Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə16/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

 
52 
qarşısını  almaq  üçün  sərkərdə  IV  Roman  Diogenə  (1007-1071)  ərə 
getdi.  
Yeni  imperator  hansı  çətinliklərlə  qarşılaqacağını  çox  gözəl 
dərk  edirdi.  O,  başa  düşürdü  ki,  Bizans  ərazisinə  qarətçi  basqınlar 
edən səlcuqların qarşısı alınmasa vəziyyət daha da gərginləşə bilər. 
Roman Diogen VII Vasiliy kimi Ərməniyyə ərazisini nəzarət altına 
alaraq, onu Bizansın dayağına çevirməyi vacib sayırdı. Bu səbəbdən 
də, səlcuqları ölkədən qovmağı qarşısına məqsəd qoyan Diogen or-
du yaratmağı qərara aldı. Ordu yaratmaq üçün o, müxtəlif millətlər-
dən  olan  muzdluları  orduya  cəlb etməyə  məcbur  oldu.  Bu  ordunun 
tərkibində skandinaviyalılara, romalılara, slavyanlara, eləcə də türk-
dilli tayfalar olan oğuzlara, kumanlara, hətta cənubi rus çöllərindəki 
peçeneqlərə də rast gəlmək olardı. Onların çoxu ilk ələ düşən fürsət-
dən  istifadə  edərək  Roman  Diogenin  ordularından  qaçırdılar.  Ro-
man Diogen orduya özü şəxsən başçılıq etməyi qərara aldı. 
Alp  Arslanın  Səlcuq  taxtına  sahib 
olması ilə Kiçik Asiya üzərinə yürüşün ye-
ni  mərhələsi  başlandı.  O  hakimiyyətinin 
ilk günlərindən ordunun qüvvətləndirilmə-
sinə  fikir  verməyə  başladı.  Ən  bacarıqlı  sərkərdələr  orduya  cəlb 
olundu. Alp Arslan Toğrul bəyin siyasətinin davamı kimi Şirvanı və 
Gürcüstanı işğal edərək1064-cü ildə Bizansın ən güclü qalalarından 
biri  olan  Anini  mühasirəyə  aldı.  Qala  Bizans  qoşunları  tərəfindən 
möhkəm  müdafiə  olunurdu.  Şəhər  qarşı  tərəfdən  Arpaçayla  əhatə 
olunmuş,  qalan  tərəfdən  isə  içərisi  su  ilə  doldurulmuş  dərin  xən-
dəklə əhatə olunmuşdu. 
Alp Arslan su doldurulmuş xəndəyin ətrafna taxtadan hündür  
qüllə tikilməsi üçün əmr verdi. Qısa müddətdə tikilən qüllədə man-
canaqlar qoyuldu. Qala divarlarını dağıtmaq üçün həmin mancanaq-
lardan istifadə olundu. Qalanın dağılmış hissələrindən türk əsgərləri 
şəhərə daxil oldular. Beləliklə, qala türk qoşunları tərəfindən alındı. 
Alp  Arslanın  bu  qələbəsi  bütün  islam  dünyasının  böyük  sevincinə 
səbəb oldu. Ani şəhərinin tutulması ilə türk qoşunlarının Qərbə  
Malazgird 
döyüĢü 


 
53 
doğru irəliləməsinə şərait yarandı. Türk qoşunları Anadoluya daxil 
oldular.  
Böyük  Səlcuq  sultanı  Alp  Arslan    11-ci  əsrin  60-cı  illərində 
türk  müttəfiqlərinin  Anadoluya  doğru  köç  etmələrinə  icazə  verdi, 
türklər şəhərlərdə və digər yerlərdə yerləşdilər. Alp Arslan  1067-ci 
ildə  Heratda  və  Sivasda  bizans  ordusu  üzərində  qələbə  qazanaraq 
Qeysəriyyəyə hücum etdi. 1068-ci ildə birbaşa Bizans üzərinə yürüş 
etməyi qərara aldı. 1069-cu ildə Konya alındı. 
1070-ci  ildə  türklər  Alp  Arslanın  başçılığı  altında  müasir 
Misirin  bir  hissəsi  olan    Malazgirddə  (Bizans  dilində  Manzigirt-
Malazgird)  və  Erçiş  qalalarının  ələ  keçirdi,  Diyarbəkr  alındı. 
Bizansın  tabeliyindəki  Urfaya  hücum  müvəfəqiyyətsizliklə 
nəticələnsə  də,  türk  bəylərindən  Afşinin  köməyi  ilə    Hələb  alındı. 
Böyük Səlcuq imperatorluğu  
Malazgird döyüşü ərəfəsində 
 


 
54 
Alp  Arslan  Hələbdə  olarkən  türk  atlı  birliklərinin  bir  qisminə  və 
Akınçı bəylərinə Bizans şəhərlərinə hücumlar etməsinə icazə verdi.
 
Türklərin  yürüşü  Bizans  imperatorluğunun  böyük  təşvişinə 
səbəb oldu.Roman Diogen böyuk ordu toplayıb 1071-ci il martın 13-
də Konstantinopoldan yola düşdü. Ordunun sayının 200.000 nəfər ol-
duğu təxmin edilir.  Bəzi  erməni müəllifləri (məsələn,  Matta)  Bizans 
ordusunun hətta bir milyon nəfər olduğunu iddia edir. 
Roman  Diogen  ordunu  2  böyük  hissəyə  böldü,  bir  hissəsini 
irəliyə, digərini isə Malazgirdə göndərdi. Onun irəliləməsindən xəbər 
tutan  Alp  Arslan  Misirdəki  işlərini,  o  cümlədən  Yerusəlimi  tutmağı 
vassalı
 
Atsız ibn Avana tapşıraraq ordunun hazırlıqlı hissələri ilə bir-
likdə Roman Diogenlə qarşılaşmaq üçün şimal istiqamətinə üz tutdu. 
Diogenə  bu xəbər Alp Arslan yaxınlıqda olarkən çatdı. Roman Dio-
gen  irəliyə  göndərdiyi  hissələrlə  birləşməyə  imkan  tapa  bilmədi, 
kəşfiyyat məlumatı toplamadan irəliləməyə başladı.  
Bizans  ordusunun  tərkibi  qarışıq  idi.  Orduda  franklar,  nor-
manlar, slovaklar, ermənilər, abxazlardan ibarət muzdlu döyüşçülər, 
slavyan,  qot,  alman,  frank,  gürcü,  uz,  peçeneq  və  qıpçaq  əsgərləri 
var idi. Bizans ordusu əvvəlcə Sivasda dincəldi. Sivasın yerli sakin-
ləri imperator Diogenə ermənilərin özbaşınalıqlarından şikayət etdi-
lər. Şikayətlərin həqiqətə uyğun olduğunu yəqin edən Diogen ermə-
ni məhəllələrini dağıtdırdı, ermənilər cəzalandırıldı. 1071-ci ilin iyul 
ayında Bizans qoşunları Ərzuruma daxil oldu. Ordunun hərəkəti ilə 
əlaqədar  ordu  sərkərdələr  arasında  fikir  ayrılığı  əmələ  gəldi.  Bəzi 
generallar  Diogenə  səlcuqlu  bölgəsinə  irəliləməyə  və  Alp  Arslanı 
qəflətən  yaxalamağı  təklif  etdilər.  Nikeforos  Bryenos  da  daxil  ol-
maqla generalların bir hissəsi olduqları yerdə gözləməyi və mövqe-
lərini gücləndirməyi təkid edirdilər. Nəhayət, ordunun irəliləməsinə 
qərar verildi. 
Bizans  imperatoru  böyük  ordu  ilə  Malazgirt  üzərinə  yeridi. 
Alp Arslanın ordusu bu zaman Suriyada idi. O, buradan Misir üzəri-
nə  hücum  etmək  üçün  hazırlıq  işləri  görürdü.  Bizans  elçiləri  Şama 
(Dəməşqə)  Alp  Arslanın  yanına  gələrək  Bizans  imperatorunun  tə-
ləblərini ona bildirdilər. İmperator Ərçiş, Əhlət, Malazgird və Mən-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə