Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

 
41 
lişi Balkan və Ceyhun istiqamətindən türkmənlərin bu  yerlərə küt-
ləvi axınına səbəb oldu. 
Səlcuqlarla Qəznəvi dövləti arasında sülh bağlandıqdan sonra 
türkmənlər  yenidən  15  min  nəfərlik    ordu  yaradaraq  1036-cı  ilin 
fevralında  səlcuqların  üzərinə  yeridilər.  Noyabr  ayında  səlcuqlar  
Qəznəvi dövlətinin yanına elçi göndərərək Mərv, Səraxs və Bavərdə 
şəhərlərini tələb etdilər. Qəznəvi hökmdarı elçilərə rədd cavabı ver-
di. Beləliklə, münasibətlər daha da kəskinləşdi. Məsud  səlcuq axın-
larının  qarşısını  almaq  əvəzinə  qüvvə  əldə  etmək  üçün  Hindistana 
getdi.  Səlcuqların  uğurlu  döyüşlərindən  xəbər  tutan  İraq  oğuzları 
hərəkətə  gəldilər.  Onlar  əvvəlcə  Xorasan  istiqamətindən  Rey  vila-
yətinə hücuma keçdilər. Vəziyyətin ağırlaşdığını görən Qəznəvi va-
lisi  Taş-Fəraş  ona  köməyə  gələn  Əbu  Səhl  Həmdəvi  ilə  oğuzlara 
qarşı döyüşə hazırlaşdı. Taş 3 min süvari dəstə və fillərlə oğuzların 
qarşısına  çıxdı.  Onun  ordusuda  xeyli  kürd  döyüşçüləri  də  var  idi. 
Oğuzların süvari dəstəsi 5 min nəfər idi. Bu vuruşmada Rey valisi 
Taş məğlub oldu. Oğuzlar Əbu Səhl Həmdəvinin və reylilərin silah-
lı qüvvələrini darmadağın etdilər. 
Əbu Səhl bir bölük əsgərlə şəhərin ətrafında yerləşən Təbərək 
qalasına  çəkildi,  Sultan  Məsud  Əbu  Səhlə  kömək  edə  bilmədi.  Bu 
böyük qələbədən sonra oğuzlar Azərbaycan üzərinə hücum etdilər. 
Bu  hadisə  Orta  Asiya,  İran  və  Əfqanıstanda  qəznəvilərin 
əleyhinə çıxışların güclənməsinə səbəb oldu. Səcuqların hərəkatına 
oğuzlar, qıpçaqlar və qarluqların böyük hissəsi qoşuldu. Üsyançılar 
Amu-Dərya  sahillərindən  Xorasana  doğru  irəlilədilər.  Hərəkata 
Musa, Toğrul və Çağrı bəy başçılıq edirdi. Müqavimət hərəkatının 
qarşısını  almaq  üçün  Sultan  Məsud  17  min  nəfərlik  silahlı  qüvvə 
göndərdi  və  ağır  məğlubiyyətə  uğradı.  Sultan  Məsud  səlcuq  axı-
nının  qarşısını  almaq  üçün  yenidən  qüvvə  toplamağa  cəhd  etdi. 
1038-ci ildə Qəznəvi sərkərdəsi Sübati Xorasan ətrafında səlcuqlara 
qarşı  yenidən  döyüşə  başladı.  İyunun  əvvəllərində  Sultan  Məsud 
1039-cu  ilin  iyulunda  Təlxab  deyilən  yerdə  səlcuqlarla  yenidən 
döyüşə  girdi.  Lakin  onun  bu  cəhdi  də  uğursuzluqla  nəticələndi, 
səlcuqlarla  sülh  bağlamağa  məcbur  oldu.  Lakin  əldə  olunmuş  sülh 


 
42 
uzun sürmədi. Sultan Məsud yenidən hərbi hazırlıq görməyə, silahlı 
qüvvələrinin sayını artırmağa başladı. 
 
1040-cı ilin yanvarında Sultan Məsudun 
silahlı qüvələri Nişapur üzərinə hücum etdi və 
şəhəri  ələ  keçirdi.  Həmin  ilin  aprel  və  may 
ayının  əvvəllərinədək  Tusa  və  Səraxsa  qədər 
irəliləsə  də,  Qəznəvi  qoşunları  güclü  qıtlıqla  qarşılaşdılar.  Mayın 
23-də Dəndənəkan yaxınlığında hər iki ordu qarşılaşdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dəndənəkan döyüş 
 
Dəndənəkan 
döyüĢü 


 
43 
Şiddətli savaş üç gün davam etdi. Qəznəvi ordusu məğlubiy-
yətə uğradı. Sultan Məsud 100-ə qədər atlı ilə qaçıb canını qurtarsa 
da, Hindistana gedən yolda öz adamları tərəfindən öldürüldü. 
1040-cı il mayın 24-də Səraxsla Mərv arasında Dəndənəkanda 
Qəznəvi sultanı Məsudun orduları üzərində çalınan qələbə səlcuqlar 
üçün İrana və İraqa yol açdı. Deyləm sülaləsi Buveyhilər və Kaku-
veylilər  hakimiyyəti  altında  olan  əyalətlər  bir  birinin  ardınca  yeni 
dövlətə tabe edildi. N i Ģ a p u r yeni dövlətin paytaxtı elan edildi. 
Dəndənəkan  döyüşündən  sonra  Toğrul  özünə  qarşı  üç  böyük 
qüvvənin-Qəznəvilərin, Xarəzm və Qaraxanlıların birləşdiyini görüb 
öz tayfasını və köçlərini şimala-şimal oğuzlarının torpaqlarına apardı
.
 
Volqa və Yayik çayları arasındakı torpaqlar hələ IX əsrdən ki-
maklarla  birgə  peçeneqləri  buradan  qovan  oğuzlara  məxsus  idi.  Ki-
makların və qıpçaqların  müntəzəm təzyiqlərinə məruz qalan oğuzlar 
1045-ci ildə güclü yardım aldılar. Böyük döyüş təcrübəsinə yiyələn-
miş və yaxşı təşkilatlanmış səlcuqlar istedadlı sərkərdə Toğrulun baş-
çılığı ilə oğuzlarla birləşməyə can atırdı.
 
Oğuzları tapmağa ümid edən Toğrul qıpçaqlarla Yayikdə üz-
üzə gəldi. İki dəfə qıpçaqlarla döyüşə girən oğuzlar öz torpaqlarını 
qorudular və Toğrula Volqa çayını keçməsinə imkan vermədilər. 
Volqa  oğuzları  arasında  hərci-mərclik  hökm  sürürdü.  Döyüş-
lərdə  qalibiyyətlər  qazanan  qıpçaqlar  tez-tez  Volqanı  keçib  Dona 
qədər yürüş etdiyindən oğuzların bir hissəsi Dnepr çayına tərəf köç 
etdi.  Lakin  geri  çəkilməyin  mümkünsüzlüyünü  anlayan  Toğrul 
ətrafda gözəl otlaqların və onları qorumaq üçün kifayət qədər qüv-
vəsinin  olduğunu  görüb  müqavimət  göstərmək  qərarına  gəldi. 
Toğrul  bir  neçə  döyüşdə  Səlcuqların  qüvvəsi  ilə  Volqanı  keçən 
qıpçaqları  məğlub  etdkdən  sonra  oğuzlar  onun  ətrafında  birləşərək 
Toğrulu öz xanları kimi tanıdılar. Toğrul 10 il ərzində (1045-1055) 
Volqa  və  Terek  çaylarında  məskunlaşmış  xəzərlərin  tör-tökün-
tülərini,  Kuban  ətrafı  peçeneqləri  və  Don  alanlarını,  Belaya  Veji, 
Sudroş  və  Balin  şəhərləri  ilə  birgə  özünə  tabe  etdi.  Bu  zaman  Sır 
Dərya  yabqusunun  dövləti  qıpçaqlar  tərəfindən  tamamilə  darma-


 
44 
dağın  edildi,  oğuzların  bir  hissəsi  Manqışlaqdan  keçərək  Volqa 
çayına gəlib Toğrulun tayfa birliyini daha da qüvvətləndirdilər. 
Toğrul  qıpçaqlara  qarşı  müqavimət  təşkil  etməyə  müvəffəq 
oldu.  Oğuz  əyanlarının  Volqa  Bulqariyasının  çoxları  ilə  qohumluq 
əlaqələri  olmasından  və  eyni  dinə  itaət  etməsindən  istifadə  edən 
Toğrul  onlarla  ittifaq  bağladı.  Öncə  Toğrul  hərbi  istehkamların 
qurulması  işinə  başladı.  Bulqarlar  hərbi  qalaların  tikintisi  üçün 
tikinti materlı-taxta göndərməyə başladılar. 
Oğuzlar hərbi-müdafiə istehkamlarının tikintisi ilə tanış idilər. 
Onlar  Sır-Dəryada  güclü  qalalar  tikmişdilər.  Bu  qalaların  ətrafında 
dərin  xəndəklər  qazılır  və  asma  körpülər  qoyulurdu.  Qalalarda  gö-
zətçi bürcləri vardı və orada oxatanlar və nizəatanlar dəstəsi yerləş-
dirilirdi.  Səlcuqlar  oğuzların  döyüş  taktikasını  təkmilləşdirərək  or-
dunu  ağır  döyüş  ləvazimatı  ilə  yüklənmiş  atlarla  gücləndirdilər. 
1040-cı  ildə  onlar  Dəndənəkan  döyüşündə  fillərdən  istifadə  edərək 
hücumdan  əvvəl  qarşı  tərəfdə  dəhşət  yaratmaq  və  düşməni  pərən-
pərən  salmaq  taktikasından  yararlanmışdılar.  Tarixçi  Məkrisi  qeyd 
edir  ki,  X  əsrdə  oğuz  xanları  Yayik  çayında  taxtadan  düzəldilmiş 
qalalara və istehkamlara malk idilər. Qalalar və istehkamlar sistemli, 
mobil  və  yaxşı  təşkil  edilmiş  vahid  komandanlığa  tabe  olub,  ordu 
ilə  əlaqələrin  düzgün  təşkili  nəticəsində  Volqa  düzlərində  qıpçaq 
hücumlarının  qarşısı  alınmışdı.  Toğrul  bir  neçə  dəfə  Volqanı  keç-
məyə can atan qıpçaqları darmadağın etmişdi. 
Lakin  bütün  oğuzlar,  o  cümlədən  Dneprətrafı  oğuzlar  Toğru-
lun hakimyyətini tanımadılar və ona tabe olmadılar. Ancaq 1060-cı 
ildə  rusların  onların  üzərinə  güclü  yürüşündən  sonra  şərqə  qaçaraq 
Toğrulun qarşısında boyun əydilər. Həm qıpçaqlarla, həm də ruslar-
la  eyni  zamanda  müharibə  aparılmasının  ağır  olduğunu  anlayan 
Toğrul Kiyevə səlcuq səfirliyi göndərərək sülh və ticarət müqaviləsi 
bağlamağı təklif etdi. Yaroslaviçlər bu təklifi qəbul edərək sülh və 
əməkdaşlıq müqaviləsi bağladılar. Bütün azad oğuzları öz hakimiy-
yəti altında birləşdirən Toğrul xaqan titulunu qəbul etdi. 
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə