Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə18/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

 
58 
Döyüş  türk  ordularının  hücumu  ilə  başladı.  Türk  ordusunun 
atlı dəstələrinin böyük coşqunluqla hücumu bizanslıların xeyli əsgər 
itirməsi  ilə  nəticələndi.  Bizans  ordusu  müvəqqəti  də  olsa  sıralarını 
qoruya  bildi.  Alp  Arslan  çaşdırıcı  geri  çəkilmə  əmri  verdi  və  ordu 
arxada  gizlədilən  kiçik  dəstələrə  doğru  çəkilməyə  başladı.  Bu  dəs-
tələrdəki  əsgərlərin  sayı  az  olsa  da,  aypara  formasında  dayan-
mışdılar. Türklərin sürətlə çəkildiyini görən Roman Diogen onların 
güclərinin tükəndiyini zənn edərək yaxalamaq üçün ordusuna hücu-
m əmri verdi.    
Yüngül  zirehli  türklər  sürətlə  geri  çəkilərək,  ağır  zirehli  Bi-
zans süvarilərindən uzaqlaşdılar. Bizans ordusu türkləri təqib etmə-
yə başladı. Yan tərəflərdə pusqu qurmuş türk oxçuları onları vurma-
ğa başlasalar da, bizanslılar hücumu davam etdirdilər. Türkləri qo-
varaq  yaxalaya  bilməyən  Bizans  ordusu  zirehlərin  ağırlığından  yo-
ruldu. Lakin bunu anlamayan (bəlkə də aldadıldığını qəbul etməyən) 
Diogen  türkləri  təqib  etməkdə  davam  etdi.  Nəhayət,  hücum  edən 
türk oxçularını görən Diogen geri çəkilmə əmri verdi. Artıq gec idi, 
geri  çəkilən  yollar  bağlanmışdı.  Türk  ordusunun  əsas  qüvvələrinin 
hücumu Bizans ordusunda çaşqınlıq yaratdı. Qaçmağa üz tutan ge-
neralları  görən  əsgərlər  zirehlərini  atıb  qaçmağa  başladılar.  Afşin, 
Bey, Artuk bəy, Kutalmışoğlu Süleyman şah kimi səlcuqi sərkərdə-
lər tərəfindən verilən əmrlərdən cürətlənən türk kökənli uzlar, peçe-
neqlər və qıpçaqların süvari dəstələri soydaşlarına qoşuldular. Nəti-
cədə Bizans ordusu gücünün önəmli bir hissəsini itirdi. Sivasda soy-
daşlarına edilən acının əvəzini çıxmaq istəyən erməni əsgərləri hər 
şeylərini ataraq savaş meydanından qaçanda Bizans ordusunun için-
dəki vahimə daha da artdı. 
Ordusuna başçılıq etmək imkanı olmadığını görən Diogen ya-
xın dəstələrlə qaçmağa cəhd etsə də, bunun imkansız olduğunu başa 
düşdü. Bizans ordusunun böyük bir bölümü hava qaralanadək məhv 
edildi.  Qaçmayıb  sağ  qalanlar  təslim  oldular.  İmperator  çiynindən 
yaralı halda ələ keçirildi. 
İmperator  Diogen  Alp  Arslanın  hüzuruna  çıxarılanda  onlar 
arasında maraqlı bir dialoq baş verdi. 


 
59 
Alp ArslanƏgər mən sənin qarşına əsir olaraq gətirilsəydim 
nə edərdin? - deyə soruşur. 
Roman  Diogen:  Ya  öldürərdim,  ya  da  zincirə  bağlayıb 
Konstantinopolun küçələrində gəzdirərdim-cavabını verir. 
Alp Arslan: Mənim verəcəyim cəza çox ağırdır. Səni bağışla-
yıram və azad edirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bununla da, Alp Arslan Diogenə qarşı çox incə davrandı, dö-
yüşdən əvvəl olduğu kimi ona razılaşma təklif etdi. Diogen bir həftə 
Sultanın  əsiri  olaraq  qaldı.  Sultan  Antakya,  Urfa,  Hieropolis  (Pa-
mukqala yaxınlığında bir kənd) və Malazgirdin təslim olması şərtilə 
ona öz masasında yemək yeməyə icazə verdi. 
Sultan Alp Arslan 
 və məğlub olmuş imperator Diogen 
 


 
60 
Dünya  tarixi  üçün  dönüş  nöqtəsi  olan  Malazgird  döyüşündə 
məğlub  imperator  Diogen  razılaşmaya  əsasən  azad  olunmaq  üçün 
1.500.000 dinar verməyi, vergi olaraq hər il 360.000 dinar  ödəməyə 
razı  oldu.  Antakya, Urfa,  Əhlət və  Malazgird  torpaqları  türklərə  ve-
rildi. Konstantinopola doğru yola çıxan imperator Tokatdan topladığı 
200.000-dək dinarı özü ilə birlikdə gələn türk əsgərlərinə verdi.
 
Alp  Arslan  Diogenin  qızlarından  biri  ilə  evləndi. Sultan Dio-
genə hədiyyələr və 200 nəfərlik bir dəstə verərək azad etdi.
 
Bizans  sarayında  IV  Roman  Diogenin  məğlub  olduğunu  və 
öldüyünü zənn edərək onun 20 yaşlı götürmə oğlu VII Mixail Du-
kas  imperator  elan  edildi,  həqiqətdə  isə  dövləti  Romanın  qatı 
düşməni İohann idarə edirdi. Mixail Dukas Romen Diogeni hiylə ilə 
ələ  keçirərək  gözlərini  çıxartdı.  Kor  edilən  Romen  Diogen  bir 
müddət sonra öldü. Müxalifət onun xanımından ərini hakimiyyətdən 
məhrum  etməyi  tələb  etdi.  Bundan  imtina  edən  imperatriçanın 
saçını  qırxaraq  monastra  göndərdilər.  Mixail  Perepinas  yeni  impe-
rator elan edildi. Lakin yeni Bizans imperatoru mübarizə aparmağa 
qadir deyildi. Onun müharibə edəcək silahlı qüvvələri yox idi. 
Beləliklə, Anadolunun qapıları türklər üçün açılmış oldu. Ma-
lazgird döyüşündən sonra Sultan Alp Arslanın şöhrəti dünyanın hər 
yerinə  yayıldı.  Tarixçilərin  «Səlcuq  qartalı»,  «Adil  Sultan», 
«Fateh atası» adlandırdıqları Sultan Alp Arslan Malazgird qələbə-
sindən sonra uzun müddət yaşamadı, 1072-ci ildə öldürüldü. 
1071-ci ildə Malazgird döyüşündən sonra Malazgird və Anti-
oxiya  qalalarının  itirilməsi  ilə  nəticələnən  sülh  sazişini  IV  Roman 
Diogenin  ölümündən  sonra  Bizans  ləğv  etdi.  Səlcuqlara  qarşı  gön-
dərilən  Bizans  ordusu  1073-cü  ildə  məğlub  edildi.  Tezliklə  Bizans 
ordusunda üsyan başladı, ölkəni vətəndaş müharibəsi bürüdü. Türk-
lər sürətlə Kiçik Asiyanın içərilərinə doğrü hərəkət etməyə başladı-
lar. Yeni imperator III Nikifor 1077-ci ildə Bizans ordusuna koman-
danlıq etməyi sərkərdə Aleksey Komninə tapşırdı. Bizansla növbəti 
qarşılaşma Nikey şəhəri yaxınlığında oldu. 
Bizans  ordusu  Malazgirtdə  məhv  edildiyi  üçün,  türklər  ciddi 
bir  müqavimətlə  qarşılaşmadılar.  Malazgirtdən  keçən  iki  il  ərzində 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə