  aristokrat  ölkəyə  mənsub  yunanlı  Manuel  Mavra-
zomatun  qızı  ilə  evlənmişdi.  Qiyasəddinə  məlum  olanda  ki,  taxta  qar-
daşının  azyaşlı  oğlu  gətirilib,  o  özünü  bu  hüquqa  sahib  olduğunu  bil-
dirdi  və  taxtı  ələ  keçirməyi  qərara  aldı.  Bu  işdə  ona  qayınatası    dəstək 
verdi. Qiyasəddin ömrünün sonunadək taxtda qaldı. 
III  Qılınc  Arslanın  yaşı çox az  olduğundan  türkmən  bəyləri 
taxta Keyxosrovu dəvət etdilər. Keyxosrov hakimiyyət başına keçdi. 
O,  tezliklə  böyük  qüvvə  toplayaraq  Trabzonda  Pont  dövləti  quran 
III Aleksionosla mübarizəyə girdi və onun silahı qüvvələrini darma-
dağın etdi. Keyxosrovun silahlı qüvvələri 1207-ci ildə Antalyanı, iki 
il sonra erməni knyazı II Levonun hakimiyyəti altında olan Sis böl-
gəsini tuta bildi. Keyxosrov 1211-ci ildə İznik ərtafında Pont (Rum) 
dövlətinə qarşı aparılan  döyüşlərin birində həlak oldu. Hakimiyyət 
başına oğlu Ġzzəddin Keykavus (1210/1211-1219) keçdi. 
 
 


 
116 
 
   Xatırlatma: 
Keyxosrovun  hakimiyyətini  I 
Keykavus  adı  ilə  oğlu  İzzəddin  da-
vam  etdirdi.  İbn  Bibinin  sözlərinə 
görə, yeni hakim həm xarici görünü-
şü, həm də xarakterinə görə xoş, xe-
yirxah və sülhsevər idi. O, incəsənətə 
meilli  olsa  da,  ömrünün  çox  hissə-
sini  müharibələrdə  keçirdi.  O  məsu-
liyyətli insan və sadiq oğul kimi özü-
nü  göstərdi.  Hakimiyyətə  gəldikdən 
sonra  ilk  fərmanı  atasının  cəsədinin 
Konyaya  gətirilərək  dəfn  olunması 
haqqında oldu. 
Keykavusun  hakimiyyətinin  ilk  illəri  çoxsaylı  çətinliklərlə 
müşayiət olundu. O hakimiyyətə güclü əmirlər tərəfindən gətirildiyindən 
onun  hakimiyyəti  Ərzurumdan  olan  əmisi  Toğrul  və  doğma  qardaşı  I 
Keyqubad tərəfindən tanınmadı. Bundan qəzəblənən Keykavus 1213-cü 
ildə əmisini boğdurdu, qardaşını isə həbs etdirdi.
 
Sultan I İzzəddin Keykavus 8 il 8 aylıq hakimiyyəti dövründə ata-
sının  siyasətini  davam  etdirdi,  Samsun  yaxınlığında  başda  Ərəyli  və 
Amasra limanları olmaqla Qara dəniz sahillərində Sinop limanını və bir 
çox yerləri fəth etdi, Trabzon və Hələb Əyyubi krallığını özünə tabe etdi-
rərək  Anadolu  Səlcuqlu  dövlətini  dövrün  ən  böyük  dövlətlərindən  biri 
halına gətirdi. 
Sultan I İzzəddin Keykavus Anadolunu çox böyük memarlıq abi-
dələri  və  ümumi  binalarla  bəzədi,  Sivasda  böyük  bir  tibb  fakültəsi  aç-
dırdı  və  ona  bağlı    xəstəxana  tikdirdi,  onların  xərclərini  ödəmək  üçün 
Sivasda 70, Ərəylidə 30 mağaza açdırdı. İslam aləminin ən məşhur alim 
və sənətkarlarını Anadoluya topladı. Anadolu Səlcuqlu dövlətinin ən bö-
yük hökmdarlarından olan Sultan I İzzəddin Keykavus tarixdə “Sultan-
ül-Qaalib”, “Sultan-ül-Qahir” kimi adlarla anıldı. 35 yaşında ölən Sul-
tan I İzzəddin Keykavus qardaşı Əlaəddin Keyqubada çox güclü, zəngin, 
firavan və xoşbəxt bir ölkə qoyub getdi.
 
Dövlətin əsas gəlirləri ticarətdən gəldiyindən Keykavus bu sa-
həyə diqqəti artırdı. Çünki Səlcuqlar artıq Antalyanın liman şəhərlə-


 
117 
rində ticarətdə üstün mövqeyə malik idi. Digər tərəfdən bu ərazilər 
franklar tərəfindən zəbt olunmuşdu. Keyxosrovun ölümündən istifa-
də edən erməni çarı  II Levon Qaramanı və digər  əraziləri Səlcular-
dan qopara bilmişdi. Şimalda isə Qara dəniz sahili əraziləri Laskari-
sin  əlində  idi.  1214/1215-ci  ildə  Antalya  geri  qaytarıldıqdan  və  II 
Levon cəzalandırıldıqdan çonra I Keykavus Çin, Hindistan, İran və 
Qərb  ölkələri  ilə  ticarətdə  başlanğıc  mərhələ  kimi  Laskarisə  qarşı 
müharibə aparmaq üçün Qara dənizə çıxış yolunu ələ keçirməyə ça-
lışdı.  Orduya  şəxsən  başçılıq  edən  Keykavus  1214-cü  ildə  Sinopu 
ələ keçirdi, orada olan Trapezund imperatoru Aleksey Komnini əsir 
götürdü, lakin vassallığı qəbul etdiyi üçün azad etdi. Keykavus qızı-
nı Ərzincan əmirinə ərə verməklə əlaqələrini möhkəmlətdi. 
Keykavusun  10  illik  hakimiyyəti  dövründə  ölkə  inkişaf  etdi. 
Pont  dövləti  ilə  münasibətlər  nizama  salındı.  Konya  dövlətin  pay-
taxtı kimi böyüdü, güclü və nizamlı ordu yaradıldı, dövlətin idarəet-
mə  strukturu  təkmilləşdi,  ticarət  inkişaf  etdi.  Şəhərlər  böyüdü.  Ke-
kavusun zamanında səlcuqların çoxu Anadoluda oturaq həyata keç-
di, kənd təsərrüfatı yeni mərhələyə qədəm qoydu. 
İzzəddin  Keykavus  1220-ci  ildə  dünyasını  dəyişdi.  Onun 
yerinə oğlu Əlaəddin Keyqubad keçdi. 
Əlaəddin  Keyqubad  (1221-
1237) 
Anadolu Səlcuqlu sultanıdır. Sul-
tan  I  Qiyasəddin  Keyxosrovun  oğludur. 
Əlaəddin  Keyqubad  özündən  əvvəlki  üç 
Səlcuqlu  sultanı  kimi  bəylərbəyi  Sey-
fəddin  Ayaba,  Əmir-i  Zeynəddin  Bəşərə, 
Əmiri Məclis Mübarizəddin Bəhram şah 
və  Bəharəddin  Kutluğca  kimi  dövlət 
adamları və böyük sərkərdələrin seçimi və təzyiqi ilə taxta çıxarıldı. 
Sultan  Əlaəddin  Keyqubad  17  il  5  aylıq  hakimiyyəti  dövründə 
Çingiz oğullarının hücumuna qarşı Anadolunun böyük şəhərlərinin qa-
la divarlarını yenidən təmir etdirdi, 5 min nəfərlik mükəmməl silahlan-
dırılmış ordunu Mosula göndərərək, Aralıq dənizinin incisi sayılan Ala-
iynəni  (indiki  Alanyanı  –  red.)  fəth  edərək  Antalya  körfəzini  tamamilə 
ələ keçirdi. 
Anadolu Səlcuq 
dövləti  Əlaəddin 
Keyqubadın 
hakimiyyəti 
dövründə 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə