92
onu çox yaxşı qəbul etdi. Bizansın paytaxtı Arapın o qədər xoşuna
gəldi ki, o burada ömrünün sonuna qədər yaşadı.
Məsud Konyada yerləşdi. Danişməndli II Qazinin ölümündən
sonra Ankara və Çankara yenidən Səlcuqların əlinə keçdi.
Bizansın Məsuda köməyi uzun sürmədi və o, 1147-ci ildə im-
peratorun xeyir-duası ilə II Konrada qarşı hərbi əməliyyatlara baş-
ladı. Döyüşdə səlibçilərin orduları məğlubiyyətlə üzləşdilər. Növ-
bəti il Məsud Fransa kralı II Lüdoviki məğlub etdi, kral bütün dəstə-
si ilə əvvəlcə Adalyaya (Antolyaya), oradan da öz ölkəsinə üzdü.
Sülh barışığına əsasən Məsud Maraşa çəkildi.
1156-cı ildə Məsud vəfat etdi. Artıq dövlət şərqdə çiçəklənən
və təsir gücünə malik bir dövlət idi. Şərqdə Böyük Səlcuqlardan ay-
rılmış xırda mülklər və II Qazinin ölümüdən sonra Daişməndlilərin
əraziləri bu dövlətin tərkibində idi.
Xaç yürüşləri Qərbi Avropa feo-
dallarının Aralıq dənizinin şərqindəki
ölkələrdə 200 il ərzində-1096-1270-ci
illərdə davam edən qəsbkarlıq müha-
ribələri idi. Bu müharibənin təşkilatçsı
katoliklər idi. Katolik kilsəsi həmin
müharibələrə dini müharibələr-xristianlığın islam dünyasına qarşı
mübarizəsi xarakteri verdi.
Xaç yürüşləri ilk növbədə Qərbi Avropa feodallarının təca-
vüzkarlığının artması, onların Şərqdə zəngin torpaqlar ələ keçirmək,
öz gəlir və sərvətlərini artırmaq cəhdləri XI əsrin sonlarında xüsusi-
lə güclənməyə başladı. Çünki bu zaman feodallar sinfinin maddi tə-
ləbatı artmışdı. Bu ümumi iqtisadi yüksəliş, şəhərlərin meydana gəl-
məsi, müntəzəm ticarət əlaqələrinin bərqərar olması ilə əlaqədar idi.
İstehsalın nisbətən aşağı olduğu bir zamanda feodallar özlərinin art-
mış tələbatını silah gücü ilə daha asan ödəyə bilərdilər.
Xaç yürüşlərində katolik kilsəsinin marağı var idi. Kilsə Şərq
torpaqlarını asılı hala salmaq yolu ilə öz təsir dairəsini genişləndir-
məyə çalışırdı. Ümumiyyətlə, xaç yürüşlərinin baş vermə səbəbləri
sırasında Papa hakimiyyətinin güclənməsi, katolik kilsəsinin Bizans
Anadolu Səlcuq
dövlətinin xaçlılara
qarĢı mübarizəsi
93
imperiyasını öz nüfuz dairəsinə və pravoslav yunanları apostol tax-
tına tabe etmək istəyi, Şərq xristian kilsəsi ilə Qərb xristian kilsəsini
birləşdirmək məqsədi, həmçinin ruhanilərin yüksək nüfuzu, xalq
kütləsinin iqtisadi və sosial çətinliyi dayanırdı. Cəngavərlərin müha-
ribə üçün «qəribsəmələri», macəra həvəsində olması da hərəkata tə-
kan verdi.
XI əsrin sonunda Şərqdə yaranmış vəziyyət Qərbi Avropa
feodallarının qəsbkarlıq planlarının həyata keçirilməsinə əlverişli
şərait yaratdı. XI əsrin ortalarında türklər-səlcuqlar Bağdadı tutdular.
1071-ci ildə Bizans qoşunları Malazgird yaxınlığında baş vermiş
vuruşmalarda ağır məğlubiyyətə uğradılar. Bundan sonra səlcuqlar
demək olar ki, bütün Kiçik Asiyanın sahibi oldular. Onlar xristian-
ların müqəddəs şəhər hesab edikləri Qüdsü (Yerusəlim) tutdular. Bu
papalara Qərblə müsəlman Şərqinə qarşı geniş müharibə təbliğatına
başlamaq üçün bir bahanə oldu. «Şərqdəki dindarlara kömək» və
«Xudavəndənin qəbrinə (yeni kilsə əfsanələrinə görə İsa peyğəm-
bərin Qüdsdə olan qəbrinə) azadlıq» şüarları irəli sürüldü. «Kafirlə-
rin» Fələstində xristianları təqib etmələri, xristian ziyarətgahlarının
təhqir olunması, xüsusən Qərb ziyarətçilərinin Qüdsdə təqib edilmə-
ləri haqqında uydurmalar işə salındı. Papaların çağırışları feodal
dünyasında böyük rəğbətlə qarşılandı.
Bizansdakı vəziyyət də səlibçilərə kömək etdi. Şimaldan Balka-
na soxulan peçeneqlər Bizans imperatoru I Aleksey Komnini ağır
məğlubiyyətə uğradıb Konstantinopolun həndəvərinə qədər irəliləyə
bildilər. Türklər-səlcuqlar Bizansa qarşı donanma yaradıb peçenqlərlə
danışığa başladılar. I Aleksey kömək üçün bəzi Qərbi Avropa hökm-
darlarına müraciət etdi, papa II Urbanın yanına səfirlər göndərdi. I
Alekseyin xahişləri Qərbi Avropa feodallarına və kilsəyə özlərinin
qəsbkarlıq niyyətlərini həyata keçirmək üçün əlverişli bir bəhanə oldu.
Papa öz siyasi məqsədlərini həyata keçirmək üçün aşkar surətdə mü-
səlman Şərqinə silahlı basqın etmək çağırışı ilə çıxış etdi.
Xaç yürüşlərinin ümumi xarakteri, bilavasitə hərbi-strateji
məqsədləri və həmin yürüşlərin iştirakçılarının tərkibi müxtəlif idi.
İlk xaç yürüşləri avropalıların Yaxın Şərqə geniş hərbi-müstəmləkə-
94
çilik hərəkatı idi. Bu yürüşlərdə iri və xırda feoldallarla yanaşı kən-
dlilər də iştirak edirdilər. Xaç yürüşündə feodalların və kəndlilərin
məqsədləri müxtəlif idi. XI əsrin sonlarında torpağa kəskin ehtiyacı
olan və pul vəsaiti sarıdan korluq çəkən xırda cəngavərlər Şərq öl-
kələrində mülklər ələ keçirməyə can atırdılar. Öz gəlirlərini təhkim-
çi kəndlilər hesabına əhəmiyyətli dərəcədə artırmaq imkanı məh-
dudlaşmış iri feodallar belə hesab edirdilər ki, Şərqdə yeni, özlərinin
hakimiyyəti altında olan dövlətlər yaratmaq yolu ilə öz mülklərini
artırmaqla siyasi nüfuzlarını gücləndirəcəklər. Əksinə, hədsiz zülm-
dən ümidsizliyə düçar olmuş kəndlilər «dənizin o tayına» yola dü-
şərkən ümid edirdilər ki, uzaq ölkələrdə təhkimçilik zülmündən qur-
tulacaq və maddi cəhətdən təmin olunacaqlar.
Xaç yürüşlərində Şimali İtaliya şəhər respublikalarının-Vene-
siya, Genuya, Pizanın tacirləri fəal iştirak etdilər. Onlar Leven (Ara-
lıq dənizinin şərqindəki ölkələr) ticarətində öz mövqelərini geniş-
ləndirmək və mökəmləndirmək niyyətində idilər.
Kəndlilərin Şərqə ilk yürüşləri XII əsrin ortalarınadək kortəbii
xarakterdə idi. Bu yürüşlərə kəndlilər kilsə təbliğatı nəticəsində qo-
şuldular. XII əsrin ortalarında kəndlilər tədricən hərəkatdan uzaqlaş-
dılar. Xaç yürüşləri başlıca olaraq feodal yürüşünə çevrildi. Əsrin
sonunda Qərbi Avropa feodalları Asiyanın müsəlman dövlətləri,
Kiçik Asiya əhalisi ilə mübarizəyə başlamağı önə çəkdi. Dini fərq-
lər formal olaraq xaç yürüşünə səbəb oldu.
Xaç yürüşünün ilhamçısı, təşkilatçısı və fəal iştirakçısı papalar,
din xadimləri olmaqla katolik kilsəsi idi. O, Qərb feodallarını vahid
qüvvə halında birləşdirir, xaç yürüşünün məfkurə cəhətdən vacibli-
yini əsaslandırırdı. Papalıq bir tərəfdən kilsə torpaq sahibliyi üçün
daimi təhlükə olan cəngavərlərin özbaşınalığını Avropadan uzaqlaş-
dırmaq istəyir, digər tərəfdən isə bütün xristian dünyası üzərində öz
hökmranlıqlarını bərqərar etmək və Şərqdə yeni mülklər yaratmaqla,
cəngavərlərin hərbi gücündən istifadə etməyə çalışırdılar.
1095-ci ilin noyabr ayında II Urban Fransa şəhəri Kilermonda
kilsə məclisini topladı, xalqın geniş kütlələri, cəngavərlər və ruhani-
lər qarşısında geniş nitq söyləyərək onları «Xudavəndənin qəbrini»
Dostları ilə paylaş: |