Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə10/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

 
31 
yasi və iqtisadi çöhrəsini dəyişdi, istila nəticəsində Mavərannəhr, Xo-
rasan  və  Azərbaycanda  yaşayan  türkmənlərin  çoxu  Anadoluya  gəl-
dilər. 
Anadoluya  gələn  türkmənlərin  bir  qismi  meşəlik  və  dağlıq 
hissələrdə  yurd  saldılar.  Türkmənlər  özləri  ilə  şeyx  və  dərvişlərini 
də gətirdilər.  Bu  dövrdə  türkmənlər  arasında müsəlmanlıq  zəif,  qə-
dim  türk  dini  inamları  isə  güclü  idi.  Onların  Maraş  bölgəsindəki 
meşələrdə yaşayanlarına «ağac ərləri» adı verilmişdi. 
Uc  türkləri  səlcuqların  səlib  yürüşlərindən  sonra  ələ  keçirə 
bilmədikləri Qərbi Anadolu və Mərmərə bölgəsini asanlıqla fəth et-
dilər  və  orada  yerləşdilər.  Bölgənin  türkləşməsi  səbəbli  XIV  əsrdə 
Anadolunun  əksər  bölgələrində  üstünlük  təşkil  etdilər.  Lakin  səl-
cuqların muzdla tutulmuş məmlüklərdən seçmə ordu təşkil etmələri 
və  dövlətin  hərbi  vəzifələrini  onlara  etibar  etməsi  səbəbli  köçəri 
türklərin  içindən  çıxmış səlcuq  sülaləsi  ilə  münasibətlər  kəskinləş-
məyə  başladı.  Orduya  sahib  olan  səlcuq  sülaləsi  türkmənlərə  əhə-
miyyət  vermədilər.  Səlcuqlu  dövlətinin  başında  səlcuq  boyundan 
olanlar  dayansa  da,  Səlcuq  dövləti  imperiya  halına  düşdükcə  türk-
mənlər dövlət işlərindən kənarlaşdırılmağa başlandı. Daxildəki türk-
mənlər Anadoluya, Suriyaya və Qərb uclara göndərildi, türkmənlər 
dövlət və xanədandan uzaqlaşdırıldı. 
Lakin bütün bunlara baxmayaraq Monqol istilaları nəticəsində 
Türküstanda  və  İranda  yaşayan  türkmən  qövmünün  elatlarının  ço-
xusu  Anadoluya  gəldi.  Səlcuqlar  dövründə  Anadolunun  böyük 
hissəsi  fəth  edildi,  türk  əhalisi  qüvvətli  mövqe  qazandı,  ədəbi  və 
rəsmi  dil  kimi  türkcə  inkişaf  etdi.  Osmanlı  sülaləsi  ortaya  çıxdığı 
zaman  artıq  Anadoluda  türk  cəmiyyəti  formalaşmışdı.  Osmanlılar 
Qərbdə  istilalara  başladıqdan  sonra  türklər  Anadolunun  hər  iki 
tərəfinə  yayıldı,  Qərbi  Anadolu,  Mərmərə  zonası,  Şərqi  Anadolu, 
qismən  də  Orta  Anadoluda  türk  oymaqları  artdı  və  oturaq  türklər 
məskunlaşdılar. 
Səlcuq dövlətinin yaranması Oğuz türklərinin tarixində mühü-
m bir mərhələni təşkil edir. Bu dövlətin yaranması ilə İslam dünya-


 
32 
sında  siyasi  hakimiyyət  oğuzların  əlinə  keçdi.  Anadolu  və  ona 
qonşu ölkələr oğuzların vətəni oldu. 
Oğuz türkləri X əsrin əvvəllərindən Yaxın Şərqdə ərəb xilafəti-
nin  zəifləməsindən  istifadə  edərək  Bizansın 
Şərqə  yürüşlərinin qarşısını alaraq  Kiçik Asi-
yanı  fəth  edlb  bu  yerlərdə  möhkəmlənə  bil-
dilər. 
Səlcuq  türkləri  Qınıq  boyuna  mən-
subdur.  Tarixçi  Fəzlullah  Rəşidəddinin  «Ca-
mi  ət-təvarix»  əsərində  Oğuz  boylarının  siyasi  və  ictimai  möv-
qelərinə aid tərtib edilmiş cədvəldə qınıqlar ən axırıncı yerdə göstə-
rilmişdir. 
Səlcuqun atası «dəmir yaylı» ləqəbi daşıyan Dukak olmuşdur. 
Dukak və oğlu Səlcuq oğuzlar arasında ən tanınmış şəxsiyyətlərdən 
idi. Səlcuq və onun oğlanları bu nüfuzdan istifadə edərək oğuz elat-
larını öz ətrafında birləşdirərək yabqu rütbəsini qazana bildilər. Be-
ləliklə,  qınıq  tayfalarından  olan  sərkərdə  Səlcuqla  Yabqu  arasında 
narazılıq baş verdi. 
Səlcuq bəy ona tabe olan tayfaların hərbi-siyasi birliyini yara-
dıb  Sır-Dərya  sahilindən  Cənd  şəhərinə  gəldi.  Şəhərdə  əsasən  mü-
səlmanlar  yaşayırdılar.  Səlcuqların  Cəndə  gəlmələri  mübahisəlidir 
Səlcuq 
dövlətinin 
yaranması 


 
33 
və X əsrdə gəlməsi ehtimal olunur. Sonralar bu hərbi-siyasi ittifaqa 
daxil olan oğuzlar səlcuqlar adlanırlar. Lakin sonralar oğuz yabqu-
su şah Məlik səlcuqları Cənd şəhərindən çıxardı. Səlcuqların böyük 
bir hissəsi Zərəfşan vadisinə, Nuratin dağlarına çəkildi və bu yerlər-
də məskunlaşdılar. 
Səlcuq 
yabqunun 
onu  öldürə-
cəyindən 
qorxaraq  xa-
tununun  təh-
riki ilə əsgər-
ləri və oyma-
ğı  ilə  birlik-
də  təxminən 
X  əsrin  son 
rübündə  qaçıb  Cənd  şəhəri  yaxınlığına  gəldi.  999-cu  ildə  Qaraxanlı 
İlək xan Nəsr ibn Əli tərəfindən Samani dövləti dağıdıldı və xanədan 
üzvləri  həbs  edildi.  Nuh  ibn  Mənsurun  oğlanlarından  biri-Əbu 
İbrahim həbsdən qaçaraq Xarəzmə getdi və ətrafına xeyli adam yığ-
dı.  Əbu  İbrahim  öz  hacibi  Arslan  Ba-
lunu  Buxara  üstünə  göndərdi.  Onun 
Qaraxanlı  hökmdarları  üzərində  qa-
zandığı  mühüm  qələbələr  nəticəsində 
Əbu İbrahim Buxaraya gəldi və hökm-
darlıq  ünvanı  olaraq  Müntəsir  adını 
aldı. Ancaq o, İlək xanın yürüşü səbəbli 
Xorasana  qayıtdı,  1001-ci  ildə  oğuz 
türklərinin  köməyini  əldə  etmək  üçün 
onların  yanına  gedərək  bir  müddət 
orada  qaldı.  Bu  ərəfədə  oğuz  yabqusu 
müsəlmanlığı qəbul etdi və Müntəsir ilə 
quda oldu. 
 
Səlcuq bəy 


 
34 
Səlcuqun  dörd  oğlu  olmuşdur,  lakin  onlardan  birinin  yeni-
yetməlik  çağında  ölməsi  söylənilir  və  adı  çəkilmir.  Digər  üç  oğ-
lunun  adları  Ġsrail,  Mikayıl,  Musa  idi.  Bir  çox  əsərlərdə  İsrailin 
adının Arslan olduğu bildirilir. Arslan Samani Əbu İbrahimə kömək 
etməyi  boynuna  alaraq  onunla  birlikdə  Səmərqənd  dağlarına  gəlir. 
Kühək adlanan  yerdə Qaraxanlıların subaşisi Təkin ilə qarşılaşırlar 
və onu məğlub edirlər.  İlək xan iqamətgahı Özkəndən Səmərqəndə 
gəlir.  Oğuzlar  1033-cü  ilin  avqustuda  onun  ordusunu  darmadağın 
edirlər.  Bundan  sonra  Əbu  İbrahim  Mavəran  nəhrə  qayıdır  və 
Buxara  valisini  məğlub  edir.  Bu  qələbə  nəticəsində  Əbu  İbrahimin 
ətrafında  böyük  bir qüvvə toplandı, onların arasında oğuzlar da az 
deyildi.  Əbu  İbrahim  onların  köməyi  ilə  qüvvətləndi.  Qaraxanlı 
hökmdarı  Samani  şahzadəsinin  qüvvətləndiyini  görərək  hərəkətə 
gəldi. İki ordu 1004-cü ilin may ayında Səmərqənd dolaylarında bir 
kənddə  qarşılaşdılar.  İlək  xan  təkrar  məğlub  olaraq  öz  ölkəsinə 
qayıtdı,  yenidən  əsgər  yığaraq  Əbu  İbrahimin  üstünə  getdi. 
Urşusanada, Dizək və Xavəs arasında vuruşmada Samani şahzadəsi 
məğlub  oldu.  Məğlubiyyətin  başlıca  səbəbi  əvvəlki  vuruşmalarda 
əllərinə  saysız-hesabsız  qənimət  keçən  oğuzların  öz  yurdlarına 
qayıtmaları  oldu.  Bu  azmış  kimi  döyüşün  başlanması  ərəfəsində 
Əbu İbrahim ordusunda xidmət edən və səlcuqlardan ayrı bir oğuz 
bölüyünün  başbuğu  olan  Əbülhəsən  ibn-Tak  5  min  nəfərə  qədər 
əsgəri ilə Qaraxanlıların tərəfinə keçdi. Döyüş meydanını tərk edən 
şahzadə  Ceyhun  çayını  sal  ilə  keçib  Xorasana  gəldi.  Bunu  eşidən 
Mahmud Qəznəvi Əbu İbrahimə qüvvə toplamağa imkan verməmək 
üçün  onun  üstünə  ordu  göndərdi.  Bu  orduya  qarşı  müqavimətin 
qeyri-mümkün olduğunu anlayan Samani şahzadəsi əsgər toplamaq 
ümidi  ilə  xeyli  dolaşdıqdan  sonra  Mavərannəhrə  getdi.  Ancaq 
döyüşlərdən  yorulmuş  əsgərlərinin  dağılması  səbəbli  təkrar 
Xorasana  qayıtdı  və  ərəb  ibn  Büheyvin  obasına  qonaq  düşdü.  Bu-
rada  Mahruy  adlı  bir  amilin  təhriki  ilə  Samani  şahzadəsi  ərəblərin 
əlində can verdi. 
Qaraxanlı hökmdarı İlək xan Əbu İbrahimin aradan qalxmasın-
dan  sonra  Xorasanı  öz  ölkəsinə  birləşdirməyi  planlaşdırdı.  O,  Mah-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə