Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə39/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

 
125 
gözlədiyi fürsəti verdi və  Səlcuqlu ordularını yoxlamaq məqsədi ilə 
1241/1242-ci ildə monqollar əvvəlcə Ərzurumu mühasirəyə alıb ələ 
keçirdilər. İşğalçılara qarşı mübarizənin qaçılmaz olduğunu anlayan 
Keyxosrov  70  mindən  artıq  ordusunu  hazır  vəziyyətə  gətirərək 
orduya  rəhbərliyi  gürcü  əsilli  Şenşavidzeyə  tapşırdı.  Monqol 
orduları sayca daha çox idi və onlara Bayçu başçılıq edirdi. Monqol 
ordusunda  muzdlu  gürcü  və  erməni  döyüşçüləri  var  idi.  Tərəflər 
1242-ci ildə Sivasdan Ərzincana gedən yolda Kösədağ yaxınlığında 
üz-üzə  gəldilər.  Təcrübəli  Səlcuqlu  türk  komandanları  Çingiz 
ordusuna  yaxşı  bələd  oduğu  üçün  I  və  II  Qılınc  Arslanların 
müharibə  zamanında  tətbiq  etdikləri  dağ  keçidlərini  tutmaq  tak-
tikasını təklif etsələr də, gənc sultan II Keyxosrov və ətrafındakılar 
bu  taktikadan  imtina  edərək  hücuma  keçdilər.  Səlcuqlu  ordusunun 
ön  cəbhəsi  pozulanda  heç  bir  müharibə  görməyən  Sultan  II  Key-
xosrov ordugahı tərk edərək Tokat yolu ilə Konyaya qaçdı. Sultanın 
bu  hərəkətini  görən  ordu  dağınıq  halda  çadırlarını  və  silah-sursat-
larını  buraxıb  dağıldılar.  Döyüş  zamanı  Şenşavidze  həlak  oldu,  bu 
xəbəri eşidən səlcuq ordusu monqol ordusu qarşısında özünü itirdi, 
komandirlərə  məxsus  rəngli  çadırlardan  ibarət  düşərgəni  tərk  edən 
Səlcuqlar  hətta  sultanın  çadırını  və  üzərində  şir  təsviri  olan  şəxsi 
bayrağını da düşərgədə qoydular. 
Səhərisi gün monqol ordusu Səlcuqlu çadırlarına girərək ordu 
xəzinəsini,  atları və  döyüş  sursatlarını  ələ keçirdilər. Bundan sonra 
monqollar Anadolunun ən böyük şəhərləri Sivası, Kayserini və Ər-
zincanı ələ keçirib qarət etdilər. 
Kösədağ  məğlubiyyətindən  sonra  Səlcuqlu  vəziri  Mühəzzi-
bəddin  Əli  Vəzir  Boycu  noyonla  danışıqlar  apararaq  onu  Kösədağ 
məğlubiyyətinin  təsadüf,  Səlcuqluların  hələ  də  yüz  minlik  ordusu-
nun  ayaqda  olduğuna,  Anadolu  xalqının  Səlcuqlulardan  başqa  heç 
kimə itaət və tabe olmayacağına, dövlət büdcəsinin və maliyyə qay-
naqlarının ən uzun müharibələrə çatacaq vəziyyətdə olduğuna inan-
dırdı.  Boycu  noyon  qiymətli  hədiyyələr  alaraq  ordusu  ilə  bərabər 
çəki çəkildi. Beləliklə, Anadolu Səlcuqlu dövləti heç bir ərazi itkisi-
nə uğramadan 1276-cı ilə qədər 33 il yaşadı. 


 
126 
Kosadağdan sonra monqollar yolları üstündə olan kəndləri qa-
rət  edərək  Tokat  və  Qeysəriyyə  istiqamətində  irəlilədilər.  Keyxos-
rov  ona  sadiq  olanlara
 
sülh  danışıqları  aparmağı  tapşırıb  Konyaya 
qaçdı.  Nəticədə  Keyxosrov  hakimyyətdə  qalmaq  şərtilə  (nominal 
xarakterdə) vassal asıllılığını qəbul etdi. 
Monqollar  Keyqubadın  dövründə  Kiçik  Asiyaya  gedən  yolu 
öyrəndilər.  Sultanın  ölümü  isə  onların  bu  torpaqlara  gəlişini  sürət-
ləndirdi. Monqollar yol boyu Rumelinin şərq sərhədlərində məskun-
laşan türk qəbilələrini yerlərindən köçməyə məcbur etdi. Turk-oğuz 
qəbilələrinin  içərisində  sonradan  Osmanlı  kimi  tanınan  qayılar  da 
var idi. 
Xatırlatma: 
Qayıları  Kiçik  Asiyaya  Süleyman  gətirmişdi.  Deyilənlərə 
görə,  bir  dəfə  Süleymanın  oğlu  və  varisi  Toğrul  vuruşan  2  qrup 
atlı  dəstəsi  götürür.  Qarşılaşma  Toğrul  üçün  xoşbəxtlik  gətirir. 
Çünki onun kömək etdiyi tərəf monqollarla vuruşan Səlcuq sulta-
nının özü və onun qorumları idi. Keyxosrov Toğrula Əskişəhərdə-
Konyanın  yaxınlığında-Qaraca-Dağda  torpaq  mülkünü  hədiyyə 
edir. Həmin əraziyə Söyüdlü və Domançı ərazisi də daxil idi. Toğ-
rulun oğlu Osman da Söyüdlüdə doğulmuş və 1324-cü ildə orada 
vəfat etmişdir. 
1243-cü ilin iyulunda KaĢan ətrafında səlcuqlarla monqol qo-
şunları arasında ağır döyüş baş verdi. Monqol sərkərdəsi Bayçu no-
yonun  ordusu  səlcuqlulara  ağır zərbə  vurdu.  Monqol qoşunları  səl-
cuqların  tabeliyndə  olan  türk  bölgələrinə  daxil  olaraq  şəhər  və 
kəndləri qarət etdilər. Bir çox şəhərlər, xüsusilə də dəbdəbəli saray-
lar  dağıdıldı.  Bölkədə  güclü  yanğın  törədildi.  Monqolların  ağalığı 
1308-ci ilə kimi davam etdi. 
Monqol işğalından sonra Anadolu Səlcuq dövləti 1256-cı ildə 
iki hissəyə parçalandı. Bu hissələrdə ayrı-ayrı bəyliklər yarandı. Ki-
çik bəyliklər səlcuqların ənənələrini davam etdirdilər. 
Monqol  istilasının  başlanması  ilə  Orta  Asiya,  İran,  Azərbay-
can  və  Kiçik  Asiyanın  ictimai,  iqtisadi  və  mədəni  həyatında  ciddi 
dəyişikliklər  baş  verdi.  Orta  Asiyada  uyğurlar,  karluq-qıpçaq  və  b. 


 
127 
türk  tayfaları  monqol  işğallarının  ağır  zülmünə  dözə  bilməyərək 
müxtəlif ölkələrə, o cümlədən Kiçik Asiyaya axışdılar. 
Monqol istilası islam aləmində ciddi dəyişikliklərin yaranma-
sına səbəb oldu. Monqol hakimi Hulakü xan başa düşürdü ki, türk 
və  türkmən  qəbilə  başçılarının  müstəqil  knyazlıqlar  kimi  möhkəm 
lənməsi və türklərin təsirinin artması təhlükə törədə bilərOna görə, 
Hulakü  xan  həlak  olan  sultanın  oğlu  və  varisi  II  Ġzzəddin  (1246-
1283)  Keykavusa  nizam-intizamı  bərpa  etməyi,  qayda-qanunları 
pozanları  tapmağı  və  cəzalandırmağı  tapşırdı.  İzzəddin  müəyyən 
uğura  nail  ola  bildi.  Bu  vaxt  Sivasda  İzzəddinə  qarşı  qardaşı 
Rüknəddin  qiyam  qaldırdı.  Bu  hadisədən  narahat  olan  Hulakü  xan 
hər  3  qardaşın  ölkəni  idarə  etməsinə  qərar  verdi.  İsfahanda  olan 
vəzir  Şəmsəddin  Cuveyninin  sayəsində  11  il  ərzində  sui-qəsdlər, 
intriqalar, bir düşərgədən digərinə keçmələr baş versə də, bir çox sa-
hələrdə yüksəliş hiss olundu
Lakin  Nikeya  imperatoru  II  Teodordan  qaçaraq  Konyaya  gə-
lən və İzzəddinə sığınan bizanslı imperator Mixail vəziyyəti daha da 
gərginləşdirdi. Sultan onu muzdlu-xristianlardan ibarət qoşuna başçı 
təyin etdi. Bu qərar İzzəddinin müsəlmanlara olan sadiqliyini şübhə 
altına aldı və onun anasının xristian olduğunu bir daha xatırlatmdı. 
Sultanın  anasının  xristian  inancını  qəbul  etməsi  haqqında  şaiyələr, 
məhkəmə  zamanı  imperator  Mixailin  onu  Səlcuqlara  daha  çox 
simpatiyası olmasında günahlandırması vəziyyəti bir az da ağırlaş-
dırdı. Üç qardaşdan ikincisi olan Rüknəddin bunlardan istifadə edə-
rək İzzəddinə qarşı çıxdı, lakin sultan qardaşını həbsə atdırmağı əmr 
etdi.  Baş  verənlər  böyük  Batını  qəzəbləndirdi  və  Rüknəddin  azad 
edildi. Daha sonra 2 böyük qardaş kiçik qardaşları Əlaəddini Batını 
sakitləşdirmək  üçün  monqol  sarayına  göndərməyi  qərara  aldılar. 
Çox güman ki, orada onu qardaşı Rubrik görmüş və gənc sultan geri 
dönərək yolda ölmüşdür. 1257-ci ildən sonra onun adına rast gəlin-
məməsi,  təxminən  o  vaxtlarda  Murqu  xanın  Xalisədən  şərqdə  olan 
torpaqların  idarəsini  İzzəddinə,  qərbdəki  torpaqlarının  idarəsini  isə 
Rüknəddinə tapşırması bu fikri təsdiq edir. İzzəddinin fikrinə görə, 
bu qərar Rüknəddin üçün əlverişli olsa da, onun üçün təhlükə yara-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə