Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə19/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

 
61 
axınçılar  Egey  və  Mərmərə  sahillərinə,  İsküdərəyə  qədər  bütün 
Anadolunu ələ keçirdilər. Əvvəlki türk axınları qənimət əldə etdik-
dən  sonra öz əvvəlki  yaşadıqları  yerlərə-Hələb və  Əhlətə dönürdü-
lərsə, Malazgirt savaşından sonra onlar Anadoluda qaldılar. Türklər 
Anadolunu  fəth  etməyə  və  yurd  yerinə  çevirməyə  başladılar. 
Malazgirtdən sonra Anadoluda türk dövlətlərinin qurulması yeni bir 
mərhələnin  başlanğıcı  oldu.  Kiçik  Asiyada  türklərin  çoxalması 
Malazgirt döyüşü ilə daha yüksək mərhələyə daxil oldu. 
Yuxarıda  qeyd  olunanlardan  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 
Səlcuqlar  Malazgirt  döyüşündən  sonra  Kiçik  Asiyaya,  o  cümlədən 
Şərqi Anadoluya sahib oldular. Lakin bir çox rus və gürcü tarixçiləri 
bu dönüşü və müvəffəqiyyəti qəbul eməyərək bildirirlər ki, Malazgirt 
döyüşündən  sonra  səlcuqların  müvəffəqiyyəti  və  məskunlaşması 
Bizansdakı qarmaqarışıqlıq və yunanların Şərqdə olan şəhər və kənd-
ləri  tərk  edərək  getməli  ilə  əlaqəlidir.  M.A.Zaborovun  fikrincə,  Ma-
lazgirt  döyüşü  ərəfəsində  Bizansda  tam  özbaşınalıq  hökm  sürürdü. 
Müxtəlif feodal qruplaşmaları istər şəhər, istərsə də kənddə özlərinə 
status  qazanmağa  və  hakimiyyətlərini  gücləndirməyə  çalışırdılar. 
Ordu  tamamilə  muzdlu  əsgərlərdən  təşkil  olunduğundan  etibarsız 
hala  düşmüşdü.  Xəzinədə  pul  qıtlığı  yaranmışdı.  Bunun  səbəblərin-
dən biri vergi verən kəndlilərin təhkimli halına düşmələri idi. Bizans 
getdikcə  siyasi  cəhətdən  parçalanmış  yarımmüstəqil  feodal  əra-
zilərinə bölünürdü.  İmperiya artıq iri torpaq sahiblərinə məxsus olan 
və silahlı qüvvələr saxlayan mülkədardan asılı vəziyyətə düşürdü. 
Bəzi tədqiqatçılar bildirirlər ki, Malazgirtdə baş verən uğursuz-
luq  yüksək təbəqədə çəkişmələri daha da şiddətləndirmiş, guya xris-
tianların kütləvi surətdə Kiçik Asiyadan getməsinə səbəb olmuş, nə-
ticədə  səlcuqlara  fəthlərini  genişləndirmək  üçün  geniş  imkanlar  ya-
ranmışdır.  Bizim  qənaətimizcə  Malazgirt  döyüşündən  sonra  səlibçi-
lərin Kiçik Asiyaya yürüşü səlcuqlara qarşı deyil, sadəcə katolik kil-
səsinin pravoslav  Bizans  üzərində nəzarətini təmin etmək məqsədini 
güdürdü. Səlcuqlara qarşı səlib yürüşünün təşkilatçılarından olan VII 
Georgi  üçün  dini  maraqlar  önəmli  deyildi.  Onun  1076-cı  ildə 
Əlcəzair knyazına yazdığı məktubdakı «biz və siz vahid Allaha ina-


 
62 
nırıq, baxmayaraq ki, müxtəlif vasitələrdən istifadə edirik» ifadəsi də 
qənaətimizi təsdiq edir. 
Beləliklə,  səlcuqlarla  müharibə  tam  başqa  məqsədə  xidmət 
edirdi. Yunan kilsəsini Romanın təsir dairəsinə qaytarmaq, katolik-
lərin təsir dairəsini genişləndirmək və ən əsası yunan-pravoslav kil-
səsinin  var-dövlətinə  sahib  olmaq  başlıca  məqsəd  idi.  Əhalinin  öz 
yaşadıqları əraziləri tərk edərək getməsi və boş olan yerlərin müqa-
vimətsiz  səlcuqlar  tərəfindən  tutulması  fikri  həqiqətə  uyğun  deyil. 
Belə yanaşma həm XVII-XIX əsr qərb tarixçiləri tərəfindən, həm də 
müasir  dövrdə  səlib  yürüşləri  haqqında  yazan  tarixçilər  tərəfindən 
dəstəklənir.  
Müəlliflərin  çoxu  tutarlı  əsas  olmadan  belə  hesab  edirlər  ki, 
səlcuqlar  xristianlığa  qarşı  təhlükə  idilər  və  onların  əlində  xilas 
olmaq  üçün  əhali  kütləvi  surətdə  qaçır,  yerlərini  isə  səlcuq  türkləri 
tuturdu, halbuki orta əsr xristian mənbələri bu yanaşmanı rədd edir. 
Çünki  başqa  dinlərə  fanatik  dözümsüzlük  səlcuqlara  xas  olan  xü-
susiyyət deyildi. Səlcuqlar digər dinlərə inananlara qarşı ərəb istila-
ları  zamanından  mövcud  olan  «loyal»  -  münasibəti  saxlamışdılar. 
Həm xristianların, həm də yəhudilərin «müqəddəs kitabı» var idi və 
Məhəmməd peyğəmbər onları allahsız deyil, yollarını çaşmış hesab 
edirdi.  Doğurdan  da,  səlcuqlar  bu  xətti  dəstəkləyərək  xristian  və 
yəhudilərə  qarşı  heç  bir  «sıxışdırma»  siyasəti  aparmamış,  onlardan 
«vergi»  verməyi  tələb etmişlər. Vergini isə işğal edilmiş ərazilərin 
bütün  əhalisi  ödəməli  idi.  Digər  məsələlər  isə  əvvəlki  qaydada 
davam edirdi, hətta dövlət idarəetmə işlərində əvvəlki qaydalar nis-
bətən saxlanılırdı, xristian və yəhudilər yenə vəzifə sahibi olurdular. 
Onlar  öz  dini  mərasimlərini  heç  bir  çətinliklə  üzləşmədən  yerinə 
yetirirdilər. Səlcuqlar ənənəyə sadiq qalaraq Kiçik Asiya, Suriya və 
Fələstində  yaşayan  xristianların  bəzi  təriqətçiləri  üçün,  xüsusilə 
pravoslavlar,  pavlikanlar,  tondrakitlər,  nestorianlar,  qriqorianlar 
üçün  şərait  yaratdılar.  Onlar  Bizans  kilsəsi  tərəfindən  təqiblərdən 
yaxa  qurtara  bildi.  Matvey  Edesli,  «Dünya  xronikası»  nın  müəllifi 
Mixail Suriyalı,  «Aleksandriyalı  patriarxların  tarixi»  anonim  kitabı 
bu  faktı təsdiqləyir.  Digər  dinlərdən  olan  yerli  xalq nə  qərbdən,  nə 


 
63 
də  Bizansdan  səlcuqlara  qarşı  mübarizə  üçün  kömək  istəmədilər. 
Zəvvarlar Qüdsü ziyarət edə bilir və heç bir sıxıntıya məruz qalmır-
dılar. Aleksey Komninin Sultan Süleymanın ələ keçirib paytaxt elan 
etdiyi Konya və ya Ağşəhər üzərinə yürüş etmək üçün uzun müddət 
tərəddüddə qalması və hətta kağız üzərində hər iki şəhərin adını ya-
zaraq hansının üzərinə getməyin daha əlverişli olması barədə səhə-
rə  qədər  Allaha  dua  etməsi  haqqında  qeydlər  də  tədqiqatçıları dü-
şündürməlidir. 
İrəli  sürülən  fikirlərdə  aparıcı  bir  xətt    diqqəti  cəlb  edir. 
Bizans  kubarları  türklərin  hərbi  qüdrətindən  istifadə  edərək  öz 
siyasi  rəqiblərini  zərərsizləşdirməyə  cəhd  edirdilər.  Bu  mənada 
Nikifor III Votoniatın (1078-1081) guya Asiyada olan düşmənlərini 
məğlub  etmək  üçün  Nikeyanı  və  Qara  dəniz  sahili  əraziləri 
səlcuqlara  verməsi  ilə  razılaşmaq  olmaz.  Əgər  belədirsə,  imperator 
Votaniatı  əvəz  edən  Aleksey  Komnin  nə  üçün  boğazlar  bölgəsini 
Süleymanın  əlindən  almaq  üçün  mübarizə  aparmış  və  buna  nail 
olmayanda, onunla sülh müqaviləsi imzalamışdı. 
ĠĢğal bütün müharibələrə xas olan insan tələfatı ilə nəticə-
lənir.  Təbiidir  ki,  boş  sahələr,  ovalıqlar  və  yaylalar  türkmənlərlə 
dolduğu kimi, səlcuqlar da yeni kəndlər və şəhərlərdə yerləşir, onla-
rın daha da böyüməsinə səbəb olurdular. Ankara, Kutahya, Afyon, 
Qarahisar,  Cangir,  Niksar,  Amasiya,  Divriki  və  Nikde  şəhərlərində 
bu prosesi görürük. 
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə