Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə21/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

 
67 
çox yaxşı müdafiə olunan Saveh şəhərinə qaçdı. Ancaq əmisi Sən-
cər  ilə  razılığa  gəlməsinin  vacib  olduğunu  anladı,  əvvəlcə  vəzirini 
Səncər  ilə  müzakirələrə  göndərdi,  sonra  Səncərin  hüzuruna  çıxdı. 
Razılaşmaya görə, II Mahmud Səncərin böyük Səlcuq sultanı oldu-
ğunu qəbul etdi. Sultan Səncər də II Mahmudu İraq, Azərbaycan və 
Qərbi  İrana  sultan  təyin  etdi.  II  Mahmud  hakim  olduğu  ərazilərdə 
xütbələrdə  öz  adının  Səncərdən  sonra  elan  edilməsini  qəbul  etdi. 
Çağrı bəy, Alp Arslan, Arslan Ģah, Toğan Ģah, Arslan və Arqun 
Xorasan Səlcuq dövlət sultanları (1040-1118) olmuĢdur. 
Beləliklə,  II  Mahmud  1118-ci  ildə  sonradan  İraq  Səlcuqlu 
dövləti adı verilən dövlətin sultanı oldu. Ancaq Sultan Səncər 1157-
ci ildə öldükdən sonra İraq Səlcuqlu dövləti müstəqil oldu. Bağdad-
da  olan  Abbasi  xəlifəsi  Müstarşid  Sultan  Səncərə  Əmiri-Möminin 
(Möminlər əmiri) ünvanını verdi. 
1128-ci  ildə  Xarəzmşahlar  dövlətində  Atsız  Xarəzmşah  atası 
Qütbəddin  Məhəmmədin  yerinə  keçdi.  Atası  zamanında  Xarəzm-
şahlar  dövləti  Böyük  Səlcuqlu  dövlətinin  vassalı  idi.  Amma  Atsız 
Xarəzmşahın  müstəqil  dövlət  olmasını  istəyirdi.  Atsızın  ilk  fəaliy-
yəti Xəzər dənizi və Aral gölü arasındakı müsəlmanlığı qəbul etmiş 
qıpçaq və oğuz yarımköçəri türklərinə qarşı döyüşmək oldu. 
Atsız əvvəlcə Xarəzmşah Sultan Əhməd Səncərə çox sadiq bir 
hökmdar kimi görünməyə başladı. Sultan Səncərin 1130-cu ildə Cey-
hun  dənizini  keçib  Mavərannəhrdə  (Səmərqənddə)  illik  təzminatı 
ödəməyən  şəhər  valisi  üzərinə  səfər  etdi.  Bu  səfərə  Xarəzmşah  At-
sızın ordusu da qatıldı. Sutan Səncər Səmərqənd valisini əvvəlcə və-
zifədən  kənar  etdi  və  yerinə  bir  köləsini  qoydu.  Vali  sonradan  Sən-
cərdən  üzr  istədi  və  təkrar  valiliyə  qaytarıldı.  1133-cü  ildə  Sultan 
Səncər  Xarəzmşah  Atsızın  ordusu  ilə  birlikdə  təkrar  Mavərannəhrə 
hücum etdi. Xarəzmşah Atsız bu səfərdə Aral gölü və Ceyhun dənizi 
arasında  yaşayan  qıpçaqlara  qarşı  döyüşdə  böyük  əsgəri  şücaət 
göstərdi. Bu ərazinin çox yaxşı qorunan Cənd qalasını ələ keçirdi. 
1153-cü  ildə  Əhməd  Səncər  oğuz  boyları  arasında  razılaşma 
olmasına  baxmayaraq  illik  20  min  qoyun  təzminatı  vermədikləri 
üçün səfərə çıxdı. Ancaq oğuz müttəfiq ordusu ilə etdiyi müharibə-


 
68 
də uduzub müttəfiqlərinə əsir düşdü. Oğuz ittifaqı Xorsanı ələ keçir-
di. Sutan Səncər əsir kimi oğuz ittifaqının əsarətində qalmağa məc-
bur oldu. 
Xorasan çətin günlərdə əhalisinin xeyli hissəsini itirdi. Əvvəl-
ki əhali sayına çatmaq üçün 40 il lazım gəldi. Sultan əsirlikdə olar-
kən qadını Türkan xatun onun yerinə hakimiyyəti idarə etməyə ça-
lışdı. Oğuzlar Sultan olaraq Əhməd Səncərin qohumu Dimitrinin qı-
zı Rusudan olan köhnə Qaraxanlılar hökmdarı Mahmud xanı sultan 
elan  etdi.  Ancaq  Səlcuq  ordusunun  önəmli  hissələri  Mahmud  xanı 
qəbul  etmədi.  Bu  dəfə  Mahmud  xan  oğuzlara  qarşı  çıxdı.  Xarəzm-
şah  Atsız  oğuzların  ittifaqına  qatılmayaraq  səlcuqlara  sadiq  qaldı. 
Mahmud xan Xarəzmşah Atsız ilə ittifaq bağladı. Atsızın vasitəçili-
yi  ilə  səlcuqlu  ordusundan  Xorasana  qayıtmayanların  məsələlərini 
müzakirə etdilər. Ancaq digər Xarəzmşahlar bu fürsətdən yararlan-
mağı  lazım  bildilər.  1154-cü  ildə  Xarəzmşah  Atsızın  qardaşı  İnal 
Təkininin rəhbərliyi altında Xarəzmşah ordusu Xorasana talançı hü-
cum etdi, xeyli ərazi qarət edildi. 
Türkan  xatun  1156-cı  ildə  dünyasını  dəyişdi.  Bundan  sonra 
Sultan Səncər  əsarətdən qaçdı. Hakimiyyəti təkrar ələ alaraq Xora-
san  hakimliyini  yenidən  ələ  keçirdi,  Xarəzmşah  Atsızdan  yenidən 
onun  hakimiyyətini  qəbul  etməsini  istədi.  Oğuz  ittifaqı  ordusunun 
təkrar  hücumlarına  məruz  qalmamaq  üçün  Gurlular  və  Bavandilər 
ilə  razılaşma  əldə  etdi.  1156-cı  ilin  əvvəllərində  Səncər  özünü  əsir 
alan  oğuzlara  qarşı  səfərə  çıxdı.  Xarəzmşah  Atsız  Sultan  Səncərin 
bu səfərinə tabe bir dövlətin rəhbəri kimi qatılmalı idi. 
Sultan Səncərin arvadı Türan xatunun iki qız uşağı qalmışdı və 
onlar qohumları olan II Mahmud ilə evlənmişdilər. Xarəzmah Atsızın 
varisi  olan  II  Arslan  da  vəfat  etmişdi.  1157-ci  il  may  ayının  8-də 
Sultan Səncər dünyasını dəyişdi. Mərvdəki türbəsində dəfn olundu. 
Xatırlatma: 
Mərvdəki  Sultan  Əhməd  Səncər  türbəsi  hazırda  Türkmənistan 
ərazisində  Mərv  şəhərində  qalmaqdadır.  Türbə  1221-ci  ildə  monqollar 
tərəfindən dağıdılmışdı. 20-ci əsrdə bu türbə Türkmənistan SSR - də bir 
neçə dəfə bərpa olunsa da, bərpa zamanı səhvlərə yol verilmişdir. Türbə 
sonuncu olaraq YUNESKO-nun rəhbərliyi ilə bərpa olunmuşdur. 


 
69 
Türbənin  memarı  Məhəmməd 
ibn  Atsız  əs  Səraxsidir.  Möhtəşəm 
künbəzli  binanın  kubşəkilli  aşağı 
hissəsi tağlı qalareya ilə tamamlanır. 
Qalareyada  kərpic  düzümündən  ya-
radılmış  ornametlər  və  gəc  üzərində 
oyma naxışlar qalmışdır. Qalareyaya 
açılan  8  pəncərə  binanın  hündür 
zalını (36 m) işıqlandırır. Zalın üstü 
ikiqat  üzlük  çəkilmiş  künbəzlə  ör-
tülmüşdür. 
İraq  Səlcuqları  Azərbaycandan  Fars  bölgəsinə,  Xorasan  Səl-
cuqları  isə  Mavərannəhrdən  Əfqanıstana  qədər  bölgələri  tutmuşdu. 
İraq Səlcuqlarının son sultanı III Toğrul dövründə idarə əslində ata-
bəylərin əlinə keçdi. Sultan Toğrulun Xarəzmşah Təkişə uduzmasıyla 
İraq Səlcuqlularının torpaqları 1194-cü ildə Xarəzmşahlara keçdi. 
İraq Səlcuq dövləti Böyük Səlcuqlu dövlətinin səkkizinci sul-
tanı Səncərin oğuzlar tərəfindən taxtdan düşürülüb xəstələnərək öl-
dükdən sonra iki İraq (İraqi-Əcəm, və İraqi Ərəb) səlcuqluların ida-
rə etdiyi dövlət yarandı. 
Böyük  Səlcuqlu  dövlətinin  süqutundan  sonra  bu  günkü  İraqın 
və Suriyanın bəzi hissələri üzərində qurulmuş türk dövlətinin adıdır. 
Böyük Səlcuqlu sultanı Mahmud Təpər 1118-ci il aprelin 18-də vəfat 
etdikdən sonra oğulları taxta iddia etsələr də, Səncər Təpərın uşaqla-
rını İraq və Azərbaycana məlik təyin etdi. Böyük Səlcuq dövləti tari-
xə çevrildikdə müstəqil oldular və şah ünvanı daşımağa başladılar. 
Ġraq  Səlcuqlular  dövlətinin  hökmdarları  aĢağıdakılar 
olmuĢdur: 
-Mahmud (1118-1131) 
-Davud (1131-1132) 
-Toğrul (1132-1134) 
-Qiyasəddin Məsud (1134-1151) 
-Məlik şah (1151-1153) 
-Məhəmməd şah (1153-1159) 
-Süleyman şah (1159-1161) 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə