Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə11/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

 
35 
mud Qəznəvinin Hindistanda olmasından istifadə edərək 1006-cı ildə 
subaşi  Təkinin  başçılığı  ilə  ordu  göndərdi.  Lakin  Mahmud  Qəz-
nəvinin özünü  yetirməsi ilə subaşi Təkin heç nəyə müvəffəq ola bil-
mədi,  Mavərannəhrə  qayıtmaq  üçün  Səraxs  yolunu  seçdi.  Ancaq 
oğuz əmiri Alhamas ibn-Tak onun qabağını kəsdi. İki tərəf arasında 
baş verən şiddətli döyüşdə subaşi Təkin qalib gəldi və oğuz əmiri əsir 
alınaraq  öldürüldü.  Mavərannəhr  hökmdarı  Qaraxanlı  Nəsr  ibn  İlək 
1013-cü  ildə  vəfat  etdi.  Onun  yerinə  keçən  qardaşı  Mənsur  Arslan 
İlək ünvanı daşımağa başladı və sonralar xanədana mənsub olan Əli 
Təkin Buxaraya hakim oldu, öz sərhədlərini genişləndirməyə başladı. 
Əli Təkin ilə Arslan yabqu arasında qüvvətli ittifaq mövcud idi. 
Qaraxanlıların  böyük  xaqani  Mənsur  ibn  Əli  1025-ci  ildə  hökmdar-
lıqdan imtina edərək yerini Yusif ibn Haruna verdi. O, Qadir xan ün-
vanı daşıyırdı. Qardaşları Əhməd və Əli Təkin ona qarşı birləşdilər. 
Əhməd  özünü  böyük  xaqan  elan  etdi,  Balasaqun,  Xocənd  və  Fər-
qanəyə hakim oldu. Buna görə Qadir xan Mahmud Qəznəvi ilə saziş 
bağladı.  Mahmud  Qəznəvi  1025-ci  ildə  Ceyhunu  keçərək  Mavə-
rannəhrə girdiyi zaman Yusif Qadir xan da Kaşqardan gəldi. İki bö-
yük hökmdarın gəlişi nəticəsində Əli Təkin bozqırlara qaçdı. Sultan 
Mahmud  hacib  Bilgə  Təkinin  başçılığı  altında  Əli  Təkinin  üzərinə 
ordu göndərdi. O, Əli Təkinin xatunu, qızları və sərvətini ələ keçirib 
geri  döndü.  Arslan  yabqunun  xeyli  qüdrətli  olduğunu  görən  Sultan 
Mahmud  ölkəsinə  toxunacaq  ziyanın  qarşısını  almaq  və  Əli  Təkini 
onun  köməyindən  məhrum  etmək  üçün  hiylə  ilə  yabqunu  tutdu. 
Arslan  əvvəlcə  Qəznəyə,  oradan  Hindistandakı  Multan  şəhəri  ya-
xınlığındakı  Klincar  qalasına  göndərildi.  Beləliklə,  heç  gözləmədiyi 
bir hiylənin qurbanı olan Arslan yabqu həyatını qalada başa vurdu. 
Oğuzlardan Arslan yabquya tabe 4 min çadırlıq elatın böyükləri 
onun dustaq edilməsindən sonra Mahmud Qəznəviyə öz bəylərindən, 
yəni  səlcuqlardan  zülm  gördüklərini  və  əziyyət  çəkdiklərini  söy-
ləyərək  Xorasana  getmək  üçün  icazə  verməsini  xahiş  etdilər.  Onlar 
Xorasanda  yurd salacaqları təqdirdə özlərini daha rahat hiss  edəcək-
lərini, bunun sultan, həm də Xorasan üçün faydalı olacağını, ordunun 
qüvvətlənəcəyini  söylədilər. Oturaq camaata və seçmə  qoşuna  əsas-


 
36 
lanan  islam  dövlətlərində  köçərilərə  zəngin  bir  gəlir  mənbəyi  kimi 
baxıldığından Mahmud Qəznəvi onların Xorasana getmələrinə icazə 
verdi. 4 min çadırdan ibarət oğuz elatı Xorasana keçərək Səraxs, Fə-
ravə  və  Abivərd  çöllərində  yurd  saldılar.  Onların  başında  Yağmur, 
Buka, Köktaş və Qızıl adlı bəylər vardı. Oğuz elatının Xorasana gəl-
məsi Səlcuqların gücünü azaltdı. Mahmud Qəznəvinin Arslan yabqu-
ya bağlı oğuz elatının Xorasana getməsinə icazə verməsi başda vəzir 
olmaqla  dövlət  məmurları  və  komandanlarının  etirazına  səbəb  oldu. 
Hətta onlardan Tus valisi Arslan Cazib ox ata bilməmələri üçün on-
ların baş barmağını kəsdirməyi Mahmuda tövsiyə etdi. 
Mahmud  Qəznəvi  1030-cu  ildə  vəfat  etdi.  Onun  ölümü  oğuz 
türklərinin  tarixində  yeni  mərhələnin  başlanğıcını  qoydu.  Çünki 
Mahmud  Qəznəvi  oğuz  türklərinin  hərəkət  və  qabiliyyətlərinin  qa-
bağını ala biləcək və onlardan gələcək təhlükəni önləyəcək qüdrətli 
bir hökmdar idi. Oğlu və xələfi Məsud isə eyni qüdrəti nümayiş et-
dirmədi,  oğuz  türklərinin  böyük  bir  dövlət  qurmasına  mane  ola 
bilmədi. 
Mahmud  Qəznəvinin  ölümündən  sonra  oğlu  Məhəmməd  taxta 
çıxarıldı. İsfahanda olan Məsud qardaşının hökmdarlığını tanımadı və 
taxtı  əldə  etmək  üçün  Reydən  Xorasana  yürüş  etdi.  Ordunun  sayını 
artırmaq  üçün  Məsud  oğuz  bəylərindən  Yağmuru  xidmətə  götürdü. 
Asanlıqla  hökmdar  olunca  Yağmurun  xahişi  ilə  Balaxandakı  oğuz-
ların Xorasana qaytmasına icazə verdi, oğuzların bəyləri Qızılı, Kök-
taşı və Bukakı öz xidmətinə qəbul etsə də, bəylərin üstünə öz adamla-
rından Xumar-Tahı rəis təyin etdi. 1031-ci ildə oğuzların xalqa zülm 
etdiyi  barədə  Səraxs  və  Abivərdlərdən  şikayətlər  gəldiyindən  Əbu 
Səd Əbdusun komandanlığı altında Məsud ordu yolladı. Oğuzlar Fə-
ravədə bu ordu ilə qarşılaşdılar. Çox sayda adam həlak oldu. 
Sultan  Məsud  1031-ci  ildə  öz  əmiri 
Taş-Fəraşı  Rey  valiliyinə  təyin  etdi.  Ona 
verdiyi  tapşırıqlar arasında oğuzların  baş-
çıları  Yağmur,  Qızıl,  Buka  və  Köktaşın 
yaxalanması əmri də var idi. Oğuzları yenə Xumar-Taş idarə edəcək 
və  onlar  Reydə  dövlətə  xidmət  edəcəkdilər.  Ancaq  həqiqətqə  çox 
Xorasan yürüĢü 


 
37 
ağıllı və dərrakəli vəzir olan Xacə əbu ün-Nəsr Əhməd hökmdarın 
bu qərarına açıq şəkildə etiraz etsə də, Məsud ona qulaq asmadı. 
Ölkədə səlcuqlar təqib olunmağa başladı. Onların əkin sahələri 
və otlaqları əllərindən alındı. Vergilərin həcmi artırıldı. Bunun nəticə-
sində 1031-ci ildə Xorasanda güclü üsyan baş verdi. Üsyanda fəal iş-
tirak edən Balkan oğuzları 1034-cü ildə Xorasanı ələ keçirə bildilər. 
Xatırlatma: Xorasan tarixindən qısa sətirlər: 
Mərv şəhərində (Türkmənistan) İran şahı Yezdəgird Sasaninin ölü-
mündən  sonra  3-cü  xəlifə  Osman  Xorasana  hücüm  əmri  verdi.  O,  tayfa 
başçıları və rəhbərlərinə yazırdı: «kim daha tez Xorasanı ələ keçirsə vila-
yətin əmiri də o olacaq». Bir neçə döyüşdən sonra Abdullah ibn Amir Xo-
rasana  daxil  oldu.  Şəhərləri  ardıcıl    fəth  edərək  Mərv  şəhərinə  çatdı  və 
oranı özünə paytaxt elan etdi. 
Xorasan Ġmam Əli (ə) zamanında 
3-cü  xəlifə  qətlə  yetirildikdən  sonra  həzrət  Əli  (ə)  xəlifə  seçildi. 
Onun  zamanında Xorasan çox dəyişildi. Bir qrup üsyançı Nişabur şəhəri-
nə həmlə edərək onu ələ keçirdi. İmam Əli (ə) öz bacısı oğlunu Nişabura 
göndərdi. Nişabur yenidən ələ keçirildi. İmam Əli (ə) Rabi ibn Ziyadı Xo-
rasana vali təyin etdi. Rabi ibn Ziyad xalqa qarşı çox rəhmli və ədalətli idi. 
Elə  buna  görə  də  xilafətinin  sonuna  qədər  Xorasanda  İmam  Əliyə  (ə)  
qarşı heç bir üsyan baş qaldırmadı. 
Xorasan Bəni-Üməyyə dövründə 
İmam Əli (ə) şəhid edildikdən sonra hakimiyyət Müaviyyənin əlinə 
keçdi.  O,  qeyri-ərəb  millətlərə  qarşı  çox  sərt  davrandı.  Xorasan  əhalisi 
Əməvilərin  hakimiyyətindən  təngə  gəldi.  Müaviyyə  valiləri  bir  neçə  dəfə 
dəyişdi.  Hər  yeni  təyin  olunmuş  vali  əhalinin  təpkisi  ilə  qarşılaşırdı. 
Xorasanlılar  deyirdilər:«…biz  müsəlmanıq  və  yalnız  İslam  qanunlarına 
tabeyik.  Bunu  bilin,  heç  zaman  ərəb  hakimlərinin  zülmünə  baş 
əyməyəcəyik». 
Nəhayət,  Xorasanda  Bəni-Üməyyə  hakimiyyətinə  qarşı  üsyan  baş-
ladı  və  bütün  vilayəti  bürüdü.  İlk  qara  bayraq  Əbu  Əlhazib  Nəssavinin 
evinin  damında  dalğalanmağa  başladı.  Üsyançı  camaat  evin  qarşısında 
toplaşdılar.  Oradan  Mərvə  tərəf  hərəkət  edərək  şəhəri  Bəni-Üməyyə  ha-
kimlərindən təmizlədilər. Bunun ardınca İranın bütün şəhərlərində üsyan-
lar başladı. Nəhayət, sonuncu Əməvi xlifəsi olan Mərvan ibn Məhəmməd 
həmar  Xorasanlı həmmad Qondequş tərəfindən qətlə yetirildi. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə