Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə22/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

 
70 
-Arslan şah (1161-1177) 
-II Toğrul şah (1177-1194) 
İraq Səlcuq dövlətinin sonuncu şahı II Toğrul 1194-cü ildə in-
diki  Tehran  yaxınlığında  Rey  döyüşündə  Xarəzmşah  Təkiş  tərəfin-
dən məğlub edilərək öldürüldü və bununla dövlət süqut etdi, ölkənin 
torpaqları Xarəzmşahlara qatıldı. 
Suriya  Səlcuq  dövləti  (1092-1117) 
Suriya  bölgəsini  idarə  edən  dövlətdir.  Su-
riyanın fəthindən və 1078-ci ildən bəri Bö-
yük  Səlcuqlu  dövlətinin  məliki  olan  Tutuş 
(Sultan  Alp  Arslanın  oğlu  və  Sultan  Məlik 
şahın  qardaşıdır)  özünü  sultan  elan  edərək  qohumu  Sultan  Bör-
küyarıq  üzərinə  hücum  etdi,  1094-cü  ilin  dekabrında  Bağdadı  fəth 
edərək  adına  xütbə  oxutdu,  ancaq  1095-ci  ildə  Reydə  qohumuna 
məğlub  oldu.  Tacüddövlə  Tutuş  (1079),  Ridvan  (Hələbdə)  (1095-
1113),  Dukak  (Şamda)  (1095-1104),  Alp  Arslan  əl-Əhras  (Hə-
ləbdə) (1113) və Sultan şah (Hələbdə) (1114-1117)
 
Suriya Səlcuq-
lularının hökmdarları olmuşlar. 
Antakyanı  fəth  edən  Kutalmışoğlu  Süleyman  şah  Suriya  ha-
kimliyini ələ keçirmək istədi. Bu məqsədlə 1085-ci ildə hərəkət edə-
rək  Hələb  valisi  ibn  Nuteyti  Tutuşdan  kömək  istədi.  Məlik  Tutuş 
Artuk  bəylə  birlikdə  hərəkətə  keçdi.  İki  xanədan  üzvü  Hələb  civa-
rında qarşılaşdı. Döyüşdə Kutalmışoğlu Süleyman şah həyatını itirdi 
(1086). Tutuş Hələbi ələ keçirsə də, daxili qalanı tuta bilmədi. Suri-
yadakı hadisələrlə əlaqədar Məlik şah bölgəyə səfər etdi. Tutuş Şa-
ma çəkildi. 
Sultan  Məlik  şah  Suriyadan  ayrıldıqdan  sonra  Tutuş  1090-cı 
ildə  Humuşu  ələ  keçirdi.  Trablisşamın  mühasirəsi  müvəffəqiyyətlə 
nəticələnmədi. Məlik şahın ölümündən sonra Səlcuq səltənət hakim-
liyinə  girən  Tutuş  Rey  yaxınlığında  döyüşdə  məğlub  oldu  və  gənc 
yaşda (1095) həyatını itirdi. Oğlanlarından TutuĢoğlu Ridvan Hə-
ləbdəTutuĢoğlu  Dukak  ġamda hakimiyyətlərini elan etdi. Hələb 
hakimi Ridvan xaçlılarla mübarizə etdi, sərhədlərini Güney Anado-
Suriya Səlcuq 
dövləti  
 (1092-1117) 


 
71 
luya  qədər  genişləndirdi.  1117-ci  ildə  hər  iki  bölgədə  hakimiyyət 
atabəylərin əlinə keçdi. 
Beləliklə, Suriya Səlcuq dövləti Hələb Məlikliyi və Şam Mə-
likliyi olmaqla iki qola ayrıldı. 
Məlik Ridvan Hələb Səlcuqlu Məlik-
liyini  qurduqdan  sonra  hökmdarlıq  sahə-
lərini  genişləndirməyə  çalışdı.  Əvvəlcə 
yaxınlıqda  Vəzir  Cənah  əd-Dövlə  olduğu  halda  Suruş  üzərinə  hü-
cum  etdi,  ancaq  Artukoğlu  Sökmən  bəy  müvəffəqiyyətlə  müdafiə 
olunduğundan  çəkilərək  erməni  Torosun  hakimiyyəti  altında  olan 
Urfanı  1096-cı  ildə zəbt  etdi.  Məlik  Ridvan  şəhərin  daxili  qalaları-
nın  idarəsini  Antakya  valisi  Yağı-Basana  verərək  Hələbə  döndü. 
Ridvan  Şam  şəhərini  alaraq  atasının  sağlığındakı  torpaqlara  sahib 
olmaq istədi. Nəhayət, Şamı mühasirəyə alsa da, ancaq müvəffəqiy-
yət qazana bilmədi. Tutuş, Fəhrmülk, Ridvan, Alp Arlan və Sultan 
şah Hələb Atabəyləri (1094-1117) olmuşlar. 
İki qardaş arasındakı hakimiyyət uğrunda mübarizədən istifa-
də edən  Fatimilər  Əmir  əl-Cuyuş  Əfdalın  komandanlığı  altında  or-
dunu Qüdsə göndərdi. Fatimi ordusu 40 gün çəkən mühasirə və dö-
yüşdən sonra 1096-cı ilin avqustunda Qüdsü Artuk ailəsindən aldı. 
Məlik Ridvan  avqust ayında Antakya tərəflərinə qədər uzanan əra-
zini  qarət  etdi,  sonra  Dəməşqi  ələ  keçirmək  üçün  hazırlıqlara  baş-
ladı.  Ancaq  bu  hazırlıq  səmərəsiz  oldu.  Çox  keçmədən  Məlik  Du-
kak  Hələb  üzərinə  yeridi.  Tərəflərin  orduları  Kennesrində  qarşılaş-
dılar. Dukak yaxınları ilə birlikdə 1097-ci il martın 20-də ağır məğ-
lubiyyətə uğradı və Ridvanın hakimiyyətini tanıdı. 
Ridvan  Hələbdəki  hakimiyyətini  davam  etdirmək  üçün  Fati-
milərin dəstəyinə  ehtiyac duydu və bu dövlətlə işbirliyi qurdu. Bu-
nun  nəticəsində  hakim  olduğu  yerlərdə  4  həftə  müddətində  Misir 
Fatimi Xəlifəsi Əl-Mustazinin adına xütbə oxutdu. Ancaq öz ətrafı-
nın şiddətli təpkisi səbəbli xütbə təkrar Abbasi xəlifəsi adına oxun-
du və Ridvan xəlifə əl - Mustazirdən əfv dilədi. 
Böyük Səlcuqlu Sultanı Məhəmməd Təpər 1106-cı ildə Mosul 
bölgəsinə, Əmir  Cavlı Sakavuya  keçdi. Cavlı Mosul bölgəsinə ha-
Щяляб Мяликлийи 


 
72 
kim olmaq üçün Səlcuqlu sultanı I Qılınc Arslan ilə mübarizəyə gi-
rişdi və Məlik Ridvandan yardım istədi. Ridvan əsgərləri ilə birlikdə 
ona qoşuldu. I Qılınc Arslan döyüĢdə uduzdu və 1107-ci ildə Ha-
bur çayında boğuldu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                 
 
 
 
 
 
 
Bundan  sonra  Ridvan  ilə  Cavlinin  arası  açıldı.  Ridvan  bu  və-
ziyyətdə Antakya şahzadəsi Tancredə məktub yazaraq ondan yardım 
istədi.  Məktubda  Cavlinin  Hələbi  təhdid  etdiyi  və  Suriyadakı  xaçlı 
hakimiyyəti üçün təhlükə törətdiyi bildirilirdi. Tancred Məlik Ridvan 
ilə razılığa gələrkən Cavli Urfa hakimi Bandouin ilə birləşdi. İki tərəf 
arasında Tel-Bəşirdəki 1108-ci ilin aprel ayında olan döyüş Tancred 
və Ridvanın xeyrinə nəticələndi 
Xaçlıların  Urfanı  qurtarmaq  məqsədilə  mübarizəsi  onların 
Suriyadan  ayrılmalarına  səbəb  oldu.  Məlik  Ridvan  bu  fürsətdən 
istifadə  edərək  Antakya  bölgəsinə  qədər  irəlilədi.  Daha  sonra 
Antkyaya  dönən  Tancred  Ridvanla  aralarındakı  razılşmanın  pozul-
I Qılınc Arslanın Habur çayında boğulmasını 
təsvir edən rəsm 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə