Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə23/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

 
73 
duğunu  bildirərək  hərəkətə  keçdi  və  bəzi  qalaları  zəbt  edərək  böl-
gəyə ciddi zərər vurdu. Məlik Ridvan Tancred ilə daha ağır şərtlərlə 
barış etməyə məcbur qaldı. (1111) 
Məlik Ridvan bir müddət sonra xaçlıların Hələb ətrafında fəa-
liyyətləri ilə əlaqədar çətin vəziyyətə düşdüyündən Böyük Səlcuqlu-
lara  müraciət  etdi.  Sultan  Məhəmməd  Təpərin  çağırışına  bir  çox 
müsəlman  əmirləri  cavab  verdi,  Məvdudun  rəhbərliyində  Səlcuqlu 
ordusu Josein əlində olan Tel-Bəşırı mühasirəyə  aldı. Ancaq nəticə 
alınmadı. Məlik Ridvan Hələb Səlcuqlu Məlikliyinin xaçlıların hü-
cumu  nəticəsində  yox  olmaq  təhlükəsinə  düşməsi  səbəbli  Əmir 
Məvduda  Səlcuqlu  ordusunun  Hələbə  gəlməsini  istədi.  Əmir  Məv-
dud  bu xahişi  qəbul  edərək  Hələb bölgəsinə  gəldi.  Ancaq  Səlcuqlu 
əmirlərinin  sərt  hərəkətləri  Ridvanın  Hələb  qapılarını  bağlamasına 
səbəb oldu. Nəticədə Səlcuqlu ordusu 1111-ci il aprel ayında Hələb 
önündən ayrıldı. 
Məlik Ridvan getdikcə artan xaçlı hücumu səbəbli Dəməşq şa-
kini  Tuğ-Təkini  Hələbə  dəvət  etdi.  Ridvan  və  Tuğ-Təkin  arasında 
razılaşmaya görə Tuğ-Təkin Ridvanın adına xütbə oxutmalı, pul zərb 
etməli  idi.  Çox  keçmədən  bu  anlaşma  pozuldu.  Tuğ-Təkin  özünü 
hədələyən  xaçlılara  qarşı  bir  çox  Səlcuqlu  əmirlərindən,  həmçinin 
Məlik  Ridvandan  yardım  istədi.  Ridvan  illik  vergi  ödədiyi  Antakya 
hakimi Rogerdən çəkinərək yardım göstərmədi, Ancaq Tuğ-Təkin və 
Məvdud  xaçlılara  qarşı  Təbəriyyə  döyüşündə  qələbə  qazandıqdan 
sonra 100 atlı göndərdi. Tuğ-Təkin bu hərəkətdən əsəbiləşərək arala-
rındakı razılaşmanı pozdu. Məlik Ridvan bu hadisədən sonra çox ya-
şamadı, şiddətli xəstəlik səbəbli 1113-cü ilin dekabrın 10-da Hələbdə 
dünyasını dəyişdi. 
Məlik  Ridvanın  ölümündən  sonra  Hələb  Məlikliyinin  başına 
16 yaşlı oğlu Alp Arslan əl-Əhras gətirildi. Ancaq idarə bütünlüklə 
atabəyi Nadim Lülünün əlinə keçdi. Bu dövrdə Hələbdəki batinilər-
dən  şikayətlər  artmağa  başladı.  Sultan  Məhəmməd  Təpər  elçi  gön-
dərərək  batinilərə  qarşı  hərəkətə  keçməsi  və  onların liderlərinin  öl-
dürülməsi üçün əmr verilməsini istədi. Alp Arslan buna görə rəislə-
rin bir qismini öldürtdü. Batinilərə nifrət edən Hələb əhalisi də hərə-


 
74 
təkə gətirildi. Ancaq Alp Arslan əl-Əhrasın məliklik dövrü qısa oldu. 
Yaxınlarının  tövsiyəsi  ilə  yardım  üçün  Tuğ-Təkinə  müraciət  etdi. 
Tuğ-Təkin  onun  müraciətini  müsbət  qarşıladı.  Digər  tərəfdən  Ata-
bəy  Lülü onun  davranışından  və  Atabəy  Tuğ-Təkinin  istəyinə  görə 
hərəkət  edə  biləcəyindən  və    həyatı  üçün  təhlükə  hiss  etdiyindən 
Alp Arslan əl-Əhrası 1114-cü ilin aprelində öldürtdü. 
Atabəy Lülü Alp Arslan əl-Əhrasın yerinə 6 yaşlı qardaşı Sul-
tan şahı taxta çıxardı. Ancaq az ordu ilə Hələb məlikliyini müdafiə 
etmək  mümkün  deyildi.  Lülü  isə  hökmranlığını  sürdürmək  və  bu 
məqsədlə vaxt qazanmaq üçün Artuklu Liqaziyə müraciət etdi. An-
caq,  1117-ci  ildə  Lülü  bir  türk  mühafizəçisi  tərəfindən  öldürüldü. 
Artuk və Liqazi 1117-ci ildə Hələbi müvəqqəti olaraq aldı. Sonrakı 
il sıxıntı içində xalqın çağırışı ilə Liqazi Hələbə tamam hakim oldu 
və  1118-ci  ildə  Sultan  şahı  həbs  etdi.  Beləliklə,  Hələb  Məlikliyi, 
başqa sözlə Suriya Səlcuqlu dövləti süqut etdi. 
Tutuşun ölümündən sonra oğlu Dukak 
Suriya  səlcuqlularının  Şam  şöbəsini  yaratdı. 
Tutuş,  Dukak,  II  Tutuş  və  Ertaş
 
ġam 
Atabəyləri (1078-1105) olmuşlar. 
Tutuşun  əmrində  olan  Əmir  Tuğ-Təkin  Sultan  Börküyarığın 
əlinə əsir düşdü, sonra azad olundu. Tuğ-Təkin Şama gələrək Duka-
kın  anası  ilə  evləndi  və  Sav-Təkini  ortadan  qaldıraraq  məlikliyin 
idarəsini ələ keçirdi. Dukak Şamı ələ keçirmək istəyən Hələb məliyi 
Ridvan  ilə  apardığı  mübarizədə  məğlub  olaraq  onun  hakimiyyətini 
qəbul etdi. 
Məlik  Dukak  bundan  sonra  xaçlılarla  mübarizəyə  başladı 
Lakin  xaçlı  komandanı  Raymondla  Trablis  qarşısındakı  döyüşü 
uduzdu.  Dukak  1104-cü  ildə  öldü.  Ölümündən  sonra  Atabəy  Tuğ-
Təkin əvvəlcə onun bir yaşındakı oğlu Tutuşun adına xütbə oxutdu. 
Daha sonra Dukakın 12 yaşlı qardaşı Ertaş taxta keçdi. Ancaq Tuğ-
Təkindən 
qorxan 
Ertaş  Şama  qaçdı.  Beləliklə,  Suriya 
Səlcuqlularının Şam qolu sona çatdı, yerinə Tuğ-Təkinin ailəsi, yəni 
Borilən xanədanı quruldu.
 
  ġam Məlikliyi 


 
75 
Çağrı  bəyin  oğlu  Kavurd  Səl-
cuqların  Kirman  qolunun  başçısı  idi. 
İranın cənubunda yer alan Kirmandan 
başqa Fars, Hörmüz və Ummanı zəbt 
etmişdir. Ummanın fəthi Səlcuqluların apardığı ilk dəniz səfəri idi. 
Sonralar Kavurd sultan taxtı üçün üsyan qaldırdığından Məlik 
şah tərəfindən boğdurulmuşdur. Onun yerinə keçən oğulları Səlcuq-
lularla əlaqədə olmamışdır. 
Bir  vaxt  Gurluların  hakimiyyəti  altına  düşən  Kirman  Səlcuq-
lular  dövləti  1187-ci  ildə  oğuzlulardan  olan  Dinar  tərəfidən  ləğv 
edilmişdir. Kavurd bəy, Kirman şah, Hüseyn Sultan şah, I Turan 
şah, İran şah, I Arslan şah, I Məhəmməd şah, Toğrul şah, Bəh-
ram  şah,  II  Arslan  şah,  II  Turan  şah  və  II  Məhəmməd  şah  Kir-
man Səlcuq dövlətinin sultanları (1092-1187) olmuşlar. 
 
 
 
 
 
 
Kirman səlcuqları 
(1092-1187) 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə