Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə15/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

 
49 
Müxtəlif elm sahələrinə maraq gösərirdi. Vəziri Nizamülmülk ondakı bu 
keyfiyyətini  daha  da  inkişaf  etdirmişdi.  Nizamülmülkün  rəhbərliyi 
altında Alp Arslan alimlər və rəssamlarla ünsiyyət saxlayırdı. 
Alp  Arslan  keçmiş  qəhrəmanlar  haqqında  hekayələrə  qulaq  as-
mağı  xoşlayır,  onu  qəhrəmanlıqlar  etməyə  ilhamlandırır,  bəzən  də 
onlardan nümunə götürürdü, onların adlarının saray şairləri tərəfindən 
əbədiləşdirilməsini diqqətdə saxlayırdı. 
Alp Arslan idarə etmədə mahir, mədəniyyətin hamisi kimi sonrakı 
Səlcuq hökmdarlarına nümunə oldu. 
Doqquz  il  bir  ay  18  günlük  hakimiyyəti  dövründə  (7.IX.1063-
25.X.1072)  Sultan  Alp  Arslanın  başçılığı  altında  Lori  krallığı,  Sürməli 
Çuxurunda  kilsələri  ilə  məşhur  Məryəmnişin  qalası  və  ətrafı,  Sepid 
şəhəri, Baqrat xanədanının paytaxtı, Bizans imperatorluğuna tabe olan 
qala divarları ilə məşhur Ani şəhəri, bütün Cənubi Qafqaz, Xəzər dənizi 
kənarındakı  Manqışlaq,  Cənd,  Şabran,  ata-baba  yurdu  Mavərannəhrə 
qonşu olan ərazilər – Xarəzm və bütün qədim Oğuz elləri, Kirman, Şiraz, 
İstəxr qalası Böyük Səlcuqlu türk xaqanlığına birləşdirildi.  
Alp  Arslan  bacarıqlı  döyüşçü  nüfuzunu  hakimiyyətə  gəldik-
dən  bir  il  sonra  Heratı  tutmaqda  qazandı.  Növbəti  il  ərzində  o,  ulu 
babası  Səlcuqun  qəbrinin  yerləşdiyi  ərazini
 
fəth  etdi,  Fars  və  Gir-
man  ərazisində  nəzarətdən  çıxan  bölgələrdə  nizam-intizam  yaratdı, 
Məkkə və Mədinəni Fatimidlərin əlindən aldı, Hələbi əl keçirdi. Fa-
timidlərin qızını oğlu Məliyə alması dövlətin şərq və cənub sərhəd-
lərində  sülh  və  əmin-amanlığın  bərpasına  kömək  etdi.  Beləliklə, 
bəhs  olunan  dövrdə  Səlcuq  dövlətinin  ərazisi  Əfqanıstan  sərhəd-
dindən Fatimidlər sülaləsinin idarə etdiyi Misirə qədər olan ərazi-
ləri əhatə etdi, yalnız qərb sərhədləri müdafiəsiz qaldı. Cənub-şərq-
də onların sərhəddi Antioxdan Malatyaya qədər uzanırdı. 
Müsəlmanların  bu  əraziyə  daxil  olmaları  təhlükə  yaratmağa 
başladı. Ona görə də, vaxtilə köçəri türkmənlərin yürüşlərinin Toğ-
rul  tərəfindən qarşısının  alınması  üsuluna əl  atdı. Görülən  tədbirlər 
öz bəhrəsini verdi. Nəticədə Səlcuq imperiyasından narahat köçəri-
lərin Bizans  imperiyasının  şərqinə  kütləvi axınları  başladı.  İmpera-
tor II Vasiliy (976-1025) köçərilərin qarşısını almaq və səlcuqlardan 
qorunmaq  üçün  imperiyanın  cənub-şərqində  bufer  zonası  yaratmaq 
istədi.  Lakin  cənub-şərq  sərhəddində  görülən  bütün  tədbirlərə 


 
50 
baxmayaraq,  Bizans  ərazisində  yaşayan  islam  tərəfdarları  möh-
kəmləndirilmiş  bufer  zonaya  daim  hücum  edən  müsəlman  ordu-
larından  və  qarətlə  məşğul  olan  türklərdən  yardım  aldılar.  Onların 
hərəkətləri  yunanların  həyatlarını  çətinləşdirdi,  bölgədə  şəhər  və 
kənd əhalisinin təhlükəsizliyini təmin etməkdə çətinlik yaratdı. Hət-
ta  bəzi  yerlərdə  müsəlmanlar  yaşayan  vilayətlər  mərkəzi  hakimiy-
yətdən demək olar ki, ayrıldılar. 
Bütün  bunlar  imperatoru  məcbur  edirdi  ki,  gürcü  və  erməni 
hakimlərini öz ərazilərinin bir hissəsini güzəştə getmələrinə razı sa-
la  bilsin.  Gürcü  çarı  David  bəzi  əraziləri onlara  verməyə  razı  oldu. 
1070-ci ildə eyni təkliflə Ərməniyyə hakiminə də müraciət olundu. 
Danışıqlar  iki  ilə  qədər  davam  etdi,  nəticədə  bizanslılar  hakimi 
inandıra  bildi.  Erməni  hakimi  əvəzində  Tavrda  yerləşən  Sivası  al-
maqla güzəştə getməyə razı oldu. 
Bizansın zəif nöqtəsini Toğrul hələ 1045-ci ildə müəyyənləş-
dirmişdi, o vaxt səlcuq qoşunları Van və Qarsa qədər gedib çıxmış-
dılar. 1047-ci ildə bizanslılar Ərzurumu ələ keçirməyə çalışan Səl-
cuq qoşunlarının qarşısını güclə ala bilmişdilər. Bir il sonra səlcuq-
lar  yürüşlərini  təkrar  etdilər  və  şəhərin  müdafiəsini  yararaq  əhalini 
qılıncdan keçirdilər. 1049-cu ildə Ani qarət olundu, 1053-cü ildə ye-
nidən  Qarsa  hücum  etdilər,  1056-cı  ildə  Malatyanı  ələ  keçirdilər, 
1059-cu ildə Sivasa yürüş təşkil olundu. Nəzərə alsaq ki, bu yürüş-
lər kəşfiyyat xarakterli olub əvvəldən planlaşdırılmış nizamlı xarak-
ter daşımasa da, yürüşlər yaxşı təşkil olunurdu. 
Bu  dövrdə  Bizansı  imperator  Konstantin  Duka  (1059-1067) 
idarə edirdi. Demokratik və liberal baxışlı imperator bir çox cəhətlə-
rinə görə öz sələfi və eyni zamanda o dövrdə baş nazir vəzifəsini tu-
tan Mixaillə bənzərlik təşkil edirdi. Onlar birlikdə bir sıra səhvlər et-
mişdilər ki, onlardan ən böyüyü hərbi qüvvələrə ayrılan maddi vəsai-
tin  nəzərə  çarpan  dərəcədə  azaldılması  olmuşdu.  Zabitlərin  əmək 
haqları  və  ehtiyata  buraxılmaları ordunun  döyüş  qabiliyyətinin  azal-
masına  gətirib  çıxardı.  Maliyyə  ixtisarı  təkcə  hərbi  işə  yox,  həm  də 
hərblə  bağlı  sahələrə-hərbi  bazalara  da  mənfi  təsir  göstərdi.  Sərhəd 
qarnizonları gözəçarpan şəkildə ixtisara salındı. Tezliklə imperiyanın  


 
51 
 
şərq əyalətlərinin əhalisi  azaldı və məlum oldu ki,  həmin ərazilərdə 
köçəri  türklərin  sayı  yunanların  sayından  çoxdur.  Konstantin  vəfat 
edərkən  Bizans  imperiyası  özünü  çətinliklə  müdafiə  edirdi,  onun 
xələfi VII Mixail  ölkəni idarə etmək üçün həddindən artıq gənc idi. 
Belə  böhranlı  vəziyyətdə  şahzadənin  anası,  imperatriçə  Yevdokiya 
idarəetməni  ələ  almağa  çalışdı.  Lakin  sarayda  nüfuzu  olan  bir  qrup 
bizanslı  ona  qarşı  çıxdılar.  Onların  fikrinə  görə,  yaranmış  vəzyyət 
daha  güclü  əl  tələb  edirdi.  Yevdokiya  narazıların  müqavimətinin 
Böyük  Səlcuqlu dövlətinin qərb sərhədləri 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə