Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə41/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

 
131 
Anadolu  Səlcuqlu  ordusu  Babailəri  (Baba  İshaq  tərəfdarlarına 
“Babailər”  deyilmişdi  –  red.)  məğlub  edərək  Baba  İshaqı  öl-
dürdülər. 
İbadət və elmlə məşğul olan Baba İshaqın türkmənlər arasında 
böyük nüfuzu var idi. Baba İshaq türk dünyasının böyük hökmdarı 
II  Qiyasəddin Keyxosrov və bəzi dövlət adamlarının dini və əxlaqi 
qaydalara  zidd  həyat  sürdükləri  üçün  onlara  qarşı  türkmənlərin  qi-
yamını qaldırdı. Baba İshaqın peyğəmbərliyinə inanan türkmənlər II 
Qiyasəddinə qarşı mübarizəyə qalxdılar. II Qiyasəddin üsyanı yatır-
maq  üçün  səlcuq  qoşunlarını  göndərdi.  Lakin  səlcuq qoşunları  dal-
badal məğlub olaraq geri çəkildilər. Baba  İshaq Amasiyada tutulub 
öldürüldü.  Lakin  üsyançıar  Baba  İshaqın  ölmədiyini,  onun  yeni 
qüvvə əldə etmək üçün göylərə merac etdiyini bildirərək mübarizəni 
davam etdirdilər. Səlcuq qoşunları Qırşəhər yaxınlığında 1240-cı il-
də döyüşlərdə üsyançıları məhv etdilər. Üsyan yatırılsa da, Baba İs-
haq  müridləri  onun  ideyalarını  yaşatdılar,  Xorasanlı  Hacı  BəktaĢ 
adı altında bir təriqət yaratdılar.
 
Orta Anadoluda baş qaldıran Baba 
İshaq üsyanı dövlətin təməlini sarsıtdı və Çingizoğullarına qarşı gə-
ləcək müqavimətini azaltdı.
 
Beləliklə,  Anadoluda  tənəzzül  dövrü  başladı.  1277-ci  ildən 
başlayaraq Türkiyə monqolların vassalına çevrildi. Sonuncu Səlcuq 
sultanı  II  Qiyasəddin  Məsudun  1308-ci  ildə  ölümü  ölkədə  heç  bir 
dəyişiklik yaratmadı. 
Yaranmış ağır vəziyyətə baxmayraq monqollara qarşı mübari-
zə davam etməkdə idi. Bizans sərhədlərində yaşayan 200 min nəfər 
türkmən  ailəsi  tez-tez  qonşu  ölkələrə  basqın  edir,  əsir  aldıqları 
adamları  satırdılar.  Bunlar  dənizli  türkmənləri  adlanırdılar.  Onlar 
XIII  əsrin  II  yarısında  dəniz  sahillərinə  gələrək  bu  günkü  Muğla 
bölgəsində  məskunlaşmışdılar.  Dənizli  türkmənlər  dərhal  Məntəşə 
adlı bəyliklərini yaratdılar. Səlcuq dövlətinin zəifləməsi nəticəsində 
dənizdə  Ġnancoğulları,  İspara  ilə  Antalya  bölgəsində  Həmidoğul-
ları adlı xüsusi bəylik yarandı. 
Bəhs  olunun  dövrdə  Qərbi  Anadolunun  bir  hissəsində  Aydın 
oğlu  Məhəmməd,  Sapru  xan  və  Karası  adlı  bəyliklər  möhkəmlənə 


 
132 
bildilər.  Mərmərə  bölgəsi  isə  Söyüdlü  ətrafında  yaşayan  Osman 
bəy tərəfindən tutuldu. 
 
 
 
 
 
Osman bəy türkmən bəylərindən idi. Onun atası Ərtoğrul öz 
elatı ilə birlikdə Mərvdən Anadolunun Söyüdlü bölgəsinə gəlmişdi. 
Ehtimal ki, digər türkmən elatları kimi Ərtoğrul elatı da monqol-
ların təzyiqi ilə köçüb buraya gəlmişdilər. 
Türkmənlər Qərbi Anadolu və Mərmərə bölgəsini ələ keçirə 
bildilər.  Başda  Aydınoğulları  olmaqla,  bu  türkmən  bəyləri  məs-
kunlaşdıqları  ərazilərdə  türkləşdirmək  siyasətini  müvəffəqiyyətlə 
həyata keçirdilər. Türk dili rəsmi dövlət dili kimi işləndi. 
Əbu Səid Bahadır xanın ölümündən sonra (1335-ci il) monqo-
lar arasında güclü daxili çəkişmələr başladı. Nəticədə Anadolu bəy-
likləri  öz  müstəqilliklərini  qazana  bildilər.  Osmanlı  imperiyasının 
Anadolu Səlcuqları Avropada  
və Qərbi Anadoluda 
 


 
133 
yaranması və möhkəmlənməsi ilə ölkənin siyasi, iqtisadi və mədəni 
həyatında yeni dövr başlandı. 
I dönəm Anadolu bəylikləri 
-Çaka bəyliyi (1081-1098) 
-Dilmacoğulları bəyliyi (1085-1192) 
-Danişməndlilər bəyliyi (1092-1178) 
-Saltuklu bəyliyi (1092-1202) 
-Əhlətşahlar bəyliyi (1102-1207) 
-Artuklu bəyliyi (1102-1408) 
-İnaloğulları bəyliyi (1098-1183) 
-Məngüçlu bəyliyi (1080-1228) 
-Ərbil bəyliyi (1146-1232) 
-Çubukoğulları bəyliyi (1085-1092) 
 
II dönəm Anadolu bəylikləri 
-Osmanlı imperatorluğu (1299-1922) 
-Taşaoğulları bəyliyi (1350-1398) 
-Çobanoğulları bəyliyi (1227-1309) 
-Karamanoğulları bəyliyi (1256-1483) 
-İnancoğulları bəyliyi (1261-1368) 
-Sahibata oğulları bəyliyi (1275-1342) 
-Pərvanə oğulları bəyliyi (1277-1322) 
-Məntəşə bəyliyi (1280-1424) 
-Candaroğulları bəyliyi (1300-1462) 
-Karəsi bəyliyi (1297-1360) 
-Gərmiyanoğulları bəyliyi (1300-1423) 
-Həmidoğulları bəyliyi (1302-1423) 
-Sarıxanoğulları bəyliyi (1302-1410) 
-Ərzincan bəyliyi (1379-1410) 
-Tacəddinoğulları bəyliyi (1303-1415) 
-Aydınoğulları bəyliyi (1308-1426) 
-Təkəoğulları bəyliyi (1321-1390) 
-Dulqadiroğulları bəyliyi (1339-1521) 
-Ramazanoğulları bəyliyi (1325-1608) 


 
134 
-Qazı Bürhanəddinoğulları bəyliyi (1381-1398) 
-Əşrəfoğulları bəyliyi (1280-1326) 
 
Birinci  dönəm  Anadolu  bəyliklərindən bir  neçəsinin  yaran-
masını şərtləndirən tarixi şəraitə nəzər salaq. 
Məngüclü  bəyliyi,  ya  da  Məngü-
cəklilər (1080-1228) Malazgird döyüşündən 
sonra Anadoluda Ərzincan, Kəmah, Divriyi, 
Şəbinqarahisar  bölgəsində  qurulmuş  bir 
bəylikdir.  Qurucusu  Malazgird  döyü-
şündə  sərkərdə  kimi  iştirak  etmiş  Mən-
güçək  Qazidir.  Bəylik  1080-ci  ildə  qu-
rulmuşdur. 
Məngücək  Qazi  Anadolunun  fəthi 
əsnasında  yuxarıda  adları  qeyd  olunan 
əraziləri  zəbt  etdi,  özü  isə  vuruşmada 
şəhid oldu. 1142-ci ildə Məngücək Qazi-
nin  oğlunun  iqtidara  gəlməsi  ilə  Ərzin-
can  və  Divriyi  qolu  olmaqla  iki  hissəyə 
bölündü.  Ərzincan  qoluna  1228-ci  ildə 
Ərzincanı alan I Əlaəddin Keyqubad son 
qoydu.  Divriyi qolu  isə  1252-ci  ildə  Səl-
cuqluların rəhbərliyi altına düşdü. 
Məngücəklilər  zamanında  bir  sıra  memarlıq  abidələri  inşa 
olundu.  Bunlardan  biri  Divridəki  Qala  Məsciddir  ki,  1180-ci  ildə 
Şahənşah  Süleyman  tərəfindən  tikdirilmişdir.  Divridəki  digər  Ulu 
Məscid  məngücəkli  Əhməd  şah  tərəfindən  1228/1229-cu  ildə  tikil-
mişdir. Məscidin qapıları sənət tarixi baxımından xüsusilə qiymətli-
dir. Bəhram şahın qızı Turan Mələk tərəfindən Ulu Məscidə bitişik 
olaraq tikilən Darüşşəfa da əhəmiyyətli Məngücək abidələrindəndir. 
Məngücəklü bəyləri aĢağıdakılar olmuĢdur: 
Məngücək Qazi (1071-) 
Əmir İshak bəy (-1142) 
Məlik Davud (1142-1168) 
Məngüçlu 
bəyliyi 
 (1080-1228) 
Mənguçək Qazi 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə