Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

 
112 
Fridrixin  adamlarına  mənfi təsir  göstərir.  Onlar  Konyaya  çatdıqları 
vaxt  həm  fiziki,  həm  də  mənəvi  cəhətdən  əldən  düşürlər,  lakin 
Fridrix dayanmır və şəhəri ələ keçirmək üçün heç bir tədbir görmür. 
O,  ərzaq  ehtiyatı  toplayır.  Ordusunu  Konya  ətrafında  dincəlmək 
üçün  saxlayır,  2  gün  sonra  Kilikiyaya  getməyi  planlaşdırır.  Lakin 
müqəddəs torpaqlara getmək ona qismət olmur, Silitk yaxınlığında 
Gökcə çayını keçərkən büdrəyərək  çaya düĢür,  adamları onun 
köməyinə gəlincə ölür.
 
Yürüş  zamanı  fransızlarla  ingilislər  bir-birinə  qarşı  ədavət 
aparırlar.  Aralıq  dənizində  İngiltərənin  mövqeyini  gücləndirmək 
üçün I Riçard Siciliyanı tutmağa cəhd göstərir. Bu həm Fransa kralı, 
həm  də  Almaniyanın  yeni  imperatoru  VI  Henrixin  narazılığına  sə-
bəb olur. Nəticədə İngiltərə Kipr adasını tutmaqla kifayətlənir. 
1192-ci ildə II Qılınc Arslan 80 yaşında dünyasını dəyişir. 
Xatırlatma: 
Hakimiyyətdən  çəkilməsi  Qılınc  Arslana  arzuladığı  rahatlığı 
gətirmədi. İmperiyanın ərazilərini oğlanları arasında bərabər bölmə-
sinə  baxmayaraq,  ömrünün  qalan  illərini  oğlanları  arasında  gedən 
saray çəkişməsinə şahidlikdə keçirdi. Nəhayət, qoca Sultan bir müd-
dət  bizanslıların  əsiri  olmuş  kiçik  oğlunun  himayəsinə  sığındı. 
1192-ci  ildə  ölüm ayağında olan Sultana bildirdilər ki,  oğlu,  Tokat 
hakimi  Rüknəddin  kiçik  qardaşının  Konyanı  idarə  etməsinə  etiraz 
edir. Qardaşları üzərində qələbə çalan Rüknəddin Süleyman sultan-
lığın ərazisini vahid idarəetmə altında birləşdirməyə qarşısına məq-
səd qoyur və digər qardaşı Müğiysəddini yenicə istila edilmiş Ərzu-
ruma  hakim  təyin  edir.  Yalnız  Ankaradakı  qardaşı  müqaviməti  da-
vam etdirir. Rüknəddin 1204-cü ildə şəhəri ələ keçirir, döyüşdə Mə-
sud həlak olur. 4 gün sonra Rüknəddin də vəfat edir.
 
 Hakimiyyətə can atan Qiyasəddin I Keyxosrov Konyanı ələ 
keçirərək  atasının  yerində  sultan  oldu.  O,  4  il  hakimiyyətini  sürdü.  
Qardaşlar  arasında  hakimiyyət  uğrunda  mübarizə  şiddətləndi. 
Qiyasəddin  qardaşı  Süleymana  qarşı  mübarizə  aparmaqla  bərabər 
Bizans imperatoru III Aleksisi məğlub edərək Qərbə doğru irəliləyə 
bildi. Lakin Süleyman şah ordu toplayaraq mübarizəni daha da  ge-


 
113 
nişləndirmək  üçün  Bizansla  ittifaq  bağlamağa  çalışdı.  Belə  bir 
dövrdə xristianlar yenidən xaç yürüşünnə başladılar. 
Keyxosrovun hakimiyyətə qayıdışı latınların Konstantinopolu 
ələ  keçirməyi  və  Komninlərin  Trapezund  və  Nikeya  imperiyasını 
yaratması  ilə  eyni  vaxta  düşdü.  Konyada  təhlükəsizlikdə  olan  yeni 
sultan  vaxtı  ilə  ona  qucaq  açan  Konstantinopoldan  olan  dostlarını 
unutmadı. O, fikirləşmədən Meandr və Zoodikedə torpaq mülklərini 
qayınatasına  hədiyyə  olaraq  verdi.  Onun  yunanlara  olan  sevgisi 
gündən-günə artmağa başlasa da, əvəlki kimi latınları və erməniləri 
sevmirdi. İmperator Henrinin
 
razılığı ilə 1207-ci ildə səlcuqların ti-
carəti üçün böyük iqtisadi əhəmiyyətə malik Antalya limanını tutdu. 
Hadisələrin  gedişi  Teodor  Laskarisi  məyus  etdi  və  nəticədə 
onun  Keyxosrovla  olan  münasibətləri  pisləşdi.  Laskarislə  qayınatası 
II Aleksey arasında baş verən qarşıdurmadan sonra münaqişə daha da 
dərinləşdi. Laskaris qayınatası II Alekseyə məxsus olan Nikeya impe-
riyasını verməkdən imtina etdi. Belə olduqda, II Aleksey kömək üçün 
Keyxosrova  müraciət  edərək  Laskarisin  Nikeyanı  ona  qaytarmağa 
məcbur etməsini xahiş etdi. Vaxtı ilə sürgündə olarkən imperatordan 
isti münasibət görən Keyxosrov onu xoş qarşıladı və dəstəklədi. 
Keyxosrovla  Laskaris  arasında  müharibə  1210-cu ildə  başladı. 
Laskaris  yunanlılardan ibarət ordusunu franklar, bolqarlar və macar-
lardan  ibarət  hərbi  qüvvələrlə  möhkəmlətmişdi.  Rəvayətə  görə, 
Keyxosrov insan itkisi verməmək üçün imperatoru təkbətək döyüşə 
çağırır. Duel zamanı sultan ölür. Tarixçi İbn Bibi isə xəbər verir ki, 
döyüş Filadelfiya (Alaşəhər) yaxınlığında baş verir. Döyüşün gedi-
şində  Laskaris  atdan  düşür.  Lakin  Keyxosrov  ona  atına  minməyə 
və döyüş meydanını tərk etməyə icazə verir. Laskarisin atdan yıxıl-
dığını görən xristian ordusu qaçır, Səlcuqlar qələbənin onlar tərə-
fində  olduğunu  zənn  edirlər.  Çoxlu  qənimətdən  və  qələbədən  başı 
gicəllənən turklər  öz  vəzifələrini və  ehtiyatlarını  unudaraq Sultanı 
tək  qoyub  düşmənin  arxasınca  düşürlər.  Bu  zaman  təsadüfən  ya-
xınlıqdan  atlı  keçir,  lakin  sultan  bu  atlının  frank  olduğunu  başa 
düşmür  və  bu  səbəbdən  özünü  müdafiə  etmək  üçün  heç  bir  cəhd 
göstərmir.  Atlı  da  öz  növbəsində  Keyxosrovu  tanıyır  və  qəfildən 


 
114 
nizəni  fırlayaraq  Sultana  batırır.  Frank  atlısı  qənimət  əldə  etmək 
məqsədilə  meyidi  qarət  etməyə  başlayır,  bunu  görən  şahidlərdən 
biri Sultanın ölüm xəbərini Laskarisə çatdırmağa tələsir. 
Laskaris həmin frankı və Sultanın meyidini gətirməyi tapşırır. 
Keyxosrovun  ölümünə  göz  yaşı  tökən  Laskaris  frankı  öldürməyi 
tapşırır, sultanın cəsədini  müsəlman adət-ənənəsi ilə dəfn olunması 
üçün Alaşehirdən olan müsəlmanlara göndərir. 
Döyüş  Laskarisin  xeyrinə  başa  çatır.  Müharibəyə  səbəb  olan 
Aleksey kürəkəninin köməyindən məhrum olduğundan ömrünü Ni-
keya monastrında keçirir. Laskaris şimala üz tutaraq ordusunu Qara 
dəniz istiqamətində aparır. 
XII əsrin II yarısında Misir, Suriya və Mesapotamiyanın xeyli 
hissəsi vahid bir dövlət halında birləşdi. Sultan Səlahəddin bu döv-
lətin başçısı oldu. O, 1187-ci ildə Qüds şəhərini ələ keçirə bildi. Be-
lə bir vəziyyət yeni xaç yürüşünün başlanmasına səbəb oldu.
 
IV  Xaç  yurüĢü  (1202-1204)  papa  III  İnnokentinin  çağırışı  ilə 
başlandı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dördüncü Xaç yürüşü (1187-1192) 
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə