Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

 
83 
Qaraxanlı hömdarlarının Səlcuq torpaqlarına basqınından sonra 
Məlik şah təkrar Mavərannəhr üzərinə səfərə çıxdı, əvvəlcə Şimali, son-
ra Cənubi Qarxanlıların ərazisini Böyük Səlcuq torpaqlarına qatdı. 
Məlik  şahın  zamanında  Böyük  Səlcuqlu  dövlətinin  sərhədləri 
Anadoludan 
Ummana, 
Qafqazdan 
Hindistana 
qədər 
uzanırdı 
(10.000.000  kv.km.).  Məlik  şahdan  sonra  Səlcuqlular  əvvəlki  gücünə 
çata bilmədi. 
Məlik şah elm və mədəniyyət xadimlərini sevər və onları qoruyar-
dı. Mahmud Kaşqarlı və Ömər Xəyyam kimi alim və şairləri himayə et-
mişdir.  Bağdadda  Sutan  Məlik  şah  Camisini  tikdirmiş,  İsfahanda 
rəsədxana,  müxtəlif  karvansaraylar,  körpülər,  qalalar,  məktəb  və 
mədərəsələr  inşa  etdirmiş,  1074-cü  ildə  Cəlali  təqvimini  hazırlatmışdı. 
Ticarət mallarından alınan vergilərin bəziləri ləğv edilmişdir. 
Sultan Alp Arslan babası Səlcuq bəyin məzarını Cənddə ziya-
rət edib Xorasana dönüncə 11 yaşlı oğlu Məlik şahı 1066-cı ilin iyul 
ayında rəsmən vəliəhd elan etmişdi. Alp Arslan xaincəsinə öldürül-
dükdən  sonra  yerinə  17  yaşlı  oğlu  Məlik  şah  keçdi.  Alp  Arslanın 
ölümündən sonra qardaşı  Kirman məliyi  Kavurt  sultan Məlik şaha 
qarşı çıxaraq Səlcuqlu taxtına oturmaq istəsə də, məğlub olub ölmüş, 
beləliklə, Kirman səlcuqlu məlikliyi Məlik şaha tabe olmuşdu. 
Alp Arslanın ölümündən və Məlik şahın gəncliyindən istifadə 
edən Qəznəlilər və Qaraxanlılar səlcuqlularla mübarizəyə başladılar. 
Qəznəlilər 1073-cü ilin dekabr ayında Məlik şahın əmisi Məlik Os-
manı Çiqilkənd meydan müharibəsində məğlub edərək əsir aldı. Qa-
raxanlıları özünə tabe edən Məlik şahdan qorxan Qəznəlilər  müha-
ribəyə  vəsilə  verməmək  üçün Sultanın  əmisi  məlik  Osmanı  elçiləri 
vasitəsilə Məlik şaha göndərdilər. Anadolunun fəthi və Yaxın Şərq 
məsələləri ilə məşğul olmaq üçün Qəznəlilərlə savaşmaq istəməyən 
Sultan  Məlik  şah  sülhə  razı  oldu,  qızı  Gövhər  xatunu  Gəznə  və-
liəhdi Məsuda nişanladı, bununla da üç böyük türk xanədanları ara-
sında sıx qohumluq əlaqələri yarandı. Məlik şah Anadolunu tama-
milə  fəth  etməyə  başlayan  Səlcuqlu  Süleymana  kömək  göstərdi, 
bununla da gələcək Türkiyə dövlətinin qurulmasını təmin etdi. 
Məlik şah oğuzların Yıva boyu bəylərindən Məlik Atsız vasi-
təsilə Şərqi Aralıq dənizi sahillərini, Şamı, bütün Suriyanı, Fələstini, 
Hicaz və Yəməni Fatimilərdən alaraq Səlcuqlu imperatorluğuna qat-


 
84 
dı. Bir-birinin ardınca Qafqazı, Xəzər dənizinin qərb sahillərindəki 
ölkələri, Qərbi Qaraxanlı dövlətinin əraziləri olan Buxara və Səmər-
qəndi, Şərqi Qaraxanlı ərazilərini Səlcuqlu imperatorluğuna bağışla-
yan  Məlik  şah  tarixdə  «Sultan  ül-Əzəm-Ən  Böyük  İmperator», 
«Sultan ül-Adil» və «Əbül-Fəth» titulları daşımışdır. 
18 yaşlı Məlik şah hakimiyyətinin ilk günlərindən ölkədə daxili 
sabitliyi qoruyub saxlamağa və Şərq sərhədlərini möhkəmləndirməyə 
başladı. Bu vaxt Kirman məliyi olan əmisi Qara Arslan Məlik şahın 
sultanlığını  tanımayaraq  mübarizəyə  başladı.  Vəzir  Nizamülmülkün 
məsləhəti ilə Məlik şah yürüş edərək Həmədan yaxınlığında əmisinin 
silahlı dəstələrini darmadağın etdi, özünü isə öldürdü. Bundan sonra 
Məlikşah  qərbə-Qaraxanlı ordusunun üzərinə  yeridi.  Əhv  edilməsini 
xahiş edən Şəmsül Nəsr öz vəzifəsində saxlanıldı. 
Ölkədə nisbi sabitlik yarandı. Məlik şah imperatorluğun mər-
kəzini İsfahana köçürdü, yeni yürüşlərə başlamaq üçün hazırlıq gör-
məyə  başladı.  Bu  dövrdə  Qərbdəki  əmirlər  Malazgirt  döyüşündən 
sonra Alp Arslanın verdiyi əmrləri yerinə yetirdilər. Kutalmışın oğ-
lanları  Süleyman  şah,  Mənsur,  Alp,  İlıq,  Dolat  tabeliklərində  olan 
silahlı qüvvələrlə, türkmən başçıları Artuk bəy və Tutak bəy Anado-
lunun içərilərinə doğru irəlilədilər. Məlik şah türkmən bəylərinin ən 
məşhur  sərkərdələrindən  biri  Artuk  bəyə  Şərqi  Ərəbistan  üzərinə 
yürüş etməyi tapşırdı. Artuk bir il ərzində məmləkəti ələ keçirə bildi. 
Məlik  şah  dövründə  Səlcuqlu  imperatorluğunun  sərhədləri 
Altay  dağlarından  Aralıq  dənizi  sahillərinə,  Qaşqardan  Qafqaza, 
Aral gölündən Hind dənizi və Yəmənə, Türküstandan Boğaziçinə 
qədər  genişlənməklə dünyanın  ən böyük imperatorluqlarından b-
biri oldu. Sultan Məlik şah oğlu Mahmudu şahzadə Börküyarığın 
yerinə vəliəhd etmək istəyən Türkan xatun ilə Xəlifə əl-Mükdədi-
billahın iş birliyi ilə 20 noyabr 1092-ci ildə, 38 yaşında zəhərlənə-
rək öldürüldü. 
 


 
85 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məlik şahın vəfatı bütün türklər və İslam dünyasında oldu-
ğu kimi, xristianlar və digər din mənsubları arasında dərin üzün-
tüyə səbəb oldu. 
Səlcuqlar Malazgird döyüşündən sonra imperator Roman Dio-
genlə  bağlanan  sülhə  baxmayaraq  onlar  qüvvələrinin  çoxunu  itir-
mişdilər. İşğal olunmuş əraziləri idarə edən Süleymanın əsas vəzifə-
si  həm  bura  gələn  xırda  köçəri  türk  qəbilələrinə  bu  torpaqların  sa-
hiblərinin Səlcuqlar olduğunu xatırlatmalı, həm də Bizansa qarış ye-
ni yürüşlər təşkil etməli idi. 
Konstantinoplu idarə edən imperator VII Mixail Bizansa şərq-
dən  olacaq  təhlükədən  olduqca  narahat  olduğundan  kömək  üçün 
papa VII Qriqoriyə müraciət etdi. Papa həvəssiz olsa da, bütün xris-
tianları pravoslavlara kömək etməyə çağırdı. Qərb dünyasından xə-
bər çıxmadığını görən Mixail ordu yığmağa başladı. Tələsik yığılan 
orduya bacarıqlı muzdlular  cəlb olundular. Orduya cəlb olunan za-
bitlər  arasında  yürüşlərdən  qənimət  əldə  etmək  arzusunda  olan  və 
Sultan Məlik şahın vəfatı dövründə  
Böyük Səlcuq imperiyası 
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə